27. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı
Stepanakert şəhərinin tarixi adı necədir və onun
adı niyə dəyişdirildi?
Xankəndi şəhəri Azərbaycanın qədim yaşayış məskəni, inkişaf et-
miş şəhərlərindən biridir. Şəhərin ərazisi 8 kvadrat kilometr, əhalisi
265 “Administrative territorial division”, Garabagh.net; (http://garabagh.net/content_70_en.html).
Accessed on December 27, 2013.
96
QARABAĞ
99 SUALDA
53,1 min nəfərdir. Hal-hazırda Ermənistan
silahlı birləşmələrinin işğalı altındadır.
Xankəndi oykonimi “Xana məxsus kənd”
mənasındadır. Xankəndi adına Azərbaycanın
digər ərazilərində də rast gəlmək mümkün-
dür. İsmayıllı, Şamaxı, Qubadlı və digər ra-
yonlarda “Xankəndi” adını daşıyan yer adları
vardır.
266
XVIII əsrin sonlarında Qarabağ xa-
nının istirahət yeri kimi seçdiyi Xankəndi yaşayış yeri Şuşanın on
kilometrliyində, dağ ətəyində yerləşir. İbrahimxəlil xanın Xankəndini
şəxsi malikanə kimi seçməsi, ərazinin əlverişli təbii-coğrafi şəraiti ilə bağlı
olmuşdur. Kəndin yuxarı hissəsindən çayın axması, sıx meşəliklərlə əhatə
olunması onun seçilməsinə öz təsirini göstərmişdi. Burada xanın xüsusi
cins atları və süfrəsi üçün kəsilən mal-heyvanı bəslənildi. Mirzə Camal Ca-
vanşir yazır ki, “Mərhum İbrahim xandan 6 imarət qalmışdır ki, bunlardan
biri də, Şuşadan bir az aralıda Xan bağının tikintisidir”.
267
Qarabağ xanlığının Rusiya tərəfindən işğalından (1805) sonra, rus
əsgərləri Xankəndini hərbi düşərgə kimi istifadə etməyə başlamışdı. 1822-
ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının ləğv edilməsindən sonra rus
qarnizonu buraya tam yerləşdiyi üçün hərbi düşərgənin nəzdində hos-
pital, kazarma, kilsə və başqa inzibati binalar tikilmişdir. Məhz bundan
sonra rusların himayəsinə girmiş ermənilər Xankəndində məskunlaşmağa
başlamışdılar.
268
Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra erməni
millətçi dairələrinin Azərbaycana torpaq iddiası Lenin, Stalin və Orco-
nikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1921-1925-ci
illərdə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş
ermənipərəst S.M.Kirovun apardığı siyasət də rəvac verdi. Beləliklə, RKP
266 Məmmədov, N., Azərbaycanın Xankəndi şəhərinin tarixi (Bakı, 2011), s. 35.
267 Qarabaği, Mirzə Camal Cavanşir, Qarabağ tarixi (Bakı, 1959), s. 48.
268 Təkləli, Minaxanam, Türk kitabı: unudulan tarix dəyişdirilən adlar (Bakı, Qafqaz Universiteti nəşri,
2009), ss. 12-13.
DQMV yaradılandan
SSRİ dağılanadək nəinki
Xankəndinin, hətta
vilayətdəki irili-xırdalı bütün
təşkilatların rəhbərləri ancaq
erməni millətindən olan
şəxslərdən təyin edilirdi.
97
QARABAĞ
99 SUALDA
MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaq-
la Azərbaycan daxilində muxtariyyat verilməsinə qərar verdi. 1923-cü
il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ
Muxtar Vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin
erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının
əleyhinə olaraq Şuşa şəhəri deyil, əhalisinin yarıya qədəri erməni sakini
olan Xankəndi götürülür.
1923-cü il sentyabrın 18-də ermənipərəst S.M.Kirovun dəstəyi
ilə Azərbaycanın qədim yaşayış məskəni olan Xankəndinin adı da
dəyişdirildi. DQMV-nin erməni əhalisinin “müraciəti” nəzərə alınaraq
Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepan Şaumyanın şərəfinə Ste-
panakert adlandırıldı. Oktyabrın 6-da Azərbaycan MİK-si həmin qərarı
təsdiq etdi.
269
Yalnız 68 il sonra, 1991-ci ildə Xankəndinin tarixi adı özünə
qaytarıldı.
Sovet hakimiyyəti dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-
rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut
etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq
yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya
daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan
SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün
təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslərdən təyin
edilirdi. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir
kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX
əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inki-
şaf etməyə başlayır. Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci
ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu
tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran ra-
yonu adlandırıldı.
270
269 a.k.ə. Məmmədov, N. (2011), s. 51.
270 “Stepanakert”, Sovet Ensiklopediyası, C. IX (Bakı, 1986), s. 34.
98
QARABAĞ
99 SUALDA
28. 1936-cı il Sovet Konstitusiyasında Dağlıq Qarabağın
statusu necə idi?
SSRİ-nin 1936-cı ildə qəbul olunmuş yeni Konstitusiyası (Stalin Kons-
titusiyası) Sovet İttifaqında sosializmin qələbə çaldığını bəyan edərək,
dövlət və sovet cəmiyyətinin strukturunu yenidən formalaşdırdı. Konstitu-
siya İttifaqın və İttifaq respublikalarının səlahiyyətlərini müəyyənləşdirərək
federalizmi, bərabər müttəfiq respublikaların könüllü birləşmək prinsipini
təsbit etdi və müttəfiq respublikaların İttifaqdan ayrı sərbəst mövcud olma
hüququnu təsdiq etdi.
271
Bundan əlavə, Konstitusiya İttifaqın və muxtar respublikaların dövlət
hakimiyyətinin ali təmsiledici orqanlarının formalaşması, təşkili və
fəaliyyəti məsələlərini həll etdi və hökumət sistemini, məhkəmə və pro-
kurorluq orqanlarının səlahiyyətlərini müəyyənləşdirdi. İttifaq respub-
likalarının suverenliyi maddə 15-də qeyd olunduğu kimi, “yalnız Konsti-
tusiyanın 14-cü maddəsində göstərilən müəyyən müddəalar çərçivəsində
məhdudlaşırdı, bu müddəalar istisna olmaqla, hər bir İttifaq respublika-
sı dövlət səlahiyyətlərini müstəqil həyata keçirə bilərdi”.
272
Konstitusiya
müttəfiq respublikaların öz ərazilərində onların suverenlik hüququnu
təsdiq edən 18-ci maddədə vurğulanırdı ki, “müttəfiq respublikanın ərazisi
onun razılığı olmadan dəyişdirilə bilməz.”
273
Konstitusiyaya görə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
və Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respub-
likası ərazisinin ayrılmaz tərkib hissəsidir.
274
Onların statusu 1936-cı il
Sovet Konstitusiyası ilə müəyyən edilsə də, bütün digər hüquqi qaydalar
Azərbaycan Sovet Sosialist Respublikasının bir il sonra, 1937-ci ildə qəbul
edilmiş yeni Konstitusiyasına daxil edilmişdir.
275
Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası Dağ-
271 Конституция СССР 1936 года, Ленинградская областная универсальная научная библиотека –
ЛОУНБ; (http://reglib.ru/konst/1936). Accessed on December 27, 2013.
272 “Maddə 15”, SSRİ Kostitusiyası, 1936.
273 “Maddə 18”, SSRİ Kostitusiyası, 1936.
274 “Maddə 24”, SSRİ Kostitusiyası, 1936.
275 “Chapters: V,VI,VII”, The Constitution of Azerbaijan Soviet Socialist Republic, 1937.
99
QARABAĞ
99 SUALDA
lıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq etdi; dövlət orqan-
ları və idarələrini, seçki üsullarını, nümayəndəlik qaydalarını, onların
səlahiyyətləri və fəaliyyət qaydalarını, hökumət strukturunu və onların digər
dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirdi. Bundan əlavə, Konstitusi-
ya müəyyənləşdirdi ki, dövlət orqanları aktları Muxtar Vilayətdə yaşayan
əhalinin dilində – ermənicə və azərbaycanca dərc edilməlidir.
