Bİlal Dədəyev


Azərbaycan albanları kimlərdir?



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   ...   33

4. Azərbaycan albanları kimlərdir?
Qarabağın  strateji  coğrafi  mövqeyi  və  füsünkar  təbii  gözəllikləri 
təsadüfi deyil ki,  qədim daş dövründən günümüzə qədər burada mübarizə 
38   Эфендиев, Октай, Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (XV-
XVII вв.), Карабах-Очерк истории и культуры (Баку, 2004), сc. 68-69.
39   Məmmədov, Hüsaməddin, Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (Bakı, Şuşa nəşriyyatı, 2000), ss. 5-6.
40   Qarabaği, Mirzə Camal Cavanşir, “Qarabağ tarixi”, FərzəliyevAkif, red., Qarabağnamələr (Bakı, 
Yazıçı, 1989), ss. 107-109. Həmçinin bax; Qaradaği, Həsənəli, Qarabağ vilayətinin qədim vəcədid 
keyfiyyəti və övzaları”, Axundov, Nazim, red., Qarabağnamələr (Bakı, Yazıçı, 1991), s. 352.
41   a.k.ə. Sami, Şemsettin, s. 3621.
42   Mirzə Camaloğlu, Rzaqulu bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o 
zamanın hadisələri”, Axundov, Nazim, red., Qarabağnamələr (Bakı, Yazıçı, 1991), s. 206. 

 27
QARABAĞ 
   
99 SUALDA
dolu  həyatın  davam  etməsinə  səbəb  ol-
muşdur.  Qarabağ  bölgəsi  tarixi  keçmişinə 
görə  Aralıq  dənizi  sahilləri,  Şimali  Afrika 
və Çindən sonra dünyanın ən qədim insan 
məskəni kimi tanınır. 1960-cı illərdə  Fizuli 
şəhərindən 17 km aralıda yerləşən Azıx ma-
ğarasında aşkar olunan arxeoloji tapıntılar, o 
cümlədən 400 min il bundan əvvəl yaşamış 
Azıx  adamının  (Azıxantrop)  çənə  sümüyü 
Azərbaycanın ibtidai insanın formalaşdıqları əraziyə daxil olduğunu sü-
but edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim 
sakinləri” xəritəsinə daxil edilmişdir.
43
Qədim  zamanlardan  Şimalla  Cənubun,  Şərqlə  Qərbin  qovşağın-
da  yerləşən  və  müxtəlif  etnosların,  dinlərin,  mədəniyyətlərin  qarşılaşıb 
təmasa girdiyi Azərbaycan ərazisinin şimal hissəsini əhatə edən və tarixi 
Qarabağ vilayətinin də içində yerləşdiyi Albaniyanın qədim əhalisini al-
banlar, utilər, kaspilər, girdimanlar, tsavdeylər, leqlər, qarqarlar, çilblər və 
b. təşkil etmişdir.
44
 Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni 
təsir  gücünə,  region  ölkələri  ilə  sıx  qarşılıqlı  münasibətlərə  malik  olan 
Albaniya dövlətinə öz adını verən albanlar olmuşdur. Alban etnosunun 
adı ilk dəfə e. ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İsgəndərin 
ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr 
müəllifi Arrian tərəfindən çəkilir.
45
  Antik müəlliflər tərəfindən albanların 
məskun olduğu ölkə Albaniya adlanırdı. 
Albaniyada özünü Alban adlandıran bir tayfa yaşayırdı. Özlüyündə ay-
dındır ki, bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı 
ilə Albaniya adlanmazdı və sözsüz ki, çarlıq edən sülalə də bu tayfadan idi. 
Ümumi mənada alban adlanan digər tayfaların hərəsinin də etnik adı vardı.
46
Mənbələrdə  alban  etnonimi  iki  mənada  işlənir:  birincisi,  Albaniya 
ölkəsində yaşadıqlarına görə bütün tayfaların ümumi adı kimi; ikincisi, bu 
43   Mahmudov, Y.M., Azərbaycan: qısa dövətçilik tarixi (Bakı, Təhsil, 2005), ss. 6-7.
44   a.k.ə. Azərbaycan tarixiC. II (2007), s. 26. 
45   Флавий, Арриан, Поход Александра (М.-Л., 1962), сс. 110, 113-114.
46   Qeybullayev, Qiyasəddin, Azərbaycan türklərinin təşəkkülü tarixindən (Bakı, Azərnəşr, 1994), s. 31.
Alban etnosunun adı ilk dəfə 
e. ə. 331-ci ildə Əhəməni 
ordusu ilə Makedoniyalı 
İsgəndərin ordusu arasında 
baş vermiş Qavqamel döyüşü 
ilə əlaqədar olaraq II əsr 
müəllifi Arrian tərəfindən çəkilir.  

 28
QARABAĞ 
   
99 SUALDA
tayfalardan birinin konkret etnik adı kimi.
47
 
Bir qrup tədqiqatçılar alban tayfasının Qafqazdilli olduğunu qeyd etsə 
də,
48
 digər qrup tarixçilər albanların türk mənşəli olduğunu əsaslandırır.
49
 
Q.Qeybullayevin fikrincə, keçən əsrin sonlarınadək Orta Asiyada qazax-
lar,  türkmənlər,  qırğızlar  və  qaraqalpaqlar  arasında  Alban  adlı  türk  dilli 
tayfanın mövcud olması Alban etnik adını daşıyanların türkmənşəli oldu-
ğunu bir daha təsdiqləyən faktlardandır.
50
5. Erkən orta əsrlər dövründə Qarabağda yaşayan 
əhalinin etnik tərkibi necə idi?
Erkən  orta  əsrlərin  başlanğıcında,  siyasi-inzibati  cəhətdən  4  böyük 
əyalətə bölünən sağ sahil Albaniyasında müxtəlif yerli türk və fars mənşəli 
tayfalar yaşamışdır. Tədqiqatlar nəticəsində bu əyalətlərdə əhalinin etnik 
tərkibi aşağıdaki kimi olduğu məlumdur:
1.   Kaspiana-Paytakaran  əyalətində  kaspilər,  balasiçlər,  balaslar,  hun-
lar, xəzərlər, akasirlər, ayninlər yaşamışlar. Tədqiqatçılar kaspiləri dil 
cəhətdən Ön Asiya tayfalarına qohum hesab etsələr də, digərlərini Da-
ğıstan tayfalarına aid edirlər.
2.   Uti  əyaləti  inzibati  cəhətdən  Sakasena  və  Girdiman  (Qardman) 
vilayətlərinə  bölünürdü.  Burada  əsasən  türk  dilli  utilər,  qarqar-
lar,  savdeylər  və  saklar,  V  əsrdən  sonra  isə  kəngərlər  və  savirlər  
məskunlaşmışdı.
3.   Arsax (Artsax) əyaləti 12 kiçik inzibati vahidə bölünürdü. Bu əyalətin 
47   a.k.ə. Гейбуллаев, Гиясаддин (1991), cс. 62-63. 
48   Шанидзе, А. Г., “Новооткрытый алфавит кавказских албанцев и его значение для науки”, Известия 
ИЯИМК. Груз. ФАН СССР, том. IV (Тбилиси, 1938), с. 37. Həmçinin bax; Меликишвили, Г. А., 
Древневосточные материалы по истории народов Закавказья, I, Наири-Урарту (Тбилиси, 1954), с. 405. 
Həmçinin bax; Тревер, К. В., Очерки по истории и культуре Кавказской Албании (М. - Л., 1959), с. 306.
49   Ю.Б. Юсифов, и Бабаев И.А., “Кавказская Албания в эллинистическую эпоху. В кн.: 
Причерноморье в эпоху эллинизма”, Мат-лы III Все-союзн. симпозиума по древней истории 
Причерноморья. Цхалтубо, 1982, Тбилиси, 1985. Həmçinin bax; İsmayılov, M., Azərbaycan xalqının 
təşəkkülü (Bakı, 1993). Həmçinin bax; З.И. Ямпольский, “Древнейшие сведе ния о тюрках в зоне 
Азербайджана”, Учен. зап. АГУ им. С.М.Кирова, 1966, № 2. Həmçinin bax; a.k.ə. Гейбуллаев, 
Гиясаддин (1991). Həmçinin bax; Memmedzade, M., Azerbaycan Tarihinde Türk Albaniya (Ankara, 1945).  
Həmçinin bax; Xəlili, Xəliyəddin, Azərbaycan türklərinin təşəkkül və milli inkişaf tarixi (Bakı, 2009). 
50   a.k.ə. Гейбуллаев, Гиясаддин (1991),  с. 74.

