32. SSRİ-nin 1977-ci il Konstitusiyanın 78-ci maddəsinin
Dağlıq Qarabağa nə kimi aidiyyatı vardı?
1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının 78-ci maddəsində
deyilirdi: “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə
bilməz”. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikala-
rın qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən
ratifikasiya (təsdiq olunma) edilərək dəyişdirilə bilər.
288
Bu maddə təsbit
edir ki, müttəfiq dövlətlərin sərhədləri onların suveren hüququdur və
onların ərazi bütövlüyü özlərinin icazəsi olmadan dəyişdirilməməlidir.
Buna görə də, qonşu ittifaq dövlətlərin digər ittifaq dövlətinə qarşı ərazi
iddiaları və Muxtar Vilayətlərin özbaşına ayrılma hərəkəti qanunsuz he-
sab edilirdi. Bundan əlavə, 78-ci maddənin “hər bir İttifaq respublikası
ərazi, bölgə, diyar və rayonlarının bölgüsünü özü müəyyən etməli və onun
inzibati və ərazi strukturu ilə bağlı digər məsələləri özü həll etməlidir”
289
müddəası da İttifaq Respublikanın Muxtar Vilayət üzərində mövqeyi-
ni möhkəmləndirirdi. Bütün bu deyilənləri diqqətə alaraq qeyd etmək
yerinə düşər ki, Ermənistan SSR Azərbaycan SSR-nin ərazi bütövlüyü
ilə bağlı iddia irəli sürərkən və parlamentdə DQMV-nin öz ərazilərinə
birləşdirilməsi barədə qətnamə qəbul edərkən SSRİ Konstitusiyasının 78-
ci maddəsini pozmuşdur.
1991-ci ildə Dağlıq Qarabağda referendum keçirən ermənilər öz
müstəqilliklərini elan edərək SSRİ Konstitusiyanın 78-ci maddəsini
rədd etdi. Lakin, qondarma respublika öz müstəqilliyinin Sovet
qanunvericiliyinə əsasən qanuni olduğunu təkid edirdi.
290
Erməni tərəfi öz
287 a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), ss. 236-238.
288 “Article 78”, The Constitution of USSR, 1977.
289 “Article 79”, The Constitution of USSR, 1977.
290 a.k.ə. Avakian, Shahen (2013), p. 13.
106
QARABAĞ
99 SUALDA
təcavüzkar siyasətinə haqq qazandıraraq Muxtar Vilayətlərə İttifaq dövləti
daxilində və ya onun hüdudlarından kənarda öz statusunu müəyyən
etmək imkanı verən, lakin 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusi-
yasının maddələrinə, xüsusilə 78-ci maddəyə zidd olan 3 aprel 1990-cı il
“Müttəfiq respublikaların SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin
həlli qaydaları haqqında”
291
Sovet qanuna istinad edir. Amma qeyd etmək
lazımdır ki, Konstitusiya digər hüquqi aktlar ilə müqayisədə əsas qa-
nun kimi qəbul olunduğu üçün, 78-ci maddə İttifaq Dövlətinin Muxtar
Vilayətlərinin statusunun tənzimlənməsi üzrə həlledici amil hesab olun-
malıdır. Buna görə də, Sovet qanunvericiliyinə əsasən qondarma “Dağlıq
Qarabağ Respublikası”nın müstəqilliyinin qanunsuz olduğu qeyd edilməli
və Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğal olun-
ması bir qonşu dövlətin digərinə təcavüzü kimi qiymətləndirilməlidir.
33. Sovet dövründə Dağlıq Qarabağ əhalisinin etnik
tərkibi necə idi?
Sovet dövründə DQMV-ində etnik tərkibin necə olduğu barədə daha
aydın təsəvvür əldə etmək üçün 1923-cü il iyulun 7-də DQMV-nin yara-
dılmasına kimi buradaki etnik və siyasi vəziyyəti öyrənmək lazımdır. Belə
ki, I Dünya müharibəsi davam etdiyi zaman, 1916-cı ildə çar Rusiyasının
həyata keçirdi siyahıyaalmalara görə Şuşa qəzasında əhalinin ümumi sayı
171.954 nəfər olmuşdur: onların 77.189 nəfərini azərbaycanlılar, 94.785-i
isə ermənilər təşkil etmişdir.
292
1917-ci ilin oktyabrında baş verən bolşevik
çevirilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər Leninin rəhbərliyi
altında birtərəfli qaydada I Dünya müharibəsindən çıxdığı üçün rus or-
dusundan tərxis edilən erməni quldur dəstələri ilə birlikdə Azərbaycana,
eləcədə Qarabağa soxuldular. Onlar Qarabağın azərbaycanlı əhalisini
məhv edərək, buranı yeni yaradılmış Ararat respublikasına birləşdirmək
istəyirdilər. Bu məqsədlə 1918-1919-cu illərdə Qarabağ bölgəsində 150
291 a.k.ə. Avakian, Shahen (2013), p. 33.
292 a.k.ə. Mahmudov, Ceyhun (2010), s. 566.
107
QARABAĞ
99 SUALDA
azərbaycanlı kəndinin əhalisi məhv edildi.
293
Bu dövrdə ermənilərin
azərbaycanlılara qarşı törətdiyi soyqırımların qarşısı general Nuru pa-
şanın rəhbərliyi altında türk ordusunun və yerli Azərbaycan əlahiddə
ordusunun birgə səyləri ilə alındı. Osmanlı və Azərbaycan əsgərlərini
birləşdirən Qafqaz İslam Ordusu 1918-ci il sentyabr 15-də Bakını azad
edərkən Gəncə-Bakı istiqamətindəki yol boyu məntəqələri, sonra da Qa-
rabağı erməni quldur dəstələrinin işgalından azad etdi.
294
Bu hadisələr
zamanı Qarabağda yaşayan çox sayda azərbaycanlı baş verən qırğınlarda
ev-eşiyindən didərgin düşdü və öldürüldü.
Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan (28 aprel 1920) son-
ra bir müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bi-
rinci katibi işləyən S.M. Kirovun (1921-1925) ermənipərəst siyasi mövqeyi
nəticəsində Azərbaycanın əleyhinə bəzi hadisələr baş verdi. Qarabağ, tarixində
ilk dəfə Dağlıq (Yuxarı) və Ovalıq (Aşağı) Qarabağ coğrafi adı altında iki yerə
bölündü. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bu
prosesin siyasi yekunu oldu. Mərkəzin yeritdiyi siyasət çar Rusiyası dövründə
olduğu kimi, ermənilərin burada rahat yaşayaraq saylarını artırmağa əlverişli
şərait yaratdı. 1926-cı ildə Sovet hökumətinin həyata keçirdiyi siyahıyaalma-
ya görə DQMV-də yaşayan 125.300 nəfər əhalinin 111.700 (89%) erməni,
12.600 (11%) isə azərbaycanlılar idi.
295
1916-cı ildən keçən dövr ərzində Qa-
rabağ əhalisinin etnik tərkibi ciddi bir şəkildə dəyişdirildiyi kimi, DQMV-də
milli-mədəni dəyərləri də assimilyasiyaya məruz qalmışdı. Burada Azərbaycan
türklərinə məxsus tarixi yer adları, yaşayış məntəqələrinin adları dəyişdirildi
və erməni adları ilə əvəz edildi. Vilayətin mərkəz Şuşadan Xankəndinə köçü-
rüldü və S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Sovet dövləti müttəfiq respublikalar üzərində hakim mövqeyini qoru-
maq məqsədi ilə xalqlar arasında münaqişə ocaqlarını saxlamağa çalışırdı.
293 a.k.ə. Uçarol, Rifat (1995), s. 485-491. Həmçinin bax; a.k.ə. Müxtəsər xronoloji ensiklopediya
(2003), ss. 42-100.
294 a.k.ə. Osmanlı Belgelerinde Karabağ (2009), ss. 240-241. Həmçinin bax; a.k.ə. “Karabağ”, Meydan-
Larousse, Büyük lugat ve Ansiklopedi, s. 917. Həmçinin bax; Süleymanov, Mehman, Qafqaz İslam
Ordusu və Azərbaycan (Bakı, 1999), ss. 72-83-139. Həmçinin bax; a.k.ə. Ağayev, Yusif və Əhmədov,
Səbuhi (2009), ss. 109-167.
295 Bakışov, Ç.A., İzminenniye Etniçeskogo Sostava Naseleniya Azerbaycanskoy SSR (po dannım
perepisey 1897-1979 gg.), Sovetskoye Etnokrafiya (1980), №5, cc. 66-67.
108
QARABAĞ
99 SUALDA
Münaqişə ocaqlarından biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
təsadüfü seçilməmişdi. 40-cı illərin ortalarında Moskvada erməni lobbisinin
başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi”
yaradıldı. 1945-ci ilin payızında Ermənis tan rəhbərliyi növbəti dəfə Dağlıq
Qarabağı onlara verməyi Sovet hökuməti rəhbərliyi qarşısında müzakirəyə
çıxartmalarına baxmayaraq onların bu planı M.C.Bağırovun ciddi səyi
nəticəsində baş tutmadı.
296
Sovet hakimiyyətinin ilk 20 illik dövründə Dağlıq Qarabağda
əhalinin etnik tərkibi məsələsinə gəlincə, xüsusilə 1930-cu illərdə Sovet
Azərbaycanında məhsul vəzifələrin çoxunda ermənilərin yerləşdirilməsi
və onların anti-Azərbaycan fəaliyyəti nəticəsində Dağlıq Qarabağda
ermənilərin sayı 1939-cu ilə kimi 2.6% artdı. 1937-1938-ci illərdə So-
vet höküməti, Sovet-Türkiyə münasibətlərində soyuqluq yarandığı
üçün azərbaycanlılara etibar etməyərək, Dağlıq Qarabağdan yüzlərlə
azərbaycanlı ailəni Azərbaycanın Aran torpaqlarına köçürtdü. Onların
yerinə Ermənistandan yüzlərlə erməni ailəsi yerləşdirildi.
297
1941-1945-ci illər müharibəsi Azərbaycanda olduğu kimi, Dağlıq Qa-
rabağda da əhalinin sayının azalmasına səbəb oldu. 1979-cu il siyahıyaal-
masına görə Dağlıq Qarabağ əhalisinin təqribən 75%-ni ermənilər, 23%-ni
azərbaycanlılar, 2% -ni isə diğər xalqların nümayəndələri təşkil edirdi.
298
1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə, Dağlıq Qara-
bağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%)
erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.
Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyalmalarına görə, Dağlıq
Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən
dərəcədə artmışdı. Lakin 1989-cu il əhali siyahıyaalması ərəfəsində
Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının
vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq
cəhdləri azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə
səbəb olmuşdur.
299
296 a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), s. 134.
297 a.k.ə. Qasımlı, Musa (2010), s. 7.
298 a.k.ə. Bakışov, Ç.A. (1980), ss. 68-71. Həmçinin bax; a.k.ə. Yaqub, Mahmudov və Kərim, Şükürov
(2009), ss. 44-71.
299 a.k.ə. Yaqub, Mahmudov və Kərim, Şükürov (2009), ss. 68-69.
109
QARABAĞ
99 SUALDA
34. Sovet dövründə DQMV-nin erməni əhalisi
Azərbaycan hökuməti tərəfindən ayrı-seçkiliyə
məruz qalırdımı?
DQMV-nin statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında
təsbit olunmuşdur.
300
Bu Konstitusiyalara əsasən, DQMV SSRİ Ali So-
vetinin Millətlər Şurasında beş, Azərbaycan SSR Ali Sovetində isə on iki
deputat ilə təmsil olunmaq hüququna malik idi.
301
Bundan başqa, muxtar
vilayətin statusu 16 iyun 1981-ci il Azərbaycan SSR Ali Soveti tərəfindən
qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanun”la da
tənzimlənirdi.
302
Muxtar vilayətin hüdudları daxilində erməni dili bütün hökumət, in-
zibati və məhkəmə orqanları və prokurorluğun əməli dili kimi qəbul olun-
muşdu.
303
Həmçinin, erməni dilində nəşrlərə, yerli televiziya, radio yayım-
larına və qəzetlərə də icazə verilirdi.
304
Ermənistan tərəfi Azərbaycan hökuməti tərəfindən 1960-1980-ci
illərdə regiona əhəmiyyətli investisiya ayrılmadığı halda, Azərbaycanın
digər bölgələrinə investisiya qoyuluşunun ikiqat artırdığını iddia edirdi.
Lakin, statistikaya əsasən, 1971-1985-ci illər ərzində DQMV-nin inki-
şafına təqribən 483 milyon rubl kapital qoyulmuşdu ki, bu da ötən 15 il
ərzindəkindən 2,8 dəfə çox idi.
Bundan əlavə, Azərbaycanın digər regionlarına nisbətən DQMV-
də mənzil tikintisi daha yüksək olmuşdur. Azərbaycanda 3,64 kv/m
olmasına baxmayaraq, DQMV-də bu rəqəm 4.76 kv/m-ə bərabər idi.
Statistikaya görə, “1970-1986-cı illər arasında respublikada sənaye is-
300 “Maddə 24”, SSRİ Kostitusiyası, 1936. “Maddə 78”, SSRİ Kostitusiyası, 1977.
301 a.k.ə. “Maddə 24”. a.k.ə. “Maddə 78”.
302 “The Nagorno Karbakh the Autonomous Oblast of Azerbaijan”, The Permanent Mission of the
Republic of Azerbaijan to UN; (http://www.un.int/azerbaijan/the_nagor.php). Accessed on November 27,
2013.
303 “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
304 “The Nagorno Karabakh Autonomous Oblast of Azerbaijan SSR”, Republic of Azerbaijan: Ministry
of Foreign Affairs; (http://mfa.gov.az/?language=en&options=content&id=812). Accessed on November
27, 2013.
110
QARABAĞ
99 SUALDA
tehsalı 3 dəfə, DQMV-də isə 3,3 dəfə artmışdır”.
305
Əslində, DQMV
Azərbaycandan daha sürətlə inkişaf edirdi. 1988/1989-cu tədris ilində
Dağlıq Qarabağda erməni dilindən tədris dili kimi istifadə edən 136 orta
məktəb (16,120 şagird) və 13 qarışıq tipli məktəb (7,045 şagird) var
idi.
306
Elə həmin tədris ilinin eyni dövründə Azərbaycanda ümumilikdə
181 erməni məktəbi (20,712 şagird) və 29 qarışıq tipli məktəb
(12,766 şagird) var idi.
307
Bundan başqa 1988/1989-cu tədris ilində
Azərbaycanda DQMV-nin paytaxt şəhəri Xankəndi (Stepanakert)
Pedaqoji İnstitutunun azərbaycan, erməni və rus bölmələrində əsasən
ermənilər olmaqla 2130 tələbə də təhsil alırdı. Həmçinin, müxtəlif ixti-
saslaşdırılmış orta məktəb və peşə təhsili müəssisələri öz proqramlarını
rus və erməni dillərində tərtib edirdilər.
308
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən Nax-
çıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial in-
kişafa dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə
qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir.
309
Buradan aydın
olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı res-
publika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, DQMV-də 657
olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq
olaraq 588, 501 və 692 idi. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə
bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə
SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana
çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7
olduğu halda, DQMV-də 101,7 idi.
310
Hətta erməni separatçılarının
Mərkəzdəki himayəçilərinin xüsusi cəhdləri nəticəsində Sovet İttifa-
qı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin
DQMV-nin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart
305 a.k.ə. “The Nagorno Karabakh Autonomous Oblast of Azerbaijan SSR”.
306 Baguirov, Adil. ”Nagorno-Karabakh: basis and reality of Soviet-era legal and economic claims used
to justify the Armenia-Azerbaijan war”, Caucasian Review of International Affairs, Vol. 2 (1), Winter
2008, p. 8.
307 a.k.ə. Baguirov, Adil (2008), p. 8.
308 a.k.ə. Baguirov, Adil (2008), p. 9.
309 З., Самедзаде, Нагорный Карабах: Неизвестная правда (Баку,1995), cс. 18-19.
310 a.k.ə. З., Самедзаде, (1995), c. 54.
111
QARABAĞ
99 SUALDA
tarixli qərarının preamulasında da vilayətdə sosial və iqtisadi inkişaf
sahəsində əldə edilmiş nailiyətlər xüsusi qeyd edilirdi.
311
Təqdim olunan
I Cədvəl DQMV-nin sosial-iqtisadi vəziyyətini,
xüsusilə münaqişənin başlandığı 1988-ci ildəki vəziyyətini göstərir. Bu
göstəricilər 1988-ci ilin mart ayında regionda sosial iqtisadi vəziyyətin
müzakirəsi ilə bağlı dövlət iclası zamanı təqdim olunmuşdur. Məlumatlara
əsasən, DQMV-nin sosial vəziyyəti təkcə Azərbaycan və Ermənistan deyil,
hətta bütün SSRİ-dəkindən daha yaxşı idi.
Cədvəl 1: 1988-ci ildə sosial inkişafın müqayisəli göstəriciləri.
312
Sadalananlar:
Azərb
ay
can
SSR
DQMV
SSRİ
Er
mənistan
SSR
1.Hər 10,000 nəfərə dü şən xəstəxana çarpayı larının sayı
97.7
101.7
130.1
86.2
2. Hər 10,000 nəfərə dü şən bütün ixtisaslar üzrə
həkimlərin sayı
38.4
29.1
42.7
38.6
3. Hər 10,000 nəfərə düşən orta tibb işçilərinin sayı
93.5
122.7
114.7
93.5
4. Hər 10,000 nəfərə dü şən ictimai
kitab xa na la rın sayı
6
13
4.8
4.1
5. Hər 10,000 nəfərə dü şən klubların sayı
5
15
4.8
3.8
6. Hər 10,000 nəfərə dü şən film proyektorlarının
[kinoteatr] sayı
3
11.2
5.4
2.9
7. Məktəbəqədər təhsil mü əssi sələrində uşaq ların sayı
(müvafiq yaşda olan əhalinin sayına görə faiz)
20
35
57
39
8. I növbədə oxuyan şagirdlərin sayı (şagirdlərin ümumi
sayına görə faiz)
74.3
92.5
78.2
87.8
9. Hər adambaşına düşən mənzil fondu (kv/m)
10.9
14.6
14.9
13.7
O cümlədən:
Şəhər yerlərində
12.2
14.6
14.3
13.1
Kənd yerlərində
9.2
14.6
16.1
15.0
311 Бакинский рабочий, 1988, 24 марта.
312 a.k.ə. Baguirov, Adil (2008), p. 9.
112
QARABAĞ
99 SUALDA
35. Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb
olan hadisələr hansılar idi?
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa
qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji
planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, “ənənələrinə” sadiq
qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılma-
sı uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst
M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə
313
erməni separatçıları növbəti
dəfə yenidən fəallaşdılar. Mixail Qorbaçov tərəfindən Sovet İttifaqın-
da “yenidənqurma” və “aşkarlıq” siyasəti həyata keçirildikdən sonra
ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsinə dair arzusunu
– onların Azərbaycana qarşı ərazi iddialarını açıq ifadə etmək imkanı-
nı təmin edən yeni şərait yarandı. 1985-1987-ci illərdə DQMV ilə bağlı
ermənilərin etirazlarının artması müşahidə olundu.
314
1987-ci ilin sonu,
1988-ci ilin əvvəllərində Moskvada DQMV-dən olan nümayəndələrlə
yüksək səviyyəli rəsmilər arasında muxtar vilayətin statusu ilə bağlı çox-
saylı görüşlər keçirildi.
315
1987-ci ilin avqust ayında Ermənistan Elmlər
Akademiyası DQMV və Naxçıvan Muxtar Respublikasının Ermənistan
SSR-ə birləşdirilməsi üçün minlərlə adamın imzası ilə ərizə hazırladı.
316
Ermənilərin ilk kütləvi etiraz aksiyaları 1987-ci ilin oktyabr ayın-
da Çardaqlı kəndinin erməni əhalisi azərbaycanlı sovxoz direktorunun
namizədliyini qəbul etməkdən imtina zamanı keçirilmişdi.
317
Tezliklə,
Çardaqlıdakı etiraz dalğası ətraf mühitlə bağlı – kimya zavodu və Metsa-
mor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən
İrəvana gedib çatdı. Lakin ertəsi gün, dinc ekoloji nümayiş DQMV-nin və
Naxçıvanın Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çev-
313 Новейшая история отечества. ХХ век. (В 2-хтт.), т. 2, (М., 1999), сc. 352–355.
314 Fraser, Niall M., et all., “A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute”, The Journal of
Conflict Resolution, Vol. 34, No. 4, December 1990, p. 657.
315 a.k.ə. Fraser, Niall M., et all. (1990), p. 658.
316 a.k.ə. Cornell, Svante E. (1999), p. 13.
317 Mouradian, Claire, “The Mountainous Karabakh Question: Inter-Ethnic Conflict or Decolonization
Crisis”, Armenian Review, Vol. 43, No. 2-3, 1990, p. 15.
113
QARABAĞ
99 SUALDA
rildi.
318
Bir qədər sonra, 1987-ci ilin noyabr ayında Qorbaçovun koman-
dasına daxil olan, onun iqtisadi məsələlər üzrə müşaviri, erməni akade-
mik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə
təklif verdiyini,
319
yenidənqurma və demokratiya şəraitində bu problemin
həllini tapacağına ümid etdiyini bildirdi.
320
Çardaqlı hadisəsindən sonra Ermənistandakı azərbaycanlılar
ermənilərin hücumlarına məruz qaldılar. Bu da onların ölkədən qo-
vulması ilə nəticələndi.
321
1988-ci ilin yanvar ayında Ermənistandan
olan ilk azərbaycanlı qaçqınlar dalğası Bakıya gəlib çıxdı və onların
əksəriyyəti Sumqayıtda yerləşdirildi.
322
Azərbaycanlıların Ermənistandan
köçürülməsi fevral ayında da davam etdirildi və bu ay ərzində azərbaycanlı
qaçqınların daha iki dalğası Bakıya gəlib çatdı.
323
Hadisələrin daha aqressiv məcraya yönəldiyi fevral günlərində İrəvanda
və Xankəndində (Stepanakert) separatçılar və erməni millətçilərinin
mitinqlər dalğası başladı. DQMV-nin birləşməsi ilə bağlı ermənilərin
tələbləri artdığından 1988-ci il fevralın 10-da Azərbaycan İnformasiya
Agentliyi Azərbaycanın heç bir vaxt ərazisinin birtərəfli qaydada ayrıla-
raq Ermənistan ilə birləşməsinə razı olmayacağı barədə bəyanat yaydı.
324
Ertəsi gün Azərbaycan hökumətinin DQMV ilə bağlı mədəni, iqtisadi və
sosial siyasətinə etiraz əlaməti olaraq Xankəndində (Stepanakert) ilk nü-
mayiş təşkil olundu.
325
Fevralın 20-də DQMV Ali Sovetinin sessiyası vilayətin statusuna
baxılması haqqında Azərbaycan SSR və SSRİ-yə müraciət edərək onun
318 “Reports of demonstrations in Yerevan and Clashes in Mountainous Karabagh”, Asbarez, 24 October
1987. Retrieved from; (http://web.archive.org/web/20070914104126/http://www.armeniaforeignministry.
com/fr/nk/nk_file/article/49.html). Accessed on November 29, 2013.
319 “Начало конфликта”, Генеральное консульство Азербайджанской Республики в Санкт-
Петербурге; (http://www.azconsulate.spb.ru/nagornyiy-karabah/nachalo-konflikta/). Accessed on
November 29, 2013.
320 Humanite, 18 noyabr 1987-ci il (fransız dilində).
321 a.k.ə. “Начало конфликта”.
322 Dragadze, Tamara, “The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment”, Third World
Quarterly, Vol. 11, No. 1, January 1989, p. 59.
323 a.k.ə. Cornell, Svante E. (1999) p. 14.
324 a.k.ə. Fraser, Niall M., et all. p. 658.
325 “Chronology of The key Events”; (http://www.nkrusa.org/nk_conflict/chronology.shtml). Accessed
on : 02/01/2014.
114
QARABAĞ
99 SUALDA
Ermənistan SSR-in nəzarətinə keçirilməsinə dair qərar qəbul etdi.
326
Dağlıq Qarabağ məsələsi ilə bağlı gərginliyin artması öz hökumətini
separatçı erməni iddialarına qarşı lazımi reaksiya göstərməməkdə it-
tiham edən Azərbaycan əhalisinə də mənfi təsir göstərmişdi. Fevralın
24-də Əsgəranda ermənilərlə polis arasında qarşıdurmalar nəticəsində
iki azərbaycanlı öldürüldü, 19 nəfər isə yaralandı.
327
Bu hadisə məsələni
münaqişə səviyyəsinə çatdıran mühüm addım oldu.
Çardaqlı hadisəsi, İrəvanda ekoloji nümayişin Dağlıq Qarabağ Mux-
tar Vilayətinin Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata
çevrilməsi, azərbaycanlılarının Ermənistandan qovularaq çıxarılması və
Əsgəranda iki azərbaycanlının öldürülməsi münaqişənin başlanmasının
başlıca amilləri idi.
Dostları ilə paylaş: |