276
Həmçinin,
Azərbaycan SSR Konstitusiyasına görə, Ali Sovetin Rəyasət Heyətinin sədr
müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi.
277
DQMV-nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində xüsusi hü-
quqlara malik idi. Bu hüquqlar ona rayon və ərazi bölgülərinin sərhədlərini
yaratmağa imkan verirdi ki, bu da Azərbaycan Sovet Sosialist Respublikası-
nın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməli idi.
278
SSRİ və Azərbaycan SSR Konstitusiyalarında təsdiq və təsbit olunmuş-
dur ki, Azərbaycanın muxtar respublika və vilayəti müttəfiq Respublikanın
ayrılmaz tərkib hissəsidir və onun iradəsi olmadan dəyişdirilə bilməz.
29. 1948-ci ildə Azərbaycanlılar Ermənistandan
nə üçün sürgün olundular?
II Dünya müharibəsinin gedişində, 1941-1945-ci illər Almaniya ilə
SSRİ arasında müharibənin ilk illərində Sоvet rəhbərliyinin Azərbaycanla
bağlı dəhşətli planı vardı. Bu plana görə Azərbaycan əhalisi Оrta Asiya və
Qazaxıstana кöçürülməliydi. Buna səbəb dövlətin azərbaycanlılara eti-
bar etməməsi hesab olunurdu. Lakin, azərbaycanlıların müharibənin
ilk günlərindən başlayaraq göstərdikləri şücaətlər,
279
Bakı neftinin Sovet
İttifaqı üçün oynadığı önəmli rol, Qızıl ordunun Stalinqrad və Qafqaz
cəbhəsindəki çətin döyüşləri, habelə M.C.Bağırоvun möhkəm iradəsi və
tutarlı arqumentləri İ.V.Stalini bu yоldan çəкindirmiş oldu.
Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxlaması Mosk-
276 “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
277 “Maddə 31”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
278 “Maddə 19 (q)”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
279 İsmayılov, İsrafil, Azərbaycanlıların II Dünya müharibəsində iştirakı (Bakı, Qızıl Şərq mətbəəsi,
2000), ss. 28-51.
100
QARABAĞ
99 SUALDA
vaya digər xalqlar üzərində öz hakim mövqeyini saxlamaq üçün lazım
idi. Hələ 40-cı illərin əvvəllərində Moskvada erməni lobbisinin başçısı
A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yara-
dıldı. Ermənilərin bu kimi fəaliyyətləri SSRİ rəhbərliyinə hər vasitə ilə təsir
etməyə çalışırdı. 1945-ci ilin payızında Ermənis tan rəhbərliyi növbəti dəfə,
heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağı onlara verməyi Sovet
hökuməti başçıları qarşısında qaldırdı. 1945-ci il noyabrın 28-də Mosk-
vadan Azərbaycan K(b)P MK-nin birinci katibi M.C.Bağırova göndərilən
məktubda bu məsələylə bağlı məlumat verilərək, onun rəyi istənildi.
M.C.Bağırov, bu iddiaların heç bir elmi və tarixi əsasının olmadığını qəti
şəkildə bildirdikdən sonra, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət
olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana
verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövrlərdə Ermənistana
və digər qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları
Azərbaycana qaytarılsın. Şübhəsiz ki, nə Sovet rəhbərliyi, nə də ermənilər
buna razı olmadılar.
Bu illərdə Qarabağ məsələsindən başqa “Böyük Ermənistan” dövləti
yaratmaq xülyasında olan ermənilər II Dünya müharibəsinin davam etdi-
yi əlverişli şəraitdən istifadə edərək qonşu ölkələrdə yaşayan ermənilərin
yenidən Ermənistana köçürülməsini gündəmə gətirdilər. Bununla bağlı
hələ 1943-cü il 28 noyabr-1 dekabr tarixlərində SSRİ, ABŞ və İngiltərənin
iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri
müzakirə edilərkən İ.V.Stalinə məsələ ilə bağlı məlumat verilmiş və danı-
şıqlar zamanı razılıq da alınmışdı.
280
Bütün bunlardan sonra, Moskva Azərbaycan əleyhinə növbəti “əks
tədbirlər” üçün hazırlıq görməyə başladı. 1941-1945-ci illər müharibəsi
başa çatdıqdan sonra Sovet rəhbərliyi, 1946-cı ilin oktyabrında xaricdə
yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi.
Bunun ardınca SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. 1948-ci il 10
mart tarixli daha bir qərarla bu işin həyata keçirmək üçün tədbirlər planı
280 a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), ss. 134-135.
101
QARABAĞ
99 SUALDA
müəyyən olundu. 1948-1956-cı illərdə 150 mindən artıq azərbaycanlı öz
ata-baba torpaqlarından zorla köçürüldülər. Tarixi Qərbi Azərbaycan tor-
paqlarından zorla köçürülənlər əsrlər boyu yaşayıb uyğunlaşdıqları təbii
coğrafi şəraitlərindən, Azərbaycanın daha çox düzən coğrafi bölgələri olan
Kür-Araz və Mil-Muğan iqtisadi coğrafi zonalarına yerləşdirilmiş oldular.
Bu yerlər əsasən Azərbaycan SSR-nin Saatlı, Göyçay, Mirbəşir (indiki
Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir,
Sabirabad, Jdanov (indiki Beylaqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə ra-
yonları idi.
281
30. 1945 və 1965-ci ildə ermənilərin
Dağlıq Qarabağla bağlı iddiaları nə ilə nəticələndi?
Azərbaycan xalqına qarşı öz məkirli siyasətlərini II Dünya
müharibəsindən sonra da davam etdirən ermənilər, 1945-ci ilin payı-
zında Ermənis tan rəhbərliyi olaraq növbəti dəfə Dağlıq Qarabağı onlara
verməyi Sovet hökuməti başçıları qarşısında qaldırdılar. Bununla bağlı
Ermənistan KP MK-nin birinci katibi Q.Arutunov 1945-ci ilin noyabrın-
da Moskvaya bir ərizə məktubu ilə müraciət etdi. Moskva məsələylə bağlı
Azərbaycan rəhbərliyinin rəyini istədikdə, Azərbaycan KP MK-nin birinci
katibi M.C.Bağırov, dekabrın 10-da göndərmiş olduğu cavab məktubunda
yuxarıda da göstərildiyi kimi bunun sadəcə keçmişdə Azərbaycandan qo-
parılmış tarixi torpaqların geri qaytarılması yolu ilə ola biləcəyini vurğula-
dı. Təbii ki, nə Sovet rəhbərliyi və də ermənilər buna razı olmadı.
282
Belə olduqda, ermənilər əks tədbirlər görməyə başladı və 1946-cı ilin
oktyabrında Moskvanın əliylə xaricdə yaşayan ermənilərin Ermənistana
köçürülməsi haqqında qərar qəbul etdirdilər. Bunun ardınca SSRİ
Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kol-
xozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
281 Arzumanlı, Vaqif və Mustafa, Nazim, Tarixin qara səhifələri- Deportasiya. Soyqırım. Qaçqınlıq
(Bakı, 1998), ss. 89-97.
282 a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), s. 134. Həmçinin bax; Qasımlı, Musa, “Ermənilərin
Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları”, Yılmaz, Reha, red.,
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 8.
102
QARABAĞ
99 SUALDA
ovalığına köçürülməsi haqqında” qərar qəbul edərək 150 mindən artıq
azərbaycanlını öz ata-baba torpaqlarından zorla köçürdülər.
283
50-ci illərin ortalarında Sovet imperiyasında siyasi abu-havanın
nisbətən yumşaması Azərbaycanda milli dirçəliş meyllərini oyatdı.