 29
QARABAĞ 
   
99 SUALDA
etnik tərkibinə nəzər salsaq, burada əsasən albanlar, qarqarlar, hunlar, 
xəzərlər və barsillərin yaşadığını görürük.
4.  Sunik (Sisakan) əyalətinin əhalisi əsassən avtoxton olmuş, V əsrdən 
sonra kəngərlər də buralara məskunlaşmışdır.
51
 
Göründüyü  kimi,  eramızın  ilk  əsrlərində  Qarabağın  əhalisinin 
əksəriyyətini təşkil edən, hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha 
qüvvətli  olan  türk  etnosları  Azərbaycan  xalqının  təşəkkülü  prosesində 
mühüm rol oynayırdılar. Ərəb xilafətinin hakimiyyətinə alındıqdan son-
ra Qarabağ albanlarının taleləri necə oldu sualına gəlincə isə  bu məsələ 
ermənilərin irəli sürdükləri iddiaların doğru olmadığı baxımından da çox 
əhəmiyyət kəsb edir.
Qarabağı öz torpaqları hesab edən ermənilərin ilk vətənləri məsələsi 
XX əsrin ortalarına qədər dəqiqlik qazanmamışdı. Əksər tədqiqatçıların 
Hind-Avropa  mənşəli  hesab  etdiyi  ermənilərin  əslən  qafqazlı  de-
yil,  təxminən  e.ə.  VIII-VII  əsrlərdən  başlayaraq  Balkandan  –  Frakya 
bölgəsindən  Yuxarı  Dəclə  Fərat  hövzəsinə  köçdüklərini  və  tədricən 
Van  gölü  ətrafına  yerləşdiklərini  tarixi  faktlar  sübut  edir.
52
  Rus  tarix-
çisi  V.L.Veliçkonun  qeyd  etdiyinə  görə,  ermənilərin  bir  hissəsi  Qüd-
sün  dağılmasından  sonra  yəhudilərlə  qarışmışdı  (e.ə.  VI  əsrdə  Babil 
dövləti  Qüdsü  ələ  keçirərək  şəhərdəki  müqəddəs  məbədi  dağıtmış  və 
yəhudiləri köç etməyə məcbur etmişdir).
53
 1785-ci ildə Venesiyada çap 
olunan və e.ə. IV əsrin sonlarında Makedonyalı İsgəndərin imperiyasının 
(e. ə. 336-323) sərhədlərini əks etdirən xəritədə də ermənilərin Assuriya 
və Mesopotamiya ərazilərində, yəni Kiçik Asiyanın cənubi-şərq torpaq-
larında yaşadıqları göstərilmişdir.
54
 Vaxt keçdikcə Şərqi Anadolu və İran 
51   a.k.ə. Azərbaycan tarixiC. II (2007), ss.16-17.
52   Barthold, W.,  “Azerbaycan ve Ermenistan”, Ankara Üniversitesi Dil ve tarih Coğrafiya Fakültesi 
Tarih Bölümü Tarih Araştırmaları Dergisi, Cilt. 8-12, sayı: 14-23, ss. 84-85. Həmçinin bax; Sakarya, 
İhsan, Belgelerle Ermeni Sorunu (Ankara, T.C. Genel Kurmay ATASE Yayıları, 1984), ss. 3-7. Həmçinin 
bax; Saray, Mehmet, “Ermenistan Yol Ayrımında”, Kafkas Araştırmaları, Sayı 2, 1996, s. 3. Həmçinin 
bax; Seyidova, Sevinc, “Ermənilərin mənşəyi və tarixinə dair”, Bakı Universitetinin Xəbərləri: Humanitar 
elmlər seriyası, №3, s. 167.
53   Veliçko, Vasil Lvoviç, Qafqaz: Rus işi və tayfalar arası məsələlər (Tərcümə edən: Vasif Quliyev) 
(Bakı, Azərbaycan nəşriyyatı, 1995), ss. 46-47.  
54   “Old maps confirm Azerbaijani territory”, NEWS.AZ, 26 January 2010; (http://news.az/articles/
society/7485). Accessed on December 27, 2013.

