93. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində Rusiyanın mövqeyi necədir?
ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə müqayisədə rəsmi
Moskva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə daha
əvvəl cəlb olunub. Sovet dövründə, xüsusilə 1990-1991-ci illərdə, İtti-
faqın status-kvo məsələləri ilə bağlı respublika rəsmilərinin mövqeyi
mərkəzin mövqeyi ilə üst-üstə düşdüyündən Moskva Azərbaycanın
mövqeyini nisbətən dəstəkləyirdi.
802
Sonralar, Sovet İttifaqı dağıldıqdan
sonra Rusiya münaqişə tərəfləri arasında tarazlığı saxlamağa çalışırdı.
Lakin Rusiyanın müharibə zamanı Ermənistanı birbaşa dəstəkləməsi,
hətta qoşunlarının Azərbaycan torpaqlarının işğalında iştirakı barədə
faktlar var idi. Əslində, Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən
tanıyıb və münaqişənin sülh yolu ilə həll olunmasını fəal dəstəkləyir
və tərəflər arasında birtərəfli və çoxtərəfli formada vasitəçilik etməklə
prosesə kömək edib.
Sovet İttifaqı dağıldıqdan sonra atəşkəsə nail olmaq, qaçqınların
öz evlərinə qaytarılması, yerli seçkilərin keçirilməsi və konstitusion
idarəetmənin yaradılması kimi məsələləri həll etmək üçün Rusiya Qa-
zaxıstanla birlikdə tərəflər arasında danışıqların başlamasına təşəbbüs
göstərsədə,
803
müharibə artıq kəskin şəkil aldığından, danışıqlarda tərəflər
faydalı sövdələşmə üçün üstün mövqe əldə etməyə çalışdığından Rusiya
və Qazaxıstanın birgə səyləri nəticə vermədi.
1992-ci ildə İran və Qazaxıstanın uğursuz vasitəçilik cəhdindən sonra
ATƏM-in (ATƏT) Minsk qrupu münaqişənin əsas vasitəçisi oldu. Bu qru-
pun üzvü olmasına baxmayaraq, Rusiya münaqişənin həlli üçün birtərəfli
vasitəçilik cəhdlərini davam etdirirdi. Faktiki, 1994-cü ildə Rusiyanın
göstərdiyi səylər nəticəsində münaqişə tərəfləri arasında zorakılığa son qo-
yan atəşkəs sazişi imzalandı. 1994-cü ildə ATƏT-in Budapeşt görüşündə,
Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün həmsədrlik formatı
irəli sürüldü və Rusiya həmsədrlərdən biri təyin olundu. Xüsusilə, Fran-
802 a.k.ə. Cornell, Svante E (1999), p. 53.
803 a.k.ə. Başer, Bahar (2008), p. 90.
313
QARABAĞ
99 SUALDA
sa və ABŞ qrupun digər həmsədrləri təyin
olunduqdan sonra Rusiyanın məsələnin
həlli prosesindəki səyləri çoxtərəfli formata
əsaslanan vasitəçilik üsulu olaraq formalaş-
dı. Rusiya bu format çərçivəsində Minsk
qrupunun həmsədrindən biri kimi müxtəlif
həll planları hazırlasa da münaqişənin
həllinə təsir edə biləcək konkret nəticəsi
olmadı. 2008-ci il Rusiya-Gürcüstan
müharibəsindən sonra Rusiya Cənubi
Qafqaz münaqişələrinin həll edilməsində
xoşməramlı olduğunu göstərmək üçün
Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünü təşkil etdi. Görüşün nəticəsi ola-
raq Moskva bəyannaməsi qəbul edildi.
Bəyannamədə beynəlxalq hüquq prinsipləri
çərçivəsində münaqişənin həlli iki ölkə ara-
sında əməkdaşlığın inkişafına təsir edəcəyi
vurğulanırdı.
804
Moskva bəyannaməsi imzalandıqdan sonra, danışıqların
davam etdirilməsi və bu prosesin gedişində hər hansı bir irəliləyiş əldə
olunması üçün 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə prezidentlərin Kazan
görüşü təşkil olundu. Təəssüf ki, bu son cəhd də uğursuzluqla nəticələndi.
Faktiki olaraq, belə bir fikir mövcuddur ki, Rusiya özünün geostrateji ma-
raqlarını həyata keçirmək üçün danışıqlar prosesinə mənfi təsir göstərir.
805
Cənubi Qafqaz iki əsrdən artıqdır ki, ənənəvi olaraq bu ölkənin təsir
dairəsi altındadır və onun cənub sərhədlərində bufer zonası rolunu oy-
nadığından Rusiya bu regionu üzərində nəzarəti hətta Sovet İttifaqı da-
ğıldıqdan sonra belə itirmək niyyətində deyil.
806
Buna görə də, güman
804 Pashayeva, Gulshan, “The Nagorno Karabakh Conflict In The Aftermath Of The Russia-Georgia
War, Turkish Policy Quarterly, Vol. 8, No. 4, pp. 62-63.
805 Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil, “Beş günlük müharibənin Cənubi Qafqaz dövlətlərinə
təsiri”, Journal of Qafqaz University, No. 29, 2010, s. 47.
806 Dekanozishvili, Mariam, “The EU in the South Caucasus: By What means, to What Ends?” Georgian
Foundation for Strategic and International Studies, Occasion Paper #2, January 2004, p. 7.
Rusiya məsələnin həlli
prosesinə daha səmərəli
kömək etməyə qadirdir
və onun iştirakı olmadan
uzunmüddətli sülhə
nail olmaq çox çətindir.
Azərbaycanın ərazi
bütövlüyünü rəsmi
olaraq tanıyan Rusiya
münaqişə tərəfləri arasında
tarazlaşdırılmış siyasət aparır.
Lakin, Ermənistan ilə hərbi
əməkdaşlığı da əhatə edən
strateji tərəfdaşlıq səviyyəsində
əlaqələrinə dair faktlar
münaqişədə onun qərəzsiz
mövqeyini şübhə altına alır.
314
QARABAĞ
99 SUALDA
edilir ki, regionda münaqişələrin həll olunması Rusiyanın maraqlarına
təhlükə yaradır. 2008-ci ildə, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə
birbaşa müdaxilə etməsi bu fikrin doğru olduğunu sübut etdi.
807
Əslində,
BMT-nin Effektli Vasitəçilik üçün Təlimatına əsasən, münaqişələrin
həllində öz maraqları olan dövlətlərə vasitəçilik prosesinə birbaşa cəlb
olunmağa icazə verilə bilməz. Çünki vasitəçilik prosesinə cəlb olunmuş
maraqlı dövlətlər danışıqların gedişində müxtəlif spekulasiyalar edə
bilərlər ki, bu da sonda prosesi çıxılmaz vəziyyətə gətirib çıxara bilər.
Bundan başqa, vasitəçilər bərabər, qərəzsiz və münaqişə tərəflərinə qar-
şı ədalətli olmalı və onların arasında tarazlığı saxlamalıdırlar.
808
Əslində,
Rusiya və Ermənistan arasında əlaqələr bütün sahələrdə, o cümlədən,
hərbi sahədə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinə imkan
verən strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan əlavə, Ermənistan
Rusiyanın rəhbərliyi ilə yaradılmış və “kollektiv müdafiə” prinsiplərinə
əsaslanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
Aydındır ki, Rusiya məsələnin həlli prosesinə daha səmərəli kömək
etməyə qadirdir və onun iştirakı olmadan uzunmüddətli sülhə nail ol-
maq çox çətindir. Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan
Rusiya münaqişə tərəfləri arasında tarazlaşdırılmış siyasət aparır. La-
kin, Ermənistan ilə hərbi əməkdaşlığı da əhatə edən strateji tərəfdaşlıq
səviyyəsində əlaqələrinə dair faktlar münaqişədə onun qərəzsiz mövqe-
yini şübhə altına alır.
94. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə ABŞ-ın mövqeyi necədir?
Münaqişənin erkən mərhələlərində Konqresdə güclü erməni lobbi-
sinin təsiri ilə ABŞ ermənipərəst siyasət yeridirdi.
809
ABŞ Ermənistanın
807 a.k.ə. Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil (2010), s. 49.
808 “UN Guidance for Effective Mediation”, United Nations Department of Political Affairs, September
2012, p. 10.
809 King, David, & Pomper, Miles, “The U.S. Congress and the Contingent Influence of Diaspora
Lobbies: Lessons from U.S. Policy Toward Armenia and Azerbaijan”, Journal of Armenian Studies, Vol.
VIII, No. 1, Summer 2004, pp. 8-10.
315
QARABAĞ
99 SUALDA
müstəqilliyini Azərbaycandan əvvəl tanımışdı və Ermənistan ABŞ
səfirliyinin açıldığı ilk beş keçmiş sovet respublikalarından biri idi.
810
1992-ci ilin oktyabrda erməni lobbisinin səyləri ilə ABŞ Konqre-
si Azərbaycan Ermənistan və Dağlıq Qarabağa qarşı “təcavüzkar
siyasət”ini dəyişməyincə və mühasirəni aradan qaldırmayanadək ona
birbaşa hökumət dəstəyini məhdudlaşdıran Azadlığa Dəstək Aktı-
na 907-ci düzəlişi qəbul etdi.
811
Bu düzəlişin nəticəsində Azərbaycan
uzun müddət ABŞ-ın hökumət yardımından məhrum qalan yeganə
post sovet dövləti, Ermənistan isə adambaşına ən yüksək yardım alan
dövlət oldu.
812
Hələ Sovet dövründə Ermənistan 1988-ci il dekabr
zəlzələsindən sonra Konqresdəki erməni lobbisinin təzyiqi ilə ABŞ-dan
dövlət yardımı alan yeganə sovet respublikası idi.
813
Azərbaycana yardı-
mı məhdudlaşdıran bu düzəliş Konqresin gündəliyindən yalnız 11 sent-
yabrda terrora qarşı qlobal səfərbərlik çağırışından sonra çıxarıldı və bu
prezident tərəfindən təsdiq edildi.
814
O vaxtadək ABŞ-ın Azərbaycana
yardım yalnız əsasən qaçqın və məcburi köçkünlərə ünvanlanmış huma-
nitar yardımla məhdudlaşırdı.
815
ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair iki zidd siyasət yürüdür.
816
Konqresin və Dövlət Departamentinin yürütdüyü siyasət. Konqreslə
müqayisədə Dövlət Departamenti münaqişə tərəfləri arasında bitərəfliyi
gözləməyə və münaqişənin həllinə kömək etməyə üstünlük verir.
817
Əslində, münaqişənin ATƏT-in gündəliyinə çıxarılmasında Dövlət De-
partamenti mühüm rol oynamışdı və danışıqların formatı Dövlət kati-
bi Beykerin təklif etdiyi prinsiplər əsasında formalaşdırılmışdı.
818
La-
810 “U.S. Relations with Armenia”, Department of State, Bureau Of European And Eurasian Affairs, 12 February
2013; (http://www.state.gov/r/pa/ei/bgn/5275.htm). Accessed on January 2, 2014.
811 a.k.ə. King, David, & Pomper, Miles (2004), p. 10.
812 Cornell, Svante E., “Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance” Middle
Eastern Studies, Vol. 34, No. 1, January 1998, p. 58.
813 a.k.ə. Brill Olcott, Martha (2002), p. 65.
814 Kotanjian, Hayk, “Armenian Security and U.S. Foreign Policy in the South Caucasus”, The
Quarterly Journal, Vol. 3, No. 2, June 2004, p. 16.
815 Nichol, Jim, “Azerbaijan: Recent Developments and U.S. Interests”, Congressional Research
Service, 22 February 2013, p. 28.
816 a.k.ə. Cornell,Svante E. (1998), p. 57.
817 a.k.ə. Brill Olcott, Martha (2002), p. 63.
818 a.k.ə. Baguirov, Adil. (2008), pp. 9-10.
316
QARABAĞ
99 SUALDA
kin Cənubi Qafqaz regionu ABŞ-ın strateji
maraq dairəsindən kənar olduğundan 90-cı
illərin ortalarına kimi danışıqlar prosesinə
az qatılırdı. Azərbaycanın zəngin karbo-
hidrogen yataqları və əhəmiyyətli geosi-
yasi mövqeyi, Amerikanın artan maraqla-
rı sonda onun bu ölkəyə qarşı siyasətinin
dəyişməsinə, bu da öz növbəsində
münaqişədə onun mövqeyinə təsir et-
di.
819
Xüsusilə də 1994-cü ildə Amerika
şirkətlərinin səhmlərinin 40% təşkil etdiyi
“Əsrin müqaviləsi” imzalandıqdan sonra, hətta Konqresdə də Azərbaycan
və Ermənistana qarşı münasibət dəyişərək tarazlaşdı və ölkə münaqişə
ilə bağlı bitərəf siyasət yürütməyə başladı.
820
Bundan əlavə, enerji
şirkətlərinin təhlükəsiz fəaliyyəti üçün bölgədə sabitlik tələb olunurdu ki,
bu da vasitəçilik prosesində ABŞ-ı daha fəal olmağa təşviq edirdi. 1997-ci
ilin yanvarında ABŞ ATƏT-in Minsk qrupunun üçüncü həmsədri oldu.
Bu da ona prosesdə birbaşa iştirak etməyə və məsələnin sülh yolu ilə həlli
üçün təşəbbüs irəli sürməyə imkan yaratdı. 2001-ci ilin aprelində ABŞ
Key Vestdə münaqişə tərəflərinin prezidentlərinin görüşünü təşkil etdi.
821
Təəssüf ki, sülhün əldə edilməsində gözlənilən irəliləyiş olmadı. Bundan
sonra, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ yalnız bu təşkilatın
təşəbbüsü ilə danışıqlarda öz səylərini davam etdirdi.
95. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində Türkiyənin mövqeyi necədir?
Türkiyə münaqişədə Azərbaycanın mövqeyini tam dəstəkləyən
ölkələrdən biridir. Türkiyə münaqişəni dövlətlərarası münaqişə kimi,
Ermənistanı isə Azərbaycan torpaqlarının 20%-ni işğal edən təcavüzkar
819 a.k.ə. Brill Olcott, Martha (2002), p. 64.
820 a.k.ə. Human Rights Watch (1994), p. 136.
821 a.k.ə. Brill Olcott, Martha (2002), p. 66.
Azərbaycanın zəngin
karbo-hidrogen yataqları
və əhəmiyyətli geosiyasi
mövqeyi, Amerikanın artan
maraqları sonda onun bu
ölkəyə qarşı siyasətinin
dəyişməsinə, bu da öz
növbəsində münaqişədə
onun mövqeyinə təsir etdi.
317
QARABAĞ
99 SUALDA
kimi tanıyır.
822
Beynəlxalq aləmdə Türkiyənin yüksək rəsmiləri tez-tez
münaqişə ilə bağlı Azərbaycanın mövqeyini ifadə və müdafiə edir və
beynəlxalq ictimaiyyəti mübahisənin həllinə yardımçı olmağa çağırır.
823
Bundan başqa, Azərbaycanla birlikdə Türkiyə də Ermənistana embarqo
qoyub və Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik
münasibətləri kəşmişdir.
824
Münaqişənin əvvəlində Türkiyə bitərəf siyasət yürüdərək məsələni
ATƏT-in gündəminə gətirə bilmişdi.
825
Türkiyə Ermənistanla normal
münasibətlər qurmuş və onun müstəqilliyini bir çox dövlətlərdən əvvəl
tanıyan ölkələrdən biri idi. 1993-cü ildə Türkiyə Ermənistanı Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüyünə dəvət etdi. Bundan baş-
qa, ölkə ciddi qıtlıqla qarşılaşdığı zaman Türkiyə Ermənistanı enerji və
yüz tonlarla buğda ilə təmin etmişdi.
826
Lakin, Türkiyənin münaqişədə
bitərəflik siyasəti uzun sürmədi. Xocalıda Azərbaycanın dinc əhalisinin
qırğını və Ermənistanın Azərbaycan ərazilərinə hərbi hücumları dövlətin
münaqişə barədə mövqeyini dəyişməsinə təsir etdi. Bundan əlavə, ictimai
rəy və daxili təzyiq də Türkiyənin tərəfsizliyini qoruyub saxlamasına im-
kan verməyən digər amillər idi.
827
, Kəlbəcərin işğaldan sonra bu ölkə ilə
sərhədi bağlayan Türkiyə Ermənistana qarşı daha radikal addımlar atdı.
828
Türkiyə rəsmiləri həmçinin Azərbaycanla hərbi əlaqələri artıracaqlarını və
bu ölkəyə silah göndərəcəklərini də söylədilər.
829
Ermənistan təcavüzü da-
vam etdirdiyi dövrdə Türkiyə əsas tələblərini ödəmək üçün bu ölkə ilə im-
zalanmış bütün humanitar müqavilələri ləğv etdi.
830
Ancaq, Türkiyə daim
822 “Nagorno-Karabakh is Turkey’s problem too,’ says Erdoğan”, Today’s Zaman, 13 November 2013;
(http://www.todayszaman.com/news-331310-nagorno-karabakh-is-turkeys-problem-too-says-erdogan.
html). Accessed on January 3, 2014.
823 a.k.ə. Cornell, Svante E. (1999), p. 66.
824 a.k.ə. Cornell, Svante E. (1998), p. 51.
825 a.k.ə. Cornell, Svante E. (1999), p. 68.
826 Mustafa, Gökçe, “Yukarı Karabağ Sorunu ve Türkiye-Ermenistan Ilişkileri Üzerine bir
Değerlendirme”, Turkish Studies - International Periodical For The Languages, Literature and History of
Turkish or Turkic, Vol. 6/1, Winter 2011, p. 1119.
827 a.k.ə. Cornell, Svante E. (1998), pp. 60-61.
828 a.k.ə. De Waal, Thomas (2003), p. 205.
829 Maharramzadeh, Akif, “Armenian-Azerbaijan Relations and the Nagorno-Karabakh Conflict in the
Foreign Policy of Turkey”, Journal of Turkish Weekly, 14 February 2006; (http://www.turkishweekly.net/
article/105/). Accessed on January 3, 2014.
830 a.k.ə. Mustafa, Gökçe (2011), p. 1120.
318
QARABAĞ
99 SUALDA
Azərbaycana dəstək olmasına baxmayaraq,
münaqişəyə hərbi müdaxilə etmək niyyətini
ifadə etməyib.
831
Azərbaycan da heç vaxt
Türkiyədən rəsmi olaraq müdaxilə etməyi
xahiş etməyib. Faktiki olaraq, Türkiyə
ATƏT-in Minsk qrupunun üzvüdür. Amma
Münaqişədə tutduğu Azərbaycanpərəst
mövqeyinə görə məsələnin həlli prosesinə birbaşa qoşula bilmir. Bütün
bunlara baxmayaraq, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən son-
ra Türkiyə Cənubi Qafqazda daha fəal olmağa çalışdı və “Qafqaz Sabit-
lik və Əməkdaşlıq Platforması”nı təklif etdi. Sənədin məqsədi Türkiyə
və Rusiya da daxil olmaqla Cənubi Qafqaz dövlətləri arasında sabitlik,
sülh və əməkdaşlıq yaratmaq idi. Bu sazişin prinsipləri çərçivəsində,
Türkiyə Ermənistanla yaxınlaşmağa başladı ki, bu da iki dövlət arasında
münasibətlərinin normallaşması haqqında protokolların imzalanması ilə
nəticələndi.
832
Türkiyə rəsmiləri Ermənistanla münasibətlərin normal-
laşdırılmasının Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
həllinə müsbət təsir göstərəcəyinə inanırdılar.
833
Lakin Ermənistan
Konstitusiya Məhkəməsi tərəfindən protokolların ratifikasiyasının rədd
edilməsi ölkələr arasında başlayan normallaşma prosesini iflasa uğratdı və
dövlətlər arasında münasibətlər dəyişməz olaraq qaldı.
834
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi dəyişməz ola-
raq qalır. Hələ də bu ölkənin rəsmiləri Ermənistan qoşunları Azərbaycanın
işğal olunmuş ərazilərindən çıxarılmayana qədər Ermənistan ilə
sərhədlərin bağlı qalacağını və diplomatik münasibətlərin qurulmayaca-
ğını bildirirlər.
831 a.k.ə. Cornell, Svante E. (1998), p. 51.
832 Welt, Cory, “Turkish-Armenian Normalisation and the Karabakh Conflict”, Perceptions, Vol. XVIII,
No. 1, Spring 2013, p. 208.
833 Ahmet, Davutoglu, “Turkey’s Zero-Problems Foreign Policy”, Foreign Policy, 20 May 2010; (http://
www.foreignpolicy.com/articles/2010/05/20/turkeys_zero_problems_foreign_policy). Accessed on
January 3, 2014.
834 a.k.ə. Welt, Cory (2013), p. 209.
Türkiyә münaqişәni
dövlәtlәrarası münaqişә kimi,
Ermәnistanı isә Azәrbaycan
torpaqlarının 20%-ni işğal
edәn tәcavüzkar kimi tanıyır.
319
QARABAĞ
99 SUALDA
96. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində İranın mövqeyi necədir?
Regionun qonşu dövləti olan İran münaqişənin sülh yolu ilə həllində
maraqlıdır və münaqişənin sülh yolu ilə həllinə kömək etmək niyyətini
dəfələrlə bildirib.
835
Həqiqətən də, İran münaqişə tərəfləri arasında sülh
danışıqları təşəbbüsü irəli sürən ilk ölkələrdən biri olmuşdur. Rəsmi
olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran münaqişənin
bu prinsip çərçivəsində həllini dəstəkləyir.
836
Ümumiyyətlə, İran tari-
xi arqumentlər əsasında ərazi iddialarının legitimliyi tanımır, çünki bu
dəlillər münaqişələrin sonsuz uzanmasına səbəb ola bilər.
837
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi lap başlanğıcdan
İranın milli təhlükəsizliyi üçün təhlükə olduğundan bu ölkənin daxili və
xarici siyasətinin əsas problemlərdən biri oldu.
838
Buna görə də, 1992-ci
ilin martında İran Tehranda vasitəçilik etməyə başladı və Azərbaycan və
Ermənistan nümayəndə heyətlərini aşağıdakı məsələlərin həlli barədə danı-
şıqlar aparmağa dəvət etdi: müvəqqəti atəşkəs müqaviləsi; Ermənistan blo-
kadasının aradan qaldırılması; əsirlərın dəyişdirilməsi və müşahidəçilərin
yerləşdirilməsi.
839
Görüşün nəticəsi olaraq, martın 15-də münaqişənin həlli
ilə bağlı bəyannamə imzalandı və münaqişənin nizamlanması prosesində
ilk addım kimi yeddi günlük atəşkəs barədə razılığa gəldilər.
840
Təəssüf ki,
İran tərəfinin vasitəçilik prosesi heç bir nəticə vermədi, müharibə dayan-
maq əvəzinə gücləndi və əsasən azərbaycanlıların yaşadığı Dağlıq Qaraba-
ğın Şuşa şəhərinin işğalı ilə nəticələndi. Əslində, Tehran bəyannaməsinə
baxmayaraq Azərbaycan ərazilərinə erməni təcavüzünün davam etməsi
İranın münaqişənin həllində vasitəçilik səylərinə maneçilik törədirdi. Bun-
835 R. K., Ramazani, “Iran’s Foreign Policy: Both North and South”, Middle East Journal, Vol. 46, No.
3, Summer 1992, p. 404.
836 “Iranian Top Official: Talks On Nagorno-Karabakh Conflict Can Be Conducted More Effectively
Inside Region”, Trend, 28 June; (http://en.trend.az/news/politics/1897526.html). Accessed on January 3,
2014.
837 a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
838 a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
839 a.k.ə. Vaezi, Mahmoud (2008).
840 a.k.ə. Vaezi, Mahmoud (2008).
320
QARABAĞ
99 SUALDA
dan əlavə, 1992-ci ilin iyununda Azərbaycanda hakimiyyət dəyişiklikləri də
İranı vasitəçilik prosesindən uzaqlaşmasına təsir etdi. Azərbaycanın yeni
hökuməti münaqişənin həllində İranın hər hansı bir rolunu rədd etdi.
841
1993-cü ilin yayında, Qarabağın cənub və şərq hissələrinin Ermənistan
tərəfindən işğal olunması nəticəsində minlərlə azərbaycanlı qaçqın Aras
çayını keçərək İrana gəldi. Lakin İran onları uzun müddət saxlamaq
istəmədiyindən öz ərazilərində qaçqın düşərgəsi salmadı. Əksinə, qaçqın
düşərgələri Azərbaycanlı qaçqınlar öz ölkələrinə geri qaytarıldıqdan son-
ra Azərbaycanda yaradıldı.
842
Ermənistanın işğalçı siyasəti genişlənməkdə
davam edirdi. 1993-cü ilin sentyabrında Ermənistan Naxçıvana qarşı
təcavüzkarlıq siyasəti yeridəndə İran Araz çayı üzərində “birgə idarə”olunan
bəndlərin qorunmasını təmin etmək üçün qoşun göndərməklə sərhədi
keçməsinin qarşısını almağa çalışdı.
843
İranın müdaxiləsi Naxçıvanda heç
bir hərbi əməliyyat keçirilməyəcəyinə dair Ermənistan rəsmilərinin verdiyi
zəmanəti ilə nəticələndi.
844
Din, ümumi adət-ənənələr, tarix və hər iki ölkədə yaşayan etnik soydaş-
ları kimi ortaq dəyərlərə sahib olduğu üçün gözləmək olardı ki, müharibə
dövründə və atəşkəsdən sonra Türkiyə kimi İran da Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyəcək.
Lakin, İran Ermənistanla münasibətlərini yaxşılaşdıraraq bu ölkənin
əsas ticarət tərəfdaşlarından biri oldu. Statistikaya görə, 2010-cu ildə İran
Ermənistanın dördüncü ticarət tərəfdaşı olmuşdur.
845
Bundan əlavə, Qara-
bağ ermənilərinin əsas tələbatları da İran tərəfindən ödənilir. Faktiki olaraq,
İranla strateji tərəfdaşlıq Ermənistan üçün Azərbaycan və Türkiyə tərəfindən
qoyulmuş iqtisadi embarqoya üstün gəlməkdə bir yol olmuşdur.
Sonda belə bir nəticəyə gəlmək olar ki, İran münaqişənin həllində
maraqlıdır, çünki ölkənin milli təhlükəsizliyi qonşularında sabitlik ol-
masını tələb edir. Buna görə də, münaqişənin ilkin mərhələsində İran
841 a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
842 a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
843 a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
844 a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
845 Moniquet, Claude & Racimore, William, “The Armenia Iranian Relationships: Strategic Implication
for security in the South Caucasus Region”, European Strategic Intelligence and Security Center, 17
January 2013, p. 10.
321
QARABAĞ
99 SUALDA
münaqişənin həllinə yardım etməyə çalışırdı. Bu ölkənin ilk vasitəçilik
təşəbbüsünün uğursuz olmasına baxmayaraq, münaqişə tərəfləri arasında
Atəşkəsə dair ilk saziş Tehran Bəyannaməsinin nəticəsində imzalanmışdı.
Ermənistanla sıx əlaqələri olmasına baxmayaraq, İran Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və suveren dövlətlərin ərazi bütövlüyü prinsipləri
əsasında münaqişənin həllini dəstəkləyir.
Dostları ilə paylaş: |