Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə10/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
1   ...   6   7   8   9   10   11   12   13   14

II B Ö L Ü M

III F Ə S İ L

Azərbaycanda tfh və onlara qarşı mübarizə tədbirləri.
3.1. TFH-nin təsərrüfat sahələrinə təsirinin mübarizə tədbirləri

Azərbaycan Respublikası ərazisi məhsuldar qüvvələrin inkişafı və yerləşməsində TFH ilə vəhdət təşkil edən ölkələrdəndir. Azərbaycanın coğrafi mövqeyi, səth quruluşu, iqlim şəraiti, ərazisində dağəmələgəlmə proseslərinin davam etməsi, dağlıq və dağətəyi sahələrinin sıx çay şəbəkəsinə malik olması, 825 kilometirlik sahil zonasını Xəzər dənizinin sularının yuması və antropogen amillər burada dünyada mövcud olan TFH-nin əksəriyyətinin (dünya okeanı sahillərində baş verən təbii fəlakətlərdən başqa) baş verməsinə şərait yaradır. Respublikada elə inzibati rayon və təsərrüfat sahəsi yoxdur ki, TFH-dən ziyan çəkməsin. Yalnız son iki il ərzində (2000-2002-ci illər) Azərbaycanda baş verən TFH-ni nəzərdən keçirsək, yuxarıda dediklərimizin əyani mənzərəsini görərik. Məsələn, mart 2000-ci il Bayıl, may 2000-ci il İsmayıllı, aprel- may 2002-ci il Qusar, Şamaxı, Ağsu, Şəki rayonlarda olmuş yer sürüşmələrini, noyabr 2000-ci ildə Lənkəran və digər cənub bölgələrində, may 2002-ci il Sabirabad və Biləsuvar, iyun 2002-ci ildə Qusar, Quba, Xaçmaz və digər dağlıq rayonlarda aramsız leysan yağışlarını, may-avqust 2001-ci ildə Quba, Zaqatala, Şəki, Qəbələdə, iyun- avqust 2002-ci ildə Dəvəçi, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şahbuz, Oğuz rayonlarında baş vermiş selləri, sentyabr 2001-ci il Gəncədə, fevral 2002-ci il Dəvəçi, Göyçay və digər Aran rayonlarda şiddətli külək və qasırğaları, noyabr 2000-ci il Bakıda, oktyabr 2001-ci il Lənkəranda baş vermiş zəlzələni, may 2002-ci il Qazax, Ağstafa, Tovuz, Qax və digər dağlıq rayonlarda olmuş doluvurmanı, avqust-sentyabr 2002-ci ildə Kürün aşağı axarlarında baş vermiş daşqın hadisələrini və sentyabr 2002-ci il Kürdəmir rayonunun mərkəzini su basmasını və digər yüzlərlə insanın həyat və təsərrüfat fəaliyyətlərini pozan TFH-ni gösiərmək olar. 2003-cü il isə Azərbaycanda ən ekstremal və təbii fəlakət ili kimi tarixdə qalacaq. Bu il tarixdə TFH Azərbaycan iqtisadiyyatına və onun əhalisinin həyat şəraitinə daha çox zərər vurmuşdur.

Yuxarıda sadalanan real faktlar Azərbaycanın təsərrüfat sahələrinin və əhalisinin mütamadi olaraq TFH-dən zərər çəkməsini göstərir. TFH Azərbaycan iqtisadiyyatına hər il orta hesabla 10-20 mln. ABŞ dolları məbləğində zərər vurmaqla yanaşı, insan ölümü ilə müşayət olunur. Müxtəlif illərdə baş vermiş təbii fəlakətləri araşdırarkən daha çox zərər göstəricisi və insan ölümü ilə seçilənlərə rast gəlinir. Məsələn, 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələni və ya 1910, 1936 və 1958-ci illərdə Kişçayda baş vermiş sel hadisələrini göstərmək olar.

Ayrı-ayrı təbii fəlakətlər və onların zərər göstəriciləri, dağıntılar və insan tələfatı haqda sonrakı bölmələrdə ətraflı məlumatlar verilmişdir.

Azərbaycanın hər bir rayonu özünəməxsus təbbi fəlakətləri ilə seçilirlər. Dağlıq rayonlarda sel, dolu, qar uçqunları, sürüşmələr, daş uçqunları, düzən ərazilərdə isə toz tufanları, quraqlıq, daşqın, abraziya, külək erolziyası yayılmışdır.

TFH digər sahələrlə müqayisədə kənd təsərrüfatına daha böyük ziyan vurur. Kənd təsərrüfatının başlıca sahələri olan əkinçilik və heyvandarlığın yerləşdirilməsi üçün əsas baza olan torpaq fondu TFH daha çox məruz qalır. 2002-ci il məlumatlarına görə respublikanın ümumi torpaq fondu 8,6 mln. ha təşkil edir ki, bunun da 57%-i dövlət, 23,7%-i bələdiyyə, 19,3%-i xüsusi mülkiyyətə verilmişdir. Kənd təsərrüfatına yararlı torpaqlar 4,5 mln. ha və ya ümumi torpaq fondunun 52,3%-ni təşkil edir ki, bunun da 1,6 mln ha-sı əkinçilikdə istifadə edilir. Əkin altında olan torpaqların hər il 0,6-0,8%-ə qədəri TFH nəticəsində məhsuldarlığını 3-4% itirir. Müxtəlif təbii fəlakət növləri nəticəsində torpağın üst qatı yuyulub yararsız hala düşür. Bu halda torpaqlara dəyən zərərləri dəqiq təyin etmək mümkün olmur. TFH və antropogen amillər nəticəsində kənd təsərrüfatı dövriyyəsindən çıxan və əkinə yararsız olan belə torpaqlar Azərbaycanda hazırda 1,8mln. hektardan çoxdur. Belə sahələrə əsasən Böyük Qafqazın cənub yamacında yerləşən əksər çay hövzələrində rast gəlinir. Əvvllər bu ərazilərdən düyü və buğda əkinləri üçün ən məhsuldar torpaqlar kimi istifadə edilirdisə, hazırda TFH nəticəsində daşlı, qumlu çaylaqlara çevrilmişlər. TFH-nə əsasən bitkiçilik, xüsusilə buğda, arpa, qarğıdalı, tütün və başqa əkin sahələri daha həssasdır. Bütün veqetasiya dövründə onlar TFH-nin təsiri altında olurlar. Cücərmə dövründə şaxta və donvurma, böyümə və inkişaf dövründə isə güclü külək, doluvurma, leysan yağışları, sel və digər TFH-nin təsirinə məruz qalırlar. Bitkiçiliyin TFH-dən çox ziyan çəkən sahələrindən biri çoxillik əkmələr, o cümlədən bağlar və üzümlüklərdir. Bağlar və üzümlüklər hər TFH-nə məruz qaldıqdan sonra uzun müddət məhsuldarlığını itirir, bəzən 2-3 il bəhər vermir, bəzən də tamamilə quruyurlar. İlin isti vaxtı (may-iyul) doluvurma, leysan yağışları, güclü küləklər, sel, soyuq dövründə isə şaxta və donvurma bu sahəyə güclü ziyan yetirir. TFH bağlarda meyvə yetişən vaxtı baş verdiyindən böyük itkilərə səbəb olurlar.

Heyvandarlıq başqa kənd təsərrüfatı sahələrinə nisbətən TFH-dən az ziyan çəkir. Bu sahəyə dəyən zərər əkinçiliyə nisbətən həmişə az olur. Lakin hər 5-10 ildən bir baş verən güclü TFH zamanı minlərlə iri və xırda buynuzlu mal-qara, ev quşları və arı ailələri tələf olurlar. Məsələn, təkcə 2003-cü ildə respublika ərazisində baş verən TFH nəticəsində 70 minə yaxın mal-qara, 250 mindən çox ev quşları, minlərlə arı ailəsi məhv olmuşdur. Sel, güclü şaxta, covğun, qar uçqunları və donvurmadan əsasən xırda buynuzlu mal-qara ziyan çəkir. Hər il göstərilən TFH nəticəsində 10-12 min qoyun-keçi məhv olur. Son illərdə dağlıq ərazilərdə bu hal daha xarakterik hal almışdır. Bunun üçün dağlıq regionların əksəriyyətində TFH zamanı əhalini xəbərdar edən monitorinq sistemlərinin qurulmasına böyük ehtiyac duyulur.

TFH-dən mütamadi olaraq ziyan çəkən sahələrdən biri də su təsərrüfatıdır. Azərbaycan üçün böyük əhəmiyyəti olan suvarma sistemləri, nasos stansiyaları, su kəmərləri, arxlar, qoruyucu bəndlər və digər su-kommunikasiya vasitələri TFH nəticəsində dağılır və yararsız hala düşürlər. Bu da öz növbəsində bütün təsərrüfat sahələrinin normal fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə, suya böyük tələbat olan sahələrdə işin pozulmasına və onların lazımsız sahələrə axıdılmasına, sənaye müəssisələrinin və elektrik stansiyalarının iş rejiminin fasiləliyinə və əhalinin içməli su ilə təminatının pisləşməsinə səbəb olur.



TFH-nin nəqliyyat və kommunikasiya şəbəkəsinə vurduğu ziyanlar bütün təsərrüfat sahələrində, əhalinin həyat və fəaliyyətində özünü biruzə verir, onların normal inkişafına daimi mənfi təsir göstərir. Yolların dağılması yaşayış məntəqələri ilə inzibati mərkəzlərin əlaqələrini pozur və iş rejimini çətinləşdirir. Çoxlu işçi qüvvəsi və texnika əsas işlərindən ayrılaraq, dağılmış yaşayış evlərinə, tikinti və digər obyektlərin bərpasına cəlb olunurlar.

Təbii fəlakətdən sənayeyə qismən az ziyan dəyir. Buna səbəb sənaye müəssisələrinin tikintisi və yerləşdirilməsi zamanı TFH-nin nəzərə alınmasıdır. Həmçinin, burada dolayı zərərlər əsas yer tutur. TFH zamanı sənaye müəssisələrinin vaxtında xammalla təchiz edilməməsi və ya hazır məhsulun istehlakçıya çatdırılmaması və digər yubatmalar dolayı zərərlərlərə daxildir ki bunları da hesablamaq mümkün deyil. Lakin bəzi TFH müəyyən tarixi dövrlərdə sənaye sahələrinə birbaşa güslü ziyanlar yetirmişdir. Məsələn, 1910,1941, 1955 və 2003-cü illərdə Şəkidə sel, 1902-csildə Şamaxıda və 2000-ciildə Bakıda, 2003-cü ildə Kür çayı hövzəsində sənaye sahələrinə birbaşa güclü ziyanlar dəymişdir. Təkcə 2003-cü ildə Kür hövzəsində baş vermiş daşqın nəticəsində elektroenergetika sənayesinə 70 mlrd. manatdan çox və balıq emalı sənayesinə isə 10 mlrd. manata qədər ziyan dəymişdir. Ümumiyyətlə, TFH Azərbaycanın təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə böyük zərbələr vururlar. Hazırda respublikada 4440 yaşayış məntəqəsindən 40,5%-i zəlzələ, 2,3%-i sürüşmə, 2,6%-i sel, 0,7%-i uçqun və digər TFH-dən ziyan çəkirlər. Respublikanın təsərrüfat sahələrinin timsalında TFH-nin müxtəlif illərdə onlara təsir xronologiyasının araşdırılması bir sıra məqamları və acı nəticələri ilə diqqəti cəlb edir. Məsələn, 1982-ci ilin bütün yaz, yay və payız aylarında kənd təsərrüfatı əkinlərinə hazırlıq və məhsulun qızğın yığım dövründə TFH-nin respublika ərazisində bir-birini əvəz etməsi nəticəsində həm əkinçilik, həm də heyvandarlıq sahəsi iflic vəziyyətə düşmüşdür. Maddi durumu çətin olan təsərrüfatlar daha da zəifləmişdir. Oktyabrın birinci dekadasında düşən atmosfer yağıntıları, illik normadan 4 dəfə artıq olmaqla 1898-ci il tarixi hadisəsi ilə bərabərləşmişdir. 100 il keçdikdən sonra TFH yenidən təkrarlanmışdır. Son 100 ildə özünü bir dəfə cöstərən bu TFH böyük itkilərə səbəb olmuşdur. Belə ki, 11,4 mindən artıq ev zərər çəkməklə, onların bəziləri dağılmış, 100 km rayon daxili avtomobil yolları yararsız hala düşmüş, onlarla körpü, suvarma kanalı, su anbarı, nasos stansiyası dağılmış, 80 min hektar torpaq su altında qalmış, 45 min hektar üzüm əkini ziyan çəkmiş, 200 min ton üzüm məhv olmuşdur. Pambıq sahələrinin su altında qalması nəticəsində 100 min ton pambıq məhsulu məhv olmuşdur. Bir neçə silos və senaj hazırlanan tikililər su altında qalmışdır. 120 heyvandarlıq təsərrüfatları və onlara məxsus 1000 baş iri buynuzlu mal, 10 min baş qoyun, 100 min baş quş ziyan çəkmişdi. 2 konserv zavodu, çay fabriki, çörək zavodu, limonad sexi, medel kombinatı, 2 quş fabriki, mexaniki təmir zavodu, 40-dan çox məktəb, uşaq baxçası, tibb məntəqəsi, 35 ticarət və məişət obyekti güclü ziyan çəkmişlər. Göstərilən ildə respublikanın 29 inzibati rayonunda TFH qeydə alınıb. 3 min km2 sahəni daşqın və sel altında qalıb, 300 kənd, qəsəbə və rayon mərkəzi sel, daşqın və sürüşmələrə məruz qalıb. 100-lərlə ev dağılıb, 10 minə yaxın evi sel və daşqın suları basıb. Yuxarıda yalnız Azərbaycanın cənub bölgələrində olmuş TFH-nin vurduqları zərərlər xarakterizə edilib. Miqyasına və vurduqları zərərlərin miqdarına görə 2003-cü ildə olmuş TFH daha çox zərərlərlə müşayət olunmuşdur. TFH-nin təkcə bir ildə vurduğu zərərləri və onların əhatə dairəsini araşdırmaq problemin bir daha nə qədər aktual olduğunu göstərir. Bu sahədə aparılan işlər, dərc olunmuş elmi məqalələr TFH problemini tamamilə əhatə etmir. Problemin indiyə qədər həm fiziki-cografi, həm də iqtisadi və sosial-cografi baxımdan öyrənilməsi isə epizodik xarakter daşıyır. Bu sahədə ümumiləşmiş işlər aparılmasına böyük ehtiyac duyulur. Məsələyə tarixi aspektdən yanaşaraq TFH-nin əmələ gəlməsi və inkişafı işıqlandırılsa da, onların vurduqları zərərlər məxvi olaraq gizlədilmiş və ya qeydə alınmamışdır. Bütün bu çətinliklərə baxmayaraq, biz Azərbaycanın ərazisində baş verən TFH-in tarixi mənbələrini öyrənməklə, onların vurduğu ziyanın miqyası haqda fikir söyləməyə çalışmışıq. Azərbaycan ərazisində geniş yayılmış və daha çox ziyan vuran TFH-nin tarixi mənbələri içərisində «Qafqaz təqvimi» əsas maraq doğurur. Bu təqvim 1846-cı ildən 1917-ci ilə qədər Tiflisdə nəşr olunmuşdur. TFH aid əsas məsələlər 1851-61-ci illərdə çıxan nəşrlərindəndir. 1851-ci ildə xronoloji qaydada dərc olunan «Təbii fəlakətlər» bölümündə 1845-50-ci illərdə baş vermiş təbii TFH-dən söz açılır. Hadisələrin yeri, baş vermə tarixi və saatı, təsərrüfata və əhaliyə vurulan zərər və onun miqdarı dəqiq göstərilir. Göstərilən mənbədə Azərbaycanda o dövrdə olan TFH-nin ancaq bir hissəsi əksini tapmışdı. Bu baxımdan 1880-ci illərin ortalarından Qafqazda baş verən zəlzələlər haqda «Qafqaz təqvimi»ndə ətraflı məlumatlar verilmişdir. 80-ci illərdən başlayaraq Qafqazın ayrı-arı quberniyalarında və uyezdlərində baş vermiş TFH-nin statistik göstəriciləri təqvimdə daha ətraflı dərc olunmuşdur. 1913-17-ci illərdə nəşr olunmuş təqvimin axırıncı 5 cildində isə TFH-nə daha geniş yer ayırılmışdır. Bu cildlərdə Qafqaz quberniyasında və uyezdlərində rəsmi mənbələrə istinad edilərək, təbii fəlakətlərin vurduğu ziyan cədvəllər şəklində verilmişdi. «Qafqaz təqvimi»nə görə, TFH nəticəsində xalq təsərrüfatı sahələrinə dəyən ümumi ziyan Qafqazda 73,8 milyon manat, Azərbaycanda isə 1,2 milyon manat olub. Bəzi hallarda yanğın və digər hadisələr TFH adı altında verilmiş, bir neçəsi isə tamamilə açıqlanmamışdır (bax: cədvəl 3.1.)
1911-1915-ci illərdə (min manatlarla) Azərbaycana təbii fəlaktələrdən dəyən ziyan.

CƏDVƏL 3.1.






Yanğınlardan

Dolu

Daşqınlardan

Zəlzələ

Lərdən


Sair

T.F-dən


Cəmi

Bakı quberniyası

564,6

423,4

422,4

-

240,7

2385,2

Bakı şəhəri

4253,5

-

1,2

-

2,2

4256,9

Yelizavetpol qub.

542,1

1900

187,8

2,0

1436,4

4909,6

Zaqatala dairəsi

58,8

12,3

118,1

-

122,6

313,0

Naxçıvan uyezdi

2,2

178,1

-

-

-

180,3


Ümumi

5442,2

2514

1239,5

2,0

1801,9

12045,0

Ona görə də TFH nəticəsində dəymiş ziyaların miqdarı çox az göstərilmişdir. Məsələn, 5 il ərzində zəlzələlərdən təsərrüfatlara dəyən ziyanın həcmi yalnız 2 min manat hesablansa da, göstərilən dövrdə Azərbaycanın zəlzələ kataloqunda (Milinovskiy, 1935) 55 zəlzələ qeydə alınıb və onların çoxu 4-6 bal gücündə olub. Məsələn, yalnız Lənkəranda 16 aprel 1913-cü ildə baş verən zəlzələnin gücü 6-7 bal olub, lakin onun vurduğu ziyan barədə "Qafqaz təqvimi"nə heç bir məlumat düşməyib. TFH haqda bir neçə maraqlı və dəyərli məlumatlara "İmperator Rus Coğrafıya cəmiyyətinin Qafqaz bölümü haqqında yazılar və məlumatlar" dərgisində nəşr olunub. Bu dərgi XIX əsrin sonları və XX əsrin əvvəllərində Tiflisdə nəşr olunmuşdur. TFH həsr olunmuş yazılarda əsas diqqət zəlzələ, sel və daşqınlara yönəlmişdir. Doluvurmaya və zəlzələyə həsr olunmuş yazılar isə Tiflisdə dərc olunan Qafqaz statistika komitəsinin "Qafqaz haqqında məlumatlar toplusu" (1882-1888) nəşrndə yer tapmışdı. Ayrı-ayrı TFH-nə həsr olunmuş materiallar XIX əsrin axırı və XX əsrin əvvəllərində Respublikada dərc olunan "İmperator rus texniki cəmiyyəti barədə" dərgisində çap olunmuşdur. Bundan başqa 1911-ci ildə Peterburqda çıxan "Torpağın inkişafı barəsində" illik və "Rus təbiətşunasları və həkimləri qurultayı" nəşrlərində, "Meşə jurnalı"nda, Peterburğun meşə cəmiyyətinin əsərlərində və Tiflisdə çıxan "Qafqaz" qəzetində TFH-ə aid mütəmadi olaraq materiallar çap edilmişdir. Beləliklə, tarixi mənbələri araşdırmaqla belə nəticəyə gəlmək olar ki, Azərbaycan ərazisində baş verən 30-dan çox TFH-dən nisbətən öyrənilənləri sel, daşqın, dolu, sürüşmə və zəlzələlərdir. Digər TFH-nə isə xatırlamalarda rast gəlinir. Məsələn, 21 fevral 1851-ci ildə Quba uyezdində baş vermiş güclü fırtınanı göstərmək olar. Gündüz saat 2-dən axşam saat 8-ə qədər davam edən bu fırtına nəticəsində bir neçə çoxillik ağaclar köküdən qopmuş, bağlara, şəxsi evlərə və mağazalara xeyli ziyan dymiş, 5 səyyar poçt binasının damı uçmuşdur. 2 iyun 1854-cü ildə Şuşa uyezdində baş verən fırtına zamanı isə Xınzırakı kəndində evlər və adamlar torpaq altında qalmışdı. Bu yazıların xəritə və xəritə-sxemləri yoxdur TFH-nə qarşı görülmüş tədbirlər barədə də heç bir məlumat verilmir. Ancaq bu sahədə sel hadisəsi istisna təşkil edir. Sellər haqqında çap olunmuş əsər, xəritə, sxem və mübarizə tövsiyələri bu gün də öz əhəmiyyətini itirməmişdir.



Dünya praktikasında TFH-dən müdafiə üçün tətbiq edilən üsul və vasitələri öyrənməklə, bir sıra metodlardan istifadə edilməsini məqsədəuyğun hesab edirik. Bu baxımdan mühəndis texniki metodları mühüm yer tutur. TFH-i öyrənməklə obyektlər üçün əlverişli yer seçilməsi, ərazinin səmərəli təşkili üçün mühəndis-texniki və iqtisadi-coğrafi metodlardan kompleks istifadə edilməsinə üstünlük verilir. Belə təsəvvür yarana bilər ki, "yer seçimi" anlayışı "ərazinin səmrəli təşkili"nin bir komponentidir. Lakin onların arasında bir fərq vardır: "Yer seçimi"- bu anlayış məsələyə obyektdən, yəni mühəndəslik baxımdan yanaşmadır, "ərazinin səmərəli təşkil" isə ərazidən istifadə və ya iqtisadi coğrafiyanın vəzifəsidir. Təcrübədə isə bütün bu formalar bir-birləri ilə əlaqəlidir. Belə ki, tikinti üçün yer seçildikdə bütün ərazinin səmərəli təşkili məsələlərinə xüsusi diqqət yetirilməli, hər hansı sahəyə bu və ya digər obyekti yerləşdirilərkən onlara aid kompleks şərtlər irəli sürülə bilər. Ərazidə istehsalın səmərəli təşkilinin konkret həlli mühəndis-müdafiə işinin məqsədəuyğunlu-ğundan asılıdır. Əslində «ərazinin səmərəli təşkili» ilə «obyekt və müəssisələrin yerləşdirilməsi» katkqoriyaları bir-birini tamamlamalıdır. Təsərrüfat sahələri və əhali məskunlaşdığı ərazilərdə TF-n müdafiə işi kompleks, çoxsahəli, istiqamətdə aparılmalıdır. Belə hallarda müdafiənin bir neçə növü tətbiq edilə bilər. Məsələn, TF-n yaşayış məntəqəlrinin qorunmasını göstərmək olar. Ancaq bu məsələni təkcə mühəndis mühafizəsi hesabına yox, əhalinin başqa təhlükəsiz yerə köçürməklə də həyata keçirmək olar. Təsərrüfat və əhalinin başqa əraziyə köçürülməsinin elmi səmərəliliyini müuəyyən etmək iqtisadi coğrafi tədqiqatların ən aktual məsələlərindəndir. Təsərrüfat və yaşayış məntəqələrinin məqsədyönlü yerləşdirilməsi istehsalın səmərəliliyini artırır, insanların həyat şəraitini yaxşılaşdırır və iş qabliyyətini artırır. Bu məsələnin həll edilməsi bir neçə amillə bağlı olsa da, əsas məqsəd TFH-in nəzərə alınmasına yönəldilməlidir. TF amili ərazinin mənimsənilməsində böyük rol oynayır və təsərrüfat sahələrinin və obyektlərinin qarşılıqlı surətdə yerləşdirilməsinə təsir edir. Ona görə TF-ə qarşı mühafizə tədbirləri həyata keçirilərkən onların iqtisadi səmərəliliyi əsas götürülməlidir. Lakin respublika ərazisində bu problemin həlli yaddan çıxmışdır. Ərazidə mütamadi olaraq fəaliyyət göstərən TF-n yayılma areallarının və onların vurduqları ziyanın sistematik uçotuun aparılması Azərbaycanda hal-hazırda epizodik xarakter daşıyır. Bu işlər yalnız ən dağıdıcı TFH üçün aparılır. Respublikada TF-ə qarşı müdafiədə bir neçə nazirlik, komitə, təsərrüfat və müəssələr iştirak edirlər. Onlardan Su Təsərrüfatı və Meliorasiya, Kənd Təsərrüfatı və Nəqliyyat nazirliklərini, müxtəlif dövləttikinti idarələrini və onların rayon təşkilatlarını göstərmək olar. Respublika ərazisində TF-ə qarşı görülən işlərin hələlik iqtisadi səmərə verilməsini söyləmək olmaz. Bu tədbilər içərisində yalnız keçmişdə doluvurmaya qarşı aparılan hərbiləşdirilmiş işləri istisna etmək olar. O zaman bu sahədə iqtisadi səmərəliliyi hesablamaq mümkün idi.

Bütün təbii fəlakətlərə qarşı aparılan tədbirldərin iqtisadi səmərililiyini müəyyən etmək heç də mümkün deyil. TFH-dən sunami, zəlzələ, vulkan püskürməsi və digərlərinin əvvəlcədən olacağı və nəticəsi bəlli olmadığından onlara qarşı aparılan işin iqtisadi səmərəliliyini yox, fəlakətlərə qarşı görülən tədbirlər və zərərsizləşdirmə işləri nəzərə alınmalıdır.

TFH istehsalın ərazi təşkilində daim problemlər yaradır. Təsərrüfat sahələrini yerləşdirilməsində təbii şərait və TF amillərinin nəzərə alınması əsas şərtlərdən biridir. Kənd təsərrüfatı sahələrinin ərazi təşkilində TF amilinin nəzərə alınması daha vacibdir. Respublika ərazisində bu amil nəzərə alınmadığından digər sahələrə nisbətən TF-dən kənd təsərrüfatı daha çox ziyan çəkir TF-n bir neçə növünün geniş ərazilərdə baş verməsi, bu məsələyə daha ciddi yanaşmağı tələb edir və belə yerlərdə tikinti işləri aparmaq xüsusi metod və vasitələr tələb edir. Ona görə, ərazilərin layihələşdirilməsidə TF-n siyahıya alınması məsələsi əsas yer tutmalıdır. Respublikanın kənd rayonlarının layihələşdirilməsi ilə respublika Kənd Tikinti Layihələşdirmə İnstitutu məşğul olur. Bu institutun layihələri əsasında bir neçə rayonda mütəmadi olaraq təbii fəlakətə məruz qalan kəndlərin köçürülməsi tədbirləri aparılır. Bu işlərlə tanışlıq göstərir ki, TF rayonlarından belə kəndlərin köçürülməsi məsələsi çox vaxt maliyyə çətinliyinə görə öz müsbət həllini tapa bilmir. Bununla belə, bir sıra rayonların təsərrüfatları və yaşayış məntəqələri təbii fəlakət təhlükəsi altında fəaliyyət göstərir və ondan daimi ziyan çəkirlər. Belə hala biz Şəki-Zaqatala və Aran iqtisadi rayonlarının çay hövzələrindəki bir neçə inzibati mərkəzlərində və yaşayış məntəqələri sahəsində rastlaşırıq. Bu baxımdan əvvəlki illərin acı nəticələrini nəzərə alıb, Balakən, Şəki, İsmayıllı rayonlarının bəzi kəndlərinin köçürülməsinin reallaşmasında təbii fəlakət amili əsas götüpülməlidir. TF zonalarında məskunlaşan əhalinin təhlükəsizliyinin və həyat fəaliyyətinin təmin edilməsi üçün Dövlət və Beynəlxalq səviyyədə mühafizə proqramları və tədbirləri həyata keçirilməlidir. Sonrakı fəsil və bölmələrdə respublika iqtisadiyyatına daha çox zərər vuran və bəzən də insan tələfatına səbəb olan TFH-i ayrı-ayrılıqda səciyyələndirmək nəzərdə tutulmuşdur. Azərbaycanda təkrarlanan təbii fəlakətlərin dünya aspektində necə təzahür etmələri oxucularda böyük maraq doğuracağına ümüd edirik.
3.2. Sel

Dağ çaylarında tez-tez təsadüf edilən, gətirmələrlə zəngin (daş, qum, çınqıl, lil, ağac, ot və s.) dağıdıcı qüvvəyə malik, qısa müddətli, coşğun axınlara Azərbaycanda «Sel», Orta Asiyada «Sil», Fransada «Nant», Almani-yada «Mur», İsveçrədə «Ruff», Gürcüstanda «Qvarsoppi» deyirlər.

Sellər bir qayda olaraq ABŞ-n, Yaponiyanı, İtaliyanın, Qazaxstanın, Orta Asiyanın, Gürcüstanın və s. ölkələrin dağlıq ərazilərində, Azərbaycanda isə, əsasən Böyük Qafqazın cənub və cənub-şərq, Kiçik Qafqazın cənub-qərb yamaclarında və Talış dağlarında rast gəlinir.

Azərbaycan özünün səth quruluşunun müxtəlifliyi ilə xarakterizə edilərək respublikanın ərazisinin orta yüksəkliyi 384 m. olmaqla onun ərazisinin 60% dağlar, 18 faizini isə dünya okeanı səviyyəsindən aşağıda yerləşən ərazilər təşkil edir. Deməli Azərbaycan ərazisinin 60 faizində sellər olmaq ehtimalı vardır. Respublika ərazisinin 40 faizə qədərini təşkil edən düzən ərazilərdə, o cümlədən, Kür-Araz ovalığında Abşeron yarımadasında sellərə təsadüf olunmur. Respublikada 43 selli hövzə olub, onların sahəsi 3282 km2 olub, bura Azərbaycanda olan 1200 çaydan 170-i daxildir.

Azərbaycanda mövcud olan təbii fəlakətlərdən tarixən və Sovet dövründə ən çox öyrəniləni sellərdir. Çar rusiyası dövründə selləri B.İ.Statkovski (1885), N.N.Pıltsov (1904), N.Petrov (1911),A.M.Fon Essen (1913), M. Kirilov (1915), V. A. Fijenko, A. İ. Qrisenko (1916), Sovet hakimiyyəti illərində isə İ.A.İsmayılov (1925), A.L. Brilinski (1925,19360, N.İ. Roşin (1931,1936), T.Q.Çiknaryov (19320, M.İ.Sitkovski (1935), L.N. Leontiyev (1949,1951), S.Q.Rüstəmov (1954, 1957, 1959, 1964, 1971), B.A.Budaqov (1961, 1962, 1965), B.T.Nəzirova (1961, 1962, 1963, 1965, 1971) və b. öyrənmişlər. Sovet dövründə aparılmış tədqiqatlarda S.Q.Rüstəmovun xüsusi xidmətləri qeyd olunmalıdır.

Çox təssüflər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Respublika iqtisadiyyatına digər fəlakətlərdən ən çox zərərlər vuranı və hər dəfə insan tələfatına səbəb olan sellərin öyrənilməsi və onlara qarşı əsaslı tədbirlər görülməsinə əsaslı fikir verilmir. Düzdür bu məsələ respublikanın maliyyə problemləri ilə bağlı olsada, sellərin öyrənilməsi və onlara qarşı kompleks mübarizə tədbirlərinin aparılması Azərbaycan üçün ən ümdə problem olmalıdır.

Sellər, digər təbii fəlakətlər içərisində Azərbaycan iqtisadiyyatına ən çox zərərlər vuranıdır. Sellər torpaqları, əkin sahələrini, meşələri, meyvə və üzüm bağlarını yararsız hala salır, yaşayış evlərini, yolları, mühəndis kommunikasiya xətlərini, müxtəlif təsərrüfat obyektlərini dağıdır, insan tələfatına səbəb olur. Azərbaycan əhalisinin 1,0 mln. nəfəri daima sel təhlükəsi altda yaşayır. 18 inzibati rayonun ərazisində yerləşən 100-dən çox şəhər və kənd yaşayış məntəqələri fasilələrlə və ya mütəmadi sellərə məruz qalır. Bunlardan Şəki, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Ordubad və s. kimi iri inzibati rayon mərkəzlərini göstərə bilirik. Respublikanın dəmir yollarının 300 km-i, avtomobil yollarının 1000 km-i, 100-lərlə körpü fasilələrlə sellərə məruz qalır.