 30
QARABAĞ 
   
99 SUALDA
sərhədləri boyunca yayılan ermənilər, bun-
dan sonraki tarixlərdə ayrı-ayrı dövlətlərin 
hakimiyyətini  qəbul  edərək  müxtəlif  xalq-
larla qaynayıb-qarışdılar.
Ərəb  xilafəti  dövründə    Azərbaycanda 
İslam  dini  qəbul  edilməyə  başlandı.  Yeni 
din  atəşpərəstliyin  və  bütpərəstliyin  üstün 
olunduğu Cənubi Azərbaycanda, Muğanda, 
Mildə, Xəzər sahillərində, Kür və Araz çay-
ları boyunda, xüsusilə, şəhərlərdə nisbətən 
sürətlə  yayılırdı.  İslam  dininin  əxlaqi-
tərbiyəvi üstünlüklərini düzgün başa düşən 
təbəqə  bu  dini  tərəddüdsüz  qəbul  edirdi. 
Xristianlıq daha çox dağlıq və dağətəyi yerlərdə yayıldığından, İslam di-
ninin buralarda az və gec yayıldığı nəzərə çarpır. Bu da çöl şəraitində 
yaşayan  ərəblərin  dağlıq  bölgəyə  uyğunlaşa  bilməmələrindən  qaynaq-
lanırdı. Beləliklə, İslamın yayılma müddəti ərzində Azərbaycanın bəzi 
dağlıq bölgələrində xristian və yəhudilər öz dinlərində qala bilmişlər.
55
 
Zaman  keçdikcə,  Qarabağın  dağlıq  bölgələrinin  xristian-alban  əhalisi 
qriqoryanlaşmağa və erməniləşməyə başladı. Beləliklə, dağlıq bölgədəki 
albanlar cizyə adlanan can vergisini verərək xristian dinində sərbəstcə 
həyatlarını yaşamışlar.
56
VIII əsrin əvvəllərində erməni katolikosu İlyanın Xəlifə Əbdülməlikə 
(685-705)      Albaniyada  Xilafət  əleyhinə  üsyan  başladığı  barədə  xəbər 
verməsi nizami Ərəb ordusunun Albaniyaya göndərilməsi ilə nəticələndi. 
Ərəblər  Bərdəni  ələ  keçirərək  üsyanı  yatırdıqdan  sonra  Albaniyada  çar 
hakimiyyətinə son qoydular. Beləliklə, 705-ci ildə Albaniya dövlətinə son 
qoyuldu.  Albanların dini inanclarına görə Bizansa yaxınlaşması bəhanə 
edilərək    Alban  kilsəsi  erməni  katolikosluğunun  təsiri  altına  alındı.  Bu 
tarixdən etibarən din işlərində Alban kilsəsi  erməni əsilli keşişlərə əmanət 
55   a.k.ə. Azərbaycan tarixiC. II (2007), ss. 204-210.
56   a.k.ə. , Qeybullayev, Qiyasəddin (1990), s.136.
Əksər tədqiqatçıların Hind-
Avropa mənşəli hesab etdiyi 
ermənilərin əslən qafqazlı 
deyil, təxminən e.ə. VIII-
VII əsrlərdən başlayaraq 
Balkandan – Frakya 
bölgəsindən Yuxarı Dəclə 
Fərat hövzəsinə köçdüklərini 
və tədricən Van gölü ətrafına 
yerləşdiklərini tarixi 
faktlar sübut edir.

 31
QARABAĞ 
   
99 SUALDA
edildi.  Erməni  kilsəsinin  təzyiqi  nəticəsində  Qarabağın  xristian  əhalisi 
mədəni və ideoloji asimiliyasiyaya və qriqoriyanlaşmağa məruz qaldı.
57
6. Qarabağ məliklikləri necə yarandı və onlar erməni 
mənşəliydilər?
Azərbaycanda  İslamın  yayıldığı  dövrlərdə  Xilafət  tərəfindən  Qara-
bağın  dağlıq  hissəsində  yaşayan  alban  əhalisinə  öz  dinlərini  saxlamağa 
icazə  verilmişdi.  Qarabağın  dağlıq  hissəsindəki  yerli  xristian  əhali  orta 
əsrlərdə  Azərbaycan  dövlətlərinin  tərkibində  cizyə  vergisini  ödəməklə, 
öz dinlərini və adət-ənənələrini qoruyub saxlamışdı. XIII əsrin ortalarına 
kimi Qarabağda fəaliyyət göstərən Xaçın knyazlığının hökümdarı olmuş 
Həsən Cəlal nəslindən olan Cəlalilər XV əsrdə Qaraqoyunlu Cahanşah-
dan (1438-1467) “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar 
alban feodal knyazlığına – məlikliyinə parçalandı.
58
 
