2. Qarabağın qədim insan məskəni olmasını və
tarixinin ibtidai icma quruluşundan başlanmasını
hansı tarixi faktlar sübut edir?
Tarixi Şimali Azərbaycanın, yəni müasir Azərbaycan Res-
publikası ərazisinin sistemli elmi-arxeoloji öyrənilməsinə sovet
hakimiyyətinin ilk illərində başlanılmışdır. XX əsrin 20-ci illərindən
xüsusi yaradılmış tarixi-arxeoloji struktur - “Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyəti” Azərbaycanın qədim abidələrinin tədqiqinə fəal
surətdə qoşulmuş və qısa müddət ərzində gərgin zəhmətin nəticəsi
olaraq Azərbaycan tarixşünaslıq elmini müxtəlif tarixi dövrlərə dair
dəyərli əsərlərlə zənginləşdirmişdi. Lakin ən başlıcası, o dövrdə baş-
lanılmış fəal arxeoloji ekspedisiyalar əyani şəkildə sübut etmişdilər
ki, əbəs yerə Azərbaycan ərazisi nəinki Qafqazda, ümumən bütün
dünyada ən qədim mədəniyyətlərin meydana gəlməsi və inkişafı
ocağı hesab edilmir. Sözügedən ekspedisiyaların rəhbəri akademik
13 Гейбуллаев Г.А., Топонимия Азербайджана (Баку, 1986), с. 145. Həmçinin bax; Piriyev V.Z.,
Azərbaycan XIII-XIV əsrlərdə (Bakı, 2003), s. 98.
14 a.k.ə. Mahmudov Y.M., və Şükürov K.K. (2009), s. 19.
17
QARABAĞ
99 SUALDA
İ. Meşaninovun etirafları bu baxımdan
böyük tarixi əhəmiyyətə malikdir. O, öz
mühakimələrində siyasi və ideoloji xü-
rufatları rəhbər tutan, habelə Azərbaycan
xalqına şəxsi qərəz bəsləyən, bu
səbəbdən də Azərbaycanın öz kökləri
ilə ulu keçmişə gedən fövqəladə zəngin
tarixini şübhə altına almaq istəyən hər
kəsə, “Azərbaycan - yeraltı muzey-
dir” sözləri ilə layiqli cavab vermiş oldu.
15
Sonrakı tədqiqatlar, qa-
zıntılar və tapıntılar öz növbəsində elmi-ictimai mühitdə həqiqəti
təsdiq etmişdir. Bu yeraltı muzeyin ən dəyərli incilərinin saxlanıl-
dığı xəzinəsi füsunkar təbiətə və son dərəcə zəngin mədəniyyət
ənənələrinə malik olan Azərbaycanın tarixi vilayəti Qarabağdır.
Məlum məsələdir ki, kiçik bir sual çərçivəsində Qarabağın bütün ar-
xeoloji mədəniyyətlərini işıqlandırmaq mümkün deyildir, lakin əsas
faktları nəzərdən keçirməyə dəyər. Xronoloji ardıcıllıq üzrə Azıx
mağarasından başlamaq istərdik.
Bu qədim insan sığınacağı görkəmli Azərbaycan arxeoloqu
Məmmədəli Hüseynov tərəfindən 1960-cı ildə Qarabağın Füzuli ra-
yonunun Quruçay vadisində kəşf edilmiş və sonrakı illərdə tarixçi
və geoloqlar tərəfindən hərtərəfli və ciddi şəkildə tədqiq olunmuş-
dur. Nəticədə alimlər müəyyən etmişlər ki, Azıx mağarasının hün-
dürlüyü 1000 metrdir və dərənin şərq sıldırım yamacında meridian
istiqamətdə onun dibindən 30-50 metr hündürlükdə, qərbə doğru
Yuxarı Yura dövrü (təxminən 145 mln. il əvvələ qədər) əhəngdaşları
pərvazlarında (karnizlərində) yerləşir
16
Həmçinin mağaranın
kəsilmələri təsbit edilmiş və təbəqələrinin geomorfoloji səciyyəsi
verilmişdir: “Azıx mağarasındakı arxeoloji tapıntılar erkən aşel (100
15 Гаджиев, Г., Аббасов. В., “Историко-археологические исследования Гаргарчайского бассейна
Карабахской зоны Азербайджана”, Наследие (2007), №4-5, с.43.
16 Султанов, Р.Г., “Геологи ческое строение палеолитовых карстовых пещер Азыха и Таглара в
Нагорном Карабахе Азербайджана”, Материальная культура Азер байджана (Баку, 1974), Том VII,
c. 32.
Yeraltı muzeyin ən dəyərli
incilərinin saxlanıldığı
xəzinəsi füsunkar təbiətə
və son dərəcə zəngin
mədəniyyət ənənələrinə
malik olan Azərbaycanın
tarixi vilayəti Qarabağdır.
18
QARABAĞ
99 SUALDA
min il bundan əvvələ qədər sürmüş alt paleolitin ilkin dövrü)-mustye
dövrü (e.ə. 100-35 mininci illər) üçün səciyyəvidir (3-cü, 4-cü və 6-cı
təbəqələr), 10-cu təbəqədə isə eneolit (daş+mis dövrü, e.ə. VI-IV
minilliklər) tipli qalıqlar müəyyən edilmişdir. Beləliklə, Azıx mağa-
rasında ilk doqquz təbəqə bütün Xəzər layını (yarusunu) və Xvalın
layının alt mərtəbələrini əhatə edir”.
17
1968-ci ildə Azıx mağarası-
nın ərazisində çoxillik qazıntıların nəticəsində qadın çənəsinin fraq-
menti aşkar edilmişdir ki, alimlər onu preneardertal tipinə (350-400
min il öncə) aid etdilər: “Bu, güman ki, Fransanın qərbində, Totavel
düşərgəsində əldə edilmiş antropoloji tapıntılarla böyük bənzərliyə
malik kiçik boylu məxluq idi”.
18
Azərbaycan antropoloqu D. Hacı-
yev hesab edir ki, SSRİ ərazisində aşkar olunmuş analoji tapıntılar
arasında ən qədimi olan bu çənə 18-22 yaşlarında qadına mənsub
idi. Sonrakı qazıntı işləri gedişində Azıxın tədqiqatçıları ibtidai in-
sanın məişə tinə dair maddi əşyalarla yanaşı həmçinin çoxsaylı ton-
qal izləri də aşkar etmişlər. Arxeoloq Əsədulla Cəfərov azıxantrop
tərəfindən “süni tonqallardan” istifadə barəsində kifayət qədər ma-
raqlı fakt gətirir: mağaranın ən qədim sakinləri torpaq üzərində çox
da böyük olmayan əhəngdaşı divarla əhatəyə alınmış açıq çalada
tonqal qalayırdılar. Bu cür divarlardan birinin qalınlığı 30 sm. təşkil
edirdi. Tonqallar Azıx sakinlərini nəinki sərt qışdan mühafizə etmiş,
habelə ovun inkişafına təkan vermişdir.
19
İqrar Əliyevin fikrinə görə
isə “Azıx insanı olduqca erkən oda yiyələnmiş və onu uzun müddət
saxlamağı bacarmışdı. Od artıq paleolitin ən erkən mərhələlərindən
başlayaraq, bəşəriyyətin tarixində böyük rol oynamışdır. Azıxdakı
ilk tonqallar artıq bir neçə yüz min il əvvəl qalanmışdı”.
20
1972-ci ildə Azıx mağarası yenidən dünyanın elmi dairələrində
17 Султанов, Р. Д., “Геологическое строение Азыхской пещеры в долине р. Куручай”, Материалы
сессии, посвященной итогам археологических и этнографических исследований 1964 г. в СССР.
Тезисы докладов (Баку, 1965). Həmçinin bax; Ширинов, Н.Ш., “О геоморфологической датировке
возраста Азыхской пещерной стоянки палеолитического человека”, Материалы сессии, посвященной
итогам археологических и этнографических исследований 1964 г. в СССР (Баку, 1965).
18 Алиев, И.Г., Нагорный Карабах: история, факты, события (Баку, 1989), с. 7.
19 Cəfərov, Ə., Quruçay dərəsində (Bakı, 1990), ss. 31-34.
20 a.k.ə., Алиев (1989), c. 6.
19
QARABAĞ
99 SUALDA
qızğın müzakirə predmetnə çevrildi. Belə ki, bu mağaranın
dərinliklərində xəlvəti bir yerdə 3 ədəd mağara ayısının kəlləsi və
2 çənə sümüyü aşkar edilmişdir. Bu kəşf alimlərə belə bir ehtiamalı
irəli sürməyə əsas verdi ki, heyvanlara etiqad formasında dini dün-
yagörüşünün ilk rüşeymləri çox güman ki, təqribən 200-350 min il
öncə meydana gəlmişdir. Təəcüblüdür ki, bu saxlancın aşkar edil-
diyi yer mağaranın ən maraqlı və qeyri-adi guşəsidir. Mağaranın
sağ divarından irəli uzanmış iki qaya günəş şüalarının qarşısında
özünəməxsus təbii sipər yaradır ki, bunun da nəticəsində içəridə
daim zülmət hökm sürür. Alimlər hesab edirlər ki, yəqin bu cür,
xəlvəti və guşənişin bir şəraitdə Azıx sakinləri ayı kəlləsinə tapın-
mışlar; böyük ehtimalla, onlar ayıya müqəddəs heyvan kimi ya-
naşırdılar və mağaranın bu guşəsi kult səciyyəsi daşıyırdı.
21
İqrar
Əliyev də öz növbəsində hesab edir ki, “Ayı kəllələrindən birində
olan kərtiklər, şübhəsiz ki, hesab, habelə incəsənət ünsürləridir və
Azıx sakininin hansısa kosmoloji müşahidələrindən xəbər verir”.
22
Azərbaycan alimlərinin kəşfi qısa müddət ərzində dünya miqya-
sında şöhrət qazandı və xarici elm tərəfindən bəşəriyyətin ən qədim
tarixinin öyrənilməsində irəliyə doğru atılmış əhəmiyyətli addım
kimi səciyyələndirildi. O da təsadüfi deyildir ki, 1981-ci ilin dekab-
rın 8-də Parisdə açılmış “Avropanın ən qədim sakinləri” adlı sərgidə
bütün sovet eksponatlarından bircə Azıx tapıntılarına əlahiddə, ixti-
saslaşmış şöbə ayrılmışdı.
23
Belə bir fakt da vurğulanmalıdır ki, Azıx
mağarasının sakini, yəni azıxantrop “Avropanın ən qədim sakinləri”
adlanan arxeoloji xəritəyə də daxil edilmişdir. Azıx materiallarını
erməni tarixçilərinin özününküləşdirmək cəhdləri həmin materialla-
rın şübhəsiz ki böyük tarixi əhəmiyyətini təsdiq edən heç də az tutar-
lı dəlil deyil. Həmin materialların kəşfindən və beynəlxalq miqyas-
da tanınmasından illər ötdükdən sonra bəzi erməni alimlərinin Azıx
mədəniyyətinin qədim erməni mədəniyyətinə mənsubluğu haqqında
21 a.k.ə, Cəfərov (1990), s. 31-32.
22 a.k.ə., Алиев (1989), c. 7.
23 a.k.ə, Cəfərov (1990), s. 36.
20
QARABAĞ
99 SUALDA
haray-həşir qoparmaları faktının özü çox şeydən xəbər verir. La-
kin Ş.Mkrtçyan və S.Xanzadyanın irəli sürdükləri arqumentlər öz
absurdluğu ilə elm dünyasında sadəcə tənqid doğurdu ki, nəticədə
onların iddiaları hətta mövcud olma hüququnu belə itirdi. Məsələ
ondadır ki, Ş.Mkrtçyan özünün “Dağlıq Qarabağın tarixi və memar-
lıq abidələri” adlı əsərində (İrəvan, 1986) Azıx mağarasının ikinci
salonunda yerləşən və 2 milyon yaşı olan stalaqnat sütununu (karst
mağaralarında sızıntılı-damcılı xemogen çöküntünü) hamıya qədim
erməni qadınının heykəli kimi təqdim etməyə çalışmışdır. Müəllifin
fikrincə, hətta bu heykəlin geyimi müasir erməni qadınlarının
geyiminə bənzəyir.
24
Ədəbiyyatçı olan və arxeologiya, habelə geologiya haqqında ele-
mentar təsəvvürləri olmayan S.Xanzadyan isə “Avanqard” jurnalın-
da sözügedən kitab haqqında müsbət rəy dərc etməklə (5\1 1986-cı
il), öz soydaşını dəstəkləmişdi. Tarixi saxtalaşdırmaq və diletantca-
sına təfsir etmək cəhdləri özünün abırsızlığı ilə heyrət doğururdu.
Erməni müəllifinin erməni qadını kimi gördüyü “heykəl” həqiqətdə
əhəngdaşının su ilə qovuşması nəticəsində yaranmış sadəcə geoloji
törəmədir, və bu stalaqnat sütun əsla qadını xatırlatmır.
25
Yuxarıda artıq qeyd etdiyimiz kimi, Azərbaycan alimlərinin Qa-
rabağın Quruçay vadisində öz əhəmiyyətinə görə Azıxdan sonra
ikinci böyük kəşfi Quruçayın sol sahilində, Azıx mağarasının ya-
xınlıqlarında yerləşən Tağlar mağarasının aşkar edilməsi oldu. Azıx
və Tağlar mağaraları arasında məsafə 3 km-dir. 1960-cı ildə aşkar
edilmiş sözügedən mağara öz adını ondan bir kilometr aralı yerləşən
Tağlar kəndindən almışdır. Tağlar mağarasını birinci olaraq kəşf
edən Məmmədəli Hüseynov haqlı olaraq bu hadisəni bütünlükdə
Qafqaz arxeologiyası üçün ən mühüm arxeoloji səhifələrdən biri
hesab edir. Onun sözlərinə görə, buradakı, təbəqələrdən birincisi in-
kişaf etmiş mustye, ikincisi isə son mustye dövrünün materiallarını
ehtiva etməkdədir. O ki qaldı axırıncı təbəqəyə, o da ehtimal ki, üst
24 Karabağ Sorular ve Gerçekler (İstanbul, 2011), s. 16.
25 a.k.ə., Karabağ Sorular ve Gerçekler (2011), s. 39.
21
QARABAĞ
99 SUALDA
paleolitin (təqribən e.ə. 35-10-cu minilliklər) ən əvvəllərində əmələ
gəlmişdir.
26
Qazıntılar nəticəsində Tağlar mağarasının aşağı təbəqələrində
onurğalılar faunasının qalıqları, habelə çoxlu sayda daş əmək
alətləri aşkar edilmişdir. Onların arasında hazırlanması müəyyən
ustalıq tələb edən çoxsaylı daş məmulatları da var. İqrar Əliyevin
qeyd etdiyi kimi, Tağlar mağarasından tapılmış materiallar bu ma-
ğara sakinlərinin əmək əşyaları istehsalının bəsit formaları ilə tanış
olmaları haqqında, habelə onlarda təbiətin və ətraf mühitin ruhən
qavranılmasının inkişaf etməsi haqqında təsəvvürlər verir.
27
Qafqaz arxeologiyası üçün müstəsna əhəmiyyət kəsb edən bu iki
mağaradan əlavə Qarabağ ərazisində digər mağaralar da kəşf edil-
mişdir; onlar yaşca kiçik olsalar da, öyrənilmək üçün zəngin materi-
ala malikdirlər. Hələ XX əsrin 40-cı illərində Azərbaycan arxeoloqu
İ.M. Cəfərov yerli əhalinin qədim etiqadlarının öyrənilməsində on-
ların əhəmiyyətini qeyd etmişdir, belə ki, bu mağaraların əksəriyyəti
kult səciyyəlidir: “Qubadlı rayonunda çoxlu mağara var. Süni mağa-
ralardan fərqli olaraq, burada onları “kaha” adlandırırlar, məsələn,
Əliquluuşağı kəndinin yaxınlarında yerləşən “Ağ kaha”, “Qara
kaha” kimi. Azərbaycanda onlar yerli əhali tərəfindən etiqad yerləri
kimi ehtirama layiq görülürdülər: ibadət üçün bura gələn ətraf
kəndlərin sakinləri özləri ilə bərabər müxtəlif azuqə, yemək sovqat-
ları gətirirdilər.
28
Füzuli rayon mərkəzinin girişində yerləşən Qarabağın unikal
arxeoloji abidəsində – Qaraköpəktəpədə tapıntılar aşkar edilənə
kimi Qarabağda mezolit (təqribən e.ə. X-VIII minilliklər) dövrü-
nün öyrənilməsində ciddi boşluqlar mövcud idi. Qarabağın qədim
dövrünü öyrənən tarixçilərə Tağlar mağarasından birbaşa eneo-
lit çağına keçmək lazım gəlirdi. Lakin XX əsrin 60-cı illərində
26 Hüseynov, M., “Tağlar mağarasında paleolit düşərgəsi haqqında”, Материальная культура
Азербайджана (Баку, 1974), Том VII. s.11-19.
27 a.k.ə., Алиев (1989), cc. 7-8.
28 Джафаров, И.М., “Следы древней культуры человека на территории Азербайджана”, Сборник
статей по истории Азербайджана. Выпуск I. (Баку, 1949), с. 20.
22
QARABAĞ
99 SUALDA
Qaraköpəktəpədə başlanılmış stasionar qazıntılar müəyyən dərəcədə
bu boşluğu doldurmağa imkan verdi, həmçinin Azərbaycan arxe-
ologiyasını əhəmiyyətli şəkildə zənginləşdirdi. Bu abidənin fəal
tədqiqatçılarından biri, Azərbaycan tarixçisi Qüdrət İsmayılzadə
müxtəlif illərdə Qaraköpəktəpə ərazisində tapılmş materialları
səciyyələndirərkən, onların mənsubluğunu ulu keçmişdən başla-
yaraq son orta əsrlərə qədər müxtəlif dövrlərə aid edir ki, bunu da
mezolitdən (e.ə. X-VIII minilliklər) son orta əsrlərədək (XVIII əsr)
böyük zaman kəsimində müqayisə etmək və xronoloji cəhətdən
dəqiq dövrləşdirmək mümkündür. Bu arxeoloji qazıntıların materi-
alları bizə söyləməyə imkan verir ki, burada qədim insanın coşqun
həyatı mezolit dövründən etibarən çağlayırdı. Sonrakı dönəmlərdə
Qaraköpəktəpə nəinki Qarabağ və Azərbaycan, bütünlükdə Qaf-
qaz ərazisində canlı yaşayış məskənlərindən biri idi. Antik çağlar-
da Qaraköpəktəpə Qafqaz Albaniyasının mədəni və sosial-iqtisadi
həyatı ilə bilavasitə bağlı idi. Nəfis saxsı məmulatları, xüsusən də
boyalı keramika əşyaları qədim Qarabağ sənətkarlarının yüksək us-
talığının nəticəsidir və bu bölgədə sənətkarlığın və ilkin incəsənət
formalarının yetərincə yüksək inkişaf səviyyəsindən xəbər verir. Q.
İsmayılzadə qeyd edir ki, Qaraköpəktəpə mədəniy yəti Vətən arxe-
ologiyası üçün həm də ona görə unikaldır ki, oradakı küp qəbirlər
dövrünə aid yaşayış məskəninin qalıqlarının kəşf edilməsi Azərbay-
canda bu qəbildən ilk kəşfdir.
29
Tünc əsri və dəmir dövrü Qarabağ bölgəsiniin arxeologiyası
üçün müstəsna əhəmiyyətə malikdir. Yuxarıda haqqında bəhs etdi-
yimiz Qaraköpəktəpədən başqa çoxsaylı qəbirlər, habelə bölgənin
müxtəlif yerlərində aşkar edilmiş müxtəlif növ tapıntılar bu fak-
tı təkzibolunmaz surətdə təsdiqləyir. XX əsrin 30-cu illərindən
etibarən Qarabağa göndərilmiş heç bir ekspedisiya adı çəkilən
dövrə dair çoxlu sayda əşya əldə etmədən geri dönmürdü ki, bu
da ümumilikdə Azərbaycanıın arxeoloji kolleksiyasını əhəmiyyətli
29 Исмаилзаде, Г., “Гаракепектепе – сокровищница истории”, Наследие (Баку-Москва, 2006),
№6(24), второе издание (2007), с. 46-47.
23
QARABAĞ
99 SUALDA
dərəcədə zənginləşdirmişdi. Mütəxəssislərin fikrincə, qeydə alınmış
materialların öyrənilməsi nəsli icmanın dağılması dövründə Qaraba-
ğı sənətkarlığın, incəsənətin və ticarətin inkişaf edən və çiçəklənən
mərkəzlərindən biri kimi nəzərdən keçirməyə imkan verir. 1938-
ci ildə dağ ətə yində yerləşən Kərkicahan kəndi yaxınlığında Y. İ.
Qummel tərəfindən aşkar edilmiş və həmin kəndin adı ilə adlandı-
rılmış xəzinə bu qəbildən keçmiş SSRİ-nin arxeoloji elmində səs
salmış ilk tapıntı oldu.
30
Y.İ.Qummelin verdiyi təhlildən aydın olur
ki, bu tapıntılar Azərbaycan arxeologiyasında ciddi tarixi və maddi
əhəmiyyətə malik olmuşdur.
Qarabağın dəmir dövrü arxeologiyası üçün daha bir mühüm
hadisə 1948-ci ildə Dolonlar kəndi yaxınlığında qədim qəbiristanın
kəşf edilməsi oldu. Arxeoloq N.V. Minkeviç Dolonlarda aşkar edil-
miş əşyaları Qarabağın qədim sakinlərinin yüksək texnika və us-
talığının təzahürü kimi səciyyələndirir: “Sənətlərin ayrılmasını
göstərən məmulatların müxtəlif biçimli formalarını və yüksək tex-
nikasını Dağlıq Qarabağın Dolonlar kəndi yaxınlığındakı qədim
qəbiristanlıqdan əldə edilmiş tapıntılarda da izləmək mümkündür.
Orada aşkar edilmiş çoxsaylı əşyalar içərisində tunc məmulatlar
bəzəklərə aiddir, silahlar isə dəmirdən qayırılmışdır. Yaxşı saxlanıl-
mış dəmir bıçaqlar, nizə ucluqları, oymaqlı oxlar və dəmir xəncər
və ya qılınc qalıqları aşkar edilmişdir.... Dolonlarda əldə edilmiş bü-
tün göstərilən tapıntılar artıq elə bir dövrdən xəbər verir ki, tuncdan
yalnız bəzək əşyalarının hazırlanmasında istifadə olunur, silah və
alətlər isə artıq dəmirdən düzəldilirdi”.
31
Nəticə olaraq onu demək olar ki, Azıx və Tağlar kimi qədim insan
düşərgələri bütün dünya elmi ictimaiyyətində Azərbaycan tarixinə
bütünlükdə baxışı və Azərbaycanda və Qafqazda ibtidai insanın
meydana gəlmə tarixi haqqında rəyləri tamamilə dəyişdirmişdir.
Həmçinin Qarabağın Qaraköpəktəpə, Qarqarçay hövzəsi, eləcə də
30 Гуммель, Я.И., “Раскопки в Нагорно-Карабахской Автономной Области в 1938 году”,
Известия АзФАН СССР, №4 (1939), сc. 77-80.
31 Минкевич, Н.В., “Разложения родового общества в древнем Азербайджане”, Сборник статей
по истории Азербайджана. Выпуск I (Баку, 1949), сc. 53-54.
24
QARABAĞ
99 SUALDA
Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinin sistemli öyrənilməsi
həyata keçirilmişdir. Bütün bu tədqiqatlardan sonra Qarabağ
ərazisində aşkar olunmuş arxeoloji tapıntılar orta Paleolit dövründən
başlayaraq ibtidai cəmiyyətin təşəkkülünün və inkişafının bütün
mərhələlərini fasiləsiz olaraq izləməyə imkan verir.
3. Qarabağın tarixi-coğrafi ərazisi harada yerləşir?
Bu gün Qarabağ torpağının yerləşdiyi Kür və Araz çayları arasında
qalan ərazilər qədim Azərbaycanın bir parçası olaraq müxtəlif tayfaların
müstəqil və sərbəst şəkildə yaşadığı bir bölgə olmuşdur. E. ə. IV əsrin
sonlarında bu ərazidəki vilayətlər arasında iqtisadi və mədəni əlaqələrin
inkişafı Azərbaycan Albaniya dövlətinin yaranmasına gətirib çıxar-
dı. Azərbaycan Albaniya dövləti kimi tanınan bu dövlətə 705-ci ildə
Ərəb xilafəti son qoydu. Ölkənin şimalında meydana gələn Albaniya
dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafı ilə birlikdə)
daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda – Araz çayına
qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırlı və Qanıx çaylarının yu-
xarılarından başlayaraq şərqə doğru – Xəzər dənizinədək uzanıb gedən
Azərbaycan torpaqlarını əhatə edirdi. Azərbaycan Albaniya dövlətinin
ərazisi inzibati cəhətdən əyalətlərə, onlarda öz növbəsində vilayətlərə
bölünürdü. Albaniyada bu dövrlərdə əsasən 10 əyalət olmuşdur. Onla-
rın 6-sı Kür çayının sol sahilində, 4-ü isə Kür çayının sağ sahilində ta-
rixi Qarabağın coğrafi ərazisində yerləşmişdir. Bu qüdrətli Azərbaycan
dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra)
şəhəri olmuşdur.
32
VIII əsrin əvvəllərindən etibarən Azərbaycan ərazisi inzibati
cəhətdən Ərəb Xilafətinin əl-Cəzirə əmirliyinə qatıldı. Ərəblər bundan
sonra qədim Albaniya ölkəsini Arran adlandırmağa başladılar. Erkən
orta əsrlər dövründə, Azərbaycanın Araz çayından şimaldakı əraziləri
Arran vilayətinə daxil idi. Arranın ümumi sərhədləri şimali-şərqdə
32 a.k.ə. Mahmudov Y.M., və Şükürov K.K. (2009), s. 14. Həmçinin bax; Azərbaycan tarixi (yeddi
cilddə), C. II (Bakı, Elm, 2007), ss.14-22. Həmçinin bax; a.k.ə. Məmmədov, Tofiq, ss. 44-51.
25
QARABAĞ
99 SUALDA
Dərbənd və Xəzər dənizindən tutmuş qərbdə Tiflisə və cənubi-qərbdə
Araz çayına qədər əraziləri əhatə edirdi. Son orta əsrlər dövründə isə
Arran vilayəti Kür və Araz çayları arasındakı torpaqları əhatə etmişdir.
33
Ərəb xilafəti dövründə Qarabağ Albaniya zamanında olduğu kimi nəinki
Azərbaycanın həm də bütün bölgənin siyasi mərkəzi olaraq qalmaqda idi.
Belə ki, Qarabağın inzibati mərkəzi olan Bərdə şəhəri ərəb canişinlərinin
iqamətgahı olmaqla yanaşı, həm də çiçəklənən ticarət mərkəzi rolunu oy-
nayırdı.
34
İnkişaf səviyyəsinə görə ərəb müəllifləri Bərdəni bölgənin “Bağ-
dadı” adlandırmaqdan belə çəkinməmişlər. Həmin dövrdə Bərdədən çıxan
bir sıra görkəmli alimlər Azərbaycanın şöhrətini bütün xilafətə yaymışdılar
ki, onlardan da Sədallah əl-Bərdəini, Səid ibn Əmr əl-Əzdi əl-Bərdəini, Əbu
Bəkr əl-Bərdəini və digərlərini qeyd etmək olar
35
.
Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni əlaqədə olan dağ-
lıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi və onun mər-
kə zi hesab olunurdu.
36
Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində
Qa rabağın sərhədləri barədə yazır:
Qə dim tarix kitab larının yazdığına görə, Qa rabağ vila yə tinin
sərhədləri belədir. Cənub tə rəfdən Xudafərin kör pü sündən Sınıq
kör püyə qədər –Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəm şəddil və
Dəmirçi Həsənli camaatı ara sındadır və Rusiya dövləti məmurları
onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü ad lan dırırlar. Şərq
tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq ge-
dib Xə zər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpol-
la sərhədi Kür çayına qədər – Go ran çayıdır və Kür çayı çox yerdən
keçib Araz çayına çatır. Qərb tərəfdən Küş bək, Salvartı, Ərikli adla-
nan uca Qarabağ dağlarıdır.
37
33 a.k.ə. Azərbaycan tarixi (2007), ss. 181-185. Həmçinin bax; Bünyadov, Ziya, Azərbaycan VII-IX
əsrlərdə (Bakı, Pedaqogika, 2004), ss. 92-95.
34 Минорский, В.Ф., История Ширвана и Дербенда X-XI веков (Москва, 1963), с. 38.
35 Каджар, Ч., Старая Шуша (Баку, 2007), с. 34.
36 a.k.ə. əl-Əhəri, Əbu Bəkr əl-Qütbü, s. 57. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli, (2010), s. 65.
37 Qarabağnamələr, C. I (Bakı, 1989), ss. 107-108. Həmçinin bax; a.k.ə. Piriyev V.Z., (2003) s. 100.
Həmçinin bax; a.k.ə. Mahmudov Y.M., Şükürov K.K. . (2009), s. 11. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli,
(2010), ss. 65-66.
26
QARABAĞ
99 SUALDA
Səfəvlər dövründə Qarabağ bölgəsi məkəzi Gəncə şəhəri olan Qarabağ
bəylərbəyiliyi kimi Səfəvi dövlətinin (1501-1736) tərkibinə daxil olmuş və
on üç inzibati vilayətdən birini təşkil etmişdir. Qarabağ bəylərbəyliyi tari-
xi Arran vilayətini, daha doğrusu Kür və Araz çayları arasındaki torpaqla-
rı əhatə etmiş və hətta XVII əsrin sonlarında onun sərhədləri Tiflisə gədər
uzanmışdır.
38
Qarabağ bəylərbəyiliyinin bu ərazisi demək olar ki, Osmanlı
hakimiyyəti dövründə (1588-1606 və 1724-1735-ci illər) də dəyişməmişdir.
Belə ki, əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasındakı ərazini, yəni I
Şah İsmayıl dövründə yaradılan və sərhədləri Tiflisə qədər uzanan Qarabağ
bəylərbəyliyinin sahib olduğu torpaqları əhatə etmişdir.
39
1747-ci il 20 iyunda Nadir şahın sui qəsd nəticəsində öldürülməsindən
sonra Azərbaycanda yarımmüstəqil və müstəqil xanlıqlar sistemi yaran-
mağa başlandı. Keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki xanlıq:
Gəncə (1747-1804) və Qarabağ xanlıqları (1747-1822) yaranmışdır.
Ərazisi indiki Qarabağ ərazisini əhatə edən Qarabağ xanlığının XVIII
əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin körpüsündən
başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda
Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağ-
ları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdur.
40
Qarabağ xanlığının sahəsi
təqribən 18000 km
2
olub,
41
şimaldan cənuba 182, şərqdən qərbə qədər isə
273 km olduğu bildirilir.
42
Dostları ilə paylaş: |