18. Ədirnə müqaviləsi nə zaman və hansı şərtlərlə
imzalandı? Bağlanmış müqavilə Qarabağın
demoqrafik vəziyyətinə necə təsir göstərdi?
İranı məğlub edib Türkmənçay müqaviləsini bağladıqdan sonra
Rusiya Osmanlı dövləti ilə bəzi məsələləri görüşməyə başladı. Rusiya,
təqribən 350 ilə yaxın Osmanlı hakimiyyətində qalan Şərqi Avropadaki
slavyan xalqlarını və bu ərəfədə baş verən “yunan üsyanını” açıq şəkildə
dəstəklədiyi üçün Osmanlı dövləti ilə münasibətləri kəskinləşdi. Qarşı-
lıqlı yazışmalardan sonra, razılaşma əldə edilmədiyi üçün rus çarı I Niko-
lay 1828-ci il 26 aprel tarixində Osmanlı dölətinə rəsmən müharibə elan
etdi. 1828-1829-cu illərdə sürən bu müharibədə Osmanlı dövlətinə qalib
gələn Rusiya, sentyabrın 14-də (Köhnə milad təqvimiylə sentyabrın 2-də)
Ədirnə sülh müqaviləsini bağlamağa nail oldu.
184
Türkmənçay müqaviləsini xatırladan Ədirnə müqaviləsi də 16
maddədən ibarət olmuşdur. Müqavilənin I maddəsi iki tərəf arasında
müharibəyə son qoymağı, II və III maddələr Rumeli bölgəsində, IV maddə
isə Anadoludakı Osmanlı-Rusiya yeni sərhədlərini müəyyən edirdi. Os-
manlı dövləti bu maddəyə əsasən Cənubi Qafqazın Rusiya tərəfindən iş-
ğal edilməsini tanıyır, Axalsıq paşalığının bir hissəsinin Rusiya ərazisinə
qatılmasını qəbul edirdi. V və VI maddələr Şərqi Avropada indiki Rumu-
niya və Serbiyaya müəyyən şərtlərlə muxtariyyat verilməsinə, VII maddə
isə rus tacirlərinin Qara dəniz və Aralıq dənizində və eləcə də Osmanlı
ərazisində güzəştli ticarətlə məşğul olmasına icazə verirdi. VIII, IX, X, XI
və XII maddələr isə, ardıcıl olaraq, veriləcək təzminatın ödəniş qaydaları-
nı, diplomatik əlaqələr və bağlanılan müqavilənin şərtlərinə riayət etməklə
bağlı idi. Ədirnə sülh müqaviləsinin Türkmənçay müqaviləsindəki
XV maddəsiylə eyni olan maddəsi XIII maddədir. Bu maddəyə əsasən
tərəflər, yəni Osmanlı və Rusiya dövlətləri müharibənin gedişində hər
iki ölkənin ərazisində rəqibinin tərəfini tutan xalqların bağışlanmasına
184 Turan, Şerafeddin, “1829 Edirne Andlaşması”, Ankara Dil-Tarih-Coğrafya Fakültesi Dergisi, Cilt 9,
Sayı 1-2 (1951), ss. 114-116-135.
65
QARABAĞ
99 SUALDA
və 18 ay müddətində qarşılıqlı olaraq on-
ların köçürülməsinə təminat verirdilər.
185
Beləliklə, Türkmənçay müqaviləsində ol-
duğu kimi, Ədirnə müqaviləsi də Osman-
lı dövlətindən ermənilərin Azərbaycana
köçürülməsinə
icazə
verirdi.
Rus
tədqiqatçısı N.Şavrov yazırdı ki, İrandan
sonra 1829-1830-cu illərdə Azərbaycana
Osmanlı dövlətindən təqribən 85 minədək
erməni köçürüldü. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə
torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan xüsusi ərazidən yerlər
satın alındı.
186
Beləliklə, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra əsasən
qonşu İran və Osmanlı dövlətlərindən köçürülən ermənilərin hesabı-
na Azərbaycanda ictimai-siyasi-demoqrafik dəyişikliklər ortaya çıxdı.
Köçürmələr daha çox Qarabağ və ətraf regionlarda aparıldığı üçün ən
ciddi demoqrafik problemlər də buralarda yaşandı. 1823-cü ildə rusların
apardıqları siyahıyaalmada Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar,
8,4%-ni isə ermənilər təşkil edirdi. 1832-ci il kameral sayımına görə
isə, Qarabağ əyalətində əhalinin 64,8% azərbaycanlı, 34,8% erməni
təşkil etmişdir.
187
Göründüyü kimi, köçürmələrdən sonra Qarabağdakı
azərbaycanlıların sayında azalma olsa da, ermənilərin sayı 4 dəfə artmış-
dır. Rusiyanın bu köçürmə siyasəti Cənubi Qafqazda Rusiyanın mövqe-
yinin möhkəmləndirilməsi üçün dayaq yaratmaq, xristian əhalinin sayını
artırmaq və yerli müsəlmanların asanlıqla idarə edilməsini təmin etmək
məqsədi daşıyırdı.
185 “Rusiya-Osmanlı Ədirnə müqaviləsi. 2 sentyabr 1829-cu il”, T.K.Heydərov, T.R.Bağırov,
K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C.
I., (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 177-186. Həmçinin bax; a.k.ə. Turan, Şerafeddin (1951), ss. 136-
142.
186 a.k.ə. Шавров, Н.Н. (1990), cc. 59-64.
187 a.k.ə . Кавказский календарь Российской империи 1897, с. 3. Həmçinin bax; a.k.ə. Azərbaycan
tarixi, C. IV (2007), s. 52. Həmçinin bax; Seyidova, Sevinc, “Ermənilərin Qafqaza köçürülməsi
siyasəti “erməni məsələsi”nin tərkib hissəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
səbəblərindən biri kimi”, Pedaqoji Universitet Xəbərləri-humanitar elmlər bölməsi (2013), № 1, s. 79.
Türkmənçay və Ədirnə
sülh müqavilələrindən
sonra əsasən qonşu İran
və Osmanlı dövlətlərindən
köçürülən ermənilərin
hesabına Azərbaycanda
ictimai-siyasi-demoqrafik
dəyişikliklər ortaya çıxdı.
66
QARABAĞ
99 SUALDA
19. Azərbaycan Çar Rusiyası tərəfindən işğal
olunduqdan sonra Qarabağın inzibati ərazi bölgüsündə
hansı dəyişikliklər baş verdi?
Şimali Azərbaycan xanlıqları Rusiya işğalının gedişində və işğaldan
sonrakı dövrdə tədricən ləğv edilərək əyalət və dairələrə çevrildi: 6 əyalət;
Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822)
və Talış (1826), 2 dairə; Yelizavetpol (1804) və Car-Balakən və 2 distansi-
ya; Qazax (1812) və Şəmsədil (1812) təşkil olundu. Əyalət və dairələrin
başında komendant-rus zabiti dururdu. Buna görə də 1841-ci ilə qədər
tədbiq edilən bu idarə şəkli tarixə komendant idarə üsulu kimi daxil ol-
muşdur. Rusiya bu idarə sistemini yaratmaqla Azərbaycanda əvvəllər
mövcud olmuş dövlətçilik ənənələrini ləğv etməyə çalışırdı.
XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən üsyanlar yatırılsa
da, onları doğuran ictimai-iqtisadi və siyasi səbəblər qalmaqda idi. Çar I
Nikolay uzun müzakirələrdən sonra Cənubi Qafqazda komendant idarə
üsülunun ləğv edilməsi və inzibati-məhkəmə islahatı keçirilməsi ilə bağ-
lı layihəni qəbul etdi. 1840-cı il 10 aprel qanununa görə ümumrusiya
qanunları əsasında quberniya, vilayət və qəza məhkəmələri yaradıldı və
1841-ci il yanvarın 1-dən Cənubi Qafqazda komendant idarə üsülu ləğv
olundu. Cənubi Qafqaz Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi
Tiflis) və Xəzər vilayətinə (mərkəzi Şamaxı) bölündü. Quberniya və
vilayətlər qəzalara, qəzalar isə nahiyələrə bölünürdü. Mahallar ləğv olun-
du. Çarizmin milli müstəmləkə siyasəti özünü bariz şəkildə göstərirdi.
İnzibati və məhkəmə aparatının bütün pillələrində azərbaycanlılar rus
məmurları ilə əvəz olundu. Yeni inzibati bölgü ilə Azərbaycanın ənənəvi
sərhədləri pozuldu; Naxçıvan, İrəvan, Yelizavetpol qəzaları və Car-
Balakən nahiyəsi Gürcü-İmeretiya quberniyasının tərkibinə qatıldı.
Bu inzibati bölgüdə Şimali Azərbaycan torpaqlarının əksəriyyəti Xəzər
quberniyasına daxil olunmuşdu. Buraya 7 qəza; Şirvan (Şamaxı), Şuşa
(Qarabağ), Şəki, Talış (Lənkəran), Bakı, Dərbənd və Quba qəzaları aid
edilmişdi.
67
QARABAĞ
99 SUALDA
1841-ci ildə təsis edilib Xəzər vilayətinin tərkibinə alınan və demək
olar ki, əvvəlki Qarabağ xanlığının bütün torpaqlarını əhatə edən Şuşa
qəzası, mərkəzi Şuşa olmaqla öz daxilində Cavanşir, Cəbrayıl və Zəngəzur
nahiyələrinə bölünürdü. Şuşa qəzası 1846-cı ildən Şamaxı, 1859-cu ildən
Bakı və 1868-ci ildən sonra isə, Yelizavetpol quberniyalarının tərkibində
fəaliyyət göstərmişdir. Yelizavetpol guberniyasına daxil edildikdən son-
ra tarixi Qarabağ ərazisi olan Şuşa qəzası dörd qəzaya bölündü; Şuşa,
1874-də Zəngəzur, 1883-cü ildə isə Cavanşir və Cəbrayıl ( sonralar
Qaryagin).
188
Bu inzibati bölgü erkən orta əsrlərdə Qafqaz Albaniyasının
Kürdən cənubda yerləşən tarixi Qarabağ torpaqlarıyla demək olar ki, üst-
üstə düşürdü. Belə ki, tarixi Qarabağ ərazisində Cavanşir-Uti vilayətini,
Şuşa-Arsax vilayətini, Cəbrayıl-Paytakaranın bir hissəsini və Zəngəzur
isə-Sunik vilayətini əvəz edirdi. Diqqəti çəkən məsələlərdən biri də, bun-
dan sonra ermənilərin daha çox qədim Arsax ərazisini əhatə edən Şuşa
qəzasına meyl etmələridir. Günümüz Dağlıq Qarabağ vilayətinin yerində
qurulan, ərazisi 4.9 min km2 olan Şuşa qəzasında əvvəllər sayıları çox az
olan ermənilər, planlı bir şəkildə köçərək 1886-cı ildə saylarını 58%-ə
qədər çatdıra bilmişdilər.
189
20. 1905-1906-cı illərdə Qarabağda ermənilərin
azərbaycanlılara qarşı kütləvi qırğınlarına səbəb nə idi?
Osmanlı və İran ərazilərində yaşayan erməniləri Şimali Azərbaycan
torpaqlarına köçürən Rusiya onlara bu ərazilərdə dövlət yaratmağa söz
vermişdi.
190
1828-ci ildə “Erməni vilayəti”ni və 1848-ci ildə İrəvan quber-
niyasını təsis etməklə çar Rusiyası bunu həyata keçirmək üçün mühüm
addımlar atmış oldu. Erməniləri öz siyasi məqsədləri üçün istifadə etmək
istəyən Rusiyanın ikinci planı qonşu dövlətlərin işğalında ermənilərdən
bir vasitə kimi yararlanmaq idi. Beləki, XIX əsrin son rübündə xaricdə
188 a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 118-126-211-212.
189 a.k.ə. Mahmudov, Ceyhun (2010), s. 564.
190 Nəcəfli, Güntəkin, “Qarabağın xristiyan məlikləri və ermənilərin Qarabağda dövlət yaratmak
cəhdləri”, Renessans, № 3-4 (2006), ss. 64-68.
68
QARABAĞ
99 SUALDA
yaşayan ermənilər arasında terrorçu milli qrupların, yəni təşkilatların ya-
radılmasına başlanıldı.
Erməni terrorçu təşkilatları birinci olaraq XIX əsrin ikinci yarısından
başlayaraq xeyriyyə cəmiyyətləri şəklində yaradılaraq fəaliyyət göstərməyə
başladılar. Bunların arasında ən çox tanınanı Hınçak və Daşnaksütyun
komitələri idi.
Hınçak komitəsi Rusiya erməniləri tərəfindən 1886-1887-ci illərdə
İsveçrədə qurulmuşdur. Məqsədləri Azərbaycanda, Osmanlı və İran tor-
paqlarında yaşayan erməniləri birləşdirərək “Böyük Ermənistan” yarat-
maq idi. Qurucuları rusiyalı ermənilər olsa da, bir müddət sonra təşkilatın
mərkəzi Londona köçürülmüş və ingilislərin təsiri altına düşmüşdür.
Daşnaksütun cəmiyyəti 1890-cı ildə Tiflisdə yaradıldı. Bu təşkilatın
əsas məqsədi fəaliyyət göstərən bütün erməni dərnəklərini birləşdirərək
türklərə qarşı üsyanlar qaldırmaq idi.
191
Məhz bu terrorçu təşkilatın yara-
dılmasından sonra Osmanlı ərazisində və ardından da Azərbaycanda qan-
lı hadisələr törədilməyə başlanmışdır. Bu iki təşkilatın fəaliyyətinə nəzər
saldıqda, müsəlman türk əhalinin yaşadığı bölgələrdə xarici qüvvələrin
dəstəyi ilə çox saylı təxribat və üsyanlar qaldırdıqlarını görürük. Hınçak
təşkilatının törətdiyi ilk qanlı hadisə 1890-1892-ci illər arasında Osmanlı
dövlətinin cənub-şərq vilayətlərində 65000 günahsız müsəlmanın (türklər
və kürdlər) öldürməsidir. Bunun ardınca da, 1894-cü ildə başlayan Sasun
üsyanları da bu komitələr tərəfindən təşkil edilərək on ildən çox davam
etmişdir.