Qeyd etmək lazımdır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, 
yəni bu siyasi qurumlar əzəldən Qarabağda meydana gəlmişdir. Sonra-
lar – XVII –XIX əsrlərdə məliklərə İrəvanda, Sünikdə, Şəkidə də təsadüf 
etmək olunur ki, bu da şübhəsiz, həmin məlikliyin miqrasiyası ilə bağlı 
idi.
59
 Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində kiçik yer-
li inzibati-ərazi vahidi kimi xristian məliklikləri fəaliyyət göstərmişdir. 
Erməni tarixçiləri xristian məlikliklərinin rolunu şişirdərək onları – “...
faktiki  olaraq  müs təqil  hakimlər,  öz  ərazi lərində  tam  ixtiyar  sa hibi, 
özlərinə məxsus hərbi qüvvəyə ma lik knyazlıqlar
 kimi təsvir edir
60
 və 
bununla da ermənilərin tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğu-
nu sübut etməyə ça lışırlar. 
Halbuki, bütün tarixi qaynaqlar sübut edir ki, xalq arasında “Xəmsə” 
adlanan  bu  məlikləri  (bunlardan  yalnız-Xaçın  məliyi  yerli  idi)  idarə 
57   a.k.ə. Bünyadov, Ziya (2004), ss. 86-91.
58   Azərbaycan tarixi, C. III (Bakı, Elm, 1999), ss. 41-42.
59   a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 42.
60   Иоаннисян,  А.Р., Россия и армянское освобедителное движение в 80 - х г. XVIII веке (Ереван, 
1947), с. 16.                  

 32
QARABAĞ 
   
99 SUALDA
edənlər  XVII  və  XVIII  əsrlərdə  Qarabağa 
kənardan  gələrək  burada  yaşayan  xristian 
albanlara  məlik  təyin  edilmişlər.  Məsələn,  
Mirzə  Adıgözəl  bəyə  gö rə,  Dizaq  məliyi 
Yeqan  Loridən,  Vərəndə  məliyi  Şahnəzər 
Göycədən, Çiləbörd məliyi Allahqulu Mağa-
viz dən,  Gülüs tan   (Talış)  məliyi  Usub  Şir-
vandan gəlmədirlər. Bu məlikliklərdən yalnız 
biri, Xaçın məlikləri qədim Alban hakimləri 
nəslindən  olan  Həsən  Cəlal  övladıdır.
61
 
Hətta,  əslən  Cənubi  Azərbaycan  ermənisi 
olan  Mirzə  Yusif  Qarabaği  də  öz  əsərində 
məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir.
62
Nadir şah Əfşar hakimiyyətə gələnə qədər (1736) 200 il ərzində Qa-
rabağ  (həmçinin  Qarabağ  məlikləri)  Ziyadoğlu  Qacarların  hakimiyyəti 
altında olmuşdur. 1736-cı ildə Muğan qurultayında şah seçilməsinə eti-
raz etdikləri üçün Ziyadoğlu nəsli Nadirin qəzəbinə səbəb olmuş, onların 
qüdrətini sarsıtmaq üçün Qarabağ məlikləri onların nəzarətindən çıxarıl-
mış və onun qardaşı İbrahim xana tapşırılmışdır. Nadir şahın ölümündən 
(1747) sonra Qarabağ məlikləri 
Otuziki tayfa birliyinin başçısı, Cavan-
şir  tayfasından  olan  müstəqil  Qarabağ  xanlığının  banisi  Pənahəli  xana 
(1748-1763)  tabe olmuşdur. Lakin, Pənahəli xanın döv rün dən başlaya-
raq məliklər bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər 
tərəfdən xa ric dən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata 
keçrilməsinə kömək etməklə Qa rabağ xanlığının müstəqilliyini sarsıtma-
ğa çalışırdılar.
63
 Buna görə də, müdrik və uzaqgörən Pənahəli xan Ağdərə
 
və Ballıqaya döyüşlərində məliklərin seperatçılıq hərəkətlərinə son qoya-
raq onları tamamilə Qarabağ xanlığına tabe etmişdir.
64
 