Bundan təşvişə düşən mərkəz Azərbaycanı qorxu altında saxlamaq
üçün A.Mikoyanın və M.Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq
Qarabağı Ermənistana vermək məsələsini qaldırdı. Ermənistanda an-
titürk təbliğatı yenidən qızışdırıldı. İrəvandakı Azərbaycan Pedaqoji
Texnikumu Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürül-
dü. Ermənistan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsi bağlandı.
Ermənistanda Azərbaycan dilində çıxan rayon qəzetləri, C.Cabbarlı
adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı. Lakin ölkədə 30-dan
çox milli münaqişə öcağının olduğunu nəzərə alan Sovet rəhbərliyi bu
məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək Azərbaycanın
xeyrinə həll etdi.
1958-ci ildə bütün ermənilərin katolikosu II Vazgen Bakıya səfər
edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani
seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng
vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı.
1960-cı illərin ortalarında növbəti dəfə Ermənistanda
azərbaycan lılar əleyhinə hərəkat başladı. 1965-ci ildə uydurma
“erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. “
Qarabağ Komitəsi” açıq
fəaliyyətə başladı. Dağlıq Qarabağda erməni millət çiliyi dərinləşərək
azərbaycanlılar açıqca sıxışdırılmağa başladılar. Respublika rəhbərliyi
bu hadisələrə seyirci münasibət göstərərək “xalqlar dostluğunu”
möhkəmləndirmək üçün tədbirlər görürdü. Hətta Azərbaycan SSR Ali
Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd rayonlarında
2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi
haqqında 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiqləmişdi. Lakin,
1969-cu il iyulun 14-də Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər
Əliyev bu qərarın icrasına imkan vermədi.
284
283 “Qan Yaddaşı”, Azərbaycan Respublikası Ali Məhkəməsi; (http://www.supremecourt.gov.az/?mod=2
&cat=203&c=1&lang=az&t=w). Baxılmışdır 27 noyabr 2013-cü il.
284 a.k.ə. Azərbaycan tarixi, C.VII (2008), s.144, 147. Həmçinin bax; a.k.ə. Qasımlı, Musa (2010), s. 12.
103
QARABAĞ
99 SUALDA
31. 1970-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistana birləşdirilməsi cəhdlərinin
nəticəsi necə oldu?
1950 və 1960-cı illərdə erməni dairələrinin əsassız iddiaları həyata
keçməyincə onlar bu kimi fəaliyyətlərini 1970-ci illərdə də davam
etdirdilər. Bu illərdə müəyyən erməni dairələri Dağlıq Qarabağ məsələsini
yenidən gündəmə gətirməyə başladılar. Hətta 1973-cü ilin avqustun-
da Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin 5-ci şöbəsi “erməni
millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütun təşkilatı ilə bağlı olan
bir qrup şəxsi həbs etdi. Buna baxmayaraq, onlar 1977-ci ildə SSRİ Kons-
titusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq
Moskvaya, yəni SSRİ mərkəzi orqanlarına ərizələrlə müraciət etməyə baş-
ladılar. Bu hadisələr Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi
dövrə təsadüf etdiyi üçün bunun qarşısı alındı. Belə ki, bu zaman Krımda
istirahətdə olan Sovet İttifaqı KP MK-nin Baş Katibi L.İ.Brejnevlə görüşən
Heydər Əliyev, erməni şovinistlərinin Dağlıq Qarabağla bağlı əsassız
iddialarını puça çıxartmış oldu.
285
Çünki, Heydər Əliyevin hakimiyyət
illərində vilayətin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilirdi. Belə
ki, bu illərdə Ağdam-Stepanakert dəmiryolu açıldı; Stepanakertdə (indiki
Xankəndi) Ali məktəb yaradıldı; Vilayətdə mədəni-maarif müəssisələrinin
geniş şəbəkəsi quruldu. Bütün bu işlər aparılarkən heç bir milli ayrı seçki-
lik qoyulmadan həyata keçirilirdi. Bunu Dağlıq Qarabağda yaşayan erməni
icması da çox gözəl dərk edirdi. Onlar Azərbaycan torpaqlarına gəlmə ol-
duqlarını başa düşərək 1978-ci ildə bu diyara köçüb gətirilmələrinin 150
illiyi münasibəti ilə xüsusi abidə də qoydular. Amma bəzi erməni alimləri,
siyasətçi, yazıçı və jurnalistləri antiazərbaycan fikirlərindən əl çəkməyərək
Azərbaycan əleyhinə Moskvadakı müxtəlif mərkəzi orqanlara şikayət
məktubları yazır və teleqramlar göndərirdilər. 1980-ci illərin ortalarına
qədər yazılan bütün bu şikayət məktublarını, elə rus-sovet rəhbərlərinin
285 Qasımlı, Musa, Heydər Əliyev-İstiqlala gedən yol (1969-1987-ci illər) (Bakı, 2006), ss. 329-331.
104
QARABAĞ
99 SUALDA
xüsusi müfəttişləri yoxlayaraq, irəli sürülən
iddiaların əsassızlığını zəngin fakt və materi-
allarla təkzib ediblər.
286
1980-ci illərin ortalarında ölkədə baş
verən siyasi dəyişikliklər, ermənilərin avan-
türist fikirlərini canlandırdı. Eyni zaman-
da ciddi iqtisadi-siyasi böhranla çarpışan
Moskva, regionlarda milli zəmində xristian-
müsəlman qarşıdurması və Dağlıq Qarabağ
problemini yaratmaqla özünün labüd iflası-
nın qarşısını almağa cəhd göstərdi. Heydər
Əliyevin gələcəkdə milli münaqişələrə səbəb ola biləcək hərəkətlərdən im-
tina edilməsi haqqında Mərkəzin ünvanına söylədiyi iradlar onun 1987-ci
ilin oktyabrında hakimiy yətdən uzaqlaşmasına səbəb oldu. Məhz, Heydər
Əliyevin istefasından sonra “yenidənqurma” və “aşkarlığ”ın yaratdığı im-
kanlar sayəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)
milli münaqişə ocağına çevrilmiş oldu.
Bu dövürdə, Zori Balayanın Azərbaycan xalqını təhqir edən, saxta-
karlıqlarla dolu olan “Ocaq” və başqa kitablarının nəşr edilməsi milli
münaqişəni daha da qızışdırdı. Ermənipərəst qüvvələrin səyi nəticəsində
Azərbaycan əleyhinə SSRİ və qərb mətbuatında kampaniyalar başladıldı.
Daxildən və xarici ölkələrdən dəstək alan ermənilər açıq ərazi iddiala-
rı ilə çıxış etməyə başladılar və Azərbaycan torpaqları hesabına “Böyük
Ermənistan” yaratmaq üçün fəaliyyətlərini genişləndirdilər. Bu zaman
respublikaya rəhbərlik edənlər nəinki susur, hətta ermənilər tərəfindən
törədilən bir sıra terror aktlarını da saxta beynəlmiləlçilik zəminində xalq-
dan gizlədirdilər.
M.Qorbaçovun əlaltısı akademik A.Aqanbekyan 1987-ci ilin noyab-
rında Parisdə “Huma nite” qəzetinə verdiyi müsahibədə SSRİ rəhbərliyinin
DQMV haqqında mövqeyini açıq şərh etdi. Milli ədavətin ilk qurbanları
yenə də Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanva-
rında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirməyə
286 a.k.ə. Qasımlı, Musa (2010), ss. 13-15.
Məhz, Heydər Əliyevin
istefasından sonra
“yenidənqurma” və
“aşkarlığ”ın yaratdığı imkanlar
sayəsində Azərbaycanın
Dağlıq Qarabağ Muxtar
Vilayəti (DQMV) milli
münaqişə ocağına
çevrilmiş oldu.
105
QARABAĞ
99 SUALDA
başladılar. Həmin ilin fevral ayının 24-də Əsgəran rayonunda ermənilər
tərəfindən 2 azərbaycanlı gəncin qətlə yetirilməsi və 19 nəfərin də yara-
lanması ilə
elan olunmamış Dağlıq Qarabağ müharibəsi başlamış oldu.
287
Dostları ilə paylaş: |