Sellərin baş verməsi və davamiyyəti əsasən leysan yağışlarından, onların davam etmə müddətindən və intensivliyindən, qar örtüyünün qalınlığı və onun ərimə müddətindən, çay yatağının relyefi və təbii şəraitindən, çayın uzunluğundan antropogen faktorlardan və s. amillərdən asılı olaraq, sellər lehsan yağışlardan 1-2 saat sonra, qarların intensiv əriməsindən 5-10 saat sonra baş verir. Sel bir neçə dəqiqədən bir neçə saatadək davam edir. Belə sellərdən biri Azərbaycan tarixində ən dağıdıcı və faciəlisi 1910-cu il avqust ayında gecə vaxtı lehsan nəticəsində baş verib, 2 saat davam edib. Şin çayında keçən bu selin nəticəsində 130 ev dağılıb, 400 nəfər adam ölüb, 10 minlərlə malqara qırılıb. Göstərilən sayda insan ölümü olmasada anoloji sel 14-15 avqust 1955-ci və, 2000-ci, 2003-cü ildə keçib.

Sellər çox yüksək surətlə hərəkət etmələri ilə seçilərək, onun orta surəti 3,0 m/san, bəzəndə 10-15 m/san bərabər olur, selin özü ilə gətirdiyi asılı materialın həcmi bir neçə milyon m3 olur. Sellər bəzən ağırlığı 100-200 ton olan daşları çox asanlıqla hərəkət etdirirlər. Yaxınlaşmaqda olan dağıdıcı selin səsini, gurultusunu, «nəriltisini» 100 m-dən, bir neçə kilometr məsafədən eşitmək olur. Sel sularının orta hündürlüyü 3-5 metrə, nadir hallarda isə 10 metrə çatır. Belə nadir selə 1864-cü ildə Şinçayda, 1936, 1955-ci illərdə Kişçayda, 1931-ci ildə Ordubadçayda keçən selləri misal göstərə bilərik. Bu sellər çoxlu insan ölmünə və böyük dağıntılara səbəb olmuşdur.

Azərbaycanda sellər haqqında ilk yazılara XVII əsrin axırlarından rast gəlinsədə, XVIII-XX əsrlərdə bu problem Çar Rusiyasının və Sovet hökumətinin daima nəzərində olsada, bu problemin həllinə dair onlarca lahiyyələr tərtib olunsada, onlar qismən həyata keçirilsədə sellərin qarşısının alınması bu günədək öz müsbət həllini tapmamışdır. XX əsrin birinci yarısından Azərbaycan alim və mütəxəsisləri bu problemin elmi araşdırmalarına daha çox fikir versələrdə, Azərbaycanda sel problemi ilə məşğul olan lahiyyə institutları, ixtisaslaşdırılmış tikinti təşkilatları yaradılsada, sellərin nəinki qarşısı alınmış, əksinə onların yayılma arealları genişlənmiş və artmış onların vurduqları zərərlər ilbəil artmaqda davam edib və etməkdədir.

Son 100 ildə Azərbaycanda 200 dağıdıcı sel hadisəsi qeydə alınmış, onların vurduğu zərərlər təxminən 0,5 mlrd, ABŞ dolları miqdarında olmuşdur. Bəlkə oxucu üçün bu rəqəm, “fantastik” görünə bilər, ancaq nəzərə alanda ki, yalnız 1998-ci ildə Azərbaycanda sellər 150 mln. ABŞ dolları miqdarında zərər vurmuşdur. Son 100 ildə Kişçayda 20 dəfə, balakənçayda 12 dəfə, Göyçayda, Şinçayda, Vəndamçayda, Girdimançayda, Ordubadçayda, Kendeçayda və s. hər birində 10 dəfə belə dağıdıcı sel təkrarlanmışsa, onda izahata ehtiyac qalmaz.

Oxucuda belə bir təsəvvür oyanmasın ki, Azərbaycanda selləri zərərləşdirmək olmaz. Artıq dünya praktikasında selli ölkələr olan Fransada, İtaliyada, Avstraliya və s. ölkələrdə artıq sellər əsasən ram edilmişdir. Bizim iddia etdiyimiz bu fikir, 2002-2003-cü ildə baş vermiş sellərdən sonra heçdə hər yerdə sellərin həmişə ram edildiyini iddia etmək düzgün olmaz.

Bəs Azərbaycanda necə? Azərbaycanda nəinki sellər ram edilmiş, onların vurduğu zərərlər ilbə il artmaqda davam edir.

Düzdür Azəribaycanda sellərə qarşı son 100 ildə dövlət səviy yəsində müdafiə qoruyucu işləri aparılsada və bu işlərə 1mlrd ABŞ dollarından artıq vəsait sərf olunsada demək olar ki, heç bir səmərə verməmişdir. Bu birinci növbədə aparılan işlərin pərakəndəliyi, selli hövzələrdə ancaq sellər keçəndən sonra ayrı-ayrı kiçik sahələrin müdafiəsi, ayrılan vəsaitlərin görülən işlərin tam başa çatması üçün kifayət etməməsi, mühəndis qoruyucu obyektlərin müxtəlif təşkilatlar və müxtəlif ərazilərdə aparılması, meşə və kolluqların müdafiə məqsədi və yanacaq üçün qəddarcasına qırılıb məhv edilməsi, selli hövzələrin sel əmələ gələn ərazilərində normadan dəfələrlə artıq xırda və iribuynuzlu malqaranın saxlanılması, selli hövzələrin gətirmə konuslarının təmizlənməməsi və s. səbəb olmuşdur.

Bir sözlə sellərin ram edilməsində gözlənilən səmərənin olmamasına səbəb görülən işlərin vahid bir təşkilat tərəfindən kompleks aparılmaması maliyyə imkanlarının məhdud olması və s. səbəb olmuşdur.

Sellərin qarşısının alınmamasında insanların təbiətə düşünülməmiş müdaxiləsinin də rolu çoxdur. Deyilənlərə misal olaraq Azərbaycanda ən selli çay olan Kişçay hövzəsindəki vəziyyətə diqqət yetirək. Bu çayda demək olar ki, hər 3-5 ildən bir sel keçir və hər dəfədə bu sel külli miqdarda zərərlər vurur və insan təlafatı olur. Nəzərə alsaq ki, Azərbaycanın selli çaylardan sellərə qarşı ən çox müdafiə tədbirləri bu çayda aparılsada bu işlər demək olar ki, əsaslı səmərə verməmişdir. Bunun əsas səbəblərindən biri Kişçayın gətirmə konusunda sellərə məhəl qoyulmadan intensiv mənimsənilməsi, burada yaşayış evləri, sənaye, tikinti, məişət və s. obyektlərin inşa edilməsi və bununla əlaqədar, çayın yatağı bu ərazidə çox daralmış və sellərin gətirdiyi asılı materiallar çay yatağı boyu şimala hərəkəti məhdudlaşmış və sellərin gətirdiyi asılı materialların axım məsafəsi çox qısalmışdır. Buna görə də indi çayın gətirmə konusu bəzi ərazilərdə Şəki şəhərinin ayrı-ayrı məhəllələrindən yüksəkdə yerləşir. Hər gözlənilən selin isə bu əraziləri dağıtma ehtimalı artır. Bunu 2002-2003-cü illərdə Kişçayında baş vemiş iki dağıdıcı sel bir daha təsdiq etdi. Buna görədə çay konusunda aparılan hər cür tikinti işləri təcili dayandırılmalı sel sularının sərbəst və daha uzağa hərəkət etməsi üçün, çay yatağının gətirmə konusunda toplanmış asılı materiallar başqa ərazilərə daşınıb tökülməlidir. Unutmaq olmaz ki, 1772-ci ildə Kişçayda baş vermiş sel Şəkini təmamilə dağıtmışdır.

Bəs indi Azərbaycanda nə kimi işlər görülməlidir ki, sellərin qarşısını alsın?

Birinci növbədə Azərbaycanda selləri hərtərəfli öyrənən və onlara qarşı hər cür kompleks müdafiə tədbirlərini həyata keçirə bilən, maliyyə imkanları olan bir elmi istehsalat birliyi yaradılmalıdır. Soruşula bilər bəs bunun üçün maliyyə vəsaitini haradan tapmalı? Nəzərə alsaq ki, hər dağıdıcı selin hər 3-5 ildən bir olamq ehtimalı var və onun vura biləcəyi zərər 3-5 mln. ABŞ dolları ola bilər. Olmazmı ki, bu qədər zərərin məbləğindən onda birini ayırıb belə bir təşkilat yaratmaq? Bununla bərabər bizim fikrimizcə aşağıdakı işlərin görülməsi selləri ram etməkdə mühümmü rol oynaya bilər. Selli ərazilərdə yerləşən və mütamadi sellərə məruz qalan inzibati rayon mərkəzləri şəhər, qəsəbə və kəndlər ətraflı tədqiq edilməli, onların sellərdən qorunma imkanları çox məhdud olanları və ya həddən ziyadə çox baha başa gələn belə yaşayış məntəqələrində hər cür tikinti işləri qadağan edilməli, belə yaşayış məntəqələrini yerli əhalinin razılığı ilə təhlükəsiz ərazilərə köçürmə işini həll etməli. Selli ərazilərdə meşələrin, kolluqların qırılması, dağ yamacları və otlaqların normadan artıq yükləmək qadağan olunmalıdır. Selli çayların gətirmə konuslarında hər cür tikinti, quraşdırma, mənimsəmə işlərinə çox ciddi məhdudiyyətlər qoyulmalıdır.

Selli ərazilərdə aparılan hər cür tikililər məcburi sığortalan malıdır.

Azərbaycanın selli əraziləri böyük miqyaslı xəritələşdirirlməli, hər bir sahə və ərazinin seldən təhlükə dərəcəsi müəyyənlmşdirilməli, ən təhlükəli ərazilərin istifadəsinə məhdudiyyət və qadağa qoyulmalıdır. Belə xəritələr selə məruz qalan hər bir inzibati rayona göndərilməli və bu xəritələrə əlavə edilmiş tövsiyyələrə əməl olunmaları tələb olunmalıdır.

Düzdür maliyyə təminatı baxımından bu işləri tezliklə həyata keçirmək çox çətin olsada, nəzərə almaq lazımdır ki, dağıdıcı sel hər 3-5 ildən bir 100 hektarlarla ən məhsuldar torpaq sahələrini meşələri, bağları sıradan çıxarır, yolları, körpüləri, kəndləri komunikasiya xətəlrini, hidrotexniki qurğuları dağıdır və ya yarasız hala salır, bu problemin nə qədər vacibliyini dərk etmək olar.