61 
 
Adıgözəl bəy, Mirzə, “Qarabağnamə”, Fərzəliyev, Akifred., Qarabağnamələr, C. I (Bakı, Yazıçı, 
1989), ss. 36-37. 
62   Qarabaği, Mirzə Yusif, “Tarixi-Safi”,  Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 
1991), ss. 12-14.
63   a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 36-37.
64   Nəcəfli, Güntəkin, XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri (Bakı, 
Nurlan, 2007), s. 146.
Bütün tarixi qaynaqlar 
sübut edir ki, xalq arasında 
“Xəmsə” adlanan bu 
məlikləri (bunlardan 
yalnız-Xaçın məliyi yerli 
idi) idarə edənlər XVII və 
XVIII əsrlərdə Qarabağa 
kənardan gələrək burada 
yaşayan xristian albanlara 
məlik təyin edilmişlər. 

 33
QARABAĞ 
   
99 SUALDA
7. Səfəvilər dövründə Qarabağın statusu necə idi?
Qarabağ,  hələ  Azərbaycan  Səfəvilər  dövlətinin  yaradılmasına  kimi 
Azərbaycan dövlətləri tarixində mühüm rol oynayan bölgələrdən biri ol-
muşdur. Qarabağ bölgəsi, ardıcıl olaraq IX-X əsrlərdə Sacilər (879-941) 
və  Salarilər  (941-981),  X-XI  əsrlərdə  Şəddadilər  (971-1088)  və  Böyük 
Səlcuqlar,  XII-XIII  əsrlərdə  Eldənizlər  (1136-1225),  XIII  əsrin  ikinci 
yarısından başlayaraq XIV əsrin ortalarına qədər Elxanilər (1256-1357), 
XIV əsrin ikinci yarısında Cəlairilər (1359-1410), XV əsrdə isə Qaraqo-
yunlu (1410-1468) və Ağqoyunlu (1468-1501) Azərbaycan dövlətlərinin 
tərkibinə daxil olmuşdur.
65
 Qarabağ Arranın əsas tərkib hissəsi kimi orta 
əsrlərdə  Azrbaycanda  baş  vermiş  ictimai-iqtisadi  və  siyasi  hadisələrin 
mərkəzlərindən birinə çevrilmişdir. Belə ki, Səlcuq hökümdarı sultan Alp 
Aslan (1063-1072) gürcülərə qarşı çıxdığı səfərdən dönərkən bir müddət 
Qarabağda  qalıb  qışı  burada  keçirmişdir  (1064).
66
  Şəmsəddin  Eldəniz 
(1136-1175) Atabəylər dövlətinin təməlini bu bölgədə – Bərdədə qoy-
muşdur.
67
 Elxani hökmdarlarından üçü – Qazan xan (1295-1304), Arpa 
xan (1335-1336) və Ənuşirəvan (1344-1355) səltənət taxtına Qarabağ-
da çıxmış, ikisi isə- Arqun xan (1284-1291) və Əbu Səid (1316-1335) 
Qarabağda  vəfat  etmişdir.  Cəlairi  Şeyx  Üveys  (1359-1374)  və  Sultan 
Əhmədin (1382 - fasilələrlə 1410) hakimiyyəti dövründə Qarabağ Cəlairi 
əmirləri tərəfindən idarə olunmuş, Əmir Teymur (1370-1405) isə, Qara-
bağ ərazisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizədə başlıca 
istinadgah kimi istifadə etmişdir. Eləcə də, Qaraqoyunlu və Ağqoyunlu 
dövlətlərinin  həlledici  döyüşlərindən  bəziləri  Qarabağda  baş  verməklə 
bərabər, bəzi önəmli hadisələrin mərkəzində yenə Qarabağdakı tayfaların 
böyük rolu olmuşdur.
68
XVI  yüzilliyin  başlanğıcında,  Azərbaycan  Səfəvi  dövləti  yarandığı 
vaxtdan  etibarən    Qarabağ  ərazisi  onun  tərkibinə  mər kəzi  Gəncə  olan 
65   “Azerbaycan”, Türk Ansiklopedisi, C. IV (İstanbul, 1989), ss. 410-420.
66   Osmanlı Devleti İle Azerbaycan Türk Hanlıkları Arasındaki Münasebetlere Dair Arşiv Belgeleri, C. I 
(Ankara, Türkiye Cumhuriyyeti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 1992), s. 19.
67   Bünyadov, Ziya, Azərbaycan Atabəyləri dövləti  1136-1225-ci illər (Bakı, Şərq-Qərb, 2007), ss. 38-39.
68   a.k.ə. Nəcəfli, Tofiq (2010), ss. 66-71.

 34
QARABAĞ 
   
99 SUALDA
Qarabağ bəylərbəyliyi kimi daxil ol muşdur. Anonim azərbaycanlı müəllifi 
tərəfindən  qələmə  alınmış  “Tarix-i  aləmara-yi  Şah  İsmayıl”  adlı  əsərdə 
1508-ci il hadisələrindən bəhs edilərkən qeyd edilir ki, Şah İsmayıl (1501-
1524)  aparılan  mübarizədə  fədakarlıq  göstərmiş  qızılbaş  əmirlərini 
yüksək qiymət ləndirmiş və onların övladlarını müxtəlif yüksək vəzifələrə 
təyin etmişdir. Müəllif buna misal olaraq qeyd edir ki, Şah İsmayıl “Qara-
bağın və o sərhəddin bəylərbəyliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət 
etmişdi”.
69
 Bu məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış 
olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacarın oğlu Rüstəm 
bəy Qacar tərəfindən idarə edilmişdir. Osmanlı müəllifi Heydər Çələbi öz 
“Rüznamə”sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasın-
da Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkir.
 70
 Güman 
etməyə  əsas  vardır  ki,  Sərdar  bəy  Qacar  da  həmin  nəslin  nümayəndəsi 
olmuşdur.  Bu  nəslin  davamı  olaraq,  Ziyadoğlu  Qacar  nəsli  Qarabağ 
bəylərbəyliyinə  Şah  Təhmasib  (1524-1576)  dövründə  bəylərbəyi  təyin 
olunmuşdur. Azərbaycan tarixşünaslığında Qarabağ bəylərbəyliyinin Şah 
İsmayıl dövründə deyil, Şah Təhmasib dövründə yaran dığı və Ziyadoğ-
lulardan Şahverdi xanın ilk bəylərbəyi olduğu fikri əsaslı yer tutmuşdur. 
Şah  İsmayıl  dövründə  Qarabağ  hakiminin  kim  olduğu  məlum  olmasa 
da, O.Əfəndiyevin yazdığı kimi, bu dövrdə Qarabağı Qacar tayfa əmirləri 
idarə etmişdir. Görünür, məhz bu dövrdə Qarabağda üs tün lük Qaraman-
lılardan Qacarlara keçmişdi.
71
 Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə 
Qacarların Qarabağda hakim vəzifələri tutması təsadüfi deyildir. Qacarla-
rın Azərbaycana və eləcə də Gəncə və Bərdə bölgəsinə yerləşməsi Oğuz 
xanın İran səfərləri dövründə baş vermişdi. Qacarlar Şeyx Heydər hərakatı 
və dövlətin qurulmasında Səfəvilərə dəstək verən və bu mübarizədə fəal 
iştirak  edən  tayfalardan  biri  olmuşdur.  Qarabağ  Ziyadoğlu  Qacarların 
irsi bəylərbəyliyi xanlıqların yaran ma sı na kimi, kiçik fasilələrlə ilə 250 ilə 
69   Aləmara-ye Şah Esmail, (Müqəddiməni yazan, təshih və təliq edən Əsğər Montəzer Sahed) (Tehran, 
Bünyad-i tərcümə və nəşr-i kitab, 1349), s. 170. Həmçinin bax; Nəcəfli, Tofiq (2010), s. 72.
70   Sümer, Faruk, Safevi Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türkleri’nin Rolü (Ankara, 
Türk Tarih Kurumu Basımevi, 1992), s. 37.
71   Эфендиев О.А., Карабах в составе го су дарств Ка ра ко йунлу, Аккойунлу и Сефевидов (XV-XVII 
вв.). //Карабах. Очерк истории и куль туры (Б., 2004), с. 64.

 35
QARABAĞ 
   
99 SUALDA
qədər onların nəzarətində qalmışdır.
72
   
Qarabağ  bəylərbəyliyi  Səfəvi  dövlətinin 
on  üç  inzibati  vilayətindən  biri  olmuşdur. 
Qarabağ bəylərbəyliyinin sərhədlərini dəqiq 
söyləmək çətin olsa da, təxmini olaraq tarixi 
Arran  vilayətini,  daha  doğrusu  Kür  və  Araz 
çayları  arasındaki  torpaqların  əsas  hissəsini 
əhatə  etdiyini  söyləmək  mümkündür.  XVI-
XVII  əsrin  əvvəllərində  mərkəzi  Gəncə 
şəhəri olan Qarabağ bəylərbəyinin sərhədləri 
qərbdə  Tiflisə  gədər  genişlənərək,  inzibati  cəhətdən  Axstabad,  Ca-
vanşir,  Bərguşad,  Qazax  və  Şəmsəddil  mahallarına  ayrılırdı.
73
  Tarixi 
məlumatlara görə, bəzən bu mahalların sayında dəyişikliklər baş vermiş-
dir. Belə ki, I Şah Abbas (1587-1629) dövründən (1606-ci ildən sonra) 
başlayaraq Osmanlı dövlətindən geri alınmış Qarabağ bəylərbəyliyinə 
Lori  və  Pəmbək  də  tabe  edilmişdir.
74
  XVII  əsrin  sonlarına  aid  olan 
və  Səfəvi  imperiyasının  dövlət  quruluşuna  həsr  edilmiş  “Təzkirətül-
mülük”  əsərində  Qarabağ  bəylərbəyliyinə  tabe  olan  Zəyəm,  Bərdə, 
Axıstabad  (Ağstafa),  Cavanşir,  Bərgüşad,  Qaraağac,  Lori,  Pəmbək, 
Arasbar, Bayəzidli, Simavi və Tərkür (vəya Tərkəvar) mahalların adları 
göstərilmiş və illik  ümumi gəlirin 24780 tümən 9435 dinar, daimi ordu-
nun sayı isə 6084 nəfər göstərilmişdir.
75
  
Səfəvilər  dövründə  Qarabağın  demoqrafik  vəziyyətinə  gəlincə, 
var  olan  ən  mötəbər  qaynaqlar  olaraq  bilinən  Osmanlı  dövləti 
tərəfindən tərtib edilmiş 1593-cü il tarixli “Gəncə-Qarabağ əyalətinin 
icmal dəftəri” və yenə 1727-ci il “Gəncə-Qarabağ əyalətinin müfəssəl 
dəftəri” və Səfəvi dövrünün rəsmi dövlət quruluşu və inzibati bölgüsü 
haqqında ən dəyərli bilgiləri verən “Təzkirətül-mülük” əsərindəki ta-
72   a.k.ə. Nəcəfli, Tofiq (2010), ss.72-73.
73   a.k.ə. Эфендиев, Октай (2004), cс. 68-69.
74   Эфендиев, Октай, “Территория и границы Азербайджанских государств  в XV-XVI вв.”
Историческая география Азербайджана (Баку, 1987), с. 114.
75   Musalı, Namiq, “Səfəvilər zamanında Qarabağ bəylərbəyliyinin yaradılması və onun inzibati 
quruluşu”, Qarabağ dünən, bu gün və sabah V elmi-əməli konferansın materealları (Bakı, 2006), ss. 
167-168.
Mənbələrdə  Gəncə-
Qarabağ əyalətində qismən 
qeyri-müsəlman xristian 
əhalinin yaşadığı  bildirilsə 
də, Qarabağ ərazisində hər 
hansı bir xristian məliklikliyin 
mövcud olduğu qeyd 
edilməmişdir.

 36
QARABAĞ 
   
99 SUALDA
rixi məlumatlar təsdiq edir ki, Qarabağ bəylərbəyliyində yaşayan əhalinin 
əsas  hissəsi  Azərbaycan  türklərindən  ibarət  olmuşdur.  Burada  yaşayan 
tayfa  və  oymaqların,  yaşayış  məntəqələrinin,  yaylaq  və  qışlaq  adlarının 
daha çox türk mənşəli olması fikrimizi bir daha təsdiq edir.
76
 Qeyd olunan 
mənbələrdə  Gəncə-Qarabağ əyalətində qismən qeyri-müsəlman xristian 
əhalinin yaşadığı  bildirilsə də, Qarabağ ərazisində hər hansı bir inzibati 
vahid kimi xristian məliklikliyin mövcud olduğu qeyd edilməmişdir.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin