(xris tian məliklərə) vermək lazımdır. Bununla da Asiyada sizin
vədinizə uy ğun ola raq və mə nim va sitəmlə ermənlərə çat dırılacaq xristi-
152 a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 47-48.
153 a.k.ə. Армяно- русские отноше ния (1990), док. № 146. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р.
(1947), c. 68. Həmçinin bax; Маркова, O.P., Россия, Закавказъе и международные отношения в XVIII
веке (М., 1966), с. 185.
154 a.k.ə. Маркова, O.P. (1966), с. 185. Həmçinin bax; Эзов, Г.А., Сношениие Петра Великого с
армянским народам (СПб, 1898), cc. LXXXVII-LXXXXXIX.
155 a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 71-72.
55
QARABAĞ
99 SUALDA
an döv lə ti yara na caq dır”
.
156
1783-cü ilin iyun ayında rus qoşunlarını ərzaqla təminatı məsələsini
həll et mək üçün P.S. Pot yom kin tərəfindən Qarabağa göndərilən
Q.Qaraxanov al ban ka talikosu Ovanes və xris tian məliklərdən bəziləri ilə
gizli əlaqə ya radırdı. İbrahimxəlil xandan çəkinən alban katalikosu Ova-
nes, onun qardaşları və məlik lər dən Abov, Bahtam və Adəmin oğlu, yeni
Çilə börd məliyi Məclum P.S.Potyomkinə göndər dik ləri məktu bu giz-
li olaraq Ka xa katex (məlik Adəmin iqamətgahı yerləşən ərazi) adlanan
yerdə imza la mışdı lar.
157
1783-cü il iyulun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən
Kart li-Ka xeti çarlığının Rusiya dövlətinin təbəəliyini qəbul etməsi Azər-
baycan xanlıqlarının siyasi və ziy yətini daha da ağır laş dırdı. Rusi ya hi ma-
yə sinə arxa lanan II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki
seperatçılıq hərəkətlərinə yardımını güc lən dirdi. Gürcü s tandakı rus qo-
şunlarının komandanı S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qa-
rabağ xanlığı üzərinə yürüş etmək üçün sürətlə hazırlıq işləri görürdülər.
Bu münasibətlə erməni İ.Arqutinski knyaz Pot yom kinə yazırdı ki, əgər rus
ordusu Gəncəyə qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və
onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta bilə cək lər.
158
Belə tədbirlər erməni ideoloqlarının daha da fəal laş ma sı na, bir növ
açıq fə aliy yətinə yol açmışdı. Belə ki, 1783-cü ilin iyul-av qust ayında
erməni keşişi İ.Ar qu tin ski alban katalikosu İo hana, Xəmsə məlik lə rin dən
Məc lum bəyə, Abov və Bah ta ma ünvanlanmış məktubunda bil dirilirdi
ki, çoxsaylı rus qo şun ları Qa ra bağ xan lığına gəldiyi təqdirdə verdikləri
vədlərinə sadiq qalaraq bu qo şuna hər cür yardım göstərsinlər.
159
1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qara-
bağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II
İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli
Gəncə və İrəvan ərazisini ələ keçirməklə yanaşı bütövlükdə Azərbaycan
156 a.k.ə. Армяно- русские отноше ния (1990), док. № 148, с. 241. Həmçinin bax; a.k.ə. Иоаннисян,
А.Р. (1947), c. 74. Həmçinin bax; Бутков, Г.P., Матереалы для новой истортт Кавказа 1722 по 1802
г., тom II (СПб., 1869), с. 142.
157 a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 84-85.
158 a.k.ə. Иоаннисян, А.Р. (1947), c. 165.
159 a.k.ə. Армяно- русские отноше ния (1990), док. № 159, сc. 254-255.
56
QARABAĞ
99 SUALDA
torpaqlarını Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. O, Rusi-
ya hakim dairələrinə göndərmiş olduğu mək tub larının birində yazırdı: “...
belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir.
Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”.
160
Lakin Rusiya-Osmanlı müharibəsi (1787-1791) başlandığı üçün
rus qoşunları Qafqaz xətt inə çağrılmış və Azərbaycan əra zi sin dən geri
dönməyə məcbur olmuşdular. 1787-ci ilin sent ya b rında birləşmiş
qüvvələrin geriyə döndüyünü görən xristian mə lik ləri də onların ardınca
get məli olmuşdular.
161
Beləliklə, XVIII əsrin II yarısında Rusiya imperiyasının erməni
missionerlərinin və Qarabağın xristian məliklərinin köməyi ilə Azərbaycan
xanlıqlarını, o cümlədən Qarabağ xanlığını ələ keçirərək bu ərazidə “alban
çarlığı” və ya “er məni dövləti” yarat maq siyasəti baş tutmamışdır.
15. Kürəkçay müqaviləsi nə zaman və hansı
şərtlərlə bağlandı?
1804-cü ilin yanvar ayında uzun sürən mühasirədən sonra Gəncə
xanlığı Rusiya tərəfindən işğal edildi. Gəncə xanı Cavad xan və kiçik oğlu
Gəncə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldular. Şəhərin alın-
masından sonra general Qulyakov Car-Balakəndən Gəncəyə göndərildi.
Həmin ilin mart ayında rus çarı I Aleksandrın həyat yoldaşının şərəfinə
Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı.
162
Rusların Azərbaycana yürüşü Osmanlı və Qacarlar İranı ilə
münasibətləri daha da kəskinləşdirdi. Osmanlı dövləti, 1798-ci ildə
Rusiya ilə bağladığı “İttifaq sazişinə” görə susqunluğunu sürdürmək
məcburiyyətində qaldı.
163
Rusiya ilə qarşı-qarşıya qalan İran, bəzi
Azərbaycan xanlarına güvənsə də, yenə müttəfiq arayışında idi. Bu zaman
160 a.k.ə. Маркова, O.P. (1966), с. 175.
161 a.k.ə. Бутков, Г.P. (1869), с. 188.
162 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 193. Həmçinin bax; a.k.ə. Əsədov, Firudin və Kərimova,
Sevil (1993), s. 56. Həmçinin bax; Bala, Mirze, “Gence”, İslam Ansiklopedisi, C. IV (İstanbul, 1988), ss.
764-765.
163 Uçarol, Rifat, Siyasi Tarih (1789-1994) (İstanbul, Filiz yayınevi, 1995), ss. 84-85.
57
QARABAĞ
99 SUALDA
Avropa dövlətləri, xüsusilə İngiltərə, Orta Şərqdə mənafeyinə zidd oldu-
ğu üçün Rusiyanın cənuba doğru irəliləməsindən narahat idi. Belə bir
vəziyyətdə Avropanın dəstəyini alan İran, 1804-cü ilin iyun ayında Rusi-
yaya müharibə elan etdi.
164
Bu dövrdə əksər Azərbaycan xanlıqları kimi Qarabağ xanlığı da
tarixin ciddi sınağı ilə üz-üzə qalmışdı. Müstəqil davranmağı çox
istəyən İbrahimxəlil xan Qacarlar İranı və Rusiya arasında seçim etmək
məcburiyyətində idi. Xanlığa bu illərdə vəzirlik etmiş Mirzə Camal Ca-
vanşirin yazdığına görə, 5 min nəfərlik İran ordusu Tuğ kəndi yaxınla-
rında ruslara məğlub olduqdan sonra, Fətəli şah xana elçi göndərərək
Rusiyaya qarşı ittifaq yaratmağı təklif etdi.
165
Bu dövrdə rus elçiləri də
Şuşaya tez-tez gəlib gedirdilər. İbrahimxəlil xan bütün siyasi vəziyyəti
götür-qoy etdikdən sonra, rus işğalının qaçınılmaz olduğuna qərar ver-
di. Əslində o, Gəncə qətliyamının Qarabağda təkrarlanacağından ehtiyat
edirdi. Bundan başqa rus ordusunda xidmət edən zabitlərdən bir çoxunun
erməni əsilli olması səbəbi ilə, Qarabağ xəmsə məliklərinin ona xəyanət
edəcəyindən də çəkinirdi.
166
Rusların Qarabağa hücum etməyə hazırlaş-
dığı bir zamanda İbrahimxəlil xan son qərarını verərək rus generalı Sisi-
anovla görüşmək istədiğini bildirdi. Bu görüş nəticəsində 1805-ci il ma-
yın 14-də Kürəkçayda Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında 11
maddəlik qarşılıqlı əhdnamə bağlandı.
167
Beləliklə, bu müqavilə ilə Qara-
bağ xanlığı müstəqilliyini itirərək Rusiyanın himayəsi altına girmiş oldu.
Müqavilənin şərtlərinə görə mayor Lisianoviçin başçılığı altında 500 rus
əsgəri Şuşaya yerləşdirildi və demək olar ki, ona hər şeyə müdaxilə etmək
hüququ verildi. Eyni zamanda Rusiya dövlətinə xidmət edəcəklərinə görə
rus çarı tərəfindən İbrahimxəlil xana general leytenant, xanın oğulları
Məhəmmədhəsən Ağaya və Mehdiqulu bəyə isə, general mayor rütbələri
verildi.
168
164 a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 20-21. Həmçinin bax; a.k.ə. Umudlu, Vidadi (2004), s. 49.
165 a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), ss. 133-134.
166 a.k.ə. Əsədov, Firudin və Kərimova, Sevil (1993), s. 45.
167 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s.
71. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 135.
168 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Qaradaği, Həsənəli (1991), s.
135.
58
QARABAĞ
99 SUALDA
16. Gülüstan müqaviləsi nə zaman və
hansı şərtlərlə imzalandı?
XVIII əsrin sonunda Qacarlar səltənətində taxt-tac uğrunda mübarizəsi
gedərkən, Rusiya Qafqazda özünün işğal siyasətini daha da gücləndirdi.
1799-cu ilin noyabrında inzibati işlər ilə maraqlanması üçün Kovalens-
kini, daha sonra isə ordu ilə birlikdə erməni əsilli general Lazarevi Gür-
cüstana göndərdi. 1801-ci il sentyabrın 12-də çar I Aleksandrın fərmanı
ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi. Şərqi Gürcüstanla birlikdə
Azərbaycanın Qazax, Borçalı, Şəmsəddil və Pəmbək əraziləri də Rusiya-
ya birləşdirildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən
işğalının əsası qoyuldu.
169
1803-cü ilin fevral ayında gürcü əsilli general Sisiyanov yeni baş ko-
mandan kimi Tiflisə gəldi. 50 min əsgərlik əlavə qüvvə ilə gələn Sisianovun
köməkçilərindən biri də Ovannes (İvannes) adında erməni idi. Sisianov
digər rus komandanlarından aqressiv xarakteri ilə fərqlənirdi. O, Rusiya-
nın Qafqazda möhkəmlənməsini təmin etmək üçün xüsusi təlimatlarla
göndərilmişdi. Bu təlimatlardan biri də işğal zamanı ermənilərin
gücündən maksimum səviyyədə istifadə edilməsi idi.
170
Şərqi Gürcüstan tutulduqdan sonra ilk hədəf Car-Balakən oldu. Çün-
ki, Car-Balakən strateji cəhətdən mühüm mövqeyə malik idi. Rus ordu-
sunun buradan Azərbaycanın içərilərinə daxil olması və Dağıstanı işğal
etməsi üçün mühüm bəhanəsi də var idi. Gürcü çarının oğlu şahzadə Alek-
sandr ruslara qarşı mübarizəyə başlayaraq məhz yardım almaq üçün Car-
Balakənə sığınmışdı. 1803-cü ilin yazında general Qulyakovun ordusu
Car-Balakənə yürüş etdi. Qanıx çayı üzərində qələbə qazanaraq Balakəni
ələ keçirdi. 1803-cü il aprelin 12-də Tiflisdə imzalanmış “Andlı öhdəliyə”
görə, Car-Balakən camaatlığı Rusiyanın tərkibinə qatılır, sədaqət rəmzi
kimi Tiflisə əmanət (girov) göndərir, bölgədə rus ordusu yerləşdirilir, ca-
maat Rusiya xəzinəsinə ipəklə xərac ödəyir və Car-Balakənin daxili idarəsi
camaatda qalırdı.
169 a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), s. 6.
170 BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 192.
59
QARABAĞ
99 SUALDA
General Sisianovun növbəti işğal hədəfi
Azərbaycanın açarı hesab edilən Gəncə qa-
lası idi. Sisianovun hədələyici məktublarına
Gəncəli Cavad xanın sərt cavabı rus ordu-
sunun Gəncə üzərinə hücumuna yol açdı.
Tərəflər arasında ilk toqquşma Quru qobu
adlı yerdə baş verdi. 1804-cü il yanvarın
2-dən 3-nə keçən gecə Gəncə uğrunda rus
ordusu ilə qeyri-bərabər döyüşdə Cavad
xan və oğlu Hüseynqulu öldürüldü. Gəncə
işğal edildi. Gəncənin adı dəyişdirilərək Yelizavetpol qoyuldu. “Gəncə”
sözünü işlədənlər bir gümüş manat cərimə verməli oldu.
Rusların Azərbaycan torpaqlarını işğal etməsi Osmanlı və Qacarlar
İranı ilə münasibətlərə ciddi təsir etdi. Başda İngiltərə olmaqla bütün Av-
ropa dövlətləri bu hadisəyə müdaxilə etmək üçün fürsət güdürdü. Çünki
Rusiyanın Qafqazı işğal etməsi İngiltərənin Orta Şərqdəki mənafeinə zidd
idi. Rusların Cənubi Qafqaza irəliləməsini istəməyən İran şahı, 1804-cü
ilin iyununda İngiltərənin dəstəyi ilə Rusiyaya müharibə elan etdi.
Sisiyanov əmrindəki rus ordusu Azərbaycanı işğal etmək üçün üç
cəbhədən: Tiflis, Şimalı Qafqaz və Xəzər yollarından istifadə etməyə
başladı. Gəncənin Rusiya tərəfindən işğalı digər Azərbaycan xanlıqlarına
mənəvi zərbə vurdu və onları seçim qarşısında qoydu.
Ardıcıl olaraq Qa-
rabağ (14 may 1805), Şəki (21 may 1805) və Şamaxı (27 dekabr 1805)
xanlıqları da Rusiya hakimiyyətini qəbul etdi.
171
Rus ordusu 1806-cı ildə Bakı qalasına yaxınlaşdı. Sisianov fevral
ayında Bakıda Hüseynqulu xan ilə görüşdüyü zaman xanın qardaşı oğlu
tərəfindən öldürüldü. Sisiyanovun ölümündən sonra Azərbaycanın bü-
tün xanlıqlarında ruslara qarşı üsyanlar başladı.
172
Bu əsnada Osmanlı
dövləti Rusiyanın həm Qafqazda, həm də Balkanlarda törətdikləri dağı-
dıcı fəaliyyətinə görə boğazları döyüş gəmiləri ilə bağladı. Hər şey 1798-
ci ildəki Osmanlı-Rusiya arasında imzalanmış saziş əsasında baş versə də,
171 a.k.ə. Umudlu, Vidadi (2004), ss. 39-62.
172 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 195.
Tarixə Gülüstan sülh
müqaviləsi kimi daxil olan
bu sülhə görə Azərbaycan
ərazisi iki yerə bölündü, onun
şimalı (İrəvan və Naxçıvan
xanlıqlarından savayı) Rusi-
yaya, cənubu isə Qacarlar
İranının tərkibində qaldı.
60
QARABAĞ
99 SUALDA
İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi nəticəsində 1806-cı ilin otk-
tyabrında Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı.
173
Rusiya bir tərəfədən Osmanlı və İranla müharibə, digər tərəfdən
Qafqazda qaldırılan üsyanlara baxmayaraq, Azərbaycanın işğalından
əl çəkmədi. Qaldırılan üsyanları amansızca yatırdı. 1806-cı ilin 10 iyu-
nunda Qarabağ xanı İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə
Xankəndində öldürüldü. Bu Şəki xanı Səlim xanın üsyan qaldırmasına
və rus qarnizonunu məhv etməsinə səbəb oldu. Lakin nizami rus ordu-
suna qarşı mübarizədə məğlub olaraq İrana çəkildi. Rus ordusu əsaslı
döyüşlərdə üstünlük qazanaraq 1811-ci ilə kimi Gəncə, Şuşa, Şamaxı,
Quba, Dərbənd, Bakı, Rəşt və Ənzəli şəhərlərini işğal edə bildi.
174
1812-ci ilin dekabrında Lənkəran xanlığının ruslar tərəfindən işğalın-
dan sonra İran məğlubiyyəti qəbul etdi. Beləliklə, 1813-cü il oktyabrın 12-
də Rusiya ilə İran arasında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi
imzalandı. Tarixə Gülüstan sülh müqaviləsi kimi daxil olan bu sülhə görə
Azərbaycan ərazisi iki yerə bölündü, onun şimalı (İrəvan və Naxçıvan xan-
lıqlarından savayı) Rusiyaya, cənubu isə Qacarlar İranının tərkibində qaldı.
1813-cü il Gülüstan sülhü Azərbaycan torpaqlarının Rusiya ilə İran arasın-
da bölüştürülməsinin birinci mərhələsini başa çatdırdı. 11 maddədən ibarət
olan Gülüstan müqaviləsinin II və III maddələri tərəflər arasında sərhədləri
müəyyən edirdi. İran dövləti şimali Azərbaycanın (İrəvan və Naxçıvan
xanlığından başqa) Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran
xanlıqlarının, eləcə də Şərqi Gürcüstan və cənubi Dağıstanın Rusiyanın
hakimiyyəti altına keçməsini qəbul edirdi; V maddəyə görə Xəzər dənizində
ancaq Rusiya hərbi donanma saxlaya bilərdi; VIII, IX, X maddələr isə
ticarət və gömrük işlərini nizama salırdı. Maraqlıdır ki, müqavilənin rəsmi
sənədləri rus çarı tərəfindən imzalanan zaman müqavilənin mətnində səhvə
yol verildiyi ortaya çıxmışdır. Belə ki, müqaviləyə Rusiyaya verilən Qarabağ
və Gəncə xanlıqlarının adı düşməmişdi. 1814-cü ilin yanvar ayında İrana
geri göndərilən sənədlər, ancaq 1818-ci il iyulun 28-də təsdiqlənmişdir.
175
173 a.k.ə. Uçarol, Rıfat (1995), ss. 96-98.
174 BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 50-51.
175 “Rusiya və İran arasında Gülüstan müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red.,
(2009), ss. 432-443. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 203.
61
QARABAĞ
99 SUALDA
17. Türkmənçay müqaviləsi nə zaman imzalandı?
Bu müqavilə Qarabağın demoqrafik vəziyyətinə necə
təsir göstərdi?
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci
mərhələsi olan Gülüstan sülh müqaviləsindən sonra 1814-cü il noyab-
rın 25-də Tehranda Rusiyaya qarşı İngiltərə-İran sazişi imzalandı. İran
sazişə görə, öz sərhədləri tərəfdən Hindistanın təhlükəsizliyini təmin
etməyi, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım etməyi
öhdəsinə götürürdü.
176
1823-cü ildə İngiltərənin vasitəçiliyi ilə İranla Osmanlı dövləti ara-
sında əməkdaşlıq haqqında müqavilə bağlandı.
177
Şimali Qafqazda
çarizmə qarşı azadlıq müharibəsi getdiyi üçün Rusiya İranla müharibədən
çəkinirdi. Buna görə də, İrana göndərilən rus diplomatı şahı müharibədən
çəkindirmək üçün Qarabağın və Lənkəran xanlığının bir hissəsini İrana
verməyə hazır olduğunu bildirmişdi. 1825-ci ilin 14 dekabrında Peter-
burqda baş verən üsyanın Rusiyanın başını qatdığını düşünən İran şahı
fürsətdən istifadə edib Rusiyaya qarşı müharibəyə başladı. Şahın bu
qərarına İrana sığınan Azərbaycan xanlarının təsiri də az olmamışdı.
178
1826-cı il iyulun 19-da Abbas Mirzə ordusunun Qarabağa hücumu ilə
müharibə başladı. 48 gün ərzində Şuşa qalasının mühasirədə saxlanması
ruslara bölgəyə əlavə qüvvə gətirməyə vaxt qazandırdı. Bu dövrdə Uğurlu
xan tərəfindən ruslar Gəncədən, Səlim xan tərəfindən Şəkidən və Mustafa
xan tərəfindən Şamaxıdan çıxarılmışdı. Bakı və Lənkəran qalalarını almaq
mümkün olmamışdı. 1826-cı il sentyabrın 3-də Şəmkir altında rus ordu-
sunun qələbəsi, Abbas Mirzəni Şuşa mühasirəsini dayandırmağa məcbur
etdi. Sentyabrın 13-də Gəncə yaxınlığında həlledici döyüşdə Abbas Mirzə
məğlub oldu. Bu döyüş müharibənin müqəddəratını həll etdi. Xudafərin
176 “İran və İngiltərə arasında Tehran müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red.,
(2009), ss. 449-453.
177 “Osmanlı imperiyası və İran arasında Ərzurum müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov,
Kərim, red., (2009), ss. 481-487.
178 a.k.ə. Azərbaycan tarixi, C. VI (2007), ss. 42-46.
62
QARABAĞ
99 SUALDA
körpüsünü ələ keçirən rus ordusu Naxçıvan istiqamətində irəlilədi. 1827-
ci ilin iyununda Naxçıvan tutuldu. Cavanbulaq döyüşündəki qələbə rus
ordusuna Abbasabad qalasını ələ keçirməyə imkan yaratdı. Sərdərabad
qalasının tutulması İrəvana yol açdı. Oktyabrın 1-də İrəvan qalası işğal
edildi. Beləliklə, Azərbaycanın cənubuna yol açılmış oldu. Oktyabrın
13-də Təbriz tutuldu. Noyabr ayında İngiltərənin vasitəçiliyi ilə keçirilən
Rusiya-İran danışıqları bir nəticə vermədi. Bundan istifadə edən ruslar
1828-ci ilin yanvarında Urmiya, sonra isə Ərdəbili tutdular. Bu Fətəli
şahı yeni danışıqlara başlamağa vadar etdi.
179
1828-ci il fevralın 10-da
Türkmənçay kəndində Abbas Mirzə ilə general Paskeviç arasında 16
maddəlik sülh müqaviləsi imzalandı. Müqavilənin III maddəsinə görə
Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qatıldı. Xəzər dənizində donanma
saxlamaq hüququ yalnız Rusiyaya verildi (VIII maddə). İran 20 milyon
gümüş manat təzminat verməyə razı oldu (VI maddə). Rus tacirlərinə
İranda güzəştli ticarət aparmaq hüququ verildi. Müqavilənin xüsusilə XV
maddəsində əhalinin vəziyyəti və lazım gələrsə göçürülməsi və yeni qay-
dalarla yerləşdirilməsi məsələləri də yer alırdı.
180
A.S.Qriboyedov və general J.F.Paskeviçin səyi nəticəsində
Türkmənçay müqavilə sinin 15-ci maddəsinə əsasən çarizm erməniləri
İrandan Azərbaycana köçürüb gətirməyə başladı. Şimali Azərbaycana
Rusiya tərəfindən ermənilərin köçürülməsi təsadüfi deyildi. 1724-cü
ilin noyabrında I Pyotrun verdiyi fərmana görə, Azərbaycanın işğal olun-
muş ərazilərinə ermənilərin köçürülməsi nəzərdə tutulurdu. Bu planın
gerçəkləşdirilməsi üçün XIX əsrin 20-30-cu illərində geniş imkanlar yaran-
dı. İrəvan xanlığının işğalından sonra köçürmə planının hüquqi cəhətdən
təmin etmək üçün tədbirlər görüldü. Erməni katalikosu Nersesin hazır-
ladığı köçürmə layihəsini həyata keçirməkdə Rusiyanın İrandakı səfiri
A.S. Qriboyedov əsas rol oynadı. Qriboyedovun çara yazdığı məktubda
köçürmə işiylə bağlı kifayət qədər məlumat verilir. Müqavilənin bağlanma-
179 a.k.ə. Umudlu, Vidadi (2004), ss. 144-157-166-170.
180 “Türkmənçay müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, Kərim, red., (2009), ss. 493-503;
Həmçinin bax; “Rusiya-İran Türkmənçay müqaviləsi. 10 fevral 1828-ci il”, a.k.ə. T.K.Heydərov və
başqaları, red., C. I (2010), ss. 55-66.
63
QARABAĞ
99 SUALDA
sından bir ay sonra, 1828-ci ilin martında 700
erməni ailəsi Qarabağa-Bərdəyə gətirildi.
Xüsusiylə bu iş üçün qurulan “köçürmə ko-
missiyası” erməniləri Araz çayının yuxarı
hissələrində-Qarabağ, İrəvan və Yelizavet-
pol (Gəncə) bölgələrində yerləşdirdi. Həm
də köçürülən ermənilərə xüsusi imtiyazlar
verilirdi. Onlar 6 il müddətinə bütün vergi
və mükəlləfiyətlərdən azad edilir və İrandan
alınan təzminat hesabına ayrılan vəsaitdən adam başına 25 rubl məvacib
alırdılar.
181
1828-1830-cu illərdə Azərbaycana İrandan 40 min, Osmanlı
dövlətindən isə 85 minədək erməni köçürülmüşdü. Köçürülən ermənilər
üçün 200 min desyatin xəzinə torpağı və yerli müsəlman mülkədarlardan
2 milyon manatlıq xüsusi ərazidən yerlər satın alınaraq ayrılmışdı. 1911-ci
ildə tədqiqatçı N.Şavrov yazırdı ki, Cənubi Qafqazda yaşayan 1 mln. 300
min nəfər erməninin bir milyondan çoxunu buraya Rusiya köçürmüşdü.
182
Türkmənçay sülh müqaviləsi Rusiya-İran müharibəsinə son qoydu.
Bununla da Azərbaycanın rəsmən iki yerə bölünmə prosesi başa çatdı. Ru-
siya həyata keçirtdiyi köçürmə siyasəti nəticəsində işğal etdiyi Azərbaycan
torpaqlarında özünə dayaq yaratmaq üçün qonşu ölkələrdən topladığı
başqa millətləri buraya yerləşdirdi. Köçürmə prosesi nəticəsində Şima-
li Azərbaycanda əhalinin etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı.
A.Qriboyedov yazırdı ki, ermənilər bir müddət sonra məskunlaşdıqları
Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edəcəklər.
183
Ermənilərin torpaq iddiaları şübhəsiz ki, yerli əhali arasında ziddiyətlər
yaradırdı. Bütün bunlara baxmayaraq Rusiya 1828-ci ildən sonra Nax-
çıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradmaq üçün
ermənilərlə birlikdə məqsədyönlü fəaliyyətə başlamış oldu.
181 Грибоедов, А.С., Горе от ума. Писма и записки (Баку, 1989), с. 338. Həmçinin bax; a.k.ə. Qlinka,
S. N. (1995), cc. 42-46-92.
182 Шавров, Н.Н., Новая угроза Русскому делу Закавказе: Престояшая распродажа Мугани
инородцам (Баку, 1990), cс. 59-64.
183 a.k.ə. Грибоедов, А.С. (1989), c. 338.
Rusiya həyata keçirtdiyi
köçürmə siyasəti nəticəsində
işğal etdiyi Azərbaycan
torpaqlarında özünə dayaq
yaratmaq üçün qonşu
ölkələrdən topladığı başqa
millətləri buraya yerləşdirdi.
64
QARABAĞ
99 SUALDA
Dostları ilə paylaş: |