58. Atəşkəs Sazişinin Azərbaycana verdiyi üstünlüklər nə idi?
1994-cü il mayın 12-də qüvvəyə minən atəşkəsə qoşulmaq Azərbaycan
üçün Ermənistan kimi uğurlu olmadı. Qeyd edildiyi kimi, atəşkəs imza-
landığı zaman artıq Ermənistan Azərbaycan ərazisinin 20 %-ni işğal etmiş,
necə olsa da tam üstünlüyə nail olmuş və
Dağlıq Qarabağda de-fakto müstəqil, lakin
tanınmayan dövlət yaratmış və təqribən bir
milyona yaxın azərbaycanlını öz tarixi tor-
paqlarından çıxartmışdı.
547
Bu səbəbdən
razılaşma Azərbaycana növbəti hərbi
əməliyyatları və torpaq itkisini dayandırmaq,
sakinlərin öz evlərini tərk etməsinin qarşısını
almaq və erməni qüvvələri tərəfindən mül-
ki Azərbaycan əhalisinin qətliamını dayan-
dırmaq imkanı verdi. Rusiyanın vasitəçiliyi
ilə atəşkəsi imzalamaqla Azərbaycan Rusiya
Federasiyası ilə də münasibətləri möhkəmləndirdi, belə ki, Azərbaycan
rəhbərliyi Rusiyanın təklifini rədd etməklə regionda 1993-cü ildə baş verən,
Azərbaycan hökumətinin devrilməsi və Dağlıq Qarabağın cənub-şərq
hissəsindəki Azərbaycanın tarixi torpaqlarının itirilməsi ilə nəticələnən siya-
si çaxnaşmaya gətirib çıxardacağını yaxşı bilirdi. Rusiya hərbi qüvvələrinin
Azərbaycana göndərilməsinə etiraz etməklə Azərbaycan atəşkəs haqqın-
da razılaşmadan sonra regionda ATƏM-in himayəsi altında beynəlxalq
sülhməramlı qüvvələrin yerləşdirilməsinə çalışırdı. Halbuki, ATƏM bu cür
sülhməramlı qüvvə yaratmaq mexanizminə malik deyildi.
548
Azərbaycanın atəşkəsdən əldə etdiyi yeganə siyasi səmərə qazanılmış vax-
tan istifadə edərək Xəzər dənizi sahillərində zəngin karbohidrogen ehtiyatları-
nın istismarı məqsədilə beynəlxalq investorları və neft şirkətlərini bu regiona
cəlb etmək oldu. Beləliklə, atəşkəsdən üç ay sonra, 1994-cü il sentyabrın 20-də
Azərbaycan qərb enerji konsorsiumları ilə ölkəyə böyük iqtisadi mənfəət və
547 a.k.ə. MacFarlane, S. Neil, & Minear, Larry (1997), p. 19.
548 a.k.ə. De Wall, Thomas (2003), p. 254.
Razılaşma Azərbaycana
növbəti hərbi əməliyyatları və
torpaq itkisini dayandırmaq,
sakinlərin öz evlərini tərk
etməsinin qarşısını almaq və
erməni qüvvələri tərəfindən
mülki Azərbaycan əhalisinin
qətliamını dayandırmaq
imkanı verdi.
197
QARABAĞ
99 SUALDA
siyasi üstünlük gətirən “Əsrin müqaviləsi”ni imzaladı. Bununla Azərbaycan
Ermənistanı iqtisadi baxımdan təcrid etməyə, ərazi bütövlüyünü qoruyub
saxlamaq üçün beynəlxalq dəstək almağa və 1994-cü ilin may ayında atəşkəs
haqqında razılaşmanın imzalanmasından sonra Ermənistanın işğalı altında
olan tarixi torpaqların azad olunmasına ümid edirdi.
59. Dağlıq Qarabağ münaqişəsi nəticəsində nə qədər
azərbaycanlı öz tarixi torpaqlarından köçürülmüşdür?
Azərbaycan qaçqınların (Ermənistandan köçürülmüş etnik
azərbaycanlılar) və məcburi köçkünlərin (Dağlıq Qarabağdan və
Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonun-
dan olan etnik azərbaycanlılar) problemi ilə üzləşən keçmiş Sovet İttifaqı-
nın ilk respublikalarından biri idi. Etnik azərbaycanlıların öz tarixi yurd-
yuvalarından köçkün düşməsi birbaşa olaraq 1988-ci ildən başlamış və
1994-cü il atəşkəs sazişinə kimi davam edən Dağlıq Qarabağ münaqişəsinin
nəticəsi idi. İki qonşu Cənubi Qafqaz ölkəsi arasındakı gərginliyi artıran bu
vəziyyət təqribən 1 milyon Azərbaycanlının öz yurdlarını zorla tərk etməsinə
səbəb olmuşdur. Münaqişə zamanı köçürülmə iki mərhələdə baş tutdu.
Qaçqınların ilk axını 1988-ci il və 1991-ci illərin əvvəlində Ermənistanın
Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayıraraq Ermənistan SSR ərazisinə
birləşdirmək istəyi nəticəsində etnik gərginliyin artması ilə meydana gəldi.
549
Gərginlik Azərbaycan xalqına qarşı vəhşiliklərlə müşayiət edilirdi. Üç gün
ərzində, 1988-ci il noyabrın 27-29-da ermənilər Quqark, Spitak və Stepa-
navan şəhərlərində 33 azərbaycanlını qətlə yetirdilər. Azərbaycan Baş Pro-
kurorluğunun məlumatına görə, 1988-1989 illər arasında 216 azərbaycanlı
münaqişənin nəticəsindən əziyyət çəkərək həyatlarını itirmişdirlər. Onlar-
dan 49 nəfər donaraq ölmüş, 41 nəfər vəhşicəsinə döyülərək öldürülmüş, 35
nəfər amansız işgəncələrlə həyatlarını itirmiş, 115 nəfər diri-diri yandırılmış,
16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözə bilməyərək infarkt nəticəsində
ölmüş, 2 nəfər xəstəxanada erməni həkimləri tərəfindən qətlə yetirilmiş,
549 a.k.ə. “Profile of International Displacement: Azerbaijan”, p. 10.
198
QARABAĞ
99 SUALDA
3 azərbaycanlı boğularaq qətlə yetirilmiş, 1
nəfər asılmış, 1 nəfər ermənilərin işgəncəli
ölümündən yaxa qurtarmaq üçün özünə qəsd
etmiş, 1 nəfər elektrik cərəyanı ilə öldürülmüş,
2 nəfərin başı kəsilmiş, 29 nəfər diri-diri bas-
dırılmış, 3 nəfər xəstəxanada tibbi diqqətsizlik
ucbatından dünyasını dəyişmiş, 8 nəfər isə
itkin düşmüşdü.
550
Nəticədə, etnik qarşıdur-
manın ilk dalğasında Ermənistandakı bütün
etnik azərbaycanlılar, təxminən 250 min nəfər
öz evlərindən zorla qovularaq Azərbaycanın
müxtəlif regionlarına köçürülmüşlər.
551
Köçürülmənin ikinci dalğası 1991-ci ilin
sonunda Azərbaycan və Ermənistan arasında
Dağlıq Qarabağ münaqişəsi müharibəyə çev-
rildiyi zaman başladı. 1992-ci ildə Ermənistan Dağlıq Qarabağı bütünlüklə
ələ keçirdi və Azərbaycanın Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın
rayonunu da işğal etdi. Növbəti iki il ərzində Azərbaycanın digər rayonları
Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan da erməni qüvvələri
tərəfindən işğal edildi. Nəticədə, bu rayonların əhalisi kütləvi surətdə köçü-
rüldü.
552
Bu münaqişə zamanı təqribən 22/25 min adamın öldürüldüyü və
4500-dən çox adamın hələ də itkin düşdüyü hesablanmışdır. Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin 2010-cu il statistikasına əsasən, məcburi köçkünlərin sayı etnik
azərbaycanlılar, regionun kürd, rus və türk əhalisi də daxil olmaqla 586013
nəfər təşkil edir.
553
Bu baxımdan, Qaçqınlar üzrə ABŞ Komitəsi (USCR)
də qeyd edir ki, 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində 568 min
550 “Letter dated 25 October 1996 from the Permanent Representative of Azerbaijan to the United
Nations addressed to the Secretary-General”; (http://www.un.org/documents/ga/docs/51/c3/ac351-9.htm).
Accessed on December 25, 2013.
551 International Crisis Group, “Tackling Azerbaijan’s IDP Burden”, Crisis Group Europe Briefing,
N°67, 27 February 2012, p. 2.
552 “Azerbaijan Human Development Report 2000”, United Nation Development Program, 2001, p. 53.
553 “Azerbaijan: After Some 20 years, IDPs Still Face Barriers to Self-Reliance”, Internal Displacement
Monitoring Center, 10 December 2010, p. 3.
Etnik azərbaycanlıların öz tarixi
yurd-yuvalarından köçkün
düşməsi birbaşa olaraq
1988-ci ildən başlamış və
1994-cü il atəşkəs sazişinə kimi
davam edən Dağlıq Qarabağ
münaqişəsinin nəticəsi idi. İki
qonşu Cənubi Qafqaz ölkəsi
arasındakı gərginliyi artıran
bu vəziyyət təqribən 1 milyon
Azərbaycanlının öz yurdlarını
zorla tərk etməsinə səbəb
olmuşdur.
199
QARABAĞ
99 SUALDA
nəfərdən çox adam məcburi köçürülmüşdür. Bunlardan 42.072 nəfər Dağ-
lıq Qarabağdan, qalanları isə Azərbaycanın digər işğal edilmiş rayonlarından
– Füzulu (133,725 nəfər), Ağdam (128,584 nəfər), Laçın (63,007 nəfər),
Kəlbəcər (59,274), Cəbrayıl (58,834 nəfər), Qubadlı (31, 276), Zəngilan
(34,797), Tərtər (5,171) və Ağcabədi (3,358) didərgin salınmışdır.
554
Birləşmiş Millətlərin İnkişaf Proqramının 2000-ci il statistikasına
əsasən, məcburi köçkünlər əsasən çadırlarda, düşərgələrdə və ictimai bi-
nalarda ekstremal şəraitdə yaşayırlar. Hesablamalara əsasən, onlardan
18.7% düşərgələrdə, 19.1% dəmiryol vaqonlarında, 23.3% məktəblərdə,
16.6% yataqxanalarda, 1.4% isə sanatoriya və uşaq düşərgələrində yaşa-
yır. Məcburi köçkünlərin təxminən 20,9% kirayə evlərdə, dostlarının və
qohumlarının evlərində məskunlaşmış və yalnız 2.9% öz evlərini qura
bilmişlər. Onların bəziləri Azərbaycanın münaqişə zonasında yerləşən
rayonlarında məskunlaşıb. Təxminən 18.000 nəfər Ağcabədidə, 19.000
nəfər Sabirabadda, 20.000 nəfər İmişlidə, 21.000 nəfər Biləsuvarda və
51.000 nəfər Bərdədə məskunlaşmışdır.
555
Son dövrlərdə Azərbaycan hökuməti məcburi köçkünləri yaşayışla
təmin etmək və gəlirlərinin artırılması üçün mühüm tədbirlər görmüş-
dür. 2004-cü ildə başladılmış milli proqrama əsasən, qaçqın və məcburi
köçkünlər üçün 4.4 milyard dollar sərf edilmiş və 140 min nəfər yeni
evlərlə təmin olunmuşdur.
556
2005-ci ilin əvvəlində, Azərbaycan hökuməti
çadır düşərgələrində yaşayan köçkünlərin yeni evlərlə təmin edilməsini
planlaşdırmışdı. Nəticədə, 2007-ci ildə məcburi köçkünlər üçün yaradıl-
mış bütün çadır düşərgələr ləğv edildi. 2008-ci və 2011-ci illər ərzində
108 min nəfər məcburi köçkün yeni tək ailəli evlər və ya mənzillərlə təmin
edilmişdir. Azərbaycan hökuməti 2015-ci ilə kimi hazırda digər şəxslərin
ev və ya mənzillərində yaşayan 11500 nəfər məcburi köçkünü evlə təmin
edəcəyini vəd edib.
557
554 “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”, USAN, 12 November 2012;
(http://karabakh.usazeris.org/). Accessed on December 25, 2013.
555 a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 53.
556 “Internal Displacement in Europe, the Caucasus and Central Asia”, Internal Displacement
Monitoring Center, Global Overview 2012, p. 45.
557 a.k.ə. International Crisis Group, (2012), p. 4.
200
QARABAĞ
99 SUALDA
60. Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycanın
nə qədər ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub?
1988-ci ildən başlayan və 1994-cü ildə atəşkəs sazişinin imzalanması-
na qədər davam edən Ermənistan Respublikasının Azərbaycan Respubli-
kasına qarşı hərbi təcavüzü Azərbaycana ciddi maddi və mənəvi ziyan vur-
du. Təcavüz yalnız beynəlxalq hüquq və BMT Nizamnaməsinin norma
və prinsiplərinin pozulmasına deyil, eləcə də, Ermənistan Respublikası
tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının po-
zulmasına səbəb oldu. Təcavüz nəticəsində Azərbaycan Respublikasının
işğal olunmuş və zərər görmüş ümumi torpaqları 17 min km
2
(10, 563
kvadrat mil), təxminən 20%-dir. Buraya aşağıdakılar daxildir:
- 1991-ci ildə Azərbaycan tərəfindən ləğv edilmiş keçmiş DQMV-nin
ərazisi olan Dağlıq Qarabağ bölgəsi;
- Dağlıq Qarabağ ətrafında Azərbaycanın işğal olunmuş yeddi rayonu:
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan;
- Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarının Ermənistanla
həmsərhəd ərazisi;
- Təmas xətti ilə həmsərhəd olan 4 rayonun ərazisi: Tərtər, Goranboy,
Ağcabədi və Beyləqan;
- Azərbaycanın Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş Naxçıvan
Muxtar Respublikasının inzibati rayonlarının ərazisi.
558
61. 1988-1994-ci illər ərzində Dağlıq Qarabağ
münaqişəsində Azərbaycana dəyən ümumi
itki və ziyan nə qədərdir?
Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycana dəyən zərərin
məbləği əhəmiyyətli dərəcədə böyük idi. 1988-ci ildən 1994-cü ilə kimi
558 a.k.ə. “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”.
201
QARABAĞ
99 SUALDA
Ermənistan silahlı qüvvələri Azərbaycanın təxminən 900 kəndini qarət
və məhv etmiş, ərazisinin 20% -ni işğal etmiş, 20 mindən çox vətəndaşını
qətlə yetirmişdir. 50 mindən çox Azərbaycanlı yaralanmışdır ki, onlar
da sonralar ömürlük əmək qabiliyyətini itirmiş və əlil olmuşlar. Minlərlə
azərbaycanlı hələ də itkindir. Bu illər ərzində, müharibə əsirlərinin və
mülki vətəndaşların döyülməsi, işgəncə və zorakılığa, qeyri-insani rəftara
məruz qalması, azərbaycanlıların Ermənistanda və işğal edilmiş ərazilərdə
ən ağır işlərdə işlədilməsi adi hal idi.
559
Ermənistanın Azərbaycana təcavüzü sosial-iqtisadi həyata da ciddi
ziyan vurmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə,
müharibənin sosial-iqtisadi ziyanı aşağıdakı kimidir:
- işğal olunmuş ərazilərdə 6 şəhər, 12 şəhər tipli qəsəbə, 830 əyalət, 700
xəstəxana və tibb müəssisəsi erməni silahlı qüvvələri tərəfindən məhv
edilib;
- 9,1 kvadrat mil ərazini əhatə edən 150 mindən çox yaşayış evi və
mənzil qarət və məhv edilib;
- 4366 ictimai və tibbi xidmət binası, habelə 693 orta məktəb, 855
məktəbəqədər təhsil müəssisəsi, 4 səhiyyə mərkəzi və bir sıra digər
səhiyyə müəssisəsi məhv edilib;
- 927 kitabxana talan edilib, 4.6 milyon kitab nüsxəsi və misilsiz
əlyazmalar mənimsənilib;
- 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi məhv edilib;
- 6000 sənaye, kənd təsərrüfatı və s. müəssisə talan edilib;
- 1200 km suvarma sistemi məhv edilib;
- 244 min qoyun və 69 min iri buynuzlu mal-qara işğal olunmuş
ərazilərdən aparılıb;
- Azərbaycanın yay otlaqlarının 70%-i işğal olunmuş ərazidə yerləşir;
- 35,000 abonentlik telefon stansiyası, 2500 transformator yarım-stan-
siyası və 15.000 km elektrik xətti talan edilib;
- Təkcə 1993-cü ildə 206.6 min kubmetr qiymətli ağac növü Ermənistana
559 Mustafayeva, Aytan & Garayev, Rauf, “Legal Aspects of Reparation for Damage Caused to
Azerbaijan as a Result of Armenian Aggression”, IRS Heritage, No. 14, 2013, p. 54.
202
QARABAĞ
99 SUALDA
daşınmışdır.
560
Qeyd etmək lazımdır ki, Ermənistanın taxta istehsalı
ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan meşələrinin
qırılması və məhv edilməsi sayəsində inkişaf edir.
561
Azərbaycanın maddi-mədəniyyət sahəsinə dəyən ziyanın da miq-
yası böyükdür. İşğal dövründə ermənilər zəbt olunmuş ərazilərdə
Azərbaycanın maddi-mədəni obyektlərini məhv etmiş və bir çox tarixi,
mədəni, humanitar və dini abidələrini və şah əsərlərini talan etmişdir ki,
bunlar da sonradan müxtəlif ölkələrdə hərrac və mağazalarda satılmışdır.
Erməni təcavüzkarları regionda müxtəlif tarixi muzeyləri talan və məhv
edib: məsələn, antik sikkələr və muzey avadanlıqlarının, nadir və qiymətli
daşların, xalçalar, müxtəlif əl işlərinin unikal kolleksiyasının yerləşdiyi
Kəlbəcər rayonu Tarix-diyarşünaslıq muzeyi, Şuşa şəhəri Tarix-diyarşü-
naslıq Muzeyi, Ağdam şəhəri Çörək Muzeyi və daş abidələr Muzeyi və
s. Muzeylərdən başqa, 500-dən çox tarixi və memarlıq abidəsi, 100 arxe-
oloji abidə, 40.000 eksponatdan ibarət 22 muzey, 9 saray, 44 məbəd, 10
məscid, 4 rəsm qalereyası və yüzlərlə məqbərə və qala erməni hücumları
zamanı zədələnmiş və ya məhv edilmişdir. XVIII əsrdə inşa edilmiş Şuşa-
nın məşhur Gövhər Ağa Məscidi və Ermənistanın nəzarəti altında olan
rayonlardakı digər məscidlər məhv edilmiş, yandırılmış, anbar və depo
kimi istifadə edilmişdir. Erməni silahlı qüvvələri və separatçıları 50 hektar
ərazini əhatə edən Xocalı kurqan sahəsində yerləşən Tunc dövrünə aid 10-
dan çox kurqandan ibarət unikal abidələri talan etmişlər. Təcavüzkarlar
həmçinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunda yerləşən
bəşəriyyətin ən qədim tarixi ocağı olan Azıx mağarasını depo kimi istifadə
etmişlər.
562
Ekologiyaya vurulan ziyanın dəyəri daha böyük idi. Ermənistanın iş-
ğalı nəticəsində, regionun və qonşu ərazilərin suvarma və su təchizatı sis-
temi dağıdılmışdır. Erməni silahlı qüvvələri Azərbaycanın meşə sahəsinin
25%-ni təşkil edən 280 min hektar meşə sahəsini, 2 milli parkı və 4 mil-
li qoruğu ələ keçiriblər. Bundan əlavə, 200 təbii mədən, fauna və geoloji
560 “Aggression against Azerbaijanis the Appeal to the World Community”, IRS Наследие (IRS
Heritage), No. 2 (10), 2004, p. 8.
561 a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), p. 56.
562 a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, pp. 9-10.
203
QARABAĞ
99 SUALDA
abidə erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 800 km dəmir yolu
xətti və yol, 15 kilometr elektrik və qaz xətti məhv edilmişdir. Ermənilər
1,203 kilometrlik suvarma və su təchizatı sistemini, habelə ümumi gücü
674 milyon kubmetr olan beş su anbarını, 7.296 hidravlik qurğunu, 36
nasos stansiyasını və 26 ədəd suvarma sistemini də məhv etmişlər. Onlar
həmçinin ümumi uzunluğu 3.834 metr olan 160 ədəd körpünü partlat-
mışdır. Ümumi uzunluğu 800 km olan yol, 2300 km-lik su xətti, 2000 km-
lik rabitə xətti məhv edilmişdir.
563
Ermənistan Azərbaycanın su anbarla-
rına da ziyan vurmuşdur. Beləliklə, hər gün təqribən 2,1 milyon kubmetr
çirklənmiş su təmizlənmədən Araz çayına və ən əsası onun Ermənistan
və Azərbaycanın işğal edilmiş torpaqlarından keçən qollarına axıdılır”.
564
Azərbaycanın işğal olunmuş ərazilərində 2 qızıl, 4 civə, 2 xromit,
1 qurğuşun-sink, 1 mis və 1 sürmə kimi mineral ehtiyatlardan ibarət
müxtəlif zəngin yataqlar var. Ermənistanın qeyri-qanuni olaraq bu
sahələri istismar etməsi beynəlxalq norma və prinsiplərin aşkar şəkildə
pozulmasıdır. İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın
qanunsuz hərəkətlərindən biri də Kəlbəcər rayonunun Söyüdlü qızıl
yatağının birgə istismarı üçün Kanada şirkəti “First Dynasty Mines” ilə
müqavilə imzalamasıdır. Ermənistan hər il bu yataqdan 13 ton qızıl əldə
edir.
565
Belə ki, Birləşmiş Millətlər İnkişaf Proqramının (UNDP) hesab-
lamasına əsasən Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən
ümumi maddi və iqtisadi ziyan 53.5 milyard dollar dəyərində təxmin
edilir.
566
Bu iqtisadi itki nəticəsində Azərbaycanın işğal olunmuş regio-
nunda Azərbaycan iqtisadiyyatının 24% taxıl, 41% likör istehsalını, 46%
kartof əkini, 18% ət və 34 % süd istehsalını əhatə edən təxminən 7000
müəssisə bağlanmışdır.
567
563 a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 58-59.
564 a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, p. 9.
565 a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 57-58.
566 a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 52. Həmçinin bax; “Letter dated 25
October 1996 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the
Secretary-General”; (http://www.un.org/documents/ga/docs/51/c3/ac351-9.htm). Accessed on December
24, 2013.
567 Oğan, Sinan, “Genocides against Turks and Hocali Genocide”, TURKSAM, 26 February 2009;
(http://www.turksam.org/en/a227.html). Accessed on December 24, 2013.
204
QARABAĞ
99 SUALDA
62. 1994-cü il 4-5 dekabr tarixlərində keçirilən ATƏM-in
Budapeşt Sammiti Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı
hansı qərarı qəbul etdi?
Budapeşt Sammiti ATƏM-in üzv ölkələrinin dövlət və hökumət baş-
çılarının iştirakı ilə 1994-cü il 4-5 dekabr tarixində baş tutdu. Sammitin
qərarına əsasən, ATƏM-in adı növbəti ilin əvvəlindən ATƏT (Avropa-
da Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlandırıldı. Sammit zamanı
qəbul edilmiş çox vacib qərarlardan biri Avropada sülh və təhlükəsizliyin
bərpası istiqamətində ATƏM-in artan rolu olmuşdur.
568
Bununla
əlaqədar, ATƏM-ə üzv dövlətlərin dövlət və hökumət başçıları ATƏM
dövlətləri arasında bütün vasitəçilik məsələlərinin əlaqələndirilməsi üçün
ATƏM-in Minsk Qrupu həmsədrlər təsisatının yaradılması barədə razılı-
ğa gəldilər ki, bu da “əsas həll mexanizmi olduğundan Minsk Qrupu siyasi
məsləhətləşmələr üçün platforma kimi istifadə edilirdi”.
569
Sammit zamanı ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçıları
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək
sənədə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin
gücləndirilməsi” adlı müddəa daxil etdilər. Bu müddəa Minsk qrupu
ilə əməkdaşlıq çərçivəsində Rusiyanın vasitəçilik səyi sayəsində 1994-
cü il mayın 12-də münaqişə tərəfləri arasında bağlanmış atəşkəs sazişini
təqdir edirdi. Bu, ATƏM-in üzv dövlətlərinin 822, 853, 874 və 884 saylı
BMT qətnamələri qarşısında öhdəliyini təsdiqləyir və tərəflər arasın-
da münaqişənin sülh yolu ilə həllinə çalışmaq məqsədilə Təhlükəsizlik
Şurası tərəfindən ATƏM-ə verilən siyasi dəstəyi alqışlayırdı. Bu baxım-
dan bu məsələdə bir nəticə əldə etmək üçün tərəfləri intensiv danışıqlar
aparmağa və birbaşa təmas qurmağa çağırırdı. ATƏM-in üzv ölkələrinin
dövlət və hökumət başçıları silahlı münaqişənin dayandırılması ilə
əlaqədar münaqişə tərəfləri arasında razılığın əldə edilməsindən sonra
568 Abdullayev, Elshad, The Naqorno-Karabakh Problem in the light of International Law (“Tahsil”
Publishing House, 2005), p. 68.
569 Kazimirov, Vladimir, “Looking for a Way Out of the Karabakh Impasse”, Russian in Global Affairs,
Vol. 2, No. 4, October-December 2004, p. 149.
205
QARABAĞ
99 SUALDA
regionda ATƏM-in çoxmillətli sülhməramlı
qüvvələrinin
yerləşdirilməsinə
qərar
verdilər. Buna görə də, “onlar Sədrdən tez
bir zamanda 1992-ci il Helsinki Sənədinin
3-cü fəslinə əsasən və Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinin tələblərinə
tam cavab verəcək şəkildə bu qüvvələrin ya-
radılması, təşkil edilməsi və idarə edilməsi
üzrə plan hazırlanmasını tələb etdilər”.
570
Bu çərçivədə, Minsk Konfransı və Minsk
qrupunun həmsədrləri ATƏM-in sədrinə
köməklik etməli idilər. Baş Katib də ona bu
işdə dəstək olmalı və onlar arasında müva-
fiq məsləhətləşmələrdən sonra məsələ ilə bağlı tövsiyələr vermək üçün
Vyanada Yüksək Rütbəli Şəxslər Komitəsi (1994-cü ilin dekabrından Ali
Rəhbər Şura) yaradılmalı idi. Sədr texniki məsləhət və ekspertizanı təmin
etmək üçün BMT-nin dəstəyini, habelə regionda sülhməramlı qüvvələrin
yerləşdirilməsinin mümkünlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının
dəstəyini almalı idi.
571
Analitiklərin sözlərinə görə, bu addım Rusiyanın regionda sülhməramlı
qüvvələrin rus ordusu tərəfindən idarə edilməsi səyinə qarşı atılmışdı.
Çünki, Budapeşt Sammitindən əvvəl, Rusiya Federasiyasının prezidenti
sülhməramlı qüvvələrin münaqişə zonasında yerləşdirilməsi məsələsini
müzakirə etmək üçün hər iki ölkənin prezidentini Moskvaya dəvət etmiş-
di. Xarici İşlər Nazirinin müavini Tofiq Zülfüqarov görüşdə Azərbaycanı
təmsil etmişdi. Onun sözlərinə görə, Rusiya Budapeştdən gələn sazi-
şi pozmağa çalışırdı. Thomas de Wall ilə müsahibə zamanı Zülfüqarov
bildirmişdi: “əgər onlar Moskvadan Budapeştə uçsa idilər, beynəlxalq
qüvvələrin yerləşdirilməsi haqqında heç bir qərar qəbul edilməzdi”.
572
570 “Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict” from the Budapest
Summit Declaration of CSCE entitled “Towards a Genuine Partnership in a New Era”, December 1994,
pp. 5-6.
571 a.k.ə. “Intensification of CSCE Action in Relation to the Nagorno-Karabakh Conflict”.
572 a.k.ə. De Wall, Thomas (2003), p. 255.
Sammit zamanı ATƏM-
in üzv ölkələrinin dövlət
və hökumət başçıları
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsini müzakirə
edərək sənədə “Dağlıq
Qarabağ münaqişəsi
ilə əlaqədar ATƏM-in
fəaliyyətinin gücləndirilməsi”
adlı müddəa daxil etdilər.
206
QARABAĞ
99 SUALDA
Lakin, ATƏM-in üzv ölkələrinin dövlət və hökumət başçılarının Bu-
dapeşt Sammitində müxtəlif dövlətlərin hərbi hissələrindən toplanmış
sülhməramlı qüvvələrin təşkil edilməsi ilə bağlı qəbul etdikləri qərar Rusi-
yanın öz hərbi qüvvələrini regionda yerləşdirməklə bu məsələni regionda
idarə etmək istəyinin qarşısını aldı.
Dostları ilə paylaş: |