192
Bu qanlı hadisələr eyni ilə 1905-1906-cı illərdə Azərbaycanda
həyata keçirilmişdir.
193
Tarixdə ilk dəfə erməni-azərbaycanlı qanlı toqquşması 1905-ci ilin
yanvarında Rusiya burjua inqilabının başlaması ərəfəsində ortaya çıxmış-
dır. Ermənilər inqilabi şəraitdən istifadə edərək 1905-ci ilin fevral ayında
191 a.k.ə. Sakarya, İhsan (1984), ss. 73-92. Həmçinin bax; a.k.ə. Uçarol, Rifat (1995), s. 377. Həmçinin
bax; Erməni terroru və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX)-Müxtəsər xronoloji
ensiklopediya, (Bakı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, 2003), ss. 13-18.
192 Rusiyanın Erzurumdakı Baş Konsolu Mayevskinin qeydləri (tərcümə edən Vasif Quliyev) (Bakı,
Azərbaycan nəşriyyatı, 1995), ss, 6-10. Həmçinin bax; a.k.ə. Sakarya, İhsan (1984), ss. 93-127.
193 a.k.ə. T.K.Heydərov, və başqaları, C. II., (2010), ss. 38-109, 456-559.
69
QARABAĞ
99 SUALDA
Bakıda törətdikləri qanlı hadisələri qısa bir
zamanda Azərbaycanın digər bölgələrinə
də yaydılar. Qarabağ isə qanlı hadisələrin
ən qaynar nöqtəsinə çevrildi. 1905-1906-
cı illər Qarabağdakı hadisələrdə ermənilərə
ən çox yardım edənlər Qarabağ və Tiflisdə
yerləşən rus hərbi qarnizonları oldu. Qara-
bağda ən böyük zərər çəkən bölgə Şuşa ol-
muşdur. Bu illərdə əhalisinin yarısına yaxını azərbaycanlılar olan Şuşada
iki il ərzində minlərlə azərbaycanlı qətlə yetirildi.
194
Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində 1905-1906-cı illər
erməni-azərbaycanlı qanlı hadisələrindən aydın bir şəkildə bəhs edir.
Müəllif, hadisələrə bir başa şahid olduğundan, dövrün mətbuat xəbərləri,
rus zabitlərinin protokol yazılarından və zərər çəkənlərin şikayət
məktublarından faydalanaraq qələmə aldığı əsərində, bu hadisələrin əsas
başlama səbəbi olaraq dörd arqumenti göstərməkdədir:
1. Erməni Daşnaksütun təşkilatının terror fəaliyyətləri;
Azərbaycanın müxtəlif bölgələrində 400-dən çox qanlı hadisənin
çıxarılmasında bir başa iştirak etmələri;
2. Çar Rusiyasının erməniləri açıq aşkar dəstəkləməsi və dövlət
məmuarlarının erməni silahlı dəstələrinin əməllərinə göz yumma-
ları
195
;
194 a.k.ə. T.K.Heydərov, və başqaları, C. II., (2010), ss. 38-109, 456-559. Həmçinin bax; Ordubadi,
Məmməd Səid, Qanlı illər 1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi
(Bakı, Qafqaz nəşriyyat evi, 2007), ss. 42-52. Həmçinin bax; Nəvvab, Mir Möhsün, 1905-1906-cı illərdə
erməni-müsəlman davası (Bakı, Azərbaycan nəşriyyatı, 1993), ss. 36-37-40-41.
195 Qeyd: Halbuki Qarabağın şöhrətini doğma ellərdən uzaq Rusiya imperiyasının ən ucqar guşələrinə
qədər nəinki musiqiçilər və incəsənət xadimləri, həmçinin bir çox alim, ədib və hərbi sərkərdə yaymışdı.
Ruslar tərfindən tanınan və eyni zaçmanda Azərbaycanda milli özünüdərkin və dövlətçiliyin təşəkkülündə
qarabağlıların verdiyi töhfə haqqında bu xadimlərdən sadəcə bəzilərinin adlarını sadalamaq kifayətdir:
çar ordusununn general-leytenantı, Krım müharibəsinin (1853-1856) görkəmli sərkərdələrindən
biri Fərəc bəy Ağayev (1812-1891), 1904-1905-ci illər rus-yapon müharibəsinin qəhrəmanı, Birinci
dünya müharibəsinin parlaq hərbi sərkərdəsi, çar ordusunun general-leytenantı, Azərbaycan Xalq
Cümhuriyyətinin (1918-1920) müdafiə naziri Səməd bəy Mehmandarov (1845-1932), çar ordusunun
general-mayoru, 1877-1878-ci illər türk-rus müharibəsinin və 1904-1905-ci illər rus-yapon müharibəsinin
qəhrəmanı Əmir Kazım mirzə Qovanlı-Qacar (1855-1920), çar ordusunun polkovniki, Aşxabadın general-
qubernatoru Hacı bəy Sultanov (1847-1920) və başqaları.
Təqribən 13-14 il ərzində
400 minə (45%) qədər
çoxalan ermənilər, Cənubi
Qafqazdakı öz milli
maraqlarını böyük ölçüdə
siyasiləşdirə bilmişdilər.
70
QARABAĞ
99 SUALDA
3. Azərbaycanlıların bu kimi fəaliyyətlərə hazır olmaması və hər
cür siyasi oyun və provokasiyalara inanmaları;
4. Ermənilərin bölgədə avtonomiya-müstəqil erməni dövləti
yaratmaq istəmələri və bu işdə xarici ölkələrdən (Rusiya, İngiltərə,
Fransa və ABŞ) dəstək almalarıdır.
196
Bütün bunlardan sonra müqayisə üçün Qarabağın və indiki Dağlıq
Qarabağ ərazisini əhatə edən Şuşa qəzasının demoqrafik vəziyyətinə nəzər
salanda milli münasibətlər zəminində hadisələrin ortaya çıxmasını daha
aydın başa düşmək olur. Belə ki, XIX əsr boyunca çarizmin ermənilərin
köçürmələrini davam etdirməsi Qarabağda demoqrafik vəziyyəti köklü bir
şəkildə dəyişdirmişdi. Artıq Şuşa qəzasına gətirilib yerləşdirilən ermənilərin
sayı 1886-cı ildə buradaki əhalinin 58%-ni təşkil edirdi. 1897-ci ildə aparılan
siahıyaalmaya görə, Qarabağın ümumi əhalisinin 415721 nəfərdən ibarət ol-
duğu və onların da 59.5% azərbaycanlılara, 39.5% ermənilərə və 1%-i isə
ruslara aid olmuşdur.
197
Maraqlı fakt kimi onu da göstərmək olar ki, rusiyalı
tarixçi Skibitski XX əsrin əvvəllərində Şuşa qəzasında yaşayan ermənilərin
sayının 25%-ə qədər geriləməsini qeyd edir.
198
1905-1906 hadisələrindən
sonra, 1912-ci ildə aparılan qeydiyyatlarda ümumi olaraq Qarabağ üzrə sta-
tistik rəqəmlər azərbaycanlıların lehinə (62%- 36% olaraq) dəyişsə də, Şuşa
qəzasında ermənilərin sayında artım görülməkdədir.
199
1897-ci il rusların həyata keçirdiyi siyahıyaalmaya görə, Cənubi Qaf-
qazda cəmi 900 min erməninin yaşadığı görülür. Rusiyalı tarixçi Şav-
rovun 1911-ci ildə verdiyi məlumata görə isə, ermənilərin Qafqazdaki
sayı artıq 1.3 milyondur. Təqribən 13-14 il ərzində 400 minə (45%)
qədər çoxalan ermənilər, Cənubi Qafqazdakı öz milli maraqlarını bö-
yük ölçüdə siyasiləşdirə bilmişdilər. Bunun nəticəsi olaraq, onlar Rusiya
Dumasında təmsil olunmaq haqqı qazandılar. Artık, ermənilər Cənubi
Qafqazın “müqəddaratını müdafiə edən” üç xalqdan biri kimi fəaliyyət
göstərirdilər.
196 a.k.ə. Ordubadi, Məmməd Səid (2007), ss. 5-11.
197 a.k.ə. Кавказский календарь Российской империи 1897, сc. 230-233.
198 a.k.ə. Müxtəsər xronoloji ensiklopediya (2003), s. 36.
199 a.k.ə. Mahmudov, Ceyhun (2010), ss. 564-565.
71
QARABAĞ
99 SUALDA
21. 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif
bölgələrində törətdikləri soyqırımların nəticəsi necə oldu?
1918-ci ildə Azərbaycanda törədilən qırğınlar, 1917-ci ildə Rusiyada
baş vermiş Oktyabr inqilabından sonra, Stepan Şaumyanın başçılıq etdiyi
bolşevik Bakı Soveti Komitəsinin Bakıda hakimiyyəti ələ keçirməsiylə bir
başa bağlıdır. Belə ki, 1917-ci ilin dekabırında Rusiya Xalq Komissarları
Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin
olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi
ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyətin daha da
gərginləşməsinə səbəb oldu. Lenin hökümətinin I Dünya müharibəsindən
çəkilməsi nəticəsində Qafqaz cəbhəsindən geri qayıdan əsgərlərin bir
hissəsi vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplanmağa başladılar. Bu
əsgərlərin Bakıda saxlanılmasında S.Şaumyan böyük fəallıq göstərirdi. Bu-
nun nəticəsi olaraq 1917-ci ilin sonu və 1918-ci ilin əvvəllərində Bakıda
daşnak-bolşevik birləşmələrinin Azərbaycan milli qüvvələrinə qarşı açıq
mübarizəsi başlamış oldu.
200
Azərbaycanda
milli qüvvələrə başçılıq edən “Müsavat”
partiyasının getdikcə artan nüfuzundan qorxuya düşən bolşevik-daş-
naq qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə meydanı-
na çevirdilər. Bolşevik-daşnaq qüvvələrinin birləşdiyi Bakı Sovetinin
Qırmızı Ordu adı altında əksəriyyəti daha əvvəl Anadoluda qırğınlar
törətmiş erməni quldur dəstələrindən ibarət olan 20 minlik silahlı qüvvəsi
cəmlənmişdi. 1918-ci ilin martında Bakıda siyasi vəziyət son dərəcə
gərginləşdi. Bundan əvvəl Bakı Sovetinə keçirilən seçkilərdə Müsavatın
böyük səs çoxluğu ilə qələbə qazanması bolşevik və daşnakları ciddi nara-
hat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən Müsavat,
Azərbaycanın müstəqilliyi uğrunda inamla mübarizə aparırdı. Şaumyan
başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və Daşnaksütyun
200 İsgəndərov, Anar, “1915-1920-ci illərdə Azərbaycanda Türk və Müsəlmanlara qarşı həyata keçirilən
soyqırımlar”, Süleymanov, Mehman və Rıhtım, Mehmet, red., Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz
İslam Ordusu (Bakı, Qafqaz Universiteti nəşri, 2008), s. 76. Həmçinin bax; Геноцид Азербайджанского
народа 1918 года: организаторы и палачи (Turxan-Баку, 2013), cc. 13-14.
72
QARABAĞ
99 SUALDA
partiyasının rəhbərləri ilə birlikdə Müsavata qarşı əsl müharibəyə başladı-
lar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış oldu-
ğunu yaxşı bilən Şaumyan fürsətdən istifadə edərək azərbaycanlılara qarşı
milli qırğına hazırlaşırdı.
201
1918-ci il mart ayında Lənkəranda hərbi xidmətdə olduğu zaman si-
lahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd
Tağıyevin cənazəsini 24 martda Bakıya gətirən müsəlman diviziyasının 48
nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən
müsəlman dəstəsinin tərki-silah olunmaları istənildiyində, rədd cavabına
tüfənglərdən və pulemiyotlardan atılan atəşlərlə qarşılıq verildi. Martın 29-da
şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik
qüvvələri tərəfindən tərki-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə
oldu. Belə ki, Talışinskinin rəhbərliyi ilə fəaliyyət göstərən müsəlman diviziya-
sının qərargahına hücum edildi. Şaumyanın əmri ilə tərki-silah və həbs olunan
gərargahın “Evelina” gəmisində Lənkərana gedilməsi tələb olundu. Lənkərana
yola düşən “Evelina” gəmisinin həm tərki-silah, həm də güllə atəşinə tutul-
masına cavab olaraq Bakı şəhərinin əhalisi etirazını bildirdi. Onlar silahların
qaytarılması və heyətin azad edilməsini tələb etməyə başladılar. Bolşeviklərlə
birləşən erməni şovinistləri bu məsələni siyasiləşdirərək, martın 30-da Bakı
Sovetinin inqilabı müdafiə komitəsini yaratdılar. Ermənilərin içində isə Daş-
naksütun və Erməni Milli Şurasının üzvləri əsaslı fəaliyyət göstərirdi. Məsələni
milli problemə çevirən Şaumyan və onun həmfikirləri Azərbaycan xalqına
qarşı soyqırım hərəkatına başladı. Gəmidəki silahlar bolşeviklər tərəfindən
müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissələrində erməni əsgərləri
göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan
bəndlər ucaltmağa başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi ya-
nında toplaşan daşnak dəstəsi azərbaycanlılara ilk atəşi açdı. 31 mart səhər
tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum
etdilər. Həmin məhəllələri dənizdən isə hərbi gəmilər bombalamağa başladı-
lar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rus-
201 Arzumanlı, Vaqif və başqaları, 1918-ci il qırğınları (Bakı, Öyrətmən, 1995), ss. 3-4. Həmçinin
bax; Abışov, Vaqif, Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər) (Bakı, Nurlan, 2007), ss. 33-34.
Həmçinin bax; a.k.ə. İsgəndərov, Anar (2008), s. 77.
73
QARABAĞ
99 SUALDA
ları qırıblar. Matroslar bunun yalan olduğunu
biləndən sonra atəşi dayandırsalar da artıq gec
idi, alova bürünmüş məhəllələrdə ölənlərin
sayı-hesabı yox idi. Erməni faşistləri heç kimə
rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk-
müsəlman deyə dərhal qətlə yetirirdilər. Onlar
evləri qarət edir, adamları yandırır, hamilə
qadınları ağlasığmaz işgəncələrlə vəhşicəsinə
öldürüdülər.
202
Daşnaklar azərbaycanlılara qarşı Bakı
Sovetinin adından istifadə edərək millətçi-
şovinist siyasətlərini həyata keçirirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qu-
rulduğu ilk günlərdə bu qırğınları araşdır-
maq üçün yaradılmış Fövqəladə Təhqiqat
Komissiyasının (15 iyul 1918-ci ildə
yaradılmışdır)
203
sənədlərinə əsasən məlum
olur ki, 1918-ci ilin Mart soyqırımı za-
manı Bakı şəhərində 11 min nəfərədək
azərbaycanlı öldürülmüşdür. Onların çoxu-
nun meyitləri tapılmamışdır. Bakının şəhər
camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuş,
xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edil-
miş, uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaqlar Bakıda
dünya memarlığını incilərindən sayılan “İsmailiyyə” binasına od vurub
yandırmışdılar.
Mart soyqırımı və ya Mart hadisələri, 1918-ci ilin 30 mart və 3 aprel
tarixləri arasında Bakı şəhərində törədilmiş qırğınlar idi. Daha sonra-
lar isə, 1920-ci ilin baharına qədər Azərbaycanın müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur,
202 a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 8-10.
203 Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyası (İki cilddə), C. I (Bakı, Lider nəşriyyat,
2004), s. 32.
Erməni quldur dəstələri,
həmçinin Qarabağa da
soxuldular. Bu dövrdə Gəncə
quberniyasının tərkibində
yer alan Zəngəzur, Şuşa,
Cəbrayıl və Cavanşir
qəzalarında yerli əhalinin
kütləvi soyqırımları həyata
keçirildi. Bunların içində
Andranik adlı quldur,
Qarabağın azərbaycanlı
əhalisini məhv edərək,
buranı yeni qurulmuş
Ermənistana birləşdirmək
istəyirdi. O, 1918–1919-
cu illər ərzində Qarabağ
bölgəsində 150 azərbaycanlı
kəndinin minlərlə əhalisini
qırıb yox etmişdi.
74
QARABAĞ
99 SUALDA
Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan torpaqlarında da ermənilərin
azərbaycanlılara qarşı törətdikləri qırğınlar davam etmişdir. Bakıdan
sonra dəhşətli qırğın hadisələrindən biri də Şamaxıda törədildi. Şamaxı-
ya S. Lalayanın başçılığında 3 minə qədər erməni əsgəri göndərilmişdi.
Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin
rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni
yepiskopunun yanına göndərildi ki, silahlı erməni dəstələrini geri qaytar-
sın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: “Biz gəlmişik ki, bütün
müsəlmanları qılıncdan keçirək...”.
204
Şamaxıdakı qırğınlarda şəhərin 13
məhəllə məscidi və eyni zamanda 743-cü ildə tikilmiş Azərbaycanın ilk
məscidi olan “Cümə” məscidi də yandırılaraq talan edilmişdir. Ermənilər
Şamaxı qəzasının 53 kəndində 4190 kişi, 2560 qadın və 1277 uşaqlar olan
toplam 8027 nəfər azərbaycanlını soyqırıma məruz qoymuşdular.
205
Əvvəlcədən qurulmuş plana görə daşnaq-bolşevik qoşunu Şamaxını
işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan
ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat
göndərilmişdi. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edir-
di. Aprel ayında Quba qəzasına göndərilən daşnaq dəstələrinin koman-
diri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun
müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün
azərbaycanlıları məhv etmək əmri verilmişdir”.
206
Onun başçılıq etdiyi daş-
nak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min
bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “göz-
muncuğu” düzəldirdilər. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin
ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edil-
mişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı
12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdür.
1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında
162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Lənkəranda olan “Dikaya diviziyası”-nı tərki-silah etmək üçün dəniz
204 Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, siy. 1, vər. 85.
205 a.k.ə. İsgəndərov, Anar (2008), ss. 78-81.
206 Qaraca, Bəxtiyar, “Məqsəd Azərbaycanı məhv etmək idi”, Azərbaycam qəzeti, 31 mart 2013; (http://
www.azerbaijan-news.az/index.php?mod=3&id=21914). Baxılmışdır 27 dekabr 2013-cü il.
75
QARABAĞ
99 SUALDA
vasitəsilə bolşevik-daşnak dəstələri göndərilmişdi. Bunların hamısı
Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik-daşnak əsgərləri
yolda qabaqlarına çıxan kəndləri dağıdırdılar. Astara bu dəstənin
əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin
əksəriyyəti yaşayiş yerlərini tərk etmək məcburiyyətində qaldı. Xəzər
dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı kəndlər “Alek-
sandr” hərbi gəmisi tərəfindən top atəşinə tutuldu. Bu qırğınlar zama-
nı Cənub bölgəsində 2000 mindən çox insan öldürüldü.
207
Erməni quldur dəstələri, həmçinin Qarabağa da soxuldular. Bu dövrdə
Gəncə quberniyasının tərkibində yer alan Zəngəzur, Şuşa, Cəbrayıl və
Cavanşir qəzalarında yerli əhalinin kütləvi soyqırımları həyata keçirildi.
Bunların içində Andranik adlı quldur, Qarabağın azərbaycanlı əhalisini
məhv edərək, buranı yeni qurulmuş Ermənistana birləşdirmək istəyirdi.
O, 1918–1919-cu illər ərzində Qarabağ bölgəsində 150 azərbaycanlı
kəndinin minlərlə əhalisini qırıb yox etmişdi.
208
1918-ci ilin mart hadisələrinə qədər ən ağır itkini Qərbi
Azərbaycan torpaqları olan İrəvan qəzası vermişdir. Bu bölgənin
199 azərbaycanlı kəndi və 1919-cu ilin sentyabrına qədər isə qon-
şu Eçmiədzin qəzasına məxsus 62 azərbaycan kəndi yerlə-yeksan
edilmişdir. Buralarda kəndlər məhv edilir, insanlar vəhşicəsinə öl-
dürülür, sağ qalanlar isə, canlarını qurtararaq İran, Osmanlı və Şərqi
Azərbaycan torpaqlarına qaçırdılar.
209
1918-1920-ci illərdə ermənilər tərəfindən ən çox zərər çəkmiş
bölgələrdən biri də Zəngəzur olmuşdur. Fövqəladə Təhqiqat Komis-
siyasının sənədlərinə görə Zəngəzur qəzasının 115 kəndində toplam
207 a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 23-25. Həmçinin bax; a.k.ə. İsgəndərov, Anar
(2008), ss. 82-86.
208 Azərrbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı: Sənədlər toplusu (üç cilddə) Gəncə
quberniyasında soyqırımı, II cild, 1-ci kitab, (AMEA, A.A. Bakıxanov adına Tarix institutu, Bakı,
2011). Həmçinin bax; a.k.ə. Uçarol, Rifat (1995), ss. 485-491. Həmçinin bax; a.k.ə. Müxtəsər
xronoloji ensiklopediya (2003), ss. 42-100. Həmçinin bax; a.k.ə. Arzumanlı, Vaqif və başqaları
(1995), ss. 25-30. Həmçinin bax; Məmmədova, Həvva, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Yuxarı Qarabağ ərazisində vəziyyət: erməni terrorizminin güclənmsi (1918-1920) (Bakı, Nağıl-
evi nəşriyyatı, 2006), ss. 28-41. Həmçinin bax; Süleymanov, Mehman, Nuri Paşa və silahdaşları
(Nurlar, 2014), s. 211.
209 a.k.ə. İsgəndərov, Anar (2008), s. 89.
76
QARABAĞ
99 SUALDA
10.068 nəfər azərbaycanlı vəhşicəsinə qətl edilmişdir.
210
Onu da qeyd etmək lazımdır ki, bu illər ərzində ermənilərin törətdiyi
qanlı qırğınların bəzi yerlərdə qarşısının alınması Osmanlı ordusunun
Azərbaycana etdiyi hərbi yardımları sayəsində mümkün olmuşdur. Os-
manlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu, ilk əvvəl
15 sentyabr 1918-ci ildə Bakını azad edərkən Gəncə-Bakı istiqamətindəki
yol boyu məntəqələri, sonra da oktyabr ayında başda Şuşa olmaqla Qara-
bağda erməni quldur dəstələrinin törətdiyi qırğınların qarşısını ala bilibdir
211
. Lakin 30 oktyabrda Osmanlı dövləti ilə İngilislər arasında imzalanan
Mudros müqaviləsinə görə Qafqaz İslam Ordusunun Qarabağı və sonra
da Azərbaycanı tərk etməsindən sonra, bundan istifadə edən ermənilər
Qarabağda yenə də qırğınlar törətməyə başlamışdır
212
.
Azərbaycana qarşı milli soyqırım olan və 1918-ci il “mart hadisələri”
ilə başlayıb 1920-ci ilə qədər sürən bu qanlı qırğınlarda ümumilikdə 50
mindən çox azərbaycanlı həyatını itirmişdir. Kütləvi soyqırım hadisələri
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin
milli dövlətçilik siyasəti ideyalarına güclü təsir göstərmiş, eyni zamanda
Rusiya imperiyasını da demokratik-federativ respublikaya çevirilməyə,
və bu regiondakı millətlərə muxtariyyət hüququnun verilməsi üçün əlini
çəkməyə məcbur etmişdir.
Dostları ilə paylaş: |