Bİlal Dədəyev


Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” yaxud



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

81. Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” yaxud 
“həlli çətin” olan münaqişədir?
“Dondurulmuş” termini başladığı gündən uzun müddət keçməsinə 
baxmayaraq hələ də  həll edilməmiş münaqişələr üçün istifadə olunur. 
Onun həll olunması başqa daha münasib vaxta saxlanır; münaqişə tərəfləri 
arasında  münasibətlər  atəşkəs  və  ya  digər  müqavilələrlə  tənzimlənir 
amma  eyni  zamanda  sülh  cəhdləri  də  da-
vam  etdirilir.
696
  Keçmiş  sovet  respublika-
larında, məsələn Gürcüstanda Abxaziya və 
Cənubi Osetiya münaqişələri, Azərbaycan-
Ermənistan  Dağlıq  Qarabağ  münaqişəsi, 
Moldovada  Dnestryanı  münaqişələr  həll 
olunmadığına və aktiv olmadığına görə, la-
kin istənilən vaxt yenidən başlama təhlükəsi 
olduğuna görə ümumiyyətlə dondurulmuş 
münaqişələr kimi qəbul olunur. Dondurul-
muş  münaqişələrin  bir  çox  mühüm  xarak-
terik  xüsusiyyətlərindən  biri  də  budur  ki, 
danışıqlar prosesinin mövcud problemi həll 
etmək məqsədi ilə yox, ancaq münaqişənin 
birinci  mərhələsindən  sonra  yaradılmış  status-kvonu  saxlamaq  üçün 
davam etdirildiyi görünür. Belə bir vəziyyəti müharibəni başlamamaq 
üçün  sülh  danışıqlarının  imitasiyası  kimi  müəyyən  etmək  mümkün-
dür. Belə vəziyyətdə bir və ya hər iki tərəf, yaxud rəsmən görünməyən 
üçüncü  tərəf  onların  heç  birinə  məlum  olmayan  müvafiq  vaxta  qədər 
696  Morar, Fillon, “The Myth of Frozen Conflicts: Transcending Illusive Dillemmas”, Concordiam: The 
Journal of European Security and Defense Issues, Vol. 1, No. 2, 2010, p. 11.
Dondurulmuş münaqişələrin 
bir çox mühüm xarakterik 
xüsusiyyətlərindən biri 
də budur ki, danışıqlar 
prosesinin mövcud problemi 
həll etmək məqsədi ilə 
yox, ancaq münaqişənin 
birinci mərhələsindən sonra 
yaradılmış status-kvonu 
saxlamaq üçün davam 
etdirildiyi görünür.

 283
QARABAĞ 
   
99 SUALDA
münaqişəni nə sülh, nə də müharibə vəziyyətində saxlamaqda maraq-
lıdır.
Alternativ olaraq, həmçinin aşağıdakı terminlərdən də məs: “həll 
edilməmiş”,  “uzunsürən”,  “durğun”,  “davamlı”,  “iflic  olmuş”  və  ya 
“uzun müddətli” münaqişələr istifadə olunur. Edvard Azar uzunsürən 
münaqişələr haqqında ardıcıl olaraq nəzəriyyələr işləyib hazırlayan ilk 
müəlliflərdən biridir və o, “yeni münaqişə növü” kimi müəyyən etdi-
yi  münaqişələr  üçün  “uzunsürən  və  ya  “uzunmüddətli”  terminindən 
istifadə edir. Azarın sözlərinə görə, uzunsürən münaqişələr icma qrup-
ları arasında baş verir, lakin tezcə də milli sərhədləri aşırlar. Adətən, 
onlar  sezilməyən,  anlaşılmaz,  dərkedilməz  qeyri-maddi  ehtiyac-
larla  bağlı  olur  və  yüksək  səviyyədə  zorakılıq  yaratmağa  və  ya  zora-
kılığı  gücləndirməyə  meyl  edirlər.
697
  Bundan  başqa  Barton  bu  “yeni 
münaqişə növ”ünü “dərin kök salmış münaqişə” kimi müəyyən edərək 
terminləşdirib.
698
Alimlər və analitiklər tərəfindən həyata keçirilən son tədqiqatlar sübut 
etdi ki, “həlli çətin” termini ilə tanınması belə münaqişələrin real xarak-
terini digərlərinə nisbətən daha yaxşı müəyyən edir. ABŞ-ın Sülh insti-
tutunun mütəxəssislərinin rəyinə görə, “həlli çətin” münaqişələrin siyasi 
həlli tərəflərin və ya üçüncü tərəfin vasitəçiliyi və səyləri ilə uzun zaman 
birbaşa danışıqlar aparmasını tələb edir”.
699
 Qısaca desək, tərəflərdən biri 
müqavimət göstərdiyi üçün həlli çətin münaqişə həlledilməz olur. Bun-
dan başqa, Coleman çətin münaqişəni dalana dirənmiş, gərgin, çıxılmaz 
vəziyyət, və həlli çox çətin münaqişə kimi səciyyələndirib.
700
Təcrübədə Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” adlandırılır və 
KİV də münaqişə ilə bağlı informasiya yayarkən bu termindən istifadə edir. 
Buna görə də Dağlıq Qarabağ münaqişəsində “dondurulmuş” yoxsa “həlli 
çətin olan” termindən istifadə etmək daha doğru olardı sualı ortaya çıxır. 
697  Azar, Edward, “Protracted International Conflicts: Ten Prepositions”, in Azar, Edward  & Bruton, 
John W., ed., International Conflict Resolution Theory and Practice (London Wheatsheaf Books, 1986).
698  Burton, John W., Resolving deep-rooted conflict: A handbook (University Press of America, 1987).
699  a.k.ə. Crocker, Chester A, et all. (2007), p. 5.
700  Coleman, Peter T., “Intractable Conflict”, in Deutsch, Morton et all., ed., The Handbook of Conflict 
Resolution: Theory and Practice (Jossey-Bass, 2000), p. 5.  