Sellərin qarşısını almaq və ya onlardan qorunmaq üçün göstərilən işlərlə yanaşı, sel sularından məqsədli istifadə etməklə, selli əraziləri daş, çınqıl, qum və s. gətirmə materiallarından təmizləməklə, sellər nəticəsində yararsız hala düşmüş ərazilərin təkrar istifadəsində aşağıdakı tövsiyyələrimiz nəzərə alınarsa çox böyük səmərə əldə etmək olar.

Azərbaycanın quraq keçən ərazilərindən keçən çaylarda, sellər yazın ortası və yayın əvvəllində baş verir. Bu dövrdə çayların gətirdiyi suların illik su sərfinin 50-70% təşkil edir. Yayın gəlməsi ilə belə ərazilərdə suvarma suyu çatışmamazlığı hiss olunur. Göstərilənləri nəzərə alaraq belə çaylarda sel sularını toplayan su anbarları tikilir. Dünyanın quraq ölkələrinin selli çayları üzərində belə sel sularını toplayan anbarlar inşa edilmişdir. Belə qurğular ABŞ-da, Fransada, Türkiyyədə Qazaxıstan və Orta Asiya ölkələrində daha çox inşa edilmiş və çox səmərəli nəticələr vermişdir.

Belə qurğular Azərbaycanda da inşa edilmişdir. Onların əksəriyyəti çox kiçik həcmli olub, ən böyüyü Göyçay və Pirsaat çayları üzərində inşa edilmişdi. Göyçay çayında baş verən sellər Göyçay şəhərinə və ətraf təsərrüfatları vaxtaşırı çox böyük zərərlər vururdu. İndi bu çay üzərində inşa edilmiş sel sularını toplayan su anbarı, Göyçay çayında baş verən çox dağıdıcı olmayan sellərin qarşısını alır.

Yay vaxtı Göyçay rayonunun təsərrüfatları bu sel sularından isafadə edir. Ancaq təssüflər olsun ki, son illərin baxımsızlığından bu hidrotexniki qurğu yararsız hala düşmüşdür.

Nəzərə alsaq ki, hər seldən sonra bu qurğu asılı materiallarla dolur, bu gətirmə materialları xammal kimi istifadə edilə bilməklə, əkinçilikdə isə gübrə kimi də istifadə edilə bilər. Gölün ətrafında kərpic və gübrə zavodu tikməklə hər seldən sonra dolan, gölün səviyyəsini göstərilən yolla daima nizamlamaq olar, bu isə öz növbəsində gölün sel sularını tutma imkanlarını artırır və hər il Azərbaycan iqtisadiyyatına böyük məğləbdə gəlir gətirə bilər. Digər böyük həcmli sel-su anbarına Pirsaat çayı üzərində inşa edilmiş sel-su anbarlarını göstərmək olar. Pirsaat çayında sel hadisələri intensiv leysan yağışlar və qar örtüyünün surətlə əriməsi nəticəsində baş verir. Bu çayın aşağı axınında yerləşən bir neçə yaşayış məntəqəsi həm selə məruz qalırdı, həm də yay aylarında su çatışmamazlığından zərər çəkirdilər. Çayın dağıdıcı sellərini və bu ərazilərdə su çatışmamazlığını nəzərə alaraq 1964-cü ildə faydalı həcmi 11, 8 mln m3 olan Pirsaat sel-su anbarı tikiilb istifadəyə verilmişdir. Nəticədə ətraf ərazilərdə 1000 hektarlarla sahəni suvarmağa imkan yaranmışdır.

Bağçılıq, üzümçülük, tərəvəzçilik, bostançılıq və s. kimi yeni sahələr inkişaf etməyə başlamış, əhalini su təminatı əsaslı şəkildə yaxşılaşdırmışdır. Göl boyu ərazilərin bitki örtüyü və heyvanat aləmində, mikroiqlimində əsaslı dəyişiklik baş vermişdir. Yarımsəhra şəraitində iki böyük areal şəklində söyüd və yulğun meşə sahəsi yaranmışdır. İndi burada hündürlüyü 10-15 m-ə çatan söyüd ağaclarına rast gəlmək olar.

Düzdür göstərilən meşə sahəsinin artması yaxşı hal olsada, onun gölün faydalı sahəsinin hesabına genişlənməsinə yol vermək olmaz.

Çox əfsuslar olsun ki, son illər Azərbaycanda uzun illər boyu formalaşmış, çox yüksək elmi potensiala malik, Azərbaycan üçün çox vacib, sellərə, daşqınlara, sürüşmələrə və s. qarşı layihə elmi tədqiqat quraşdırma və s. işlərini görən keçmiş ittifaq əhəmiyyətli lahiyə, elmi tədqiqat, tikinti təşkilatları bağlanılır və ya onların işçiləri kəskin ixtisar edilir. Onların binaları səfirliklərə, başqa nazirliklərə, müxtəlif kommersiya strukturlarına və s. verilir.

Ancaq nəzərə almaq lazımdır ki, bu təşkilatlar və onların gördüyü işlər Azərbaycan üçün ən lazımlı və vacib işlərdəndir. Düzdür indi maliyyə çətinlikləri səbəbindən belə təşkilatları saxlamaq çox çətin olsa da onların gələcəkdə fəaliyyətini indi olduğu kimi bərpa etmək çox çətin və ya mümkün olmayacaqdır.

Hal-hazırda Azərbaycan iqtisadiyyatında əsas fikir neft və qaz sənayesinə yönəldilmişdir. Ancaq unutmaq olmaz ki, biz hər il neft və qaz sənayesindən əldə etdiyimiz gəlirin böyük bir hissəsini təbii fəlakətlərin o cümlədən sellərin hər il Azərbaycan iqtisadiyyatına vurduğu zərər hesabına itiririk. Buna görə də sellərə qarşı mübarizə işi dövlət səviyyəsində həll edilməlidir. Biz bu işlərin müsbət həllini sellərlə əlaqədar müstəqil bir təşkilatın yaradılmasını ya da yaradılacaq fövqəladə hallar üzrə Nazirliyin bir struktur bölməsində bu işlərin həyata keçirilməsini arzu edərdik. Ona görə də vaxtı itirmədən göstərilən nazirliyin açılması günümüzün vacib tələbidir. Buna nə qədər tez əməl etsək sellərin vura biləcəyi zərərləri daha tez zərələşdirə bilərik.

Azərbaycan dünya ölkələri içərisində sellərin ən çox yayıldığı regionlardan biri olmasını, hər il sellərin ölkəmizin iqtisadiyyatına külli miqdarda zərərlər vurmasını, vaxtaşırı insan tələfatı olmasını, nəzərə alaraq, selli ərazilərdə əhalinin selə qədər və seldən sonra özlərini necə aparmalarını bilmələri, insanların həyatını sellərdən qorumaq üçün çox vacib olmasını nəzərə alaraq bu problemə də münasibət bildirmək istərdik.

Sel təhlükəsi olan yaşayış məntəqələrində əhali sellər haqda ümumi təsəvvürləri olsa da, aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyyə olunur.

Sel baş verməmişdən əvvəl sellər haqda yuxarıda xarakterizə edilmiş ümumi məsələlər. Selin baş vermə səbəbləri, onun baş vermə müddətləri, selin surəti, davam etmə vaxtı, gətirdiyi əsılı materiallar və s. məsələlər haqda əhalinin ətraflı məlumatı olmalıdır.

Sellərə məruz qalan yaşayış məntəqələrinin bələdiyyələri nəzdində daimi fəliyyət göstərən fövqəladə hallara qarşı ictimai əsaslarla mübarizə qrupları yaradılmalı, qrupun fəaliyyətinə yaşayış məntəqəsinin əhalisinin sayı, yaşayış evlərinin, təsərüffat obyektlərinin siyahısı, onların sellərə məruz qalmaları haqda məlumatları toplamalı, sel olduğu təqdirdə əhalini müvəqqəti, hara köçürmək haqda iş planı olmalıdır və bu haqda yerli əhali vaxtaşırı məlumatlandırılmalıdır. Bu qrup ən vacib texniki və rabitə vastələri ilə təmin olunmalıdır.

Sellərin mütəmadi keçə biləcəyi ərazilərdə yaşayış evləri təsərrüfat obyektləri inşa edilməməlidir, çay yamacında və kəndin ətrafında olan meşə və kolluqların qırılması qəti qadağan edilməlidir. Əgər bu və ya digər yaşayış məntəqəsi mütəmadi sellərə məruz qalıb dönə-dönə dağılıbsa və bunun nəticəsində insan tələfatı olubsa belə yaşayış məntəqələrinin yerli əhalinin razılığı ilə təhlükəsiz ərazilərə köçürülməsi haqda Respublika Nazirlər Kabineti qarşısında məsələ qaldırılmalıdır.

Sellərin olma ehtimalı hiss edildikdə evdə olan sənədlər, pul qiymətli əşyalar, bir iki günlük azuqə ehtiyatı, isti paltar və s. evin ən münasib tez ələ gələn və görünən yerində toplamalı və lazım olan anda tez özünüzlə götürüb təhlükəsiz əraziyə qaçmalı, evdən çıxmamış su, elektrik, qaz xətlərini bağlayın. Yanan sobanı söndürün. İlk növbədə xəstələri, qocaları, uşaqları evdən çıxartmağa çalışın.

Nəzərə alın ki, sel gələrkən özü ilə gətirdiyi daşlar çox ağır olduğundan, çalışın ki, tez bir an içərisində sel keçən ərazini tərk edin. Təhlükəsiz sel tutmayan ərazidə mövqe seçin. Mal–qara saxladığınız tövlələrin qapılarını tez açın ki, mal-heyvan özləri qaçıb seldən qorunsunlar. Sellərin gecə ola biləcək ehtimalını nəzərə alaraq hər bir ailənin cib fənəri ilə təmin edilməsini unutmaq olmaz. Sel vaxtı ölənləri və itkin düşənləri müəyyən etməli, yaralanlara ilkin təcili yardım göstərilməsini təmin etməli. Sel keçən ərazinin əhalisi üçün vacib əhəmiyyətli obyektlərin: xəstəxana və ambulyatoriyaların, məktəblərin, çörək bişirmə müəssisələrinin, poçt teleqraf, işıq, qaz, su və s. kimi sahələrin fəaliyyətini təcili təmin etməli. Sel vaxtı əgər çoxlu sayda mal-qara ölübsə, onlardan yoluxucu xəstəliklər baş verməməsini təmin etmək üçün, onların cəsədlərini bir yerə toplayıb, yandırıb, basdırılmasını təmin etməli. Sel nəticəsində dağıdılmış yaşayış evlərinin, təsərrüfat obyektlərinin, mal-qaranın hesabatını, (uçotunu) aparıb, onların bərpa edilə biləcəyini və ya yenidən inşa edilə biləcəyini müəyyən etməli. Dəyən zərəri müəyyənləşdirib, əlaqədar təşkilatlara zərərin ödənilməsi və ya yardım edilməsi üçün müraciət edilməli.

Azərbaycanda tez-tez təkrarlanan və çoxlu dağıntılara səbəb olan sellərə qarşı həmişə hazır olmalı, deyilənlərə rəayət etməklə özünüzün ailə üzvlərinizin və yaxınlarınızın həyatını xilas edə bilərsiniz.

3.3. Daşqın.

Dünyada daha çox yayılan təbii fəlakətlərdən biri daşqınlar olub, hər il insanların həyat və normal təsərrüfat fəaliyyətinə böyük ziyan yetirir. Yaz və yay aylarında demək olar ki, hər gün informasiya vasitələri hansısa bir ölkənin daşqına məruz qalmasını xəbər verir. Hesablamalara görə, daşqın hadisəsi nəticəsində dünya iqtisadiyyatına hər il 21,6 milyard ABŞ dollaprı həcmində zərər dəyir. Bəzi illərdə bu zərərlər daha çox və ağır olması ilə seçilir. Məsələn, 1931-ci ilin iyun ayında Çinin Xunan əyalətində Xuanxe çayının daşması nəticəsində 1 milyondan çox adam həlak olmuşdur. 2002-ci ildə baş vermiş daşqınlar nəticəsində isə dünyanın 80 ölkəsində 17 mln. adam zərər çəkib, 8 mln.km2 ərazi su altında qalıb, dünya iqtisadiyyatına 40 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir.



Dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da daşqınlar yaşayış məntəqələrini, sənaye və kənd təsərrüfatı müəssisələrini, kommunikasiya sistemlərini, yolları, suvarma sistemlərini, hidrotexniki qurğuları, arxları, şlüzləri dağıdır məhv edir. Torpaq və bitki örtüyünü yararsız hala salır. Yeraltı suların səviyyəsi yer səthinə yaxınlaşdığından torpaqların tərkibi yüksək dərəcədə minerallaşır. Şoranlaşma nəticəsində əvvəllər əkinə yararlı olan torpaq sahələri uzun müddət dövriyədən çıxır. Göstərilənlərlə bərabar daşqın, subasma, su sızma nəticəsində Kür və Araz çayları boyunca məskunlaşmış əhali arasında yolxucu xəstəliklərin baş verməsinə səbəb olur. Digər təbii fəlakətlərin dağıntı və zərərlərini aradan qaldırmaq üçün bir neçə ay, il tələb olunursa, daşqınlarda bu proses uzun müddəti əhatə edir.

Bir qayda olaraq daşqın hadisəsi dünyanın düzən ərazilərində xüsusilə Şərqi Avropa, Cənub Şərqi Asiya, Belorusiya, Ukrayna, Rusiya və digər ölkələrdə təsərrüfatlara və əhali məskunlaşmasına güclü ziyan yetirir. Azərbaycanda isə bu hal Kür-Araz ovalığı üçün daha xarakterik sayılır. Kür və Araz çaylarının aşağı axarlarında yerləşən Zərdab, Kürdəmir, Sabirabvd, Saatlı, Salyan, Neftçala və digər rayonları 150-yə qədər yaşayış məntəqəsinə və Əli-Bayramlı şəhərinə fasilələrlə böyük ziyanlar dəymiş və bu proses indi də davam edir. Daşqın hadisəsi digər çay hövzələrini də əhatə edir. Hazırda Bu proses respublika əhalisinin 15%-i daşqın təhlükəsi altında yaşayır və fəaliyyət göstərirlər. Azərbaycanın qədimdən mənimsənilmiiş və məskunlaşmış belə ərazilərinin inkişafı Kür və Araz çaylarından çox asılı olmuşdur. Balığından əsas qida mənbəyi kimi, suyundan isə içməli su və əkin sahələrinin suvarılmasında geniş istifadə edilmişdir. Lakin "həyat mənbəyi" adlanan bu çaylar, coşub-daşanda böyük dağıntıları, ölüm-itimi ilə insanları məyus etdiyi günlər də çox olub. Məsələn, 1897-ci ildə Kür çayında baş vermiş daşqın nəticəsində 200 min hektar torpaq və əkin sahəsi tamamilə yararsız hala düşmüş, təsərrüfatlara dəymiş zərərin həcmi o dövrün pul vahidi ilə 1.3mln. qızıl pul təşkil etmişdir. Təkcə 1915, 1921,1933-cü illərdə baş vermiş daşqınlar nəticəsində 290 min hektar qiymətli əkinə yararlı torpaq sahəsi su altında qalmışdır. Ümumiyyətlə, 1900-2003-cü illərdə Kür və Araz çaylarında 150-yə qədər daşqın hadisəsi qeydə alınmışdır ki, onların da nəticəsində Azərbaycan iqtisadiyyatına təqribən 1 mlrd. ABŞ dolları miqdarında zərər dəymişdir. Hər bir daşqınla mübarizə işinə isə 1.5-2.0 mln. ABŞ dolları sərf edilmişdir. Lakin o zaman çar Rusiyası daşqınların qarşısının alınmasında o qədər də maraqlı deyildi. Çünki Kür və Araz çayları daşdıqdan sonra belə sahələrdə əkilən pambıq bitkisi bir neçə il müddətinə çox məhsuldar olurdu. Yalnız 1900-1913-cü illərdə pambıq əkin sahələri göstərilən çay hövzələrində 900 dəfə artırılmışdır. Pambıq əkini sahələrinin ərazidə genişləndirilməsi 1887-ci ildən başlayaraq Rusiyadan 50 mindən çox rus əhalisinin kütləvi surətdə Muğana köçürülməsi ilə eyni vaxta təsadüf edir. Rus imperiyası tərəfindən uzun illər hazırlanıb həyata keçirilən belə düzgün olmayan-müstəmləkə ölkələrindən daha çox gəlir gətirmək siyasəti nəticəsində Kürsahili ərazilərin 50%-dən çoxu şoranlaşmaya məruz qalmış, əvvəllər məhsuldar olmuş torpaqların bir hissəsi yararsız sahələrə çevrilmişdir. Rusların yeritdiyi siyasət və daşqınların Kürsahili ərazilərə vurduğu ağır zərərlərdən uzun dövr keçsə də, onu tam zərərsizləşdirmək hələ də mümkün olmamışdır. Kür sahili, xüsusilə Muğan düzü tarixən dünyanın bir çox ölkələrinin maraq dairəsində olmuşdur. Belə ki, XIX əsrin 60-cı illərində İngiltərə hökuməti çar Rusiyasına Muğanı 99 ilə onlara icarəyə verməsi üçün müraciət etmiş və bunun müqabilində 1 mln. qızıl pul təklif etmişdir. Rusiya hökuməti Muğanın iqtisadi və strateji əhəmiyyətini nəzərə alıb, buna razı olmamışdır. Sonradan 1900-cü ildə yaradılmış "Qafqaz su müfəttişliyi" Kür çayını və onun ətraf hövzələrini qorumaq üçün dövlət səviyyəsində nəzarət işlərini təşkil etsə də, bütün bunlar daşqına qarşı əsaslı təsir göstərmədi. Tarixi-coğrafi məxəzləri araşdırarkən məlum olur ki, XIX əsrin ortalarına qədər çox vaxt sel və daşqınlar eyni adlı fəlakət kimi xarakterizə edilirdi. Bununla belə, Azərbaycanda daşqınlprın tarixi öyrənilməsində S.Ranerin (1903), U.İbadzadənin (1960) böyük xidmətləri olmuşdur. Kür çayında suyun səviyyəsi martın axırı, aprel aylarında qalxmağa başlayır. Əgər daşqın gecikirsə, may ayının ortalarında və iyunun əvvəllərində səviyyə yüksək həddə çatır. Yay ayları yağışlı keçərsə çayda suyun səviyyəsi yenə qalxır. Avqust-sentyabr aylarında suyun səviyyəsi normallaşır. Beləliklə,, Kür çayında daşqın olma ehtimalı 4-5 ay davam edir. Bəzi ekstremal illərdə (2003) göstərilənlər istisna təşkil edir. Kür çayının qidalanmasının 52%-ni qar suları, 30%-ni ueraltı sular və 18%-ni yağış suları təşkil edir. Kür çayının illik həcmi 18 km3 olmaqla, gətirdiyi suların 16%-i qış, 42%-i yaz, 27%-i yay, 15%-i isə payız fəsilinin payına düşür. Azərbaycanda tikilmiş hidrotexniki qurğular və su anbarı 1954-cü ildən sonra Kür və Araz çaylarında baş verən daşqınları tam ram edə bilmədi. Çay hövzəsində məskunlaşan əhali və təsərrüfat sahələri yenə də daşqınlardan zərər çəkməyə başladı. Sovet hakimiyyəti illərində daşqın nəticəsində dəyən zəlzələlərin tam məxviliyi respublika əhalisində və ictimayyətində bu problemin həll edilməsi fikrini möhkəmləndirirdi. Əslində isə belə deyildi. Təkcə 1967, 1969, 1979, 1982, 1988, 1997, 2002, 2003-cü illərdə baş vermiş daşqınlar nəticəsində Azərbaycan iqtisadiyyatına azı 0,5 mlyrd. ABŞ dolları həcmində birbaşa və dolayı zərər dəymişdir. Göstərilən illərdə baş vermiş daşqınlardan sovuşmaq üçün əhalinin bir qismi öz təsərrüfatıarını, evlərini tərk edir və daha təhlükəsiz ərazilərə köçürlər. Nəzarətsiz qalan bağlar, üzümlüklər və digər əkin sahələri məhv olur. Dağılmış yaşayış məntəqələrinin əhalisi tayfa, qohumluq və yaxınlıq əlaqələrini əsas tutaraq beş-on komadan ibarət, primiv olan yeni yaşayış məntəqələri yaradırlar. Belə yaşayış məntəqələrində həyat və sanitar-gigiyena şəraiti yaxşı olmadığından burada məskunlaşmış əhali arasında mədə-bağırsaq, qızdırma və digər yoluxucu xəstəliklər sürətlə yayılır və insanlar arasında ölüm halları artırdı. Bu proses 1969, 1979-ci illərdə daha geniş xarakter almışdır. Maraqlıdır ki, 2003-cü il daşqınından sonra yuxarıda sadalanan problemlər bir daha yenidən təkrarlanmağa başlamışdır.

Dünyanın düzən ölkələrindən axan çaylarda mövcud olan daşqınların qarşısının tam alınması bir problem kimi hamını narahat edir və bu hal Azərbaycan üçün də təbii sayıla bilər. Lakin insanlarda belə bir fikir formalaşmışdır ki, respublikada daşqınların qarşısını almaq, onu zərərsizləşdirmək olmaz. Əslində bu fikir düzgün deyil. Kür və Araz çayları hövzəsində yerləşən əhalini və təsərrüfatları daşqından mühafizə etmək mümkündür. Burada ilk növbədə hövzədə fəlakət yarada bilən hər cür təbii və antropogen amillər düzgün araşdırılmalı və ona müvafiq olan mühafizə planı hazırlanmalıdır. Fikrimizcə, Kür çayında daşqınların yaranmasında yağıntıların bol olması , qarların vaxtından əvvəl tez və intensiv əriməsi,həmin hövzədəki su anbarlarının və Kürün deltasının çöküntülərlə dolması və vaxtında təmizlənməməsi; Xəzər dənizinin səviyyəsinin qalxması, Kür və Araz çaylarının aşağı axarlarında qəbul etdiyi qolların su rejiminin nizamlanmaması, Kür çayının aşağı hissələrində qəbul etdiyi qolların və axmazların fəaliyyətinin əsaslı surətdə tənzimlənməməsi və antopogen amillər başlıca rol oynayır.

Nəzərə almaq lazımdır ki, Kür və Araz çaylarının aşağı axarlarında onların yataqlarının səciyyəsi çox yerdə ətraf sahələrlə bərabər, qismən də yüksəkdə yerləşmişdir. Göstərilən çaylar vaxtilə 800 km-rə qədər məsafədə bir, bəzən də iki sıra qoruyucu torpaq bəndlər arasından axırdı. İndi belə bəndlərin uzuluğu 1000 km-dən artıqdır. Bu torpaq bəndlər min illərdir ki, ətraf sahələri daşqından qoruyur. Bu bəndlərin təmirinə dövlət hər il külli miqdarda vəsait sərf edir. Son 20 ildə yerlərdə bu bəndlərə münasibət dəyişmişdir. Əhalini və təsərrüfatları daşqınlardan qorumaq üçün mühafizə funksiyasını yerinə yetirən bu bəndlərin əksəriyyəti dağəlmış vəəkin yerlərinə çevrilmişdir. İndi kürboyu yaşayış məntəqələri sürətlə inkişaf etdiyindən, bəzi ərazilərdə hətta bu qoruyucu bəndlər kəndlərin içərisində qalmışdır. Əslində yaşayış məntəqəlri torpaq bəndlərindən 50-100 metr aralıda yerləşməliydi. Ümumiyyətlə, çay daşqınlarını qoruyan mühafizə bəndlərilə çay arasında bütün tikinti və mənimsəmələr dövlətı qanunları ilə qadağan olunmalıdır. Lakin, çox təəssüf ki, bu qanunauyğunluqlar heç də həmişə nəzərə alınmır. Hətta torpaq bəndlər bir çox kəndlərin ərazisində dağıdılır, çaydan ətraf sahələri suvarmaq üçün yeni arx və kanallar çəkilir. Bəndlərin üstündən hətta avtomobil yolları kimi də istifadə edilir. Bəndlərdən belə kor-koranə, qanunsuz istifadə nəticəsində daşqın təhlükəsindən qaçmaq olmur. Dünyanın bir çox ölkələrində isə torpaq bəndlərə münasibət tamamilə başqadır. Məsələn, Cənub-Şərqi Asiya ölkələrində belə torpaq bəndləri lahiyələşdirilir, hətta onlara sitayiş də edirlər. Göstərilənləri nəzərə alıb, torpaq bəndlərlə çay arasındakı ərazilərin hər hansı bir məqsəd üçün istifadəsi Azərbaycan Respublikası Qanunları ilə tənzimlənsə, böyük fayda verərdi.

Tarixən Kür çayının sağ sahilində çay boyunca çoxlu göllər və axmazlar mövcud olmuşdur. Bunlardan sahələri 16 min hektar olan Sarısu və Ağgöl indi də qalmaqdadır. Vaxtilə bu göllər və axmazlar Kür çayının suyunun səviyyəsinin tənzimlənməsində mühüm rol oynamışdır. Belə ki, Kür çayı daşarkən sular bu göl və axmazlara dolar, səviyyə aşağı düşəndə isə əksinə göl və axmazlardan Kür çayına axaraq onun səviyyəsini tənzimləyərdi. Lakin 1960-cı ildən başlayaraq göl və axmazları Kürlə birləşdirən təbii kanal və axarlar insanlar tərəfindən bağlanıldı. Göl və axmazların bir qisminin əraziləri qurudularaq, pambıq əkin sahələrinə çevrildi. İnsanların Kür boyu təbiətinə belə düşünülməmiş müdaxiləsi nəticəsində ərazidəki torpaq və bitki örtüyünə,, heyvanat aləminə böyük ziyan dəymişdir. Sonrakı illərdə bağlanmış təbii arx və kanallar yenidən bərpa olunsa da, əvvəlki səmərəsini indi də verə bilmir. Daşqın prosesi isə əvvəlki illərlə müqayisədə daha intensiv xarakter almışdır. Hazırda Kür və Araz hövzələri Azərbaycanın ekoloji baxımdan ən gərgin ərazisi sayılır. Respublikada daşqınların baş verməsi əsasən aprel-iyun aylarına təsadüf edir. Kür və Araz çayı hövzələrinə normadan çox qarın düşməsi, yazın isti keçməsi ilə əlaqədar qar və buzlaqların birdən əriməsi və güclü leysan yağışların baş verməsi respubika ərazisində daşqın və su basma hadisələrinə səbəb olur. Bunun üçün Kür çayında daşqınların qarşısını almaq üçün həcmi 16 km3 olan Mingəçevir və həcmi 158 min m3 olan Yenikənd su anbarlarının tikilməsi mühüm rol oynayır. Suyun bol olduğu dövrlərdə əlavə süların göstərilən su anbarlarına toplamaq, çayda səviyyənin aşağı düşdüyü zaman isə, əksinə su anbarından Kürə axın təşkil etmək faylalıdır. Sadə görünən bu prosesin həyata keçirilməsi üçün Kür və Arazın hər il gətirə biləcəyi suyun orta kəmiyyətini (miqdarını) mütəxəssislər dəqiq müəyyən etməlidirlər. Çünki Mingəçevir, Yenikənd və Araz su anbarlarının su tutumunun maksimum və minimum həcminin müəyyənləşdirilməsi, digər təsərrüfat əhəmiyyətli məsələlərlə yanaşı, Kürdə daşqınların qarşısını almağa imkan verən əsas amillərdən hesab edilə bilər. Göstərilən su anbarları və digər hidrotexniki qurğular Azərbaycanda daşqınların qarşısının alınması üçün heç də yüz faiz təminat vermir. Daşqın hadisəsinin baş verməsi insan iradəsindən asılı olmayan təbii proses olsa da, insanların düşünülmüş müasir texnoloji mübarizə tədbirləri vasitəsilə onun qismən "cilovlanması" və zərərsizləşdirilməsi mümkündür.

Kür və Araz çaylarının aşağı axarlarında əhalinin sayı 1 mln. nəfərdən çox olmaqla, burada yerləşən yaşayış məntəqələri bir-birinə (1-3 km) yaxın yerləşir. Bəzən də onlar biri digəri ilə birləşərək vahid məskunlaşma sistemi yaradır. Yevlax, Zərdab, Sabirabad, Saatlı, Əli-Bayramlı, Səlyan və Neftçala kimi inzibati rayon mərkəzlərinin və şəhərlərin əhalisi sürətlə artır. Ərazilər sürətlə mənimsənilir. Hər bir yaşayış məntəqəsini təsərrüfat sahəsinin qiyməti 50 il əvvəlki qiymətlərlə müqayisədə daha böyük dəyərə malikdir. Hər an gözlənilən daşqın hadisəsi daha böyük fəlakətlər törədə bilər. Bununla yanaşı, əhali arasında daşqın və subasma hadisələrinin olmadığı dövrdə təbliğat işi yox dərəcəsindədir. Fikrimizcə, bu işlərə münasibət köklü surətdə dəyişməlidir. Kür və Araz çayı hövzələrində 1,5 milyondan çox əhalinin və strateji əhəmiyyətli dövlət müəssisələrinin yerləşdiyini, Azərbaycan Respublikasının müharibə şəraitində yaşamasını nəzərə alıb, ərazidə dövlət səviyyəsində mühafizə tədbirləri həyata keçirilməlidir. Bu baxımdan Azərbaycanda yeni yaradılacaq Fövqaladə hallar nazirliyinin və ya komitəsinin üzərinə böyük vəzifələr düşəcək.

2002-ci ilin dekabr ayında və 2003-cü ilin iəvvəlində bütün Azərbaycan ərazisinə son 100 ildə ilk dəfə olaraq real dağıdıcı daşqın təhlüəsi yaranmış, bəzi Kür sahili ərazilərdə 10 min hektarlarla əkin sahələri su altında qalmışdır. Operativ şəkildə görülən tədbirlər nəticəsində Kürdəmir, Neftçala və Səlyan rayonların ərazisində torpaq bəndlərin bərkidilməsi, təmiri və onların yenidən qurulması nəticəsində burada yerləşən çoxlu yaşayış məntəqəlri daşqınlardan qismən qoruna bilmişdir. Beləliklə, 2002-ci ilin qış ayında Kür çayında baş vermiş daşqın hadisəsi son 100 ildə ən çox dağıntı verən və təhlükə yaradan fəlakətlərdən biridir. 2002 və 2003-cü illərin qeyri adi daşqınları bizə əsas verir deyək ki, bəzi insanların fikirləşdikləri kimi Kür və Araz çaylarında daşqınlar ola bilməz fikri tam yanlışdır. Ona görə ki, 2003-cü ilin mart- may aylarında Kür və Araz çaylarının suyun 30-40 il keçdikdən sonra ən yüksək səviyyə çatması və bunun nəticəsində hövzədə məskunlaşan 1,5 mln. nəfərdən çox əhalinin, 10 min hektarlarla əkin sahələrinin və minlərlə yaşayış evlərinin böyük təhlükə qarşısında qalması yuxarıda dediklərimizi bir daha təsdiq edir. Kənd təsərrfatı nazirliyi tərəfindən aparılmış hesablamalara görə 2003-cü ildə müxtəlif TFH nəticəsində kənd təsərrüfatına 145,4 mlrd. manat ziyan dəymişdir ki, bunun da 60%-dən çoxu Aran iqtisadi rayonunun payına düşür. Ona görə də yerlərdə daşqınlara daimi hazır olmalı və təbiətin bu dağıdıcı hadisəsinə qarşı səmərəli mübarizə planları hazırlanmalıdır.

Yuxarıda daşqın hadisəsi və onun fəsadları ətraflı xarakterizə edildi. Bununla belə, Kürün səviyyəsinin birdən kəskin aşağı düşməsi də Kür-Araz ovalığında böyük problemlər yaradır. Belə bir hala Kür çayının aşağı axarlarında 2002-ci ilin yay aylarının əvvəllərində təsadüf edilmişdir. Kür çayı hövzəsində məskunlaşan əhali belə hala son 50 ildə ilk dəfə rast gəldiklərindən ona qarşı mübarizə aparmaqda aciz qalmışdılar. Nəticədə burada məskunlaşan əhali, təsərrüfatlar və təbiət TF-dən böyük ziyan çəkmişdir.Kürün aşağı axarlarında bitkiçilik ancaq suvarmaya əsaslandığından əkin sahələrinin bir qismi tam məhv olmuş, sahil boyu ərazilərdə yerləşən bağ və üzümlüklərin çoxu quruyub yararsız hala düşmüşdür. Kür çayında olan mexaniki suvarma qurğuları öz fəaliyyətlərinin müvəqqəti dayandırmalı olmuşdur. Kürdə səviyyənin kəskin surətdə aşağı düşməsi nəticəsində suyu sovuran borular Kürdən bir neçə metr aralıda qalmışlar. Bu hal 20-25 gün davam etdiyindən, əhali içməli sudan da çox əziyyət çəkmişlər. Kür sahilindəki axmazlar, göllər və sonradan yaradılmış balıq yetişdirən gölməçələrin demək olar ki,, əksəriyyəti qurumuş, balıqların miqrasiyası dayanmış və burada olan balıqçılıq təsərrüfatlarına güclü ziyan dəymişdir. Kür çayı hövzəsindəki kəndlərin gediş-gəlişi üçün istifadə edilən çox kiçik gəmilər, «tramvaylar», qayıqlar öz fəaliyyətini tam dayandırmışdır. Çayda səviyyənin kəskin aşağı düşməsi nəticəsində hövzədəki torpaq bəndləri qurumuş və cadar-cadar olmuşdur. Göstərilən mənfi hallar ətraf mühitin ekoloji tarazlılığının kəskin surətdə pozulmasına səbəb olmuşdur. Bu isə digər mənfi hallarla yanaşı, insanların sağlamlığına pis təsir göstərir. Yuxarıda xarakiterizə etdiyimiz prosesləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmək olar:

-Kürün səviyəsinin aşağı düşməsi çox nadir hallarda və qısa müddətli olsa da, vurduqları zərərlərə görə daşqınlardan geri qalmır. 2002-ci ilin «çay quraqlığı»nı insanlar uzun müddət unutmayacaqlar;



-Dünyanın əksər ölkələrində 2003-cü il "daşqınlar ili" kimi xatırlanacaq və onların göstərilən illərdə vurduqları zərərlər uzun 10 illiklər boyu "rekord "göstərici olaraq qalacaqdır.

Fikrimizcə, daşqın təhlükəsi böyük olan rayonların əhalisinin və təsərrüfat sahələrinin təhlükəsizliyinin təmin olunması dövlət nəzarətində olmalıdır. Kür çayı hövzəsinin strateji əhəmiyyətliyi nəzərə alınmaqla, hər cür fövqəladə hallara qarşı mübarizə proqramı hazırlanmalı və yeri gəldikdə tətbiq edilməlidir. Bu sahədə maddi-texniki təchizat məsələsinə dövlət xüsusi diqqət yetirməlidir. Kür hövzəsi respublikada fəal təhlükə zonası sayıldığından, burada məskunlaşan əhali fasiləsiz elektrik enerjisi, tikinti materialları və ərzaq malları ilə təmin olunmalıdır. Yaxşı olardı ki, Bakı şəhəri rayonları Kür və Araz boyu kənd və inzibati rayon mərkəzlərini hamiliyə götürsünlər və onlara təmənnasız yardım göstərsinlər. Daşqın təhlükəsi çox olan rayonlarda 24 saat fəaliyyət göstərən qərərgahlar yaradılmalı və onların sərəncamına hər cür nəqliyyat və texnika verilməlidir. Kəndlərdə və rayon mərkəzlərində Sovet dövründə mövcud olan, lakin, sonradan ləğv edilən radio və digər xəbərdarlıq siqnalları bərpa olunmalıdır. Bunların vasitəsilə əhaliyə TFH ilə mübarizə və onların zərərsizləşdirilməsi üçün tövsiyyə xarakterli məlumatlar verilməlidir. Əhali arasında qorxu, həyacan hallarını aradan götürmək üçün daşqın təhlükəsi olan rayonlara psixoloq və təcrübəli həkimlər ezam olunmalıdırlar. Bu tövsiyyələr dünyanın əksər daşqın olan ölkələrində tətbiq edildiyindən, Azərbaycan üçün də faydalıdır. Daşqın hadisəsi haqqında təsəvvürləri olmayan insanların bir sıra vacib məsələləri bilməsi məqsədəuyğundur. Belə ki, daşqından əvvəl çayda səviyyə sürətlə qalxır, çox duru, şəfaf olan çayın suyu bulanmağa başlayır. Çay yatağı su ilə tam dolduqda, bu daşqının olmasının son xəbərdaredici əlamətidir. Daşqınlar qəflətən baş vermədiyindən, insanlar aşağıda deyilənləri nəzərə alsalar, onlar öz həyatlarını , əmlak və var-dövlətlərini gözlənilən fəlakətdən xilas edə bilərlər. Çayda daşqın baş verməsi üçün səviyyənin "kritik" həddə çatdığı anda qayıqlardan istifadə etmək olmaz. Çünki qayıq və sallar belə anlarda çayda süni dalğa yaradırlar. Belə vaxtlarda güclü külək əsərsə, yeni yaranan dalğalar sahil bəndlərini dağıdar və daşqının vaxtından əvvəl baş verməsinə çəbəb olar. Çayın yatağı maksimal səiyyəyə çatdıqda, insanldar vaxtı itirmədən yaşayış evlərini tərk etməlidirlər. Daşqın vaxtı insanlar yaşayış yerlərini tərk etməmişdən əvvəl yaşauış binasının neçə mərtəbəli olmasını, evlərinin hansı tikinti materialından tikilməsini nəzərə alınmalıdır. Belə ki, yaşayış evləri çiy kərpic, qarğı, gil və digər davamsız materialdan tikilibsə, onun tez üçma ehtimalı daha çoxdur. Belə evlərin neçə mərtəbəli olmasına baxmayaraq daşqın zamanı onu tez tərk etmək lazımdır. Ev-mənzil daşdan, "kubikdən", dəmir-beton hissələrindən tikilibsə, onun birinci mərtəbəsində olan qiymətli yüngül əşyaları hər kəs özü ilə, ağır mebel və digər avadanlıqları təhlükəsiz ərazilərə çıxarmaq mümkün olmadıqda isə evin ikinci mərtəbəsinə qaldırmaq lazımdır. Birinci mərtəbənin qapı və pəncərələri kip bağlanmalıdır ki, daşqın suyu içəri-mənzil və zirzəmiyə daxil olmasın. Həmçinin, hər bir mənzilin kommunikasiya sistemi bağlanmalı və mal-qara saxlanılan tövlələrin qapılarını açıq saxlanmalıdır ki, onlar daşqından özləri xilas ola bilsinlər.

Əgər hiss etsəniz ki, çayda suyun səviyyəsi surətlə qalxır, belə anlarda vaxtı itirmədən, var-dövlət və ev əşyaları haqda fikirləşmədən, həyatınız üçün daha vacib olan sənəd,pul, qiymətli əşyaları, pal-paltarı və bir neçə günlük azuqə ehtiyatını götürüb, evinizi tərk etməli və əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə köçməlisiniz. Daşqınlardan öznüzü xilas etmək üçüun yuxarıda göstərilən tövsiyələri gündüz vaxtı həyata keçirin.Daşqın qorxusu və ehtimalı olan təqdirdə evinizdə gecələməyiniz məsləhət görülmür. Hansı səbəbdənsə, imkan tapıb, gecə mənzilinizi tərk edə bilməsəniz, evinizin damına və ya həyətinizdə olan ən yüksək ağaca çıxın. Fasiləsiz həyəcan siqnalı verib, xilas ediciləri köməyə çağırın. Bu zaman əlinizdə bayraq olmasa da, ağacın üzərinə parça bağlayıb yandırın. Yandırdığınız əşyanı havada yelləndirin ki, sizi görə bilsinlər. Bunun üçüe çalışın ki, özünüzü psixoloji cəhətdən hazırlayasınız. Bilməlisiniz ki, siz fəlakət qarşısında aciz deyilsiniz. Sizə öz köməkliklərini təklif edən xilasedicilərin tələblərini danışıqsız yerinə yetirin. Daşqın fəaliyyətinin dayandığını və çayda səviyyənin tam normallaşdığını gördükdən sonra yaşadığınız evə qayıda bilərsiniz.

Daşqına məruz qalmış hər bir ev üçün ölən, yaralanan və itgin düşənlərin sayları dəqiqləşdirilib uçota alınmalıdır. İnsanların həyat və təsərrüfatına dəymiş zərərlər elə dəqiq hesablanmalıdır ki, sonradan əhaliyə ediləcək yardımlarda onlar nəzərə alınsın. Daşqın vaxtı ölənlərin şəxsiyyəti məlum olmadıqda, onu tanıyanlar olmadıqda, ölən adamın bir neçə duruşda-«rozada» şəkli çəkilib, dəfni təşkil edilməlidir. Fəlakət zamanı ölmüş mal-qara bir neçə metr dərinlikdə yandırılıb basdırılmaldır. Bütün bu məsələlər kəndin bələdiyyə və icra başçısının kənd üzrə nümayəndələrinin, ziyalılarının və ağsaqqalların iştirakı ilə həyata keçirilməlidir. İlkin olaraq daşqına məruz qalmış kəndlərin xəstə, qoca və uşaqları təhlükəsiz ərazilərdə qurulacaq çadırlarda, uşaq bağçasında və ya qonşu kədlərin xidmət müəssisələrində yerləşdirilməli, onlara ilk yardım göstərilməlidir.

Yuxarıdakı işlərlə yanaşı, daşqından sonra uçub, dağılmış torpaq bəndlər birinci növbədə təmir və bərpa edilməlidir. Bu işlər xüsusi ixtisaslaşdırılmış tikinti təşkilatı tərəfindən yerinə yetirilsə də, yerli əhali öz gücləri ilə ilkin işləri görməlidir. Əgər daşqından zərər çəkmiş evlər yaşayış üçün qismən yararlıdırsa, ilk növbədə onun kamunikasiya xətləri təmir edilməli və xidmət müəssisələri bərla edilməlidir.

Əgər mənziliniz qismən yararsız hala düşübsə, ehtiyatla qapı və pəncərələri açın, evin zirzəmi və birinci mərtəbəsinə dolmuş suyu və lili təmizləyin. Evin içərisi tam qurumamış elektrik xəttini qoşmayın. Su və lilin altda qalmış yeyinti məhsullarından istifadə etmək olmaz. Yuxarıda qeyd olunmuş təklif və tövsiyələr daşqına məruz qalan insanlar tərəfindən nəzərə alınarsa, onlar öz həyatlarını fəlakətdən qoruya bilərlər.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin