“Qarabağ 99 Sualda” Kitabı Haqqında RƏY
Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən
qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında
qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni
Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afri-
ka ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.
Paleolit dövründən başlamış bütün tarixi dövrlərdə Azərbaycandan,
xüsusən onun mədəni mərkəzlərindən biri olan Qarabağdan, Cənubi
Azərbaycana, Şimali Mesopotamiyaya, Xəzərin cənub və cənub-qərb
vilayətlərinə qəbilə və tayfaların gedişi və qayıdışı, etnik, iqtisadi və
mədəni əlaqələrin oxşar və ümumi maddi mədəniyyət yaratdıqlarını arxe-
oloji və etnoqrafik tədqiqatlar təsdiq edir.
Təbii etnomədəni təkamül prosesində e.ə. I minilliyin ortalarında Şi-
mali Azərbaycanda Albaniya dövləti yaranır. Şimali Azərbaycanda ən güc-
lü etnomədəni əyalət Albaniya dövlətinin etnomədəni yadrosu, bölgənin
siyasi liderləri, hakimiyyətin ilk qurucuları, mərkəzləşmiş Azərbaycan Al-
baniya dövlətinin yaradıcıları olur. Alban özünüadlandırması Qarabağdan
başlamışdır. Alban etnonimini və Aran antroponimini əhatə edən etnik
mənəvi sistemi ifadə edən mədəniyyətin ilkin ocağı Qarabağdır. Arxeo-
loji, etnoqrafik və tarixi tədqiqatlarda Qarabağ Albaniyanın etnomədəni
mərkəzi olmuşdur. Övliya Çələbinin qeyd etdiyi kimi, Qarabağ fiziki-coğ-
rafi vəziyyəti, əhalisinin adət-ənənəsi, inam və etiqadı, bütövlükdə mədəni
dəyərləri ilə “kiçin Azərbaycan”dır.
Əsrlər boyunca şimalla cənubun, şərqlə qərbin qovuşuğunda müxtəlif
sivilizasiyaların, etnosların, dillərin, dinlərin qarşılıqlı təsiri nəticəsində
qədim və zəngin mədəniyyət yaratmış xalqımız özünəməxsus tolerant-
lıq, başqa xalqlara, mədəniyyətlər dözümlülük, humanism, mərhəmət
ənənələrinə sadıq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer ver-
di. Lakin çox keçmədən, Çar Rusiyasi Cənubi Qafqazı türk-müsəlman
əhalidən “təmizləmək” və “türksüz Azərbaycan” yaratmaq üçün erməni
amilindən geniş istifadə etdi. Rusiya tərəfindən silahlandırılan və müdafiə
364
QARABAĞ
99 SUALDA
olunan erməni terrorçu dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımla-
rına başladılar. Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələri türk-
müsəlman əhaliyə qarşı dəhşətli soyqırımlar meydanına çevrildi.
Çar Rusiyası tərəfindən ermənilərin köçürülüb gətirilməsindən son-
ra Cənubi Qafqaz dünyanın ən qaynar gərginlik ocağına çevrildi. Rus
silahı ilə silahlanmış terrorçu erməni-daşnak quldur dəstələri Naxçıvan,
Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı ələ keçirmək üçün türk-
müsəlman əhaliyə qarşı kütləvi soyqırımlara başladılar. Sovet-bolşevik re-
jimi Çar Rusiyasının I Pyotrdan qalma ermənipərəst və antitürk siyasətini
davam etdirdi. Moskvadan hər cür dəstək alan ermənilər, çox keçmədən,
Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar.
Dünyanın qloballaşma və inteqrasiya şəraitində qarşılıqlı anlaşma-
ya, dostluğa, qlobal sabitliyə və əmin-amanlığa doğru irəlilədiyi müasir
şəraitdə Ermənistan və onun müdafiə etdiyi erməni separatçı-terrorçu
dairələri Cənubi Qafqazda yeni gərginlik ocağı yaratdılar. Sovet İttifaqının
dağıldığı dövrdə yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycana
qarşı elan olunmamış müharibəyə başladı. Erməni silahlı qüvvələri
ölkəmizin içərilərinə soxularaq, Dağlıq Qarabağ və onun ətrafındakı ra-
yonlar da daxıl olmaqla, Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal
etdilər. Erməni quldurları bütün dünyanın gözləri qarşısında Azərbaycan
xalqına qarşı Xocalı soyqırımını törətdilər. Bu gün dünyanın, ilk növbədə
ermənilərə münasibətdə xristian həmrəyliyi nümayiş etdirən bəzi qərb
siyasətçilərinin “görmədikləri”, daha doğrusu görmək istəmədikləri tarixi
həqiqətin geniş oxucu kütləsinə elmi əsaslara söykənən faktiki material-
larla çatdırılması böyük əhəmiyyət daşıyır. Bu baxımdan təqdim olunan
kitabda qaldırılan məsələlərin cavablandırılması böyük maraq doğurur.
“Qarabağ 99 Sualda” kitabı ikili standartlar dünyasında azərbaycanlılara
və ermənilərə münasibətdə ayrı-seçkilik siyasəti davam etdiyi bir dövrdə
tarixi həqiqətləri – Qarabağın qədim tarixi, əhalisi, Rusiya tərəfindən iş-
ğalı və ermənilərin bu əraziyə köçürülüb gətirilməsi, onlara dövlət yaradıl-
ması təşəbbüsləri, Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili, ermənilərin
Azərbaycanın digər ərazilərində olduğu kimi Qarabağda da yerli əhaliyə
qarşı həyata keçirdikləri soyqırımlar, Xocalı qətliamı, ermənilərin Xoca-
365
QARABAĞ
99 SUALDA
lı ilə yanaşı Dağlıq Qarabağın digər ərazilərində apardıqları fiziki, etnik,
mədəni və tarixi abidələrə qarşı vandalizm hərəkətləri faktiki materiallar
və tarixi sənədlər əsasında işıqlandırılmışdır.
“Qarabağ 99 Sualda” kitabında geniş oxucu kütləsini düşündürən
vacib məsələlərin öz əksini tapması, Qarabağla bağlı vətəndaşlarımızı
düşündürən başlıca suallara elmi dəlillərlə ətraflı cavab verilməsi onun bö-
yük maraqla qarşılanacağına, hər bir kəsin masaüstü kitabına çevriləcəyinə
əminəm.
Dos. Tofiq Nəcəfli
AMEA A.A. Bakıxanov adına
Tarix İnstitutu
QARABAĞ
99 SUALDA
BAKI - 2014
Bu kitab Azərbaycan Konüllülər İctimai Birliyinin
təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə çap edilmişdir.
Dostları ilə paylaş: |