 284
QARABAĞ 
   
99 SUALDA
Bu  iki  yanaşmanı  təhlil  etməklə  deyə  bilərik  ki,  “dondurulmuş”  əsasən 
uzadılmağa və həlli üçün daha əlverişli vaxtadək donmuş vəziyyətdə sax-
lanmasına yönəlmişdir. “Həlli çətin olan” isə həll edilməsinin mümkünsüz 
olmasını şərh edir və vurğulayır. İyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ 
münaqişəsi öz həllini gözləyir. Lakin üçüncü tərəfin danışıqlar prosesinə 
cəlb  olunmasını  nəzərə  almasaq  bir  addım  da  olsun  irəliləyiş  olmayıb. 
“Dondurulmuş”  münaqişələrdə  atəşkəsin  saxlanılması  üçün  üçüncü 
tərəfin zəmanəti ilə müharibə müvəqqəti olaraq dayandırılır və danışıq-
lar prosesinin siyasi həlli üçün davam etdirilir. Əslində, Dağlıq Qarabağ 
münaqişəsi aktivdir, atəşkəs vaxtaşırı pozulur, danışıqlar prosesi isə dalana 
dirənib, nəticəsi yoxdur. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanan-
dan 2007-ci ilədək hər iki tərəfdən 4000 əsgər və mülki şəxs öldürülüb,
701
 
ATƏT-in  Minsk  Qrupunun  həmsədrlərinin  vasitəçilik  fəaliyyətinə  bax-
mayaraq prosesin həllində heç bir naliyyət əldə edilməyib. Buna görə də, 
Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişə adlandırmaqdan-
sa “həlli çətin olan” münaqişə kimi müəyyənləşdirmək daha münasibdir. 
82. Münaqişə ərazisinin sərhədləri hansılardır?
Tərəflər  arasında  mübahisəli  ərazilər  münaqişələrin  ərazi  sərhədləri 
kimi təyin olunur və aydındır ki, bu sərhədlərin müəyyən olunması müm-
kün ola biləcək siyasi və məhkəmə problemlərinin qarşısını almaq üçün 
çox vacibdir.
702
 Sərhədlərin qeyri-müəyyən olduğu hallarda, münaqişələr 
çıxılmaz vəziyyətə səbəb ola bilər və münaqişənin həlli naməlum vaxtadək 
uzanar. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması səbəblərindən 
biri  də  mübahisəli  ərazilərin  qeyri-müəyyən  olmasıdır.  Münaqişə 
tərəflərinin  mübahisənin  xarakterini  müxtəlif  cür  identifikasiya  etməsi 
(tanıması) buna səbəb olan amillərdəndir.
Münaqişə başlayanda ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin 
(DQMV) Azərbaycandan ayrılıb Ermənistanla birləşməsinə dair iddia 
qaldırdı. Münaqişənin ilk mərhələsində, mübahisəli ərazi yalnız 1923-
701  a.k.ə. International Crises Group (2007), p. 1. 
702  Дмитриев, А. В., Конфликтология (Гардарики, 2000), p. 57.

 285
QARABAĞ 
   
99 SUALDA
cü ildə Sovet İttifaqının ilk illərində yara-
dılmış  DQMV  ilə  məhdudlaşırdı.  Dörd 
rayondan ibarət DQMV-nin ümumi sahəsi 
4,400  km
2
  idi  və  mübahisə  də  bu  ərazilər 
üzərində  başlanmışdı  ki,  bu  da  münaqişə 
ərazisinin ilkin sərhədi kimi müəyyən edilə 
bilər. 
Lakin,  1991-ci  ildə  Sovet  İttifaqının 
dağılması  ilə,  Dağlıq  Qarabağ  münaqişəsi 
hərbi  mərhələyə  çatdı  və  1994-cü  ildə 
tərəflər  arasında  atəşkəs  müqaviləsinə 
qədər  davam  etdi.  Müharibə  nəticəsində 
Ermənistan nəinki keçmiş DQMV üzərində 
nəzarəti ələ aldı, həm də əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan 
Azərbaycana  məxsus  ətraf  əraziləri  də  işğal  etdi.  Nəticədə,  17,000  km

Azərbaycan torpaqlarını işğal edən Ermənistan bir milyona qədər insanı 
zorla yurd-yuvasından qovaraq Azərbaycanın digər bölgələrinə köçməyə 
məcbur etdi.
703
Münaqişənin əvvəlində, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə 
müdaxilə  etməsinin  səbəbini  etnik  ermənilərin  təhlükəsizliyini  və 
öz  müqəddəratını  təyinetmə  hüququnu  qorumaq  məqsədi  olduğu-
nu  izah  edirdi.  Lakin,  ətraf  ərazilərin  işğalından  sonra  Ermənistan 
öz  təcavüzünün  qondarma  “Dağlıq  Qarabağ  Respublikası”  üçün  bir 
“dəhliz” və “təhlükəsizlik zonası” təmin etmək zərurətindən irəli gəldiyini 
söyləyərək özünə bəraət qazandırmağa çalışdı.
704
. Əvvəlcə Ermənistan 
tərəfi Azərbaycanın işğal edilmiş bu yeddi rayonunu “təhlükəsizlik zo-
nası” adlandırsa da, hazırda rəsmilər və bu xalqın ziyalıları tərəfindən 
əsasən  “azad  olunmuş  ərazilər”  və  ya  heç  vaxt  Azərbaycana  qaytarıl-
mayacaq “tarixi erməni torpaqları” kimi təqdim edirlər.
705
 “Dağlıq Qa-
703  “Aggression by Republic of Armenia.10th anniversary of the occupation of Shusha and massacre 
of Khojaly in Karabakh region of Azerbaijan”, ATAA, 8 May 2002; (http://www.ataa.org/reference/
occupation_az.html). Accessed on December 30, 2013.
704  a.k.ə. International Crisis Group (2007), p. 1.
705  a.k.ə. International Crisis Group (2011), p. 1.  
Münaqişə tərəflərinin 
müxtəlif fikirdə olmasından 
asılı olmayaraq, iddiaçılar 
arasında danışıqlar prosesi 
keçmiş DQMV-nin əraziləri 
və Azərbaycana məxsus 
işğal olunmuş ətraf 
ərazilər üzərində aparılır 
və bu Dağlıq Qarabağ 
münaqişəsinin sərhədi kimi 
müəyyən edilməlidir.

 286
QARABAĞ 
   
99 SUALDA
rabağ  Respublikası”  Azərbaycanın  bütün  işğal  olunmuş  torpaqlarını 
özünə  qataraq  “nəzarətdə  olan  ərazilər”  kimi  müəyyən  edir  və  üstəlik 
Azərbaycanın onun ərazisinin 15%-ni hələ də özündə saxladığını bildi-
rir.
706
Münaqişə  tərəflərinin  müxtəlif  fikirdə  olmasından  asılı  olmayaraq, 
iddiaçılar  arasında  danışıqlar  prosesi  keçmiş  DQMV-nin  əraziləri  və 
Azərbaycana məxsus işğal olunmuş ətraf ərazilər üzərində aparılır və bu 
Dağlıq Qarabağ münaqişəsinin sərhədi kimi müəyyən edilməlidir.
83. Qondarma “Dağlıq Qarabağ Respublikasının” 
de-fakto statusu necədir?
1991-ci  il  sentyabrın  2-də  Qarabağ  Soveti  keçmiş  DQMV  və 
Azərbaycanın  Şaumyan  rayonu  əraziləri  üzərində  qondarma  “Dağlıq 
Qarabağ  Respublikası”nın  müstəqilliyini  elan  etdi.  1991-ci  il  dekabrın 
10-da bölgənin statusunun müəyyən edilməsi üçün yalnız Dağlıq Qara-
bağ ermənilərinin əksəriyyət təşkil etdiyi ərazilərdə referendum keçirildi. 
Gözlənildiyi kimi ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın 
müstəqilliyinə səs verdilər. Öz növbəsində, Azərbaycan parlamenti Dağlıq 
Qarabağın  muxtariyyət  statusunu  ləğv  edərək  onu  Azərbaycanın  digər 
rayonları səviyyəsinə saldı. Bu proses Azərbaycan, Ermənistan və Dağlıq 
Qarabağın  ermənilərinin  iştirakı  ilə  müharibənin  başlanması  ilə  davam 
etdi.  Atəşkəsdən  sonra  Azərbaycanın  işğal  edilmiş  ərazilərini  nəzarətdə 
saxlamaqla  qondarma  “Dağlıq  Qarabağ  Respublikası”  müstəqil  dövlət 
kimi tanınmağa çalışırdı. Buna baxmayaraq, bu günə qədər heç bir dövlət 
və  beynəlxalq  təşkilat  onun  müstəqilliyini  tanımayıb.  “Dağlıq  Qarabağ 
Respublikası” öz hökumət strukturunu, bütün dövlət təşkilatlarını yara-
daraq de-fakto mövcudluğunu davam etdirir. 
Elmi ədəbiyyatda qondarma “Dağlıq Qarabağ Respublikası”kimi ta-
nınmamış dövlətlər “de-fakto dövlət”, “tanınmamış dövlət”, “
kvazi (olma-
706  “Controlled Territories” Office of the Nagorno Karabagh Republic in Washington D.C; (http://www.
nkrusa.org/nk_conflict/controlled_territories.shtml). Accessed on December 30, 2013.

 287
QARABAĞ 
   
99 SUALDA
yan) dövlət” və ya “saxta dövlət” kimi müəyyən edilirlər.
707
 Ümumiyyətlə 
bu qondarma dövlətlər iddia etdikləri ərazilərə nəzarət edir, müvəqqəti 
fəaliyyət  göstərən  dövlət  və  hökumət  təşkilatları  yaradır,  lakin  suveren 
dövlət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.
708
 Əslində, bu ta-
nınmamış dövlətlərin əksəriyyəti heç vaxt tanına bilmir.
709
 Bundan başqa, 
Osteruda  görə,  II  Dünya  Müharibəsindən  sonrakı  dövrdə  formalaşmış 
beynəlxalq münasibətlərin yazılmamış qaydaları yeni dövlətlərin yaradıl-
masını qəti olaraq məhdudlaşdırır.
710
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmiləri iddia edir ki, 
“dövlət”in müstəqilliyi daxili və beynəlxalq hüquq normaları çərçivəsində 
həyata  keçirilib.  Son  iyirmi  il  ərzində  qondarma  “Dağlıq  Qarabağ 
Respublikası”nda  müstəqil  dövlətin  formalaşması  üçün  zəruri  olan  at-
ributlar  və  strukturlar  yaradılıb.
711
  Beynəlxalq  hüquqda,  suveren  dövlət 
konsepsiyası Dövlətin Hüquq və Vəzifələri haqqında Montevideo Kon-
vensiyası ilə müəyyən edilir. Bu Konvensiyaya görə, əgər qurum - daimi 
əhalisi,  müəyyən  edilmiş  ərazisi,  hökuməti  və  digər  dövlətlərlə  əlaqələr 
yarada bilmək bacarığı kimi meyarlara cavab verirsə suveren dövlət he-
sab edilə bilər.
712
 Əslində, qondarma “Dağlıq Qarabağ Respublikası” ilk üç 
meyarlara sahibdir, lakin lazımi qaydada tanınmaması səbəbindən digər 
dövlətlərlə əlaqələr qurmağa qadir deyil. Skott Pegg deyir ki, tanınmamış 
kvazi dövlətlərin fəaliyyətindən asılı olmayaraq onlar qeyri-qanuni kimi 
qəbul edilməlidirlər.
713
Tanınmamış “
kvazi dövlətlər” beynəlxalq statusa malik olmadığından 
onların heç bir beynəlxalq təşkilata üzv olmaq hüququ yoxdur və diplo-
707  Pegg, Scott, International Society and the De Facto State (Ashgate Publishing Limited, 1999), p. 
6. Həmçinin bax; King, Charles, “The Benefits of Ethnic War: Understanding Eurasia’s Unrecognized 
States”, World Politics, 53, July 2001, pp. 524-552. Həmçinin bax; Dov Lynch, “Separatist States and 
Post Soviet Conflicts”, International Affairs, Vol. 78 (4), 2002, pp. 831-848.
708  Kolsto, Pal, “The Sustainability and Future of Unrecognized Quasi-States”, Journal of Peace 
Research, Vol. 43, No. 6, November 2006, p. 726.
709  Pegg, Scott, “De Facto States in the International System”, Institute of International Relations of the 
University of British Columbia, Working Paper, No. 21, February 1998, p. 2.
710  Österud, Öyvind, “The Narrow Gate: Entry to the Club of Sovereign States”, Review of International 
Studies, Vol. 23 (2), 1997. pp. 167-184.
711  a.k.ə. Shahen Avakian (2010), p. 17.
712  “Article 2”, Montevideo Convention on the Right and Duties of the State.
713  a.k.ə. Pegg, Scott (1999), p. 5.

 288
QARABAĞ 
   
99 SUALDA
matik missiyaları həyata keçirə bilməzlər. Bununla bağlı Skott Pegg vur-
ğulayır:
 
De facto tanınmış dövlət özünü digər dövlətlərlə əlaqələr qurma-
ğa qadir olduğunu zənn edir və tam konstitusiya müstəqilliyi əldə 
etmək  və  beynəlxalq  aləmdə  suveren  bir  dövlət  kimi  tanınmağa 
çalışır. Lakin, hər hansı bir dərəcədə real tanınmağa nail olmaq iq-
tidarında deyil və buna görə də beynəlxalq ictimaiyyətin gözündə 
qeyri-qanuni olaraq qalır.
714
Bundan başqa, beynəlxalq ictimaiyyətin tanınmamış dövlətlərə cavabı-
nı təsnifləndirməklə Skott Pegg üç əsas münasibəti aşkar edir: beynəlxalq 
ictimaiyyət sanksiya və embarqo tətbiq etməklə onlara məhəl qoyulmur 
və onlarla işi olmur; onların mövcudluğuna çox cüzi diqqət edir.
715
Bu günə qədər heç bir beynəlxalq təşkilat qondarma “Dağlıq Qara-
bağ  Respublikası”nı  tanımayıb  və  beləliklə  birgə  əməkdaşlığı  da  qəbul 
etməyib.  Buna  baxmayaraq,  onun  mövcudluğuna  çox  cüzi  diqqət  et-
miş yeddi dövlətdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın daimi 
nümayəndəliyi var. Faktiki olaraq, heç bir müstəqil dövlət, o cümlədən 
Ermənistan tanınmamış dövlət ilə diplomatik münasibətlər qurmamışdır. 
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın diplomatik münasibətləri 
Abxaziya,  Cənubi  Osetiya  və  Dnestryani  kimi  tanınmamış  digər  “
kvazi 
dövlətlər”lə  əməkdaşlıqla  məhdudlaşır.  Bu  “dövlətlər”  bir  araya  gələrək 
“Tanınmayan Dövlətlər Birliyi” kimi tanınan “Millətlərin Demokratiya və 
Hüquqları Cəmiyyəti”ni yaradıblar. 
Qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı tətbiq edilən eti-
nasızlıq  və  embarqo  iqtisadi  inkişafa  mənfi  təsir  göstərib.  Əsas  maliyyə 
dəstəyi Ermənistan Respublikası və xaricdəki erməni diasporası tərəfindən 
göstərilir.
716
 Əslində, diplomatik təcridetmə inkişaf üçün xaricdən yardım 
almasına mane olur. Müharibə nəticəsində, regionun müharibəyə qədərki 
714  a.k.ə. PeggScott (1998), p. 1.
715  a.k.ə. Pegg, Scott (1998), p. 4.
716  a.k.ə. King, Charles (2001), p. 543.

 289
QARABAĞ 
   
99 SUALDA
sənaye infrastrukturları və kənd təsərrüfatı sistemi dağılıb və hələlik tam 
bərpa olunmayıb.
717
 Blokada vəziyyəti və hüquqi statusa malik olmama-
sı  ilə  bağlı  bölgəyə  birbaşa  böyük  miqdarda  xarici  investisiya  qoyuluşu 
mümkün  deyil.
718
  İnvestisiya  qoyuluşu  üçün  qondarma  “Dağlıq  Qara-
bağ Respublikası” ilə imzalana biləcək müqavilələr beynəlxalq cəhətdən 
öhdəlik təşkil etmədiyi üçün, xarici şirkətlər qondarma respublikaya in-
vestisiya qoyuluşu etmək istəmirlər. 
Təcrübədə, tanınmamış “
kvazi dövlətlər” onların mövcudluğuna bir-
başa və dolayı maraqlı olan xarici amillərin köməyi ilə embarqo və təcrid 
effektlərini azaldırlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hami 
dövləti olan Ermənistan ona lazımi şərait yaradır. Bu, bir faktdır ki, qondar-
ma respublikanın sakinlərinin əksəriyyəti Ermənistan vətəndaşlarıdırlar 
və Ermənistan pasportu ilə xaricə səfər edirlər. Qondarma “Dağlıq Qa-
rabağ  Respublikası”  üçün  daha  mühüm  bir  amil  erməni  diasporasıdır. 
Şübhəsiz ki, Ermənistanın və diasporanın birbaşa dəstəyi olmadan onun 
mövcudluğu mümkün deyil.
Qondarma  “Dağlıq  Qarabağ  Respublikası”nın  de-fakto  statusu 
beynəlxalq hüququn qəbul edilmiş normalarına uyğun suveren dövlətlər 
üçün  tələb  olunan  meyarlara  cavab  vermədiyindən  tanınmamış  kva-
zi  dövlət  kimi  müəyyən  edilir.  Bundan  əlavə,  bu  “
kvazi  dövlət”  xarici 
amillərin iştirakı olmadan gələcəyi haqqında qərar qəbul etmək iqtidarın-
da deyil. Bu baxımdan, qondarma Dağlıq Qarabağ Respublikası qeyri-qa-
nuni qurumdur.
84. Münaqişənin tərəfləri kimlərdir?
Silahlı və ya sosial münaqişələrin həllinə dair elmi ədəbiyyatda, möv-
cud mübahisələrin daimi həlli yolunu tapmaq üçün atılmalı olan lazımi 
addımlar  var.
719
  İlkin  və  çox  mühüm  olan  addımlardan  biri  münaqişə 
tərəflərinin  müəyyənləşdirilməsidir.  Çünki  münaqişə  tərəflərinin  və  ya 
717  a.k.ə. King, Charles (2001), p. 536.
718  a.k.ə. Kolsto, Pål (2006), p. 729.
719  a.k.ə. Дмитриев, А. В. (2000), с. 57.

 290
QARABAĞ 
   
99 SUALDA
maraqlı tərəflərin yanlış müəyyənləşdirilməsi prosesin çıxılmaz vəziyyətə 
gəlib çatmasına və sülhün əldə olunmasının uzanmasına səbəb olacaq. Ay-
dındır ki, münaqişə tərəfləri qavrayışları, emosiyaları və yanaşmaları bir-
başa sülh yaratma prosesinə təsir edən əsas iştirakçılardır. Bundan əlavə, 
münaqişələrin təbiəti, etnik və ya ərazi, dövlətlərarası və ya dövlətdaxili 
olması, münaqişə tərəflərinin təyin edilməsi ilə müəyyən oluna bilər.
720
Sovet İttifaqının mövcudluğu dövründə Rusiya və Qazaxıstan Dağ-
lıq Qarabağ münaqişəsinin həlli üçün ilk təşəbbüs göstərəndə və son-
ralar  İran  vasitəçilik  prosesi  üçün  Tehranda  görüş  təşkil  edəndə  də 
Azərbaycan  və  Ermənistan  münaqişə  tərəfləri  kimi  tanınmışdı.  1992-
ci ildə ATƏM/ATƏT-in Minsk qrupu münaqişənin vasitəçi rolunu öz 
üzərinə götürdü və missiya ilk tapşırıq kimi ABŞ dövlət katibi Ceyms 
Beykerin  adı  ilə  adlanan  “Beyker  qaydaları”  hazırladı.  Münaqişənin 
bütün  tərəfləri  tərəfindən  qəbul  edilən  qaydalara  əsasən  Azərbaycan 
və Ermənistan mübahisənin “əsas tərəfləri”, iki icma-Dağlıq Qarabağın 
azərbaycanlı və erməni icması isə “maraqlı tərəflər” kimi tanınmışdı.
721
 
İndiyə kimi münaqişə edən tərəflər arasında aparılan danışıqların forma-
tı dəyişməyib və həmin qaydaların prinsiplərinə əsaslanır. Bundan əlavə, 
münaqişə tərəfləri rolları nəzərə alınmaqla əsas, ikinci dərəcəli və üçün-
cü tərəflərə bölünürlər.
722
 Paul Uehrin sözlərinə görə, “əsas” tərəflər, bir-
birinə qarşı olan, döyüşən və münaqişə nəticəsində birbaşa paya malik 
olanlardır. İkinci dərəcəli tərəflərin bunda dolayı payı var. Çox vaxt onlar 
əsas tərəflərlə müttəfiqlik edir və ya onlara rəğbət göstərirlər, lakin bir-
başa qarşı tərəf deyil. Üçüncü tərəf isə “məsələnin həllini asanlaşdırmaq 
üçün  müdaxilə  edə  biləcək  vasitəçilər  və  sülhməramlı  qüvvələr  kimi 
iştirakçılardır.”
723
Dağlıq Qarabağ məsələsində, münaqişənin əsas tərəfləri Azərbaycan 
və Ermənistandır, ikinci dərəcəli tərəf qondarma “Dağlıq Qarabağ Res-
720  a.k.ə. Дмитриев, А. В. (2000), c. 57. 
721  a.k.ə. Baguirov, Adil. (2008), p. 10.
722  Wehr, Paul, “Conflict mapping”, International Online Training Program On Intractable Conflicts, 
Conflict Research Consortium, University of Colorado, USA; (http://www.colorado.edu/conflict/peace/
treatment/cmap.htm). Accessed on December 30, 2013.
723  a.k.ə. Wehr, Paul.

 291
QARABAĞ 
   
99 SUALDA
publikası” və Dağlıq Qarabağın azərbaycanlı 
icması,  üçüncü  tərəf  isə  məsələnin  həlli 
prosesində vasitəçi rolunu oynayan ATƏT-
in Minsk qrupudur. Rollarından asılı olaraq, 
bu halda, yalnız əsas tərəflər – Azərbaycan 
və Ermənistan mübahisə edən tərəflər kimi 
qəbul  olunur  və  danışıqlar  prosesinə  cəlb 
edilmişdir. Dağlıq Qarabağ yaxud qondarma 
“Dağlıq  Qarabağ  Respublikası”nın  erməni 
əhalisi münaqişənin tənzimlənməsi prosesindən təcrid olunub və “əsas” 
tərəf  kimi  tanınmayıb.  Bu  təcriddən  narazı  qalan  qondarma  respublika 
bölgədə yenidən daimi sülhün bərqərar olması üçün vasitəçilik prosesində 
birbaşa iştirakının vacibliyində israrlıdır. Əksinə, Azərbaycan Dağlıq Qa-
rabağı  öz  ərazisinin  bir  hissəsi  kimi  tanıyır  və  münaqişəni  dövlətdaxili 
deyil, daha çox dövlətlərarası hesab edir. Azərbaycan yalnız Ermənistanla 
danışıqlar aparmağa üstünlük verir və erməni və azərbaycanlı icmalarının 
danışıqlarda iştirakının sülh yaratma prosesinin mövcud formatını poza-
cağını bildirir.
724
 Lakin, güman edilir ki, Əsas Prinsiplər üzrə sazişin əldə 
olunmasından sonra Dağlıq Qarabağın hər iki icmasının iştirakı mümkün 
olacaq.
725
  Azərbaycandan  fərqli  olaraq,  Ermənistan  erməni  icmasının 
danışıqlar  prosesində  birbaşa  cəlb  edilməsi  ilə  bağlı  mövqeyini  bölü-
şür və sülh danışıqlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın 
tam iştirakı olmadan sülh prosesində hər hansı irəliləyişlər əldə etməyin 
mümkün olmadığını rəsmən bəyan edir.
726
 Tərəflərin statusu ilə əlaqədar 
Ermənistanın rəsmi mövqeyindən asılı olmayaraq, münaqişənin həlli pro-
sesinin əvvəlindən bu günə qədər beynəlxalq ictimaiyyət Azərbaycan və 
Ermənistanı münaqişənin “əsas” tərəfləri kimi tanıyır və bütün sülh yarat-
ma vasitəçiliyi onların arasında aparılır.
Ünsiyyət strukturunu daha yaxşı qurmaq və danışıqların daha etibarlı 
724  Pashayeva, Gulshan & Göksel, Nigar, “The Interplay of the approaches of Turkey, Russia and the 
United States to the conflict over Nagorno-Karabakh”, SAM review, 2011, p. 23.
725  a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
726  “Nagorno-Karabakh issue”, The Ministry of Foreign Affairs of Armenian Republic, (http://www.mfa.
am/en/artsakh/#a5). Accessed on December 30, 2013.
Münaqişə tərəflərinin və 
ya maraqlı tərəflərin yanlış 
müəyyənləşdirilməsi prosesin 
çıxılmaz vəziyyətə gəlib 
çatmasına və sülhün əldə 
olunmasının uzanmasına 
səbəb olacaq. 

 292
QARABAĞ 
   
99 SUALDA
olması üçün münaqişə tərəfləri adətən üçüncü tərəfin vasitəsilə danışıq-
lar  aparmağa  üstünlük  verirlər.  Ümumiyyətlə,  üçüncü  tərəfin  fəaliyyəti 
dedikdə  faktların  müəyyən  edilməsi,  yaxşı  ofis  və  vasitəçilik  nəzərdə 
tutulur.
727
  Üçüncü  tərəfin  müdaxiləsindən  sonra  münaqişənin  xarakte-
ri dəyişərək üçtərəfli olur; buna görə də bütün məsuliyyət və danışıqlar 
prosesinin  planlaşdırılmasına  və  strukturuna  nəzarət  münaqişənin  yeni 
iştirakçısı  tərəfindən  həyata  keçirilir.
728
  Dağlıq  Qarabağ  münaqişəsində 
münaqişə edən tərəflər arasında iyirmi ildən artıq vasitəçilik edən ATƏT-
in  Minsk  qrupu  münaqişənin  üçüncü  tərəfidir.  Bu  təşkilatın  göstərdiyi 
bütün  cəhdlərinə  baxmayaraq,  təəssüf  ki,  sülhyaratma  prosesində  heç 
bir  irəliləyiş  yoxdur.  Münaqişə  edən  tərəflər  xüsusilə  Azərbaycan  pro-
sesin  müvəffəqiyyətsizliyində  ATƏT-in  Minsk  qrupunu  günahlandırır 
və  bu  vasitəçi  qrupun  problemin  həll  olunması  üçün  kifayət  qədər  səy 
göstərməməsini  iddia  edir.  BMT-nin  vasitəçiliyə  dair  qaydalarına  görə, 
vasitəçilər qərəzsiz olmalı, münaqişə tərəflərinə bərabər və ədalətlə yanaş-
malı və onlar arasında tarazlığı saxlamalıdır. Orada göstərilir ki, ATƏT-in 
Minsk qrupunun yalnız vasitəçilik mandatı var və o münaqişə tərəflərini 
istiqamətləndirmək,  zorla  qəbul  etdirmək  və  ya  təsir  etmək  səlahiyyəti 
yoxdur.
729
  Lakin,  Azərbaycana  nisbətən  Ermənistanla  daha  yaxın 
münasibətləri olan Minsk qrupunun həmsədrləri: Rusiya, ABŞ və Fransa 
lazımınca səy göstərməklə münaqişəni hər hansı bir şəkildə dəyişdirə və 
ya mülayimləşdirə bilən kifayət qədər güclü dövlətlərdir. Bu baxımdan, 
vasitəçi dövlətləri bölgədə hər hansı qlobal və ya regional maraqları olma-
yan müxtəlif bölgələrdən təyin etmək daha yaxşı olardı .
Sonda, belə bir nəticəyə gəlmək olar ki, münaqişənin bütün tərəfləri 
hələ də “Beyker qaydaları”na əsaslanan danışıqların mövcud formatını 
qəbul edirlər. Hal-hazırda danışıqlar prosesi münaqişənin əsas tərəfləri, 
Azərbaycan  və  Ermənistan  arasında  həyata  keçirilir.  Bundan  başqa, 
prosesin növbəti mərhələsində münaqişənin maraqlı tərəflərinin, Dağ-
727  Bercovitch, Jacob, “Third Parties in Conflict Management: The Structure and Conditions of Effective 
Mediation in International Relations”, International Journal, Vol. 40, No. 4, Autumn, 1985, p. 738.
728  a.k.ə. Bercovitch, Jacob (1985), p. 739.
729  “UN Guidance for Effective Mediation”, United Nations Department of Political Affairs, September 
2012, p. 10.

 293
QARABAĞ 
   
99 SUALDA
lıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakının mümkün 
olması  da  nəzərdə  tutulur.  ATƏT-in  Minsk  qrupunun  fəaliyyətinin 
səmərəsizliyinə  baxmayaraq,  münaqişə  tərəflərinin  heç  biri  təşkilatın 
mübahisədə vasitəçilik edən üçüncü tərəf kimi cəlb olunmasından im-
tina etməyib. Beləliklə, mövcud vəziyyəti nəzərə alsaq, Dağlıq Qarabağ 
münaqişəsinin tərəfləri bunlardır: Azərbaycan, Ermənistan və ATƏT-in 
Minsk qrupu.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin