85. Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın mövqeyi necədir?
Bir qayda olaraq, münaqişələrin həlli prosesində münaqişə tərəflərinin
mövqeyi onların bu münaqişədə oynadığı rola görə formalaşır. Xüsusilə
də ərazi münaqişələrində münaqişə tərəfləri təcavüzkar və təcavüz qurbanı
və ya zərər çəkmiş tərəf olaraq iki hissəyə bölünməlidir.
730
Dağlıq Qarabağ
münaqişəsində, Azərbaycan Ermənistanın təcavüzü nəticəsində zərər çəkib,
ərazisinin 20%-ni itirib; bir milyona qədər vətəndaşı məcburi köçkünə çev-
rilib; işğal olunmuş ərazilərin infrastrukturu dağılıb; iqtisadiyyata dəyən zi-
yan isə milyardlarla dollardır. Bu münaqişənin Azərbaycan tərəfindən rəsmi
müəyyən edilmiş arqumentləridir və münaqişənin həlli prosesində onun
mövqeyi münaqişənin müharibə mərhələsinin nəticəsində meydana gələn
reallığa əsaslanır.
Böyük itkilərə baxmayaraq, məsələnin həlli prosesinin ilkin
mərhələsindən Azərbaycan münaqişənin həllində yalnız sülhməramlı
vasitələrdən istifadə etmək niyyətini nümayiş etdirərək son iyirmi
il ərzində Azərbaycan ATƏT-in Minsk qrupu tərəfindən qəbul edil-
miş prinsiplərə sadiq qalıb. Azərbaycan münaqişənin “əsas” tərəfi kimi
ATƏT-in Minsk qrupu tərəfindən yaradılmış sülh formatına qoşularaq
münaqişənin həllində konstruktiv mövqe göstərib.
Azərbaycan hökumətinin rəsmi strategiyası bütün işğal olunmuş
əraziləri azad etmək, məcburi köçkün düşmüş adamları öz torpaqlarına
730 Dinstein, Yoram, War, Aggression and Self-Defence (Cambridge University Press, 2003), p. 106.
294
QARABAĞ
99 SUALDA
qaytarmaq və yalnız Dağlıq Qarabağ regio-
nunda deyil, eləcə də Cənubi Qafqazda da-
vamlı sülhü və sabitliyi bərqərar etməkdir.
731
Münaqişənin dövlətlərin ərazi bütövlüyünə
hörmət prinsiplərinə əsaslanaraq həll olun-
masını tələb edən Azərbaycan işğal olunmuş
Azərbaycan rayonlarının heç birinin güzəşt
edilməyəcəyini dəfələrlə vurğulamışdır.
732
Azərbaycan inanır ki, Dağlıq Qaraba-
ğın statusu məsələnin həll prosesində son
mərhələdir və sülh şəraitində, vilayətin bütün əhalisinin birbaşa, tam və
bərabər iştirakı ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən
edilməlidir.
733
Danışıqlar prosesinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin
final mərhələsinə qədər, Dağlıq Qarabağın özünüidarə ilə bağlı statusu-
nun müzakirə prosesinə nail olmaq üçün bir sıra addımlar atılmalıdır.
Bu baxımdan, rəsmi Bakı aşağıdakı addımları təklif edir: ilk növbədə,
müəyyən vaxt çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılmalıdır.
734
İkincisi, regionda müharibəyə
qədərki demoqrafik vəziyyəti bərpa etmək üçün qaçqın və məcburi
köçkünlərin öz doğma torpaqlarına qaytarılması həyata keçirilməlidir.
Üçüncüsü, Dağlıq Qarabağın yekun statusu müəyyən olunana qədər
Azərbaycan hökuməti ilə erməni icmasının yerli hakimiyyət orqanla-
rı arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Dördüncüsü, icmaların dinc
və yanaşı yaşaması üçün əlverişli şərait təmin etmək üçün erməni ic-
ması ilə Azərbaycanın yerli hakimiyyət orqanları arasında rabitə və iq-
tisadi əlaqələr bərpa olunmalıdır.
735
Beşincisi, tərəflər arasında təhsil
731 “Position of Azerbaijan towards the Conflict Settlement”, Embassy of Republic of Azerbaijan to
Jordan; (http://www.azembassyjo.org/ConentPages/Contents.aspx?menuid=177&entryid=146). Accessed
on December 30, 2013.
732 “Settlement of Karabakh conflict is most important issue for Azerbaijan-Aliyev”, NEWS.AZ, 21
March 2011; (http://www.news.az/articles/politics/33268). Accessed on December 30, 2013.
733 a.k.ə. “Position of Azerbaijan towards the Confl ict Settlement”.
a.k.ə. “Position of Azerbaijan towards the Conflict Settlement”.
734 a.k.ə. “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”
.
735 “Official position of the Republic of Azerbaijan on conflict”, Garabagh.net; (http://garabagh.net/
content_178_en.html#sthash.U0lczP88.dpuf).Accessed on 30 December, 2013.
Münaqişənin dövlətlərin
ərazi bütövlüyünə hörmət
prinsiplərinə əsaslanaraq
həll olunmasını tələb edən
Azərbaycan işğal olunmuş
Azərbaycan rayonlarının heç
birinin güzəşt edilməyəcəyini
dəfələrlə vurğulamışdır.
295
QARABAĞ
99 SUALDA
və dözümlülük proqramları vasitəsilə humanitar əməkdaşlıq həyata
keçirilməlidir. Bu mərhələlər həyata keçirildikdən sonra Dağlıq Qara-
bağ vilayətinin hüquqi statusunun müəyyən edilməsi barədə danışıqla-
ra başlanmalıdır. Belə ki, Azərbaycanın münaqişəni diplomatik səylərlə
həllinə yönəldilmiş rəsmi mövqeyi hələ ki, dəyişməz olaraq qalır, lakin
artan hərbi büdcə, sürətlə silahlanma, milli müdafiə sənayesinin inkişa-
fı və yüksək vəzifəli şəxslərin intensiv şəkildə müharibə ilə bağlı ritorik
çıxışları bu dövlətin hər hansı yolla olursa-olsun münaqişəni həll etmək
niyyətinin ciddiliyini göstərir.
86. Dağlıq Qarabağın Azərbaycan İcması nədir?
Bir təşkilat olaraq Dağlıq Qarabağın Azərbaycan İcması (DQAİ) rəsmi
olaraq 1992-ci il martın 24-də keçirilmiş ATƏM Şurasının Helsinki Əlavə
Görüşü zamanı qəbul edilmiş sənədin 9-cu maddəsinə uyğun olaraq
qəbul edilib. Sənədə əsasən, DQAİ Dağlıq Qarabağ erməniləri ilə yanaşı,
münaqişənin “maraqlı” tərəflərindən biri kimi tanınıb.
736
Beləliklə, 1992-ci
ildən bəri İcma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT
tərəfindən təşkil edilən bir neçə görüşdə iştirak edərək danışıqlar prosesində
Azərbaycan Respublikası ilə birlikdə Dağlıq Qarabağın azərbaycanlı
icmasının maraqlarını təmsil edib. Köçkün düşmüş Şuşa rayonu icra
hakimiyyətinin başçısı, DQAİ lideri statusunu özündə saxlayır.
737
2006-cı
ildə İcma Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai
birlik kimi qeydiyyata alınmış və “Dağlıq Qarabağın Azərbaycanlı İcması
İctimai Birliyi” kimi tanınmağa başlamışdır. Cəmiyyətin 2009-cu ildə keçi-
rilmiş I Qurultayı tərəfindən qərara alındığı kimi ictimai birliyin tərkibində
yenidən təşkilatlanma nəticəsində təşkilatın adı Azərbaycan Respublikası-
nın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına dəyişdirilmişdir.
İctimai birlik könüllülərin üzvlüyünə əsaslanan qeyri-kommersiya
təşkilatıdır. 65 min üzvü olan icma keçmiş DQMV-nin Azərbaycan icma-
736 “Article 9”, Helsinki Additional Meeting of the CSCE Council, 24 March 1992; (http://www.osce.
org/mc/29121). Accessed on December 30, 2013.
737 Huesynbala, A., “Leadership of Nagorno-Karabakh’s Azerbaijani community meets with OSCE chairman”,
Trend, 2 July 2009, (http://en.trend.az/news/karabakh/1497604.html). Accessed on December 30, 2013.
296
QARABAĞ
99 SUALDA
sını deyil, eləcə də Azərbaycanın işğal olun-
muş ərazilərindən bütün məcburi köçkünləri
təmsil edir. Onun fəaliyyəti ölkənin bütün
ərazisini əhatə edir. Birliyin təşkilati və inziba-
ti strukturunun əsas orqanları İcmanın qurul-
tayı, İcra (İnzibati) Şurası və Əlaqələndirmə
Şurasıdır.
738
İcmanın əsas məqsədləri aşağı-
dakılardır: Azərbaycanın ərazi bütövlüyünün
bərpasına yardım; məcburi köçkünlərin öz
torpaqlarına qayıtması; və mədəni irsin və
məcburi köçkünlərin hüquqlarının müdafiəsi. Bundan əlavə, Birliyin digər
vəzifələrindən biri müxtəlif tədbirlər, görüşlər və Birlik üzvlərinin fəallığını
artırmaq məqsədilə Dağlıq Qarabağ məsələləri ilə bağlı bir sıra digər
tədbirlər təşkil etməkdir.
739
DQAİ-nin öz fəaliyyətini gücləndirdiyi bir zamanda münaqişənin
həllində tutduğu mövqeyinə görə Azərbaycan hökuməti danışıqlar
prosesində icmanın iştirakını lazım bilmir. Azərbaycan belə hesab edir ki,
Azərbaycan və erməni icmaları danışıqların bu mərhələsində məsələnin həlli
prosesinə cəlb olunsalar mövcud format pozulacaq. Lakin, Azərbaycan sülh
yaratma prosesinin sonrakı mərhələlərində, xüsusilə də “Əsas prinsiplər”
üzrə razılıq əldə olunduqdan sonra Dağlıq Qarabağın hər iki icmasının işti-
rakının mümkünlüyünü də istisna etmir.
740
87. Azərbaycanın təklif etdiyi Dağlıq Qarabağın yüksək
muxtariyyət statusu nəyi nəzərdə tutur?
Dağlıq Qarabağın gələcək statusu münaqişə tərəfləri arasında danışıq-
lar prosesinin ən vacib məsələlərindən biri olmuşdur. Ermənistan və qon-
738 “Article 6”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh
region of Azerbaijan Republic.
739 “Article 2”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh
region of Azerbaijan Republic.
740 a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
İcmanın əsas məqsədləri
aşağıdakılardır: Azərbaycanın
ərazi bütövlüyünün
bərpasına yardım; məcburi
köçkünlərin öz torpaqlarına
qayıtması; və mədəni irsin
və məcburi köçkünlərin
hüquqlarının müdafiəsi.
297
QARABAĞ
99 SUALDA
darma “Dağlıq Qarabağ Respublika”ı tam
müstəqillik
741
tələb etdiyi halda, Azərbaycan
tərəfi mübahisənin ölkənin ərazi sərhədləri
daxilində həll olunmasında israrlıdır.
742
Bundan əlavə, Ermənistan Dağlıq Qa-
rabağın müstəqilliyi iddiasından imtina
etdiyi təqdirdə Azərbaycan Dağlıq Qara-
bağ ermənilərinə təcrübədə mövcud olan
yüksək muxtariyyət statusu verməyə hazır
olduğunu bəyan edib.
743
Lakin, Azərbaycan
rəsmiləri ən yüksək muxtariyyət statusuna aydınlıq gətirməyiblər.
Azərbaycan Respublikasının Konstitusiyası Dağlıq Qarabağa gü-
man edilən muxtariyyət verilməsi üçün başlıca hüquqi əsas olmalıdır.
Həqiqətən, Azərbaycan Respublikasının Konstitusiyası etnik, dini və si-
yasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər im-
kanlar verir.
744
Bundan başqa, Konstitusiya dini azadlığa və azlıqların öz
dilindən istifadə etməsini təmin edir. Həqiqətən, Azərbaycan Konstitusi-
yası etnik azlıqların hüquqlarının qorunması üçün qanunvericilik bazası-
nın mövcudluğunu sübut edir.
Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsinin mümkün
versiyası barədə düşünmək üçün xüsusi muxtariyyət statusunun mövcud
olduğu və bu təcrübələrin digər məsələlər üçün presedent kimi istifadə
edilə biləcəyi halları təhlil etmək vacibdir.
Yüksək muxtariyyət statusu haqqında ümumi beynəlxalq qaydalar
mövcud olmasa da, təcrübədə elə müxtəlif hallar var ki, bunlar yüksək
muxtariyyət statusuna malik qurumlar kimi müəyyən edilməlidirlər.
Məsələn, Tatarıstan, Başqırdıstan, Cənubi Tirol (Avstriyada), Honkong və
741 “Position of Armenia on Nagorno-Karabakh conflict”, Ministry of Foreign Affairs of the republic of
Armenia; (http://www.mfa.am/en/artsakh/#a5). Accessed on December 31, 2013.
742 “Settlement of Karabakh conflict is most important issue for Azerbaijan-Aliyev”, NEWS.AZ, 21
March 2011; (http://www.news.az/articles/politics/33268). Accessed on December 30, 2013.
743 “Head of State Committee: After solving Nagorno-Karabakh conflict Armenians can become
Azerbaijani equal citizens”, Trend, (http://en.trend.az/news/karabakh/2186913.html). Accessed on
December 31, 2013.
744 “Article 24”, The Constitution of Azerbaijan Republic.
Ermənistan Dağlıq
Qarabağın müstəqilliyi
iddiasından imtina etdiyi
təqdirdə Azərbaycan Dağlıq
Qarabağ ermənilərinə
təcrübədə mövcud olan
yüksək muxtariyyət statusu
verməyə hazır olduğunu
bəyan edib.
298
QARABAĞ
99 SUALDA
s. Lakin əslində, bu hallar da bir-birindən fərqlidirlər; Buna baxmayaraq,
onları təhlil edərək Dağlıq Qarabağ münaqişəsi kimi digər məsələlər üçün
presedent hesab edilə biləcək yüksək muxtariyyət statusunun ümumi
cəhətlərini ümumiləşdirmək mümkündür. Əslində, muxtariyyət statusu
əksər hallarda beynəlxalq müqavilələr və onların metropoliyalarının Kons-
titusiyası ilə təmin olunur; muxtariyyət ərazisində ikili dövlət dili fəaliyyət
göstərir; qanunvericilik, icra və məhkəmə məsələlərində mərkəzdən daha
az asılılıq var; muxtariyyətlərin öz dövlət rəmzləri var; təhsil sistemində
etnik dil üstünlük təşkil edir; maliyyə azadlığı mərkəzi hökumətin xü-
susi razılığı olmadan büdcəni xərcləmək imkanı verir; bu qurumların
bəzisinin öz polis sistemi var; və beynəlxalq idman turnirlərində onlar
mərkəzi hökumətdən artıq öz muxtariyyətlərini təmsil etmək hüquqları
var. Aydındır ki, bütün bu güzəştlər yüksək statuslu muxtariyyətlər üçün
ümumi xarakter daşımır. Çünki, onların öz xüsusiyyətləri, məsələn, tari-
xi hadisələr, etnikliyin saxlanılması, coğrafi cəhətdən yerləşməsi və s. var
ki, bu da qurumun xüsusi status qazanmasına təsir göstərir. Buna görə də,
Dağlıq Qarabağ üçün bu modellərin birini seçmək çətindir. Bu səbəbdən
qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası Dağ-
lıq Qarabağın gələcək statusu üçün başlıca hüquqi əsasdır. Dağlıq Qara-
bağın statusu ya beynəlxalq müqavilələr ya da Azərbaycan Respublikası
Konstitusiyası ilə təmin edilə bilər. Mərkəzi hökumətlə muxtariyyət ara-
sında münasibətlər müəyyənləşdirilən zaman Dağlıq Qarabağ ilə daha ox-
şar müxtəlif halların mövcud qaydalarından istifadə etmək mümkündür.
88. Münaqişənin həllində Ermənistanın
mövqeyi necədir?
Ermənistan həmişə Dağlıq Qarabağ münaqişəsində özünün iştira-
kını Dağlıq Qarabağ ermənilərinin hüquqlarının qorunması və onların
təhlükəsizliyinin təmin edilməsilə bağlı olduğunu sübut etməyə çalışır.
Lakin münaqişənin lap erkən mərhələlərindən Ermənistan müharibə
vəziyyətinin daha da inkişafında mühüm rol oynamış və Ermənistanın
299
QARABAĞ
99 SUALDA
bütün Azərbaycanlı əhalisini zorla yurd-
yuvalarını tərk etməyə məcbur etmişdir.
Eyni zamanda, bu ölkənin Ali Soveti də Dağ-
lıq Qarabağın Ermənistanla birləşməsinə
dair qətnamə qəbul etmişdir.
745
Müharibə
başladıqdan sonra Ermənistan münaqişə
ərazilərinə hərbi hücuma keçərək Rusiya-
nın dəstəyi ilə təkcə Dağlıq Qarabağı deyil,
həm də Azərbaycanın yeddi qonşu rayonu-
nu da işğal etdi. Hal-hazırda, Ermənistan
münaqişənin əsas tərəflərindən biri kimi
tanınır və sülh danışıqlarında Dağlıq Qara-
bağın erməni icmasını təmsil edir.
746
Münaqişənin həlli ilə bağlı Ermənistanın
hazırkı rəsmi mövqeyi aşağıdakılara
əsaslanır: münaqişənin həlli Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını
təyinetmə hüquqları əsasında olmalıdır; Ermənistanın yurisdiksiyası al-
tında olub Dağlıq Qarabağı birləşdirən birbaşa ərazi; və Dağlıq Qarabağın
təhlükəsizliyi beynəlxalq zəmanət əsasında olmalıdır.
747
Bu baxımdan, Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil
Azərbaycanın bir hissəsi kimi tanınmadığını və Azərbaycanın Dağlıq Qa-
rabağ regionunda suverenlik haqqını tələb etmək üçün heç bir hüquqi,
siyasi və mənəvi əsasının olmadığını iddia edir. O, beynəlxalq hüququn
əsas prinsiplərinin və keçmiş Sovet qanunvericiliyinin də Dağlıq Qarabağ
əhalisinin tam müstəqillik şəklində öz müqəddəratını təyinetməsi üçün
zəmin olduğuna inanır.
748
Buna görə də, Ermənistan regionunun hüquqi
statusunun əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ vilayətində
keçiriləcək referendum yolu ilə müəyyən olunmasında təkid edir.
749
745 a.k.ə. Fraser, Niall M., et al. (1990), p. 659.
746 a.k.ə. Baguirov, Adil. (2008), p. 10.
747 a.k.ə. “Position of Armenia on Nagorno-Karabakh conflict”.
748 a.k.ə. Avakian, Shahen (2010), p. 25.
749 “Displacement and Status in the Nagorno Karabakh Conflict”, Chatham House: Russia and Eurasia
Meeting Summary, 21 November 2012; (http://www.chathamhouse.org/events/view/187101). Accessed
on December 31, 2013.
Münaqişənin həlli ilə bağlı
Ermənistanın hazırkı rəsmi
mövqeyi aşağıdakılara
əsaslanır: münaqişənin həlli
Dağlıq Qarabağ əhalisinin
öz müqəddəratını təyinetmə
hüquqları əsasında olmalıdır;
Ermənistanın yurisdiksiyası
altında olub Dağlıq Qarabağı
birləşdirən birbaşa ərazi;
və Dağlıq Qarabağın
təhlükəsizliyi beynəlxalq
zəmanət əsasında olmalıdır.
300
QARABAĞ
99 SUALDA
Bundan əlavə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək məqsədi
ilə Ermənistan öz yurisdiksiyası altında olan Dağlıq Qarabağla Ermənistan
arasında əlaqə yaradacaq ərazi – birbaşa dəhliz tələb edir. Bu mənada,
Dağlıq Qarabağ ərazisindən xaricdə yerləşən Azərbaycanın işğal olunmuş
iki rayonu Laçın və Kəlbəcər mümkün olan dəhliz hesab edilir.
750
Bundan
başqa, Ermənistan onu Dağlıq Qarabağ ilə birləşdirən yeganə yol oldu-
ğundan Laçın dəhlizi barədə iddialarından heç vaxt imtina etməyəcəyində
israrlıdır və 1994-cü ildən başlayaraq regionda öz mövcudluğunu
gücləndirmək üçün maliyyə yardımı söz verməklə Ermənistandan və dün-
yanın digər yerlərindən erməni ailələri bura köçürülərək Laçın rayonunu
məskunlaşdırmağa başlamışdır.
751
Ermənistan rəsmən bunun münaqişənin sülh yolu ilə həll edilməsi
xeyrinə olduğunu elan etməsinə baxmayaraq, ölkə hələ də büdcənin artırıl-
ması və yeni silahlar alınması ilə hərbi arsenalının genişləndirilməsi hesa-
bına hərbi potensialını gücləndirməkdə davam edir. Müharibənin birinci
mərhələsinin nəticələrinin eyforiyası altında olan Ermənistan Qarabağda
yeni müharibə başlanacağı halda ölkənin özünü Azərbaycanın istənilən
hücumlarından müdafiə etmək üçün kifayət qədər hazır olduğuna inanır.
Ermənistanda kilsə ilə ordu əhali arasında ən etibarlı təşkilatlardır və bu
ordunun regionda ən güclü ordu olduğuna bir inam var.
752
Bu səbəbdən
də, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyi bu
ölkənin qondarma (saxta) qələbəsi ilə sona çatmış müharibənin birinci
mərhələsinin reallığı ilə formalaşır.
89. Ermənistan nə üçün Qondarma
“Dağlıq Qarabağ Respublikasını” tanımır?
Dağlıq Qarabağın Ermənistana birləşmək tələbinin nəticəsi olaraq
Ermənistan Ali Soveti qonşu İttifaq dövlətinin, Azərbaycanın muxtar
750 Poghosyan, Tevan, The Armenian ENP and Conflict Resolution in Nagorno Karabagh (Crisis
Management Initiative, 2009), p. 15.
751 “Petition for Lachin (lifeline corridor between Karabakh and Armenia)”, Coalition in Support of
Kashatagh; (http://www.azad-hye.net/news/viewnews.asp?newsId=660sdk79). Accessed on December
31, 2013.
752 a.k.ə. Poghosyan, Tevan (2009), p. 13.
301
QARABAĞ
99 SUALDA
vilayətiylə birləşməsini təsdiq edən qətnamə
qəbul etdi.
753
Münaqişənin güclənməsindən
sonra Ermənistan ilə birləşmə barədə çı-
xışlar dayandırıldı və 1992-ci ildə qon-
darma “Dağlıq Qarabağ Respublikası” öz
müstəqilliyini elan etdi.
754
Lakin bu indiyə
kimi Ermənistan da daxil olmaqla hər hansı
bir suveren ölkə tərəfindən tanınmayıb.
Əslində, Ermənistan qondarma “Dağ-
lıq Qarabağ Respublikası”nı
de jure tanı-
mır, lakin bu tanınmamış respublika ilə de
-fakto əlaqələr yüksək səviyyədə davam
edir. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ilk nümayəndəliyi
İrəvanda açılıb və Ermənistanın da Xankəndidə nümayəndəliyi var.
755
Tərəflər arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 100-dən
çox saziş imzalanıb.
756
Ermənistan heç bir beynəlxalq qanunvericiliyə
əsaslanmadan
757
vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərir və qon-
darma respublikanın dövlət büdcəsi əsasən qohum dövlət tərəfindən
təmin edilir.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan tərəfindən
tanınması erməni cəmiyyətində geniş müzakirə olunan məsələdir. Həmişə
məclis üzvlərinin səs çoxluğu ilə rədd edilməsinə baxmayaraq qondar-
ma dövlətin tanınması məsələsi vaxtaşırı bu dövlətin Parlamentinin
gündəliyində olub.
758
Bundan başqa, ölkənin prezidenti Serj Sarkisyan da
753 a.k.ə. Fraser, Niall M., et al. (1990), p. 659.
754 “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”, The Office
of the Nagorno Karabakh Republic in the USA, 2 September 1991; (http://www.nkrusa.org/nk_conflict/
declaration_independence.shtml). Accessed on December 31, 2013.
755 “Permanent Representation”, Ministry of Foreign Affairs of “NKR”; (http://www.nkr.am/en/
permanent-representations/104/). Accessed on December 31, 2013.
756 “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage”, 12 November 2013; (http://www.
panorama.am/en/politics/2013/11/12/shavarsh-qocharyan/). Accessed on December 31, 2013.
757 Najafov, Farhad R., “Examining Armenian-Azerbaijani Territorial Relations and Self-
Determination”, International Policy Digest, November 2013; (http://www.internationalpolicydigest.
org/2013/11/11/examining-armenian-azerbaijani-territorial-relations-self-determination/). Accessed on
January 1, 2014.
758 “Armenian MP calls on parliament to recognize Nagorno-Karabakh”, tert.am, 22 October 2013;
(http://www.tert.am/en/news/2013/10/22/zaruhi5/). Accessed on January 1, 2014.
Qondarma respublikanın
müstəqilliyini tanıyan ilk
suveren dövlət olmaq
Ermənistanın maraqları
çərçivəsində deyil. Lakin, bu
da istisna deyil ki, qondarma
respublıkanın müstəqilliyi
başqa bir ölkə tərəfindən
tanınandan sonra Ermənistan
öz qərarını yubatmayacaq.
302
QARABAĞ
99 SUALDA
Azərbaycanla danışıqların davam etdiyi halda onların qondarma “Dağlıq
Qarabağ Respublikası”nın müstəqilliyini tanımayacağını bildirmişdi.
759
Ermənistanın qondarma respublikanın müstəqilliyini de-yure tanımama-
sının digər səbəbləri ola bilər.
İlk növbədə, Ermənistan özünü qonşu dövlətdən ərazisi tələb edən
bir tərəf kimi deyil, qohum etnik qrupun hüquqlarının qorunmasında
maraqlı olan bir dövlət hesab edir. Bu halda, qondarma “Dağlıq Qara-
bağ Respublikası”nın müstəqilliyinin Ermənistan tərəfindən tanınması
münaqişədə onun roluna etiraz olunacaq və ölkə beynəlxalq ictimaiyyət
tərəfindən təzyiqlə üzləşə bilər. Buna görə də, qondarma respublikanın
müstəqilliyini tanıyan ilk suveren dövlət olmaq Ermənistanın maraqları
çərçivəsində deyil. Lakin, bu da istisna deyil ki, qondarma respublıkanın
müstəqilliyi başqa bir ölkə tərəfindən tanınandan sonra Ermənistan öz
qərarını yubatmayacaq.
İkincisi, Ermənistan rəsmiləri qondarma respublikanın tanınma-
sı ilə Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçi rolundan imti-
na edəcəyini və hətta danışıqları dayandıracağını
760
və bunun sülh üçün
təhlükənin artmasına səbəb olacağına inanır. Həmçinin qondarma “Dağ-
lıq Qarabağ Respublikası”nın tanınması Azərbaycanı daha da radikallaş-
dıracaq ki, sonda o təkcə qondarma respublikaya qarşı yox, eyni zamanda
Ermənistana da qarşı müharibəyə başlayacaq .
761
Dostları ilə paylaş: |