Bİlal Dədəyev


Atəşkəs Sazişinin Azərbaycana verdiyi üstünlüklər nə idi?



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

58. Atəşkəs Sazişinin Azərbaycana verdiyi üstünlüklər nə idi?
1994-cü il mayın 12-də qüvvəyə minən atəşkəsə qoşulmaq Azərbaycan 
üçün  Ermənistan  kimi  uğurlu  olmadı.  Qeyd  edildiyi  kimi,  atəşkəs  imza-
landığı zaman artıq Ermənistan Azərbaycan ərazisinin 20 %-ni işğal etmiş, 
necə  olsa  da  tam  üstünlüyə  nail  olmuş  və 
Dağlıq  Qarabağda  de-fakto  müstəqil,  lakin 
tanınmayan  dövlət  yaratmış  və  təqribən  bir 
milyona  yaxın  azərbaycanlını  öz  tarixi  tor-
paqlarından  çıxartmışdı.
547
  Bu  səbəbdən 
razılaşma  Azərbaycana  növbəti  hərbi 
əməliyyatları və torpaq itkisini dayandırmaq, 
sakinlərin öz evlərini tərk etməsinin qarşısını 
almaq  və  erməni  qüvvələri  tərəfindən  mül-
ki  Azərbaycan  əhalisinin  qətliamını  dayan-
dırmaq  imkanı  verdi.  Rusiyanın  vasitəçiliyi 
ilə  atəşkəsi  imzalamaqla  Azərbaycan  Rusiya 
Federasiyası  ilə  də  münasibətləri  möhkəmləndirdi,  belə  ki,  Azərbaycan 
rəhbərliyi Rusiyanın təklifini rədd etməklə regionda 1993-cü ildə baş verən, 
Azərbaycan  hökumətinin  devrilməsi  və  Dağlıq  Qarabağın  cənub-şərq 
hissəsindəki Azərbaycanın tarixi torpaqlarının itirilməsi ilə nəticələnən siya-
si çaxnaşmaya gətirib çıxardacağını yaxşı bilirdi. Rusiya hərbi qüvvələrinin 
Azərbaycana  göndərilməsinə  etiraz  etməklə  Azərbaycan  atəşkəs  haqqın-
da  razılaşmadan  sonra  regionda  ATƏM-in  himayəsi  altında  beynəlxalq 
sülhməramlı qüvvələrin yerləşdirilməsinə çalışırdı. Halbuki, ATƏM bu cür 
sülhməramlı qüvvə yaratmaq mexanizminə malik deyildi.
548
Azərbaycanın atəşkəsdən əldə etdiyi yeganə siyasi səmərə qazanılmış vax-
tan istifadə edərək Xəzər dənizi sahillərində zəngin karbohidrogen ehtiyatları-
nın istismarı məqsədilə beynəlxalq investorları və neft şirkətlərini bu regiona 
cəlb etmək oldu. Beləliklə, atəşkəsdən üç ay sonra, 1994-cü il sentyabrın 20-də 
Azərbaycan qərb enerji konsorsiumları ilə ölkəyə böyük iqtisadi mənfəət və 
547  a.k.ə. MacFarlane, S. Neil, & Minear, Larry (1997), p. 19.
548  a.k.ə. De Wall, Thomas (2003), p. 254.
Razılaşma Azərbaycana 
növbəti hərbi əməliyyatları və 
torpaq itkisini dayandırmaq, 
sakinlərin öz evlərini tərk 
etməsinin qarşısını almaq və 
erməni qüvvələri tərəfindən 
mülki Azərbaycan əhalisinin 
qətliamını dayandırmaq 
imkanı verdi.

 197
QARABAĞ 
   
99 SUALDA
siyasi üstünlük gətirən “Əsrin müqaviləsi”ni imzaladı. Bununla Azərbaycan 
Ermənistanı  iqtisadi  baxımdan  təcrid  etməyə,  ərazi  bütövlüyünü  qoruyub 
saxlamaq üçün beynəlxalq dəstək almağa və 1994-cü ilin may ayında atəşkəs 
haqqında  razılaşmanın  imzalanmasından  sonra  Ermənistanın  işğalı  altında 
olan tarixi torpaqların azad olunmasına ümid edirdi.
59. Dağlıq Qarabağ münaqişəsi nəticəsində nə qədər 
azərbaycanlı öz tarixi torpaqlarından köçürülmüşdür?
Azərbaycan  qaçqınların  (Ermənistandan  köçürülmüş  etnik 
azərbaycanlılar)  və  məcburi  köçkünlərin  (Dağlıq  Qarabağdan  və 
Azərbaycanın  Dağlıq  Qarabağ  ətrafındakı  işğal  olunmuş  yeddi  rayonun-
dan olan etnik azərbaycanlılar) problemi ilə üzləşən keçmiş Sovet İttifaqı-
nın  ilk  respublikalarından  biri  idi.  Etnik  azərbaycanlıların  öz  tarixi  yurd-
yuvalarından  köçkün  düşməsi  birbaşa  olaraq  1988-ci  ildən  başlamış  və 
1994-cü il atəşkəs sazişinə kimi davam edən Dağlıq Qarabağ münaqişəsinin 
nəticəsi idi. İki qonşu Cənubi Qafqaz ölkəsi arasındakı gərginliyi artıran bu 
vəziyyət təqribən 1 milyon Azərbaycanlının öz yurdlarını zorla tərk etməsinə 
səbəb  olmuşdur.  Münaqişə  zamanı  köçürülmə  iki  mərhələdə  baş  tutdu. 
Qaçqınların ilk axını 1988-ci il və 1991-ci illərin əvvəlində Ermənistanın 
Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayıraraq Ermənistan SSR ərazisinə 
birləşdirmək istəyi nəticəsində etnik gərginliyin artması ilə meydana gəldi.
549
 
Gərginlik Azərbaycan xalqına qarşı vəhşiliklərlə müşayiət edilirdi. Üç gün 
ərzində, 1988-ci il noyabrın 27-29-da ermənilər Quqark, Spitak və Stepa-
navan şəhərlərində 33 azərbaycanlını qətlə yetirdilər. Azərbaycan Baş Pro-
kurorluğunun məlumatına görə, 1988-1989 illər arasında 216 azərbaycanlı 
münaqişənin nəticəsindən əziyyət çəkərək həyatlarını itirmişdirlər. Onlar-
dan 49 nəfər donaraq ölmüş, 41 nəfər vəhşicəsinə döyülərək öldürülmüş, 35 
nəfər amansız işgəncələrlə həyatlarını itirmiş, 115 nəfər diri-diri yandırılmış, 
16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözə bilməyərək infarkt nəticəsində 
ölmüş,  2  nəfər  xəstəxanada  erməni  həkimləri  tərəfindən  qətlə  yetirilmiş, 
549  a.k.ə. “Profile of International Displacement: Azerbaijan”, p. 10. 

 198
QARABAĞ 
   
99 SUALDA
3  azərbaycanlı  boğularaq  qətlə  yetirilmiş,  1 
nəfər  asılmış,  1  nəfər  ermənilərin  işgəncəli 
ölümündən yaxa qurtarmaq üçün özünə qəsd 
etmiş, 1 nəfər elektrik cərəyanı ilə öldürülmüş, 
2 nəfərin başı kəsilmiş, 29 nəfər diri-diri bas-
dırılmış, 3 nəfər xəstəxanada tibbi diqqətsizlik 
ucbatından  dünyasını  dəyişmiş,  8  nəfər  isə 
itkin  düşmüşdü.
550
  Nəticədə,  etnik  qarşıdur-
manın  ilk  dalğasında  Ermənistandakı  bütün 
etnik azərbaycanlılar, təxminən 250 min nəfər 
öz  evlərindən  zorla  qovularaq  Azərbaycanın 
müxtəlif regionlarına köçürülmüşlər.
551
Köçürülmənin  ikinci  dalğası  1991-ci  ilin 
sonunda Azərbaycan və Ermənistan arasında 
Dağlıq Qarabağ münaqişəsi müharibəyə çev-
rildiyi  zaman başladı. 1992-ci ildə Ermənistan Dağlıq Qarabağı bütünlüklə 
ələ keçirdi və Azərbaycanın Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın 
rayonunu da işğal etdi. Növbəti iki il ərzində Azərbaycanın digər rayonları 
Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan da erməni qüvvələri 
tərəfindən işğal edildi. Nəticədə, bu rayonların əhalisi kütləvi surətdə köçü-
rüldü.
552
 Bu münaqişə zamanı təqribən 22/25 min adamın öldürüldüyü və 
4500-dən çox adamın hələ də itkin düşdüyü hesablanmışdır. Azərbaycan 
Respublikası  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət 
Komitəsinin 2010-cu il statistikasına əsasən, məcburi köçkünlərin sayı etnik 
azərbaycanlılar, regionun kürd, rus və türk əhalisi də daxil olmaqla 586013 
nəfər təşkil edir.
553
 Bu baxımdan, Qaçqınlar üzrə ABŞ Komitəsi (USCR) 
də qeyd edir ki, 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində 568 min 
550  “Letter dated 25 October 1996 from the Permanent Representative of Azerbaijan to the United 
Nations addressed to the Secretary-General”; (http://www.un.org/documents/ga/docs/51/c3/ac351-9.htm). 
Accessed on December 25, 2013.
551  International Crisis Group, “Tackling Azerbaijan’s IDP Burden”, Crisis Group Europe Briefing, 
N°67, 27 February 2012, p. 2.
552  “Azerbaijan Human Development Report 2000”, United Nation Development Program, 2001, p. 53. 
553  “Azerbaijan: After Some 20 years, IDPs Still Face Barriers to Self-Reliance”,  Internal Displacement 
Monitoring Center, 10 December 2010, p. 3.
Etnik azərbaycanlıların öz tarixi 
yurd-yuvalarından köçkün 
düşməsi birbaşa olaraq 
1988-ci ildən başlamış və 
1994-cü il atəşkəs sazişinə kimi 
davam edən Dağlıq Qarabağ 
münaqişəsinin nəticəsi idi. İki 
qonşu Cənubi Qafqaz ölkəsi 
arasındakı gərginliyi artıran 
bu vəziyyət təqribən 1 milyon 
Azərbaycanlının öz yurdlarını 
zorla tərk etməsinə səbəb 
olmuşdur.

 199
QARABAĞ 
   
99 SUALDA
nəfərdən çox adam məcburi köçürülmüşdür. Bunlardan 42.072 nəfər Dağ-
lıq Qarabağdan, qalanları isə Azərbaycanın digər işğal edilmiş rayonlarından 
– Füzulu (133,725 nəfər), Ağdam (128,584 nəfər), Laçın (63,007 nəfər), 
Kəlbəcər (59,274), Cəbrayıl (58,834 nəfər), Qubadlı (31, 276), Zəngilan 
(34,797), Tərtər (5,171) və Ağcabədi (3,358) didərgin salınmışdır.
554
Birləşmiş  Millətlərin  İnkişaf  Proqramının  2000-ci  il  statistikasına 
əsasən, məcburi köçkünlər əsasən çadırlarda, düşərgələrdə və ictimai bi-
nalarda  ekstremal  şəraitdə  yaşayırlar.  Hesablamalara  əsasən,  onlardan 
18.7% düşərgələrdə, 19.1% dəmiryol vaqonlarında, 23.3% məktəblərdə, 
16.6% yataqxanalarda, 1.4% isə sanatoriya və uşaq düşərgələrində yaşa-
yır. Məcburi köçkünlərin təxminən 20,9% kirayə evlərdə, dostlarının və 
qohumlarının  evlərində  məskunlaşmış  və  yalnız  2.9%  öz  evlərini  qura 
bilmişlər.  Onların  bəziləri  Azərbaycanın  münaqişə  zonasında  yerləşən 
rayonlarında  məskunlaşıb.  Təxminən  18.000  nəfər  Ağcabədidə,  19.000 
nəfər  Sabirabadda,  20.000  nəfər  İmişlidə,  21.000  nəfər  Biləsuvarda  və 
51.000 nəfər Bərdədə məskunlaşmışdır.
555
Son  dövrlərdə  Azərbaycan  hökuməti  məcburi  köçkünləri  yaşayışla 
təmin  etmək  və  gəlirlərinin  artırılması  üçün  mühüm  tədbirlər  görmüş-
dür. 2004-cü ildə başladılmış milli proqrama əsasən, qaçqın və məcburi 
köçkünlər  üçün  4.4  milyard  dollar  sərf  edilmiş  və  140  min  nəfər  yeni 
evlərlə təmin olunmuşdur.
556
 2005-ci ilin əvvəlində, Azərbaycan hökuməti 
çadır düşərgələrində yaşayan köçkünlərin yeni evlərlə təmin edilməsini 
planlaşdırmışdı. Nəticədə, 2007-ci ildə məcburi köçkünlər üçün yaradıl-
mış bütün çadır düşərgələr ləğv edildi. 2008-ci və 2011-ci illər ərzində 
108 min nəfər məcburi köçkün yeni tək ailəli evlər və ya mənzillərlə təmin 
edilmişdir. Azərbaycan hökuməti 2015-ci ilə kimi hazırda digər şəxslərin 
ev və ya mənzillərində yaşayan 11500 nəfər məcburi köçkünü evlə təmin 
edəcəyini vəd edib.
557
554  “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”, USAN, 12 November 2012; 
(http://karabakh.usazeris.org/). Accessed on December 25, 2013.
555  a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 53. 
556  “Internal Displacement in Europe, the Caucasus and Central Asia”, Internal Displacement 
Monitoring Center, Global Overview 2012, p. 45.
557  a.k.ə. International Crisis Group, (2012), p. 4.

 200
QARABAĞ 
   
99 SUALDA
60. Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycanın 
nə qədər ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən 
işğal olunub?
1988-ci ildən başlayan və 1994-cü ildə atəşkəs sazişinin imzalanması-
na qədər davam edən Ermənistan Respublikasının Azərbaycan Respubli-
kasına qarşı hərbi təcavüzü Azərbaycana ciddi maddi və mənəvi ziyan vur-
du. Təcavüz yalnız beynəlxalq hüquq və BMT Nizamnaməsinin norma 
və  prinsiplərinin  pozulmasına  deyil,  eləcə  də,  Ermənistan  Respublikası 
tərəfindən  Azərbaycanın  ərazi  bütövlüyünün  və  toxunulmazlığının  po-
zulmasına səbəb oldu. Təcavüz nəticəsində Azərbaycan Respublikasının 
işğal olunmuş və zərər görmüş ümumi torpaqları 17 min km
2
 (10, 563 
kvadrat mil), təxminən 20%-dir. Buraya aşağıdakılar daxildir:
-   1991-ci ildə Azərbaycan tərəfindən ləğv edilmiş keçmiş DQMV-nin 
ərazisi olan Dağlıq Qarabağ bölgəsi;
-   Dağlıq Qarabağ ətrafında Azərbaycanın işğal olunmuş yeddi rayonu: 
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan;
-   Qazax,  Ağstafa,  Tovuz  və  Gədəbəy  rayonlarının  Ermənistanla 
həmsərhəd ərazisi;
-   Təmas xətti ilə həmsərhəd olan 4 rayonun ərazisi: Tərtər, Goranboy, 
Ağcabədi və Beyləqan;
-   Azərbaycanın Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Naxçıvan 
Muxtar Respublikasının inzibati rayonlarının ərazisi.
558
61. 1988-1994-ci illər ərzində Dağlıq Qarabağ 
münaqişəsində Azərbaycana dəyən ümumi 
itki və ziyan nə qədərdir?
Dağlıq  Qarabağ  müharibəsi  dövründə  Azərbaycana  dəyən  zərərin 
məbləği əhəmiyyətli dərəcədə böyük idi. 1988-ci ildən 1994-cü ilə kimi 
558  a.k.ə. “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”.

 201
QARABAĞ 
   
99 SUALDA
Ermənistan  silahlı  qüvvələri  Azərbaycanın  təxminən  900  kəndini  qarət 
və məhv etmiş, ərazisinin 20% -ni işğal etmiş, 20 mindən çox vətəndaşını 
qətlə  yetirmişdir.  50  mindən  çox  Azərbaycanlı  yaralanmışdır  ki,  onlar 
da sonralar ömürlük əmək qabiliyyətini itirmiş və əlil olmuşlar. Minlərlə 
azərbaycanlı  hələ  də  itkindir.  Bu  illər  ərzində,  müharibə  əsirlərinin  və 
mülki vətəndaşların döyülməsi, işgəncə və zorakılığa, qeyri-insani rəftara 
məruz qalması, azərbaycanlıların Ermənistanda və işğal edilmiş ərazilərdə 
ən ağır işlərdə işlədilməsi adi hal idi.
559
Ermənistanın  Azərbaycana  təcavüzü  sosial-iqtisadi  həyata  da  ciddi 
ziyan vurmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 
müharibənin sosial-iqtisadi ziyanı aşağıdakı kimidir:
-  işğal olunmuş ərazilərdə 6 şəhər, 12 şəhər tipli qəsəbə, 830 əyalət, 700 
xəstəxana və tibb müəssisəsi erməni silahlı qüvvələri tərəfindən məhv 
edilib;
-  9,1  kvadrat  mil  ərazini  əhatə  edən  150  mindən  çox  yaşayış  evi  və 
mənzil qarət və məhv edilib;
-  4366  ictimai  və  tibbi  xidmət  binası,  habelə  693  orta  məktəb,  855 
məktəbəqədər  təhsil  müəssisəsi,  4  səhiyyə  mərkəzi  və  bir  sıra  digər 
səhiyyə müəssisəsi məhv edilib;
-  927  kitabxana  talan  edilib,  4.6  milyon  kitab  nüsxəsi  və  misilsiz 
əlyazmalar mənimsənilib;
-  6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi məhv edilib;
-  6000 sənaye, kənd təsərrüfatı və s. müəssisə talan edilib;
-  1200 km suvarma sistemi məhv edilib;
-  244  min  qoyun  və  69  min  iri  buynuzlu  mal-qara  işğal  olunmuş 
ərazilərdən aparılıb;
-  Azərbaycanın yay otlaqlarının 70%-i işğal olunmuş ərazidə yerləşir;
-  35,000 abonentlik telefon stansiyası, 2500 transformator yarım-stan-
siyası və 15.000 km elektrik xətti talan edilib;
-  Təkcə 1993-cü ildə 206.6 min kubmetr qiymətli ağac növü Ermənistana 
559  Mustafayeva, Aytan & Garayev, Rauf, “Legal Aspects of Reparation for Damage Caused to 
Azerbaijan as a Result of Armenian Aggression”, IRS Heritage, No. 14, 2013, p. 54.

 202
QARABAĞ 
   
99 SUALDA
daşınmışdır.
560
 Qeyd etmək lazımdır ki, Ermənistanın taxta istehsalı 
ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan meşələrinin 
qırılması və məhv edilməsi sayəsində inkişaf edir.
561
Azərbaycanın  maddi-mədəniyyət  sahəsinə  dəyən  ziyanın  da  miq-
yası  böyükdür.  İşğal  dövründə  ermənilər  zəbt  olunmuş  ərazilərdə 
Azərbaycanın  maddi-mədəni  obyektlərini  məhv  etmiş  və  bir  çox  tarixi, 
mədəni, humanitar və dini abidələrini və şah əsərlərini talan etmişdir ki, 
bunlar da sonradan müxtəlif ölkələrdə hərrac və mağazalarda satılmışdır. 
Erməni təcavüzkarları regionda müxtəlif tarixi muzeyləri talan və məhv 
edib: məsələn, antik sikkələr və muzey avadanlıqlarının, nadir və qiymətli 
daşların,  xalçalar,  müxtəlif  əl  işlərinin  unikal  kolleksiyasının  yerləşdiyi 
Kəlbəcər  rayonu  Tarix-diyarşünaslıq  muzeyi,  Şuşa  şəhəri  Tarix-diyarşü-
naslıq Muzeyi, Ağdam şəhəri Çörək Muzeyi və daş abidələr Muzeyi və 
s. Muzeylərdən başqa, 500-dən çox tarixi və memarlıq abidəsi, 100 arxe-
oloji abidə, 40.000 eksponatdan ibarət 22 muzey, 9 saray, 44 məbəd, 10 
məscid, 4 rəsm qalereyası və yüzlərlə məqbərə və qala erməni hücumları 
zamanı zədələnmiş və ya məhv edilmişdir. XVIII əsrdə inşa edilmiş Şuşa-
nın məşhur Gövhər Ağa Məscidi və Ermənistanın nəzarəti altında olan 
rayonlardakı  digər  məscidlər  məhv  edilmiş,  yandırılmış,  anbar  və  depo 
kimi istifadə edilmişdir. Erməni silahlı qüvvələri və separatçıları 50 hektar 
ərazini əhatə edən Xocalı kurqan sahəsində yerləşən Tunc dövrünə aid 10-
dan çox kurqandan ibarət unikal abidələri talan etmişlər. Təcavüzkarlar 
həmçinin  Azərbaycanın  işğal  olunmuş  Füzuli  rayonunda  yerləşən 
bəşəriyyətin ən qədim tarixi ocağı olan Azıx mağarasını depo kimi istifadə 
etmişlər.
562
Ekologiyaya vurulan ziyanın dəyəri daha böyük idi. Ermənistanın iş-
ğalı nəticəsində, regionun və qonşu ərazilərin suvarma və su təchizatı sis-
temi dağıdılmışdır. Erməni silahlı qüvvələri Azərbaycanın meşə sahəsinin 
25%-ni təşkil edən 280 min hektar meşə sahəsini, 2 milli parkı və 4 mil-
li qoruğu ələ keçiriblər. Bundan əlavə, 200 təbii mədən, fauna və geoloji 
560  “Aggression against Azerbaijanis the Appeal to the World Community”, IRS Наследие (IRS 
Heritage), No. 2 (10), 2004, p. 8. 
561  a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), p. 56. 
562  a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, pp. 9-10.

 203
QARABAĞ 
   
99 SUALDA
abidə erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 800 km dəmir yolu 
xətti və yol, 15 kilometr elektrik və qaz xətti məhv edilmişdir. Ermənilər 
1,203 kilometrlik suvarma və su təchizatı sistemini, habelə ümumi gücü 
674 milyon kubmetr olan beş su anbarını, 7.296 hidravlik qurğunu, 36 
nasos stansiyasını və 26 ədəd suvarma sistemini də məhv etmişlər. Onlar 
həmçinin ümumi uzunluğu 3.834 metr olan 160 ədəd körpünü partlat-
mışdır. Ümumi uzunluğu 800 km olan yol, 2300 km-lik su xətti, 2000 km-
lik rabitə xətti məhv edilmişdir.
563
 Ermənistan Azərbaycanın su anbarla-
rına da ziyan vurmuşdur. Beləliklə, hər gün təqribən 2,1 milyon kubmetr  
çirklənmiş su təmizlənmədən Araz çayına və ən əsası onun Ermənistan 
və Azərbaycanın işğal edilmiş torpaqlarından keçən qollarına axıdılır”.
564
Azərbaycanın  işğal  olunmuş  ərazilərində  2  qızıl,  4  civə,  2  xromit, 
1  qurğuşun-sink,  1  mis  və  1  sürmə  kimi  mineral  ehtiyatlardan  ibarət 
müxtəlif  zəngin  yataqlar  var.  Ermənistanın  qeyri-qanuni  olaraq  bu 
sahələri istismar etməsi beynəlxalq norma və prinsiplərin aşkar şəkildə 
pozulmasıdır.  İşğal  olunmuş  Azərbaycan  torpaqlarında  Ermənistanın 
qanunsuz  hərəkətlərindən  biri  də  Kəlbəcər  rayonunun  Söyüdlü  qızıl 
yatağının birgə istismarı üçün Kanada şirkəti “First Dynasty Mines” ilə 
müqavilə imzalamasıdır. Ermənistan hər il bu yataqdan 13 ton qızıl əldə 
edir.
565
 Belə ki, Birləşmiş Millətlər İnkişaf Proqramının (UNDP) hesab-
lamasına əsasən Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən 
ümumi  maddi  və  iqtisadi  ziyan  53.5  milyard  dollar  dəyərində  təxmin 
edilir.
566
 Bu iqtisadi itki nəticəsində Azərbaycanın işğal olunmuş regio-
nunda Azərbaycan iqtisadiyyatının 24% taxıl, 41% likör istehsalını, 46% 
kartof əkini, 18% ət və 34 % süd istehsalını əhatə edən təxminən 7000 
müəssisə bağlanmışdır.
567
563  a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 58-59.
564  a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, p. 9.
565  a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 57-58.
566  a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 52. Həmçinin bax; “Letter dated 25 
October 1996 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the 
Secretary-General”; (http://www.un.org/documents/ga/docs/51/c3/ac351-9.htm). Accessed on December 
24, 2013.
567  Oğan, Sinan, “Genocides against Turks and Hocali Genocide”, TURKSAM, 26 February 2009; 
(http://www.turksam.org/en/a227.html). Accessed on  December 24, 2013.

 204
QARABAĞ 
   
99 SUALDA
62. 1994-cü il 4-5 dekabr tarixlərində keçirilən ATƏM-in 
Budapeşt Sammiti Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı 
hansı qərarı qəbul etdi?
Budapeşt Sammiti ATƏM-in üzv ölkələrinin dövlət və hökumət baş-
çılarının iştirakı ilə 1994-cü il 4-5 dekabr tarixində baş tutdu. Sammitin 
qərarına  əsasən,  ATƏM-in  adı  növbəti  ilin  əvvəlindən  ATƏT  (Avropa-
da  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı)  adlandırıldı.  Sammit  zamanı 
qəbul edilmiş çox vacib qərarlardan biri Avropada sülh və təhlükəsizliyin 
bərpası  istiqamətində  ATƏM-in  artan  rolu  olmuşdur.
568
  Bununla 
əlaqədar,  ATƏM-ə  üzv  dövlətlərin  dövlət  və  hökumət  başçıları  ATƏM 
dövlətləri arasında bütün vasitəçilik məsələlərinin əlaqələndirilməsi üçün 
ATƏM-in Minsk Qrupu həmsədrlər təsisatının yaradılması barədə razılı-
ğa gəldilər ki, bu da “əsas həll mexanizmi olduğundan Minsk Qrupu siyasi 
məsləhətləşmələr üçün platforma kimi istifadə edilirdi”.
569
 
Sammit zamanı ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçıları 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsini  müzakirə  edərək 
sənədə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin 
gücləndirilməsi”  adlı  müddəa  daxil  etdilər.  Bu  müddəa  Minsk  qrupu 
ilə  əməkdaşlıq  çərçivəsində  Rusiyanın  vasitəçilik  səyi  sayəsində  1994-
cü il mayın 12-də münaqişə tərəfləri arasında bağlanmış atəşkəs sazişini 
təqdir edirdi. Bu, ATƏM-in üzv dövlətlərinin 822, 853, 874 və 884 saylı 
BMT  qətnamələri  qarşısında  öhdəliyini  təsdiqləyir  və  tərəflər  arasın-
da  münaqişənin  sülh  yolu  ilə  həllinə  çalışmaq  məqsədilə  Təhlükəsizlik 
Şurası tərəfindən ATƏM-ə verilən siyasi dəstəyi alqışlayırdı. Bu baxım-
dan bu məsələdə bir nəticə əldə etmək üçün tərəfləri intensiv danışıqlar 
aparmağa və birbaşa təmas qurmağa çağırırdı. ATƏM-in üzv ölkələrinin 
dövlət  və  hökumət  başçıları  silahlı  münaqişənin  dayandırılması  ilə 
əlaqədar  münaqişə  tərəfləri  arasında  razılığın  əldə  edilməsindən  sonra 
568  Abdullayev, Elshad, The Naqorno-Karabakh Problem in the light of International Law (“Tahsil” 
Publishing House, 2005), p. 68.
569  Kazimirov, Vladimir, “Looking for a Way Out of the Karabakh Impasse”, Russian in Global Affairs
Vol. 2, No. 4, October-December 2004, p. 149. 

 205
QARABAĞ 
   
99 SUALDA
regionda ATƏM-in çoxmillətli sülhməramlı 
qüvvələrinin 
yerləşdirilməsinə 
qərar 
verdilər.  Buna  görə  də,  “onlar  Sədrdən  tez 
bir  zamanda  1992-ci  il  Helsinki  Sənədinin 
3-cü  fəslinə  əsasən  və  Birləşmiş  Millətlər 
Təşkilatının  Nizamnaməsinin  tələblərinə 
tam cavab verəcək şəkildə bu qüvvələrin ya-
radılması,  təşkil  edilməsi  və  idarə  edilməsi 
üzrə  plan  hazırlanmasını  tələb  etdilər”.
570
 
Bu  çərçivədə,  Minsk  Konfransı  və  Minsk 
qrupunun  həmsədrləri  ATƏM-in  sədrinə 
köməklik etməli idilər. Baş Katib də ona bu 
işdə dəstək olmalı və onlar arasında müva-
fiq  məsləhətləşmələrdən  sonra  məsələ  ilə  bağlı  tövsiyələr  vermək  üçün 
Vyanada Yüksək Rütbəli Şəxslər Komitəsi (1994-cü ilin dekabrından Ali 
Rəhbər Şura) yaradılmalı idi. Sədr texniki məsləhət və ekspertizanı təmin 
etmək üçün BMT-nin dəstəyini, habelə regionda sülhməramlı qüvvələrin 
yerləşdirilməsinin  mümkünlüyü  ilə  bağlı  BMT  Təhlükəsizlik  Şurasının 
dəstəyini almalı idi.
571
Analitiklərin sözlərinə görə, bu addım Rusiyanın regionda sülhməramlı 
qüvvələrin  rus  ordusu  tərəfindən  idarə  edilməsi  səyinə  qarşı  atılmışdı. 
Çünki, Budapeşt Sammitindən əvvəl, Rusiya Federasiyasının prezidenti 
sülhməramlı  qüvvələrin  münaqişə  zonasında  yerləşdirilməsi  məsələsini 
müzakirə etmək üçün hər iki ölkənin prezidentini Moskvaya dəvət etmiş-
di. Xarici İşlər Nazirinin müavini Tofiq Zülfüqarov görüşdə Azərbaycanı 
təmsil  etmişdi.  Onun  sözlərinə  görə,  Rusiya  Budapeştdən  gələn  sazi-
şi  pozmağa  çalışırdı.  Thomas  de  Wall  ilə  müsahibə  zamanı  Zülfüqarov 
bildirmişdi:  “əgər  onlar  Moskvadan  Budapeştə  uçsa  idilər,  beynəlxalq 
qüvvələrin  yerləşdirilməsi  haqqında  heç  bir  qərar  qəbul  edilməzdi”.
572
 
570  “Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict” from the Budapest 
Summit Declaration of CSCE entitled “Towards a Genuine Partnership in a New Era”, December 1994, 
pp. 5-6.
571  a.k.ə. “Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict”.
572  a.k.ə. De Wall, Thomas (2003), p. 255.
Sammit zamanı ATƏM-
in üzv ölkələrinin dövlət 
və hökumət başçıları 
Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ 
münaqişəsini müzakirə 
edərək sənədə “Dağlıq 
Qarabağ münaqişəsi 
ilə əlaqədar ATƏM-in 
fəaliyyətinin gücləndirilməsi” 
adlı müddəa daxil etdilər.

 206
QARABAĞ 
   
99 SUALDA
Lakin,  ATƏM-in  üzv  ölkələrinin  dövlət  və  hökumət  başçılarının  Bu-
dapeşt  Sammitində  müxtəlif  dövlətlərin  hərbi  hissələrindən  toplanmış 
sülhməramlı qüvvələrin təşkil edilməsi ilə bağlı qəbul etdikləri qərar Rusi-
yanın öz hərbi qüvvələrini regionda yerləşdirməklə bu məsələni regionda 
idarə etmək istəyinin qarşısını aldı.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin