Bİlal Dədəyev


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   25   26   27   28   29   30   31   32   33

97. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin həllində Avropa Birliyinın 
mövqeyi necədir?
1990-cı  ildə,  münaqişənin  erkən  mərhələlərində,  BMT,  ATƏT-in 
Minsk qrupu və Rusiya kimi üçüncü tərəflərin vasitəçilik prosesinə cəlb 
olunduğu vaxtlarda Avropa İttifaqı yalnız Dağlıq Qarabağda deyil, eləcə 
də digər post sovet münaqişələrindən kənar duraraq heç bir sülh yarat-
ma fəaliyyətinə qoşulmurdu. Fransanın Avropa Birliyinin üzv dövləti və 
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq,  
vasitəçilik  prosesində  o  Birliyi  təmsil  etmir.  Hətta,  Fransaya  həmsədr 
vəzifəsini  AB-nə  keçirmək  barədə  təkliflər  olsa  da  rəsmi  Paris  bunu 
rədd  etmişdi.
846
  Fransanın  ermənipərəst  mövqeyinə  əmin  olduğundan 
Azərbaycan AB-ni bu prosesdə daha fəal görmək istəyir.
847
Xüsusilə,  2003-cü  ildən  sonra,  müxtəlif  siyasətləri  çərçivəsində, 
AB  siyasi  və  təşkilati  islahatlar  keçirmək,  vətəndaş  cəmiyyətini  inkişaf 
etdirmək və əlverişli siyasi, iqtisadi və sosial mühit yaratmaq kimi struk-
tur  yanaşmalar  təklif  etməklə  münaqişənin  həllində  öz  təşəbbüslərini 
intensivləşdirib.
848
 Region dövlətləri, Azərbaycan, Ermənistan və Gürcüs-
846  Cristescu, Roxana & Paul, Amanda, “EU and Nagorno-Karabakh: A ‘Better Than Nothing’ 
Approach”, euobserver.com, 15 March 2011; (http://euobserver.com/opinion/31989). Accessed on January 
3, 2014.
847  Shiriyev, Zaur, “Challenges for the EU in the resolution of Nagorno Karbakh conflict: An Azerbaijani 
Perspective”, European Policy Center/Policy Brief, 17 June 2013. Retrieved from; (http://www.epc.eu/
pub_details.php?pub_id=3587). Accessed on January 3, 2014.
848  Simão, Licínia, “The problematic role of EU democracy promotion in Armenia, Azerbaijan and Nagorno-
Karabakh”, Communist and Post-Communist Studies, Vol. 45, Issues 1-2, March-June 2012, pp. 193-200.

 322
QARABAĞ 
   
99 SUALDA
tanla əlaqələrin qurulması istiqamətində ilk 
təşəbbüs  kimi  Avropa  Birliyi  2006-cı  ildə 
Avropa  Qonşuluq  Siyasətinə  (AQS)  imza 
atdı.
849
 Avropa Birliyi AQS-nin müsbət iqli-
min  formalaşmasına  kömək  edə  biləcəyinə 
və  sonda  münaqişənin  həllinə  gətirib  çıxa-
racağına  ümid  edirdi.
850
  Ancaq,  AQS-nin 
Fəaliyyət  Planları  münaqişənin  həllindən 
daha  çox  əsasən  iqtisadi  və  siyasi  transfor-
masiyaya doğru yönəldildiyindən gözlənilən 
nəticələri vermədi.
851
Ermənistan-Azərbaycan  Dağlıq  Qara-
bağ münaqişəsinin həllinə yardım etməkdə 
AB-nin ikinci vasitəsi AB Şurasının mandatı altında idarə olunan Cənubi 
Qafqaz üzrə AB-nin xüsusi nümayəndəsi (ABXN) idi. AB-nin ilk xüsusi 
nümayəndəsi 2003-cü ildə təyin edilmişdir. 2006-cı ildə münaqişəsinin 
həllində onun iştirakının daha effektiv olması üçün səlahiyyətləri daha da 
artırılmışdır. Təəssüf ki, ABXN-nin prioritetləri aydın olmadığından bu 
təşəbbüs də DQ münaqişəsinin həllinə kömək edəcək digər vasitələr kimi 
səmərə verməmişdir.
852
Rusiya-Gürcüstan  müharibəsindən  sonra,  2009-cu  ildə  AB  regi-
onal  inkişafın  təmin  edilməsi  üçün  münaqişələrin  həll  olunmasının 
əhəmiyyətini bildirən yeni – “Şərq tərəfdaşlığı (ŞT)” = (EaP) proqra-
mını irəli sürdü.
853
 ŞT-nın əsas məqsədi Assosiasiya Sazişi çərçivəsində 
AB  və  Şərq  ölkələri  arasında  inteqrasiyanın  artmasına  gətirib  səbəb 
849  Wolff, Stefan, “The European Union and the Conflict over the Nagorno-Karabakh Territory”, Report 
prepared for the Committee on Member States’ Obligations Parliamentary Assembly of the Council of 
Europe, 4-5 November 2007. Retrieved from; (http://www.stefanwolff.com/publications/the-european-
union-and-the-conflict-over-the-nagorno-karabakh-territory). Accessed on January 3, 2014.
850  Ferrero-Waldner, Benito, “The European Neighbourhood Policy: The EU’s Newest Foreign Policy 
Instrument”, European Foreign Affairs Review, 11 (2), 2006, p. 139.
851  a.k.ə. Shiriyev, Zaur (2013).
852  a.k.ə. Wolff, Stefan (2007).
853  “What is the EaP?”, EaP Community; (http://www.easternpartnership.org/content/eastern-
partnership-glance). Accessed on January 3, 2014.
2003-cü ildən sonra, müxtəlif 
siyasətləri çərçivəsində, AB 
siyasi və təşkilati islahatlar 
keçirmək, vətəndaş 
cəmiyyətini inkişaf etdirmək 
və əlverişli siyasi, iqtisadi 
sosial mühit yaratmaq 
kimi struktur yanaşmalar 
təklif etməklə münaqişənin 
həllində öz təşəbbüslərini 
intensivləşdirib.

 323
QARABAĞ 
   
99 SUALDA
olacaq  ikitərəfli  münasibətləri  dərinləşdirmək  idi.
854
  Assosiasiya  Sa-
zişi  üzrə  Azərbaycan  və  Ermənistanla  danışıqlar  2010-cu  ilin    iyulun-
da  başladı.  Danışıqlara  aşağıdakılar  daxil  idi;  siyasi  dialoq,  xarici  və 
təhlükəsizlik  siyasəti;  ədalət,  azadlıq  və  təhlükəsizlik,  iqtisadi  və  sek-
toral əməkdaşlıq; və sonuncu, Dərin və Hərtərəfli Azad Ticarət Sazişi 
(DCFTA).
855
  Uzunmüddətli  perspektivdə  dərin  regional  inteqrasiya 
nəticəsində  mübahisə  edən  tərəflər  arasında  qarşılıqlı  asılılıq  olacağı 
gözlənilir ki, bu da münaqişənin həlli üçün müsbət iqlimin formalaşma-
sına təsir edəcək. Amma, münaqişə tərəflərinə qoyulan tələblərin aydın 
olmaması  üzündən  AB-nin  münaqişələrin  həllinə  kömək  məqsədilə 
region  ölkələri  ilə  bağlı  əvvəlki  layihələri  kimi  bu  da  uğursuzluqla 
nəticələnmişdi. Yuxarıda göstərilən müqavilə çərçivəsində Dağlıq Qara-
bağ münaqişəsinin həllində hər hansı bir müsbət nəticə əldə etmək üçün 
münaqişə tərəflərinin hər ikisinin üzərinə bəzi ilkin şərtlərin qoyulması 
vacibdir.
856
Bundan  əlavə,  AB  etimad  yaratma  prosesinə  qeyri-hökumət 
təşkilatlarını  cəlb  etmək  məqsədi  ilə  Dağlıq  Qarabağ  Üstündə 
Münaqişəsinin  Sülh  Yolu  ilə  Həllinə  dair  Avropa  Tərəfdaşlığı  (EPNK) 
adlı vətəndaş cəmiyyəti proqramına başladı. Proqramın başlıca məqsədi 
münaqişənin bütün tərəflərindən olan siyasətçilər və ya politoloqlar, KİV 
və vətəndaş cəmiyyətləri arasında dialoqun təbliğ edilməsidir. Güman edi-
lir ki, EPNK əlverişli mühit yaradacaq və bu da öz növbəsində münaqişə 
edən icmaların effektiv vətəndaş iştirakına gətirib çıxara bilər.
857
Belə ki, Avropa Birliyi münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və 
Cənubi Qafqaz özünün Şərqə doğru genişlənməsindən sonra birliyə daha 
yaxın  olduğundan  imkan  daxilində  bütün  vasitələrdən  istifadə  edərək 
sülhyaratma prosesinə kömək etmək niyyətində olduğunu bildirir. 
854  “The EaP’s bilateral dimension”, EaP Community; (http://www.easternpartnership.org/content/eap-s-
bilateral-dimension). Accessed on January 3, 2014.
855  a.k.ə. “The EaP’s bilateral dimension”.
856  a.k.ə. Shiriyev, Zaur (2013).
857  “The European Union continues to support civil society peace building efforts over Nagorno-
Karabakh”, Press release A 490/12, European Union, 6 November 2012; (http://www.consilium.europa.
eu/press/press-releases/latest-press-releases?lang=en). Accessed on January 3, 2014.

 324
QARABAĞ 
   
99 SUALDA
98. Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ 
münaqişələri arasında hər hansı bənzərlik varmı?
Sovet  İttifaqı  dağıldıqdan  sonra  Cənubi  Qafqaza  separatçı  zəmində 
yaranmış,  ancaq  hələ  həll  olunmamış  və  dondurulmuş  qalan  üç  silah-
lı  münaqişə  miras  olaraq  qaldı.  Bu  münaqişələr  Gürcüstanın  Abxaziya, 
Cənubi  Osetiya,  Ermənistan  və  Azərbaycan  arasında  Dağlıq  Qarabağ 
münaqişələridir.  Əslində,  Azərbaycan  və  Gürcüstanın  ərazi  bütövlüyü-
nü təhlükə altına alan bu münaqişələr həm də regionun təhlükəsizliyini 
təhdid edən əsas amillər kimi qəbul edilir.
858
 Münaqişələrin dondurulması 
tərəflər arasında silahlı münaqişələrin yenidən bərpa olunacağı anlamında 
onları çox kövrək edir.
859
 Xüsusilə, 2008-ci ildə başlamış Rusiya-Gürcüs-
tan müharibəsi münaqişələrin kövrək olmasının aydın sübutu idi.
860
Bu  münaqişələrin  üçü  də  Sovet  İttifaqının  dağılması  ərəfəsində 
Azərbaycanda    Dağlıq  Qarabağ  ermənilərinin,  Gürcüstanda  isə  osetin 
və  abxazların  separatçı  tələbləri  nəticəsində  yaranmışdı.
861
  Hər  üç  hal-
da,  münaqişələr  silahlı  mərhələyə  keçdi  və  münaqişə  tərəflərı  arasında 
müharibələrin başlanmasına səbəb oldu ki, bu da xarici amillərin iştirakı 
ilə davam etdi.
862
 Abxazlar və osetinlərlə müqayisədə ermənilər artıq su-
veren dövlət ilə Ermənistan Respublikası ilə təmin olunmuşdular. Lakin 
onların tələbi qonşu İttifaq dövlətinin Azərbaycanın ərazisini qoparmağa 
və o torpaqları həmin ərazilərdə kompakt şəkildə məskunlaşmış qohum 
etnik qrupdan istifadə etməklə öz torpaqlarına birləşdirməyə yönəlmişdi. 
Ermənistanın  münaqişədə  birbaşa,  xüsusilə,  silahlı  və  məsələnin  sülh 
yaratma  mərhələsində  əsas  tərəf  kimi  iştirakı  münaqişənin  ərazi  və 
dövlətlərarası münaqişə kimi formalaşmasına səbəb olmuşdur.
863
 Lakin, 
858  Boonstra, Jos & Melvin, Neil, “Challenging the South Caucasus Security Deficit”, Working Paper
No. 108, pp. 3-4.
859  a.k.ə. Mahmudlu, Ceyhun və Əhmədov, Aqil (2010), ss. 49-50
860  a.k.ə. Mahmudlu, Ceyhun və Əhmədov, Aqil (2010), ss. 5-52
861  Matveeva, Anna, “The South Caucasus: Nationalism, Conflict and Minorities”, Report of Minority 
Rights Group International, April 2002, pp. 11-14. 
862  a.k.ə. Matveeva, Anna (2002), pp. 11-14.
863  a.k.ə. Crocker, Chester A., et al. (2007), p. 13.

 325
QARABAĞ 
   
99 SUALDA
Abxaziya və Cənubi Osetiya münaqişələri et-
nik və dövlətdaxili münaqişə kimi müəyyən 
edilməlidir.
864
  Çünki  bu  münaqişələr 
mərkəzi  hökumətlə  etnik  muxtar  vilayət 
arasında  fikir  ayrılığı  nəticəsində  meydana 
gəlib.
Hər  üç  halda  müharibə  Rusiya  və 
Ermənistan  kimi  xarici  amillər  tərəfindən 
dəstəklənən  separatçıların  şərti  qələbəsi  ilə, 
lakin  sülh  müqaviləsi  ilə  deyil,  atəşkəs  haq-
qında sazişin imzalanması ilə başa çatıb.
865
Atəşkəs müqavilələri imzalandıq-
dan sonra münaqişələrdə üçüncü tərəflərin vasitəçi kimi rolu artmışdır. Dağ-
lıq Qarabağ və Cənubi Osetiya münaqişəsində ATƏT, Abxaziyada isə BMT 
sülh danışıqlarında əsas vasitəçilər oldular.
866
 Abxaziya və Cənubi Osetiya-
da atəşkəs müqavilələrinin tələblərinə uyğun olaraq, sülhməramlı qüvvələr 
tənzimlənmə prosesinə cəlb edildi,
867
 Dağlıq Qarabağ münaqişəsində isə, 
sülhməramlıların mənşəyi ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan 
bu istisna edildi.
868
.
Münaqişələrin oxşar cəhətlərindən biri də hər üç münaqişəyə üçüncü 
rəsmi tərəf kimi cəlb olunan Rusiyanın roludur. Faktiki olaraq, Rusiya qeyri-
rəsmi olaraq xarici amil kimi münaqişələrin həlli istiqamətində  öz maraqla-
rı çərçivəsində fəaliyyət göstərir. Əslində, hər üç halda müharibələr zamanı 
Rusiya birbaşa və fəal olaraq iştirak etmiş və separatçıların şərti qələbəsində 
həlledici  rol  oynamışdır.
869
  Müharibədən  sonra  Rusiya  tərəflər  arasında 
sülh danışıqlarının təşəbbüskarlarından biri olsa da onun bütün cəhdləri 
864  a.k.ə. Crocker, Chester A., et al., p. 13.
865  Bartuzi, Wojciech et al. “Abkhazia, South Ossetia, Nagorno-Karabakh: unfrozen conflicts between 
Russia and the West”, Special Report, Center for Estern Studies, 09 July 2008, pp. 5-7. 
866  Fuller, Elizabeth, “Mediators for Transcaucasia’s Conflicts”, The World Today, Vol. 49, No. 5, May 
1993, pp. 89-92.
867  This information was taken from the webpage of United Nation Observe Mission in Georgia; (http://
www.un.org/en/peacekeeping/missions/past/unomig/background.html). Accessed on January 4, 2014. 
868  Nikoghosyan, Hovhannes, “Some Thoughts on Peacekeepers in Nagorno-Karabakh”, Caucasus Edition: 
Journal of Conflict Transformation, 1 July 2010; (http://caucasusedition.net/analysis/some-thoughts-on-
peacekeepers-in-nagorno-karabakh/). Accessed on January 4, 2014.
869  a.k.ə. Bartuzi, Wojciech et al. (2008), p. 7. 
Bu münaqişələrin üçü 
də Sovet İttifaqının 
dağılması ərəfəsində 
Azərbaycanda  Dağlıq 
Qarabağ ermənilərinin, 
Gürcüstanda isə osetin və 
abxazların separatçı tələbləri 
nəticəsində yaranmışdı.

 326
QARABAĞ 
   
99 SUALDA
bir  nəticə  verməmişdir.
870
  Ehtimal  edilə  bilər  ki,  Rusiya  münaqişələrin 
həll  olunması  üçün  kifayət  qədər  səy  göstərməyib,  çünki,  müharibədən 
sonra formalaşmış status-kvonun saxlanılmasında onun öz marağı var və 
məqsədi mübahisəli bölgələrdə nə sülh, nə də müharibə şəraitini qorumaq-
dır. Əslində, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi bunun əyani sübutdur. 
Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiya üzərinə 
gedən zaman Rusiya Gürcüstanın bu niyyətinin qarşısını almaq üçün ordu 
göndərməklə reaksiya verdi və yalnız onu dayandırmaqla kifayətlənməyib, 
müvəqqəti  olaraq  ərazilərini  də  işğal  etdi.  Müharibədən  sonra,  Rusiya 
Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.
871
Rusiya onların müstəqilliyini tanıdıqdan sonra, Nikaraqua, Venesue-
la, Nauru, Vanuatu və Tuvalu kimi bəzi digər dövlətlər də eynilə hərəkət 
edərək  bu  “dövlətlərin”  müstəqilliyini  tanıdılar.
872
  Bu  Dağlıq  Qarabağla 
Abxaziya və Osetiya münaqişələri arasında fərqləndirici bir amildir. Gür-
cüstanın  separatçı  respublikaları  bir  neçə  ölkələr  tərəfindən  tanınsa  da 
qondarma  “Dağlıq  Qarabağ  Respublikası”  hətta  Ermənistan  tərəfindən 
də tanınmayıb.
99. Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilərmi?
2008-ci il fevralın 17-də Kosovo, əsasən etnik albanların məskunlaşdığı 
Serbiya  ərazisində  öz  müstəqilliyini  elan  etdi  və  qısa  müddətdən  son-
ra  qərb  ölkələrinin  əksəriyyəti  tərəfindən  tanındı.  BMT-nin  üzvü  olan 
100-dən  artıq  dövlət  artıq  Kosovonun  müstəqilliyini  tanımışdır.  Koso-
vonun  tanınması  rəsmilərinin  bu  halın  onların  qurumlarının  tanınması 
üçün  presedent  (nümunə)  ola  biləcəyi  ümidini  ifadə  edən  digər  tanın-
mamış  dövlətlər  üçün  motivasiya  idi.
873
  Ermənistan  rəsmiləri  də  Koso-
870  Künzl, Jan, “There Has Never Been an Unbiased Russian Mediation in South Caucasian Conflicts”, 
Interview with Dr. Martin Malek, Caucasian Review of International Affairs, Vol. 3 (1), Winter 2009, pp. 
117-119.  
871  a.k.ə. Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil, ss. 46-47.
872  “Russia recognizes South Ossetia and Abkhazia to save people’s lives”, Pravda, 26 August 2008; 
(http://english.pravda.ru/russia/kremlin/26-08-2008/106214-russia_ossetia_abkhazia-0/). Accessed on 
January 4, 2014.
873  a.k.ə. Borge, Christopher J.

 327
QARABAĞ 
   
99 SUALDA
vonun tanınmasını alqışıladılar və bu faktın qondarma “Dağlıq Qarabağ 
Respublikası”nın tanınmasına təkan verəcəyini bildirdilər.
874
Presedent hüquqi və siyasi baxımdan müxtəlif anlamları daşıyır. Bor-
genin fikrincə, 
politoloqlar  bundan  adətən  keçmiş  bir  hadisəyə  istinad  etmək, 
siyasi  cəhətdən  əsaslandırmaq  üçün  və  ya  diplomatik  dialoqda 
istifadə edirlər, hüquqçular üçün bu sözün daha ciddi bir anlamı 
var  və  onlar  keçmiş  bir  hadisə  indiki  halda  tətbiq  edilməli  olan   
qanunun  üstünlüyünü  bildirən  zaman  istifadə  edirlər.  Texniki 
məsələ kimi, daxili qanunun əksinə beynəlxalq hüquqda presedent 
məcburi deyil.
875
 
Qeyd etmək lazımdır ki, Kosovonun müstəqilliyini tanıyan dövlətlərin 
heç biri ərazinin öz müstəqilliyini qanuni hüququ kimi əldə etdiyini tələb 
etməyib.
876
 Həqiqətdə, Beynəlxalq hüquq yalnız müstəmləkə altında olan 
xalqların  tam  müstəqilliyi  ilə  nəticələnən  xarici  ölçülər  mənasında  öz 
müqəddəratını  təyinetməsinə  haqq  qazandırır.  Aydındır  ki,  Kosovalılar 
müstəmləkə altında olan xalq deyildi, amma Serbiyanın nəzarətində olan 
ərazidə yaşayırdılar və bu dövlətın rəhbərləri tərəfindən etnik təmizləməyə 
məruz  qalmışdılar.
877
  Kosovodakı  vəziyyət  zorakılıq  hesab  edildiyindən 
BMT-nin 1244 saylı Qətnaməsi ilə Kosovo məsələsi beynəlmiləşdirilmiş 
və beynəlxalq rəhbərlik altına gətirilmişdir.
878
 Sonralar beynəlxalq admi-
nistrasiya  Kosovalıların  Serbiyanın  nəzarəti  altında  birgə  yaşamasının 
mümkün olmadığını vurğulayaraq onun müstəqilliyini tanımış, lakin, bu 
halın digər hallar üçün presedent olmadığını bildirmişdir.
879
874  Antidze, Margarita, & Mkrtchyan, Hasmik, “Kosovo “will boost Karabakh recognition drive”, 
Reuters, 16 February 2008; (http://www.reuters.com/article/2008/02/17/us-kosovo-serbia-armenia-
idUSL166671420080217). Accessed on January 4, 2014.
875  a.k.ə. Borge, Christopher J.
876  a.k.ə. Borge, Christopher J.
877  Cooley, Alexander, “Kosovo’s Precedents The Politics of Sovereign Emergence and its Alternatives”,  
PONARS Eurasia Policy Memo, No. 7, 2008, pp. 2-3.
878  United Nation Security Council, “Resolution 1244”, s/RES/1244, 1999.
879  “US says Kosovo no precedent for Nagorno-Karabakh”, Reuters, 5 March 2008; (http://www.reuters.
com/article/2008/03/05/idUSN05631761). Accessed on January 4, 2014.

 328
QARABAĞ 
   
99 SUALDA
Burada “insan üçün çox ağır vəziyyət”  və 
“beynəlxalq təhlükəsizliyə və sülhə təhlükə” 
olduğuna  görə  Kosovonun  müstəqilliyinə 
hüquqi  baxımdan  bəraət  verildi.
880
  Bundan 
başqa,  Kosovo  Serbiyanın  nəzarətindən 
çıxarılaraq  beynəlxalq  idarətməyə  tabe 
edildiyindən,  vəziyyət  metropoliyanın 
icazəsi olmadan ərazinin müstəqilliyini tanı-
mağa imkan verdi.
881
Yuxarıda  sadalanan  aspekt  və  faktlara  əsaslanaraq  Kosovo  Dağlıq 
Qarabağ  münaqişəsi  üçün  presedent  hesab  edilə  bilməz.  İlk  növbədə 
qeyd  olunmalıdır  ki,  Kosovo  dövlətdaxili  münaqişədir,  halbuki,  Dağlıq 
Qarabağ  münaqişəsi  Ermənistanın  Azərbaycana  ərazi  iddiaları  ilə  alov-
lanıb.  Bundan  əlavə,  müharibə  zamanı  Azərbaycan  deyil,  Ermənistan 
azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, xüsusilə Xocalı qətliamı bu 
faktı sübut edir. 
İkincisi,  Kosovo  BMT  və  NATO  kimi  beynəlxalq  idarəetmənin 
nəzarəti altında idi və Yuqoslaviyanın ərazi bütövlüyünü təsdiq edən BMT 
Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə həm də qurumun yekun 
statusu haqqında qərar da daxil edilmişdi.
882
 Lakin Dağlıq Qarabağ heç 
vaxt beynəlxalq idarəçilik altında olmayıb və müharibə zamanı beynəlxalq 
ictimaiyyət münaqişənin həllinə qarışmayıb. BMT Təhlükəsizlik Şurasının 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Lakin bu qətnamələr 
regionun yekun statusu haqqında qərar deyil, qoşunların Azərbaycanın iş-
ğal olunmuş ərazilərindən çıxarılması barədədir. 
Üçüncüsü, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan da 
daxil olmaqla hər hansı müstəqil dövlət tərəfindən tanınmayıb və Koso-
vonun müstəqilliyini tanıyan dövlətlərin qətiyyətlə bildirmişdilər ki, bu 
880  a.k.ə. Borge, Christopher J.
881  Zeynalov, Mahir, “Nagorno-Karabakh and Kosovo: Politically Precedent, Legally Different”, 
Caucasian Edition: Journal of Conflict Transformation, September 15, 2010, (http://caucasusedition.
net/analysis/nagorno-karabakh-and-kosovo-politically-precedent-legally-different/). Accessed on 
January 4, 2014.
882  a.k.ə. “Resolution 1244”.
Beynәlxalq ictimaiyyәt 
Kosovo mәsәlәsini nadir, 
istisna bir hal kimi qәbul  
etmişdir vә bu sәbәbdәn o 
Dağlıq Qarabağ münaqişәsi 
üçün nә hüquqi, nә dә
siyasi presedent ola bilmәz.

 329
QARABAĞ 
   
99 SUALDA
bir unikal haldır və presedent ola bilməz. Beləliklə, Dağlıq Qarabağın bu 
dövlətlər tərəfindən tanınması üçün heç bir perspektiv yoxdur. Beynəlxalq 
ictimaiyyət Kosovo məsələsini nadir, istisna bir hal kimi qəbul etmişdir və 
bu səbəbdən o Dağlıq Qarabağ münaqişəsi üçün nə hüquqi, nə də siyasi 
presedent ola bilməz.

 330
QARABAĞ 
   
99 SUALDA
Azərbaycan dilində:
Abışov, Vaqif, 
Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər) (Bakı, Nurlan, 2007).
Adıgözəl bəy, Mirzə, “Qarabağnamə”, Fərzəliyev, Akif, red., 
Qarabağnamələr, C. I (Bakı, 
Yazıçı, 1989). 
Ağayev, Yusif və Əhmədov, Səbuhi, 
İstiqlal Yürüşü-1918 (Altun Kitab, 2009).
AXC Ensiklopediyası, C. I (2004).
Axundov, Nazim, 
Qarabağ salnamələri  (Bakı, Yazıçı, 1989).
Aləmara-ye Şah Esmail, Müqəddiməni yazan, təshih və təliq edən Əsğər Montəzer Sahed 
(Tehran, Bünyad-i tərcümə və nəşr-i kitab, 1349).
Arzumanlı, Vaqif, və Mustafa, Nazim, 
Tarixin qara səhifələri - Deportasiya. Soyqırım. Qaç-
qınlıq (Bakı, 1998), ss. 89-97.
Arzumanlı, Vaqif, və başqaları, 
1918-ci il qırğınları (Bakı, Öyrətmən, 1995).
Aslanlı, Araz, 
Qarabağ Problemi: Tarixi, Mahiyyəti, Həll Prosesi (Bakı, 2009).
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyası (İki cilddə) C. I (Bakı, Lider 
nəşriyyat, 2004).
Azərbaycan tarixi, (yeddi cilddə), C. II (Bakı, Elm, 2007).
Azərbaycan tarixi, C. III (Bakı, Elm, 1999).
Azərbaycan tarixi, C. VII (2008).
Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
Baharlı, “Əhvalati-Qarabağ”, Axundov, Nazim, red.,
 Qarabağnamələr, C.II (Bakı, Yazıçı, 
1991). 
Bakıxanov, Abbasqulu Ağa, 
Gülüstani İrəm (Bakı, 1951).
Bünyadov, Ziya, 
Azərbaycan Atabəyləri dövləti 1136-1225-ci illər (Bakı, Şərq-Qərb, 2007).
Bünyadov, Ziya, 
Azərbaycan VII-IX əsrlərdə (Bakı, Pedaqogika, 2004).
Cavanşir, Əhməd bəy, “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi fəaliyyətlərinə dair”, 
Fərzəliyev, Akif, red., 
Qarabağnamələr, C. I (Bakı, Yazıçı, 1989).
Dədəyev, Bilal, “Rus işğalına qədər Qarabağ-Osmanlı dövləti münasibətlərinə dair”, 
Jour-
nal of Qafqaz University, filologiya və pedoqogika, №30 (2010).
ƏDƏBİYYAT SİYAHISI

 331
QARABAĞ 
   
99 SUALDA
Erməni terroru və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX)-Müxtəsər 
xronoloji ensiklopediya (Bakı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İns-
titutu, 2003).
Əhmədov, Elçin, 
Ermənistanın Azərbaycana Təcavüzü: Təhlili Xronika (Letterpress, 2012).
Əl-Əhəri, Əbu Bəkr əl-Qütbü, 
Tarix-e Şeyx Uveys (Fars dilindən tərcümə və müqəddimə, 
şər h lər və qeydlər M.D.Kazımov və V.Z.Piriyevindir) (Bakı, 1984).
Əlizadə, Həsən İxfa, “Şuşa şəhərinin tarixi”, Axundov, Nazim, red.,
 Qarabağnamələr, C. II 
(Bakı, Yazıçı, 1991).
Əsədov, Firudin və Kərimova, Sevil, 
Çarizmi Azərbaycana gətirənlər (Bakı, Gənclik, 1993).
Fəna, Mirzə Rəhim, “Tarixi-Cədidi-Qarabağ”, Axundov, Nazim, red.,
 Qarabağnamələr, C. 
II (Bakı, Yazıçı, 1991).
“Georqiyevsk müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009).
Həsənov, Əli, Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik Siyasəti 
(Letterpress, 2011).
Humanite, 18 noyabr 1987-ci il (fransız dilində).
Xəlili, Xəliyəddin, 
Azərbaycan türklərinin təşəkkül və milli inkişaf tarixi (Bakı, 2009). 
Xəzani, Mir Mehdi, “Kitabi-tarixi-Qarabağ”, Axundov, Nazim, red., 
Qarabağnamələr, C. II 
(Bakı, Yazıçı, 1991).
“I Pyotrun erməni xalqına ali fərmanı”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., 
(2009).
İran və İngiltərə arasında Tehran müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, 
red., (2009).
İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bün-
yatov və Hüsaməddin Məmmədov (Qaramanlı)) (Bakı, 1996).
İsgəndərov, Anar, “1915-1920-ci illərdə Azərbaycanda Türk və Müsəlmanlara qarşı həyata 
keçirilən soyqırımlar”, Süleymanov, Mehman və Rıhtım, Mehmet, red., 
Azərbaycan Xalq 
Cümhuriyyəti və Qafqaz İslam Ordusu (Bakı, Qafqaz Universiteti nəşri,  2008).
İsmayılov, İsrafil, 
Azərbaycanlıların II Dünya müharibəsində iştirakı (Bakı, Qızıl Şərq 
mətbəəsi, 2000).
İsmayılov, M., 
Azərbaycan xalqının təşəkkülü (Bakı, 1993).

 332
QARABAĞ 
   
99 SUALDA
Jan Şardən, 
Parisdən İsfahana səyahət (fransızczdan tərcümə edən Vaqif Aslanov) (Bakı, 
1994).
“Kürəkçay müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009).
“Kürəkçay müqaviləsi”, 
Azərbaycan tarixi üzərə qaynaqlar (Bakı, 1989).
Qafarov, V., 
Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922) (Bakı, 
Azərnəşr, 2011).
“Qan Yaddaşı”, Azərbaycan Respublikası Ali Məhkəməsi; (http://www.supremecourt.gov.az
/?mod=2&cat=203&c=1&lang=az&t=w). Baxılmışdır 27 noyabr 2013-cü il.
Qarabaği, Mirzə Camal Cavanşir, “Qarabağ tarixi”, Fərzəliyev, Akif, red., 
Qarabağnamələr 
(Bakı, Yazıçı, 1989).
Qarabaği, Mirzə Camal Cavanşir, 
Qarabağ tarixi (Bakı, 1959).
Qarabaği, Mirzə Yusif, “Tarixi-Safi”, Axundov, Nazim, red., 
Qarabağnamələr, C. II (Bakı, 
Yazıçı, 1991).
Qarabağnamələr. C. I (Bakı, 1989).
Qaraca, Bəxtiyar, “Məqsəd Azərbaycanı məhv etmək idi”, 
Azərbaycam qəzeti, 31 mart 
2013; (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21914). Baxılmışdır 27 
dekabr 2013-cü il.
Qaradaği, Həsənəli, “Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları”, Axundov, 
Nazim, red.,
 Qarabağnamələr, C. II (Bakı, Yazıcı, 1991).
Qaradaği, Həsənəli, 
Qarabağ vilayətinin qədim vəcədid keyfiyyəti və övzaları”, Axundov, 
Nazim, red., 
Qarabağnamələr (Bakı, Yazıçı, 1991).
Qaradağlı, Rizvan, “Çuxursəd qala şəhəri-İrəvan”, 
Antik və Orta əsr Azərbaycan şəhərləri 
arxeoloji irsi tarixi memarlığı, 27-28 oktyabr 2010, Azərbaycan, Şəmkir-Gədəbəy Beynalxalq 
elmi konferansın materialları, (Bakı, 2012).
Qasımlı, Musa, “Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa 
əsassız iddiaları”, Yılmaz, Reha, red., 
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz 
Universiteti, 2010).
Qasımlı, Musa, 
Heydər Əliyev-İstiqlala gedən yol (1969-1987-ci illər) (Bakı, 2006).
Qeybullayev, Qiyasəddin, 
Azərbaycan türklərinin təşəkkülü tarixindən (Bakı, Azərnəşr, 
1994).
Qeybullayev, Qiyasəddin, 
Qarabağ-etnik və siyasi tarixinə dair (Bakı, Elm, 1990).

 333
QARABAĞ 
   
99 SUALDA
Qlinka, S.N., 
Azərbaycan ermənilərinin Rusya hududlarına köçürülməsinin təsviri (Bakı, 
Azərbaycan nəşriyyatı, 1995).
Mahmudlu, Ceyhun və Əhmədov, Aqil, “Beş günlük müharibənin Cənubi Qafqaz  
dövlətlərinə təsiri”, 
Journal of Qafqaz University, No. 29, 2010.
Mahmudov Y.M., və Şükürov K.K. 
Qarabağ: real tarix, faktlar, sənədlər (Bakı, 2009).
Mahmudov, Y.M., 
Azərbaycan: qısa dövətçilik tarixi (Bakı, Təhsil, 2005).
Mahmudov, Yaqub, və Mustafayev, Camal, 
Şuşa-Pənahabad (Bakı, Təhsil, 2012). 
Maqsudov, F., və Əliyev, İ., red., Azərbaycan Cumhuriyyəti (1918-1920), (“Elm” 
nəşriyyatı, 1998).
Məmmədov, Hüsaməddin, 
Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (Bakı, Şuşa nəşriyyatı, 
2000).
Məmmədov, N., 
Azərbaycanın Xankəndi şəhərinin tarixi (Bakı, 2011).
Məmmədov, Tofiq, 
Qafqaz Albaniyası ilk orta əsrlərdə (Bakı, Təhsil nəşriyyatı, 2006).
Məmmədova, Həvva, 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağ ərazisində 
vəziyyət: erməni terrorizminin güclənmsi (1918-1920) (Bakı, Nağıl-evi nəşriyyatı, 2006).
Məmmədov, Novruz, Xarici Siyasət: Reallıqlar və Gələcəyə Baxış (Qanun 
Nəşriyyatı, 2013).
Mirzə Camaloğlu, Rzaqulu bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və 
o zamanın hadisələri”, Axundov, Nazim, red., 
Qarabağnamələr (Bakı, Yazıçı, 1991).
Mirzə Camaloğlu, Rzaqulu bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və 
o zamanın hadisələri”, Axundov, Nazim, red.,
 Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991).
Musalı, Namiq, “Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzi-
bati quruluşu”, 
Qarabağ dünən, bu gün və sabah V elmi-əməli konferansın materealları (Bakı, 
2006).
Mustafazadə, Tofiq, 
Qarabağ xanlığı (Bakı, Sabah, 2010).
Müxtəsər xronoloji ensiklopediya (2003).
Nəcəfli, Güntəkin, “XVIII yüzillikdə ermənilərin Qarabağ ərazisində dövlət yaratmaq 
cəhdləri”, Yılmaz, Reha, red., 
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 
2010).
Nəcəfli, Güntəkin, “Qarabağın xristiyan məlikləri və ermənilərin Qarabağda dövlət yarat-

 334
QARABAĞ 
   
99 SUALDA
mak cəhdləri”, 
Renessans, № 3-4 (2006).
Nəcəfli, Güntəkin, 
XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri 
(Bakı, Nurlan, 2007).
Nəcəfli, Tofiq, “XV-XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı”, Yılmaz, Reha, red., 
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010).
Nəvvab, Mir Möhsün, 
1905-1906-cı illərdə erməni-müsəlman davası (Bakı, Azərbaycan 
nəşriyyatı, 1993).
Ordubadi, Məmməd Səid, 
Qanlı illər 1905-1906-ci illərdə Qafqazda baş verən erməni-
müsəlman davasının tarixi (Bakı, Qafqaz nəşriyyat evi, 2007).
“Osmanlı imperiyası və İran arasında Ərzurum müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, 
Şükürov, Kərim, red., (2009).
Piriyev V.Z. 
Azərbaycanın tarixi-siyasi coğrafiyası (Bakı, 2002).
Piriyev V.Z., 
Azərbaycan XIII-XIV əsrlərdə (Bakı, 2003).
Rıhtım, Mehmet, 
Evliya Çələbi Səyahətnaməsində Azərbaycan (Bakı, 2012).
“Rus çarı I Pyotrun erməni xalqına fərmanı. 10 noyabr 1724-cü il”, T.K.Heydərov, 
T.R.Bağırov, K.K.Şükürov, red.,
 Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və 
nəşrləri üzrə (Üç cilddə), C. I (Bakı, “Elm” nəşriyyatı, 2010).
“Rusiya və İran arasında Gülüstan müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, 
Kərim, red., (2009).
“Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi”, Mahmudov, Yaqub, 
və Şükürov, Kərim, red., 
Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi 
(1639-1828)-Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları, C. I (Bakı, Regionla-
rın inkişafı ictimai birliyi, 2009).
“Rusiya-İran Türkmənçay müqaviləsi. 10 fevral 1828-ci il”, a.k.ə. T.K.Heydərov və başqa-
ları, red., C. I., (2010).
Rusiyanın Erzurumdakı Baş Konsolu Mayevskinin qeydləri (tərcümə edən Vasif Quliyev) 
(Bakı, Azərbaycan nəşriyyatı, 1995).
“Rusiya-Osmanlı Ədirnə müqaviləsi. 2 sentyabr 1829-cu il”,
 a.k.ə. T.K.Heydərov və başqa-
ları, red., C. I., (2010).
Seyidaga, Etibar, “Xalq hərəkatinin başlanmasindan 20 il keçdi”, 17 Noyabr 2008; (http://
musavat.com/news/gündem/XALQ-HƏRKATININ-BASLANMASINDAN-20-IL-
KEÇDİ_43013.html). Baxılmışdır 30 noyabr 2013-cü il.

 335
QARABAĞ 
   
99 SUALDA
Seyidova, Sevinc, “Ermənilərin Qafqaza köçürülməsi siyasəti “erməni məsələsi”nin tərkib 
hissəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən biri 
kimi”, 
Pedaqoji Universitet Xəbərləri-humanitar elmlər bölməsi (2013), № 1.
Seyidova, Sevinc, “Ermənilərin mənşəyi və tarixinə dair”, 
Bakı Universitetinin Xəbərləri: 
Humanitar elmlər seriyası, №3.
SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı (Bakı, 
1925).
“Stepanakert”, 
Sovet Ensiklopediyası, C. IX (Bakı, 1986).
Süleymanaov, Mehman, “Qafqaz İslam Ordusunun diğər fəaliyyətləri və missiyasının sona 
çatması”, a.k.ə. Süleymanaov, Mehman və Rıhtım, Mehmet red., (2008).
Süleymanov, Mehman, 
Qafqaz İslam Ordusu və Azərbaycan (Bakı, 1999).
Süleymanov, Mehman, 
Qafqaz İslam Ordusu və Azərbaycan (Bakı, 1999). 
SSRİ Kostitusiyası, 1936. 
SSRİ Kostitusiyası, 1977.
“Şuşa”, 
Azərbaycan Sovet Ensiklopediyası, C. X (Bakı, 1987).
T.H., Nəcəfli, “XV-XVII yüzillik lər də Qarabağın ictimai-siyasi həyatı” Yılmaz, Reha, red., 
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010).
Təkləli, Minaxanam, 
Türk kitabı: unudulan tarix dəyişdirilən adlar (Bakı, Qafqaz Universi-
teti nəşri, 2009).
“Türkmənçay müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, Kərim, red., (2009).
Vaqif, Molla Pənah,
 Əsərləri (Bakı, 1960).
Veliçko, Vasil Lvoviç, 
Qafqaz: Rus işi və tayfalar arası məsələlər (tərcümə edən: Vasif Quli-
yev) (Bakı, Azərbaycan nəşriyyatı, 1995).  
Yaqub Mahmudov və başqaları, 
İrəvan Xanlığı: Rusiya işğalı və ermənilərin Şimali 
Azərbaycan torpaqlarına köçürülməsi (Bakı, 2010).
“17 Noyabr Milli Dirçəliş Günü”; (http://president.az/azerbaijan/holidays/#17). Baxıl-
mışdır 30 noyabr 2013-cü il.

 336
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin