Bİlal Dədəyev


Osmanlı hakimiyyəti dövründə Qarabağın



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   ...   33

8. Osmanlı hakimiyyəti dövründə Qarabağın 
inzibati-ərazi bölgüsü və etnik tərkibi necə idi?
Qanuni Sultan Süleyman (1520-1566) dövründə Azərbaycana dörd 
hərbi yürüş təşkil olunsa da, Təbrizin üç dəfə ələ keçirilməsinə baxmaya-
raq, Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisini ələ keçirmək 
Osmanlılara  müəssər  olmadı.
77
  Buna  baxmayaraq,  Osmanlı  cəmiyyəti, 
qarabağlı  alim  və  mütəfəkkirlər  sayəsində  Qarabağı  kifayət  qədər  tanı-
ya  bilmişdir.  XV  əsrin  sonları  və  XVI  əsrin  birinci  yarısında  Anadolu-
nun müxtəlif yerlərində və İstanbulda çox sayda qarabağlı alim fəaliyyət 
göstərmişdir.  Bunlara  İbrahim  Gülşəni  (1423-1534),  Sənanəddin  Yu-
sif  (v.t.1516),  Məhyəddin  Məhəmməd  Bərdəi  (v.t.  1522),  Məhyəddin 
Məhəmməd Əli Qarabaği (v.t. 1535),  Məhəmməd Hafiz (v.t. 1550) və 
Şəmsəddin  Əhməd  Qarabaği  (v.t.  1600)  kimi  qarabağlı  alimləri  misal 
göstərmək olar.
78
Qarabağ  ilk  dəfə  III  Murad  (1574-1595)  dövründə,  yəni  1590-
cı  ildə  Osmanlı  dövləti  ilə  Səfəvilər  arasında  imzalanan  İstanbul  sülh 
müqaviləsinə  əsasən  Osmanlı  dövlətinin  idarəsinə  keçdi.  1578-1590-
cı  illər  Səfəvi-Osmanlı  müharibələrindən  sonra,  Osmanlı  dövlətinin 
ələ  keçirdiyi  Azərbaycan  torpaqlarında  yaratdığı  dörd  əyalətdən  – 
76   a.k.ə. Nəcəfli, Tofiq (2010), ss. 81-84.
77   a.k.ə. Azərbaycan tarixi, C. III (1999),  ss. 201-205. Həmçinin bax; KırzıoğluFahrettin, 
Osmanlı’ların Kafkas-Ellerini Fethi (Ankara, Türk Tarih Kurumu, 1998), ss. 243-249.
78   Süreyya, Mehmed, Sicill-i Osmani, C. I-V, (İstanbul, 1996), ss. 558, 755, 1107, 1514, 1578. Həmçinin 
bax; Dədəyev, Bilal, “Rus işğalına qədər Qarabağ-Osmanlı dövləti münasibətlərinə dair”, Journal of Qafqaz 
University, filologiya və pedoqogika,  №30 (2010), ss. 100-101.              

 37
QARABAĞ 
   
99 SUALDA
bəylərbəylikdən  digər  üçü  (Şirvan,  Çuxursəəd,  Təbriz)  biri  də  Gəncə-
Qarabağ əyaləti idi.
79
 Bu əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasın-
dakı ərazini, yəni I Şah İsmayıl dövründə yaradılan və sərhədləri qərbdə 
Tiflisə qədər uzanan Qarabağ bəylərbəyliyinin ərazisini əhatə edirdi. Os-
manlı  dövləti  Gəncə-Qarabağ  əyalətində  “torpaqların  idarə  olunması” 
haqqında  qanuna  əsasən  vergilərin  və  bəzi  mükəlləfiyyətlərin  müəyyən 
olunması üçün əhalinin və təsərrüfatın qeydiyyatını aparmışdı. 1593-cü 
ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-Qarabağ əyalətinin 
icmal dəftərində 36 nahiyədən ibarət 7 sancağ qeydə alınmışdır. Qarabağ-
dakı bu sancaq və nahiyələr belə sıralana bilər: Bərdə sancağı (Bərdə, Sir, 
Pətəklik və İncərud nahiyələri), Otuzikili və Hacılı tayfasının da yaşadığı 
Xaçın  sancağı  (Xaçın,  Qaraağac,  Ağcəbədi,  Dağlıq  Çelaberd,  Çelaberd, 
Qarqar  və  Məğaviz  nahiyələri),  Axıstabad  sancağı  (Böyükçay,  Quzey, 
Güney, Dağlıq İncə və İncə nahiyələri), Dizaq sancağı (Arasbar, Dağlıq 
Dizaq və Dizaq nahiyələri),  Həkəri sancağı (Keştasf, Həkəri, Zarıs və Al-
paut nahiyələri), və Vərəndə adıyla bir nahiyəli Vərəndə sancağı.
80
 Bundan 
əlavə, bu icmal dəftərindəki məlumatlardan XVI əsrin sonlarında Qara-
bağda yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və 
oymaqlardan ibarət olduğu görünür.
XVII  əsrin  əvvəllərində  Azərbaycan  uğrunda  Səfəvi-Osmanlı 
müharibəsi yenidən başladı və 1606-cı ildə Qarabağ ərazisi azad edildi. 
1612-ci ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, 1555-ci il Amasya 
müqaviləsinin şərtləri bərpa edildi və Qarabağ ərazisi Azərbaycan Səfəvi 
dövlətinin tərkibində qaldı. XVIII əsrin 20-ci illərinə qədər Azərbaycan-
Osmanlı  münasibətləri  ictimai-iqtisadi  və  mədəni  sahədə  xeyli  inkişaf 
etmişdir.  Bu  dövrdə  daha  çox  Qarabaği  Əhmədzadələr  ailəsi,  Qarabaği 
İshaq Əfəndi (v.t. 1646) və oğlu Beyrut və Misir qazisi olmuş Məhəmməd 
Saleh  b.  İshaq  Zuhuri  (v.t.1673)
81
  kimi  tanınmış  qarabağlı  alimlərin 
79   a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 240. Həmçinin bax; Yazıcı, Tahsin, “Safeviler”, İslam 
Ansiklopedisi, C. X (1988), s. 56.
80   a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 5-6.
81   a.k.ə. Süreyya, Mehmed  (1996), s. 804, 1011, 1260, 1645, 1718; Kahraman, Asiye, İshak-
zade Zuhuri Divanı inceleme-metin (Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü nəşr olunmamış 
magestratura işi, Konya, 2002).

 38
QARABAĞ 
   
99 SUALDA
fəaliyyəti bu əlaqələrin inkişafına öz töhfəsini vermişdir. XVII əsrin or-
talarında Azərbaycana gəlmiş məşhur Osmanlı səyyahı Övliya Çələbinin 
“Səyahətnamə”sində də Qarabağ haqqında kifayət qədər məlumat verilir.
82
 
XVIII  əsrin  birinci  rübündə  Səfəvi  mirasını  bölüşdürmək  və 
Azərbaycan ərazisini işğal etmək üçün Rusiya ilə Osmanlı dövləti arasında 
rəqabət gücləndi. XVIII əsrin əvvəllərində Osmanlı dövləti Azərbaycanda 
baş  verən  hadisələri  ciddi  nəzarətdə  saxlamağa  başlayırdı.  III  Sultan 
Əhməd (1703-1730) Dağıstan və Şirvan hakimlərinin xahişlərini nəzərə 
alaraq,  Səfəvi  dövlətinə  qarşı  Şirvanda  baş  verən  üsyanı  müdafiə  edir-
di.  Bunun  məntiqi  nəticəsi  olaraq  Şirvan  hakimi  Hacı  Davud  Osmanlı 
himayəsinə qəbul olundu. 
1723-cü ildə Gürcüstana və Azərbaycana yürüş edən Osmanlı ordu-
su Gəncəni almağa müvəffəq olmadı. Lakin, Osmanlı ordusunun Cənubi 
Qafqazda irəliləməsi Rusiya ilə Osmanlılar arasında müharibəyə gətirib 
çıxara bilərdi. Burada üç dövlətin mənafeyi toqquşduğundan Cənubi Qaf-
qaz Rusiya, Səfəvi və Osmanlı dövlətlərinin düyün nöqtəsinə çevrilmiş-
di. İsveçlə müharibəsini yenicə qurtarmış Rusiya, yeni müharibəyə hazır 
olmadığı  üçün  diplomatik  vasitələrlə  Osmanlı  dövləti  ilə  münasibətləri 
nizama  salmağa  təşəbbüs  göstərdi.  1724-cü  il  iyulun  12-də  İstanbul-
da  bağlanan  müqaviləyə  əsasən,  Xəzər  dənizi  sahilləri  Ruslara  verildi. 
Azərbaycanın digər ərazilərinin Osmanlıların nəzarətinə keçməsini Rusi-
ya tanımış oldu. Buna görə də, müqavilənin imzalanmasından bir il sonra 
Tiflis, Təbriz, İrəvan, Gəncə, və Qarabağ Osmanlı dövlətinin nəzarətinə 
keçdi.
83
 
1735-ci ilə qədər Osmanlı dövlətinin tərkibində qalan Qarabağ inzibati 
cəhətdən yeni yaradılan Gəncə-Qarabağ əyalətinin tərkibində olsa da, in-
zibati cəhətdən bəzi dəyişikliklərə məruz qaldı. Bununla bağlı ən mühüm 
məlumatı  1727-ci ildə Osmanlı maliyyə məmurları tərəfindən tərtib olu-
nan və məzmununa, eləcə də verdiyi məlumatlara görə çox qiymətli olan 
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”dən əldə etmək mümkündür. 
82   a.k.ə. ÇelebiEvliya (1314), ss. 235-242.
83   a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 362-365.

 39
QARABAĞ 
   
99 SUALDA
Osmanlıların  yeni  inzibati  bölgüsünə  əsasən  Gəncə-Qarabağ  əyaləti  37 
nahiyəni birləşdirən 5 livadan (sancaqdan) və iki qəzadan (Gəncə və Lori) 
ibarət idi. Vilayətdə şəhər kimi Gəncə, Bərdə, Xılxına, qala kimi isə Lori 
qeydə alınmışdır.
Müfəssəl dəftərdə Qarabağın inzibati idarə sistemi ilə yanaşı, bölgənin 
icimai-iqtisadi  və  mədəni  həyatı  haqqında  kifayət  qədər  məlumat  əldə 
etmək mümkündür. Müfəssəl dəftərdə Qarabağda əhalinin etnik tərkibi 
haqqında  mühüm  məlumat  öz  əksini  tapmışdır.  Belə  ki,  dəftərdə  qeyd 
olunan 1.178 kənddən yalnız 25-nin adı erməni kəndi kimi göstərilmişdir. 
Burada  qeyd  olunan  məlumatlardan  aydın  olur  ki,  Osmanlı-Səfəvi 
müharibəsi  zamanı  Qarabağın  türk-müsəlman  əhalisinin  40%-ə  qədəri 
ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları 
üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, ordu mənsubları 
və döyüşlərdə ölən əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində 
Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı  
20%-i keçməmişdir.
84
 
Rusiya  və  Osmanlı  dövləti  tərəflərindən  ələ  keçirilmiş  Azərbaycan 
ərazisi XVIII əsrin birinci yarısında Nadir şah tərəfində azad edilmişdir. 
Belə ki, 1735-ci ildə Səfəvi-Rusiya və 1736-cı ildə isə Osmanlı dövləti ilə 
imzalanmış sülhə görə Səfəvi dövlətinin ərazi bütövlüyü bərpa olunmuş 
və Qarabağ Nadir şahın hakimiyyəti altına keçmişdir.
85
 
9. Qarabağ xanlığı necə yarandı?
1736-cı il fevral ayının 26-da özünü şah elan edən Nadir şah Əfşar, 
onun hakimiyyətinə qarşı çıxan Qarabağın Cavanşir, Otuziki və Kəbirli 
tayfalarını  Xorasana  sürgün  etdirdi,  tayfa  başçılarını  isə,  yanında  gi-
rov  saxladı.
86
  Mirzə  Adıgözəl  bəyin  verdiyi  məlumata  görə,  qarabağlı 
İbrahimxəlil Ağanın böyük oğlu Fəzləli bəy də bu şəkildə Xorasana apa-
84   a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.
85   Minorsky, V., “Nadir”, İslam Ansiklopedisi, C. IX (İstanbul, 1988), s. 24.
86   Cavanşir, Əhməd bəy, “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi fəaliyyətlərinə dair”, 
Fərzəliyev, Akif, red., Qarabağnamələr, C. I (Bakı, Yazıçı, 1989), s. 157.

 40
QARABAĞ 
   
99 SUALDA
rıldı. Ancaq, Fəzləli bəy sürgünə qarşı çıxın-
ca  Nadir  şah  tərəfindən  öldürülərək  yerinə 
qardaşı  Pənahəli  bəy  gətirildi.
87
  Şah  sara-
yında  xidmət  göstərən  Pənahəli  bəy,  Nadir 
şahın  hörmətini  qazana  bildi.  Lakin,  saray 
xidmətçilərinin  onun  haqqında  yaydığı  if-
tiralar  nəticəsində  qardaşı  kimi  Nadir  şa-
hın  qəzəbinə  düçar  olacağını  nəzərə  alan 
Pənahəli  bəy,  şahın  səfərdə  olmasından 
istifadə  edərək  Xorasanda  sürgündə  olan 
ailəsini görmək bəhanəsiylə saraydan çıxaraq Qarabağa qaça bildi.
88
 Nadir 
şah onun yaxalanması üçün Gəncə, Tiflis və Şirvan hakimlərinə fərmanlar 
göndərsə də, bu mümkün olmadı. Pənahəli bəy tez-tez yer dəyişdirərək, 
bəzən Qarabağ dağlarında, bəzən də Şəki qalası ətrafında gizlənərək canı-
nı Şahın qəzəbindən qurtara bildi.
89
 
1747-ci il iyunun 20-də Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi 
və hakimiyyət uğrunda mübarizənin başlanması, onun yaratdığı dövlətin 
dağılmasına səbəb oldu.
90
 Nadir şahın qətli ilə İranda meydana gələn daxili 
qarışıqlıqlar Azərbaycan üçün də bir dönüş dövrü oldu. Vahid Azərbaycan 
dövləti  yaratmağa  şərait  yaransa  da,  feodal  pərakəndəliyinin  mövcud-
luğu,  iqtisadi  əlaqələrin  zəifliyi,  natural  təsərrüfatın  üstünlüyü  ölkədə 
mərkəzləşmiş dövlətin yaradılmasına imkan vermədi. Azərbaycan müstəqil 
və yarımmüstəqil xanlıqlara və sultanlıqlara parçalandı. XVIII əsrin ortala-
rında Rusiya və Osmanlı dövlətlərinin daxilində baş verən münaqişələr onla-
rın Azərbaycanda baş verən hadisələrə müdaxilə etməsinə imkan vermədiyi 
üçün müstəqil xanlıqların yaranması təmin edildi.
 Bu zaman Azərbaycanda 
20 xanlıq və 6 sultanlıq yarandı. Bunlardan biri də Qarabağ xanlığı oldu.
Nadir şahın ölümündən sonra rahat və qorxusuz hərəkət edən Pənahəli 
87   a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 31-32. Həmçinin bax; a.k.ə.  Qarabaği, Mirzə Camal Cavanşir 
(1989), s. 110.
88   Xəzani, Mir Mehdi, “Kitabi-tarixi-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, 
Yazıçı, 1991), s. 106. Həmçinin bax; Axundov, Nazim, Qarabağ salnamələri  (Bakı, Yazıçı, 1989), s. 32.
89   a.k.ə.  Xəzani, Mir Mehdi (1991),  s. 107.
90   Bakıxanov, Abbasqulu Ağa, Gülüstani İrəm (Bakı, 1951), ss. 158-159. Həmçinin bax; a.k.ə. Xəzani, 
Mir Mehdi (1991), s. 104. Həmçinin bax;  a.k.ə.  Azərbaycan tarixi, C. III (1999), s. 387.
XVIII əsrin ortalarında 
Rusiya və Osmanlı 
dövlətlərinin daxilində baş 
verən hadisələr onların 
Azərbaycanda baş verən 
hadisələrə müdaxilə 
etməsinə imkan vermədiyi 
üçün müstəqil xanlıqların 
yaranması təmin edildi.

 41
QARABAĞ 
   
99 SUALDA
bəy, öz doğma vətəni olan Qarabağa gələrək, yaxın adamlarını başına top-
layıb siyasi fəaliyyətə başlayır. Xüsusilə Xorasana sürgün edilmiş Cavanşir, 
Otuziki və Kəbirli tayfalarının geri dönmələrini təmin edir və onları Qa-
rabağda əvvəllər yaşadıqları obalarına yerləşdirir.
91
  Başqa yerli tayfaların 
dəstəyini alandan sonra Qarabağın tək lideri kimi davranmağa başlayır. 
Beləliklə, 1747-ci ildə Pənahəli xan yalnız Cavanşir tayfasının deyil, eyni 
zamanda  keçmiş  Gəncə-Qarabağ  bəylərbəyliyinin  Qarabağ  bölgəsində 
yaşayan  tayfalarını  birləşdirərək  Qarabağ  xanlığının  əsasını  qoydu.
92
 
Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir və Mir Mehdi Xəzani Qarabağ 
xanlığının 1747-ci ildə yaradıldığını qeyd edirlər.
93
 
Qarabağ xanlığının qurucusu olan Pənahəli xanın soyu haqqında bü-
tün  qaynaqlar  eyni  fikirdə  olub,  onların  nəslinin  Türküstandan  gəlmiş 
Cavanşir tayfasının Bəhmənli elinə bağlı Sarıcalı oymağından olduğunu 
bildirlər.
94
 Əbül-Qazi Bahadır xana görə, Qarabağ xanlığının idarəsi, Oğuz 
xanın üçüncü oğlu olan Ulduzun böyük oğlu Afşarın nəvələrindən Cavan-
şir qəbiləsinin Sarıcalı sülaləsinə aid olmuşdur.
95
 
Pənahəli  xan  dövründə  Bayat,
96
  Şahbulaq
97
  qalaları  tikilmiş,  Şuşa 
(Pənahabad)  qala-şəhərinin  əsası  qoyulmuşdur  (1751-1756).  1759-cu 
ildə Şuşanı mühasirəyə alan Urmiya xanı Fətəli xan Əfşara məğlub olan 
Pənahəli  xan,  oğlu  İbrahimxəlil  bəyi  girov  verməklə  Urmiya  xanlığı-
nın tabelik şərtlərini qəbul etmişdir.
98
 Bu dövrdə İranda hakimiyyəti ələ 
alan  Kərim  xan  Zənd,  Urmiyalı  Fətəli  xanı  məğlub  etmək  üçün  onun 
rəqiblərindən, o cümlədən Pənahəli xandan dəstək istəyir. Bu dəvəti gi-
rovda olan oğlu İbrahimxəlil bəyi xilas etmək və eyni zamanda Fətəli xan-
dan qisas almaq üçün fürsət bilən Qarabağ xanı, kiçik oğlu Mehrəli bəyi 
Qarabağda müvəqqəti hakim qoyaraq Kərim xan Zəndə yardıma getmiş-
91   a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 33.
92   a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 158.
93   a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 114.
94   a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 31. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir 
(1989), s. 110. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991),  ss. 12-14.
95   Mirza Bala, “Karabağ” , İslam Ansiklopedisi, C. VI (İstanbul, 1988) s. 213.
96   a.k.ə. Y.Qarabaği, Mirzə Yusif (1991), s. 15.
97   a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 35.
98   a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 158.

 42
QARABAĞ 
   
99 SUALDA
dir. 1762-ci ilin may ayında Xoy və Salmas şəhərləri arasında baş tutan 
döyüşdə məğlub olan Fətəli xan Urmiya qalasına çəkilərək müdafiə olun-
mağa başlamışdır. Pənahəli xan başqa Azərbaycan xanları kimi Kərim xan 
Zəndin Urmiya qalası yanındaki düşərgəsinə gəlir. 9 aylıq mühasirədən 
sonra Urmiyanı təslim alan Kərim xan, əsir alınan Fətəli xanla bir yerdə 
ona  köməyə  gələn  Azərbaycan  xanlarını  da  özü  ilə  Şiraza  aparır.  Yola 
düşərkən İbrahimxəlil bəy Qarabağa xan göndərilsə də, Pənahəli xan Şi-
raza gedir və bir müddət sonra orada vəfat edir (1763). Cəsədi Qarabağa 
gətirilərək Ağdamda dəfn edilmişdir.
99
   
Pənahəli xanın ölümündən sonra 1763-1806-cı illərdə İbrahimxəlil 
xan tərəfindən idarə olunan Qarabağ xanlığı ən güclü dövrünü yaşamış-
dır. Qubalı  Fətəli xanın 3 dəfə və Ağa Məhəmməd şah Qacarın iki dəfə 
Qarabağa hücum etməsinə baxmayaraq, İbrahimxəlil xan hakimiyyətini 
qoruyub saxlaya bilmişdir. O, Osmanlı dövləti ilə sıx əlaqələr yaradan 
Azərbaycan  xanlarından  biri  olmuşdur.
100
  1805-ci  ildə  Qarabağ  xanı 
Kürəkçay  müqaviləsini  imzalayaraq  Rusiyanın  tərkibinə  keçmişdir.
101
 
İbrahimxəlil  xan  Rusiyanın  hakimiyyətini  qəbul  etsə  də,  daha  sonra 
bundan peşman olmuş və bu siyasi qarışıqlıqda  ermənilərin xəyanətinə 
uğrayaraq,  1806-cı  ilin  yayında  ruslar  tərəfindən  17  yaxın  adamı  ilə 
birlikdə Xankəndində öldürülmüşdür. Yerinə oğlu Mehdiqulu xan keç-
mişdir. Aldadıldığını gec də olsa anlayan Mehdiqulu xanın İrana qaçma-
sından sonra, 1822-ci ildə çar fərmanı ilə Qarabağ xanlığı rəsmən ləğv 
edilmişdir.
102
 
99   a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 119. Həmçinin bax; Mirzə Camaloğlu, Rzaqulu 
bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Axundov, Nazim, 
red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), s. 217. Həmçinin bax; Fəna, Mirzə Rəhim, “Tarixi-
Cədidi-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), s. 256. Həmçinin 
bax; Əlizadə, Həsən İxfa, “Şuşa şəhərinin tarixi”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, 
Yazıçı, 1991), s. 325.
100 Dedeyev, Bilal “Karabağ Hanlığı (1747-1822)”, 
 Dedeyev, Bilal “Karabağ Hanlığı (1747-1822)”, Türk Dünyası Araştırmaları, Sayı 136, (Ocak-Şubat 
2002), ss. 39-44.
101 “Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi”, Mahmudov,Yaqub, və Şükürov, Kərim, 
 “Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi”, Mahmudov,Yaqub, və Şükürov, Kərim, 
red., Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639-1828)-Dövlətlərarası müqavilələr 
və digər xarici siyasət aktları, C. I (Bakı, Regionların inkişafı ictimai birliyi, 2009), ss. 365-376.
102  Mustafazadə, Tofiq, 
  Mustafazadə, Tofiq, Qarabağ xanlığı (Bakı, Sabah, 2010), ss. 209-210.

 43
QARABAĞ 
   
99 SUALDA
10. Qarabağ xanlığının inzibati ərazi bölgüsü necə idi?
Qarabağ  xanlığını  qeyri-məhdud  hakimiyyətə  malik  olan  xan  idarə 
edirdi.  Bu  xanlar  dünyəvi  işlərdə  olduğu  kimi  dini  işlərdə  də  geniş 
səlahiyyətlərə malik idilər. Qarabağ xanlığı 75 illik tarixi boyunca əsasən 3 
xan – Pənahəli xan (1747-1763), İbrahimxəlil xan (1763-1806) və Meh-
diqulu xan (1806-1822) tərəfindən idarə olunmuşdur. Yalnız 1763-cü ildə 
Pənahəli xanın ölümündən sonra İbrahimxəlil və Mehrəli bəy qardaşları 
arasında başlayan xanlıq mübarizəsi ölkədə bir müddət iki hakimiyyətliliyə 
gətirib çıxartmış, bu mübarizə, 1763-cü ildə də Mehrəli bəyin Qarabağ-
dan qovulması və İbrahimxəlil ağanın qalib gələrək Qarabağ xanlığında 
hakimiyyəti ələ alması ilə nəticələnmişdir.
103
  
Xanın idarəetmə işlərində ən böyük köməkçisi Xanlıq divanı idi. Di-
van məclisi xanlığın idarə edilməsi ilə bərabər vergi işləri ilə də məşğul 
olurdu.  Divanda  əhalinin  qeydiyyatda  olduğu  və  əsgərlik  yaşında  olan 
gənclərin adlarının yazıldığı dəftərlər mövcud idi.
104
 Xanlıqda mühakimə 
işlərinə divandan ayrı fəaliyyət göstərən “məhkəmə” həyata keçirirdi. Bu 
məhkəmələrdə təqsirlilər şəriət qanunlarına görə ittiham olunurdu. Divan 
və məhkəmə iclasları xan ilə qazının iştirakı və başçılığı altında həyata ke-
çirilirdi.
105
Xandan  sonra  ən  yüksək  mövqeyə  sahib  olan  vəzifəli  şəxs  vəzir  idi. 
Qarabağ xanlığında vəzir həm daxili, həm də xarici işlərə cavabdeh olan 
vəzifə  sahibi  idi.  Qarabağın  ən  tanınmış  vəzirləri  Molla  Pənah  Vaqif  və 
Mirzə  Camal  Cavanşir  olmuşdur.  Onlar  dövlət  adamı  olmaqla  yanaşı, 
həm də dövrünün məşhur şair və elm xadimləri idilər. Xanın sarayında 
vəzirdən başqa sərkərəli adı verilən maliyyə məmuru, eşikağası adlanan 
xanın şəxsi işlərini idarə edən şəxs, habelə xəzinədar, anbardar kimi vəzifə 
sahibləri də mövcud olmuşdur.
106
İnzibati idarəetmə formasına görə kiçik dövlətə bənzəyən Qarabağ xan-
103  a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 163. Həmçinin bax; a.k.ə. Axundov, Nazim (1989), s. 78.
  a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 163. Həmçinin bax; a.k.ə. Axundov, Nazim (1989), s. 78.
104  a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 50.
  a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 50.
105 a.k.ə. 
 a.k.ə. Azərbaycan tarixi (1999), s. 451.
106  a.k.ə. Mustafasadə, Tofiq (2010), ss. 123-124.
  a.k.ə. Mustafasadə, Tofiq (2010), ss. 123-124.

 44
QARABAĞ 
   
99 SUALDA
lığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin 
körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür 
çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə 
Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdu.
107
 Qarabağ xan-
lığının sahəsi təqribən 18000 km
2
 olub,
108
 şimaldan cənuba 182, şərqdən 
qərbə isə 273 km olduğu bildirilir.
109
 Qarabağ xanlığının ərazisi inzibati 
cəhətdən 21 mahaldan ibarət idi. Bu mahallar Çalbayır, Zəngəzur, Mehri, 
Qafan,  Sisyan,  Dəmirçi-Aslanlı,  Güpara,  Bərgüşad,  Bahabyurd,  Kəbirli, 
Talış  (Gülüstan),  Cavanşir,  Xaçın,  Çiləbörd,  Xırdapara,  Dizaq,  Otuzi-
ki, İyirmidörd, Qaraçorlu, Vərənd və Acan-türk idi. Mahallar içərisində 
əhalisinin dini etiqadı xristiyan olan və Qarabağda xalq arasında “Xəmsə” 
(beşlik) adlandırılan bölgələri (məliklikləri) idarə edənlərə Məlik, əhalisi 
müsəlman olan mahalların idarəçilərinə isə Mahal bəyləri və ya naiblər de-
yilirdi.
110
 Mahallar öz növbəsində kəndlərə ayrılırdı. Osmanlı dövlətinin 
tərtib  etdirdiyi  1727-ci  il  tarixli  “Gəncə-Qarabağ  əyalətinin  müfəssəl 
dəftəri”ndə xanlığın əhatə etdiyi ərazilərdə bir hissəsi boş olmaq şərti ilə 
cəmi 796 kəndin adı qeydə alınıb. Bu rəqəm təqribən 100 il sonra 1823- ci 
ildə rusların apardığı qeydiyyatda 642 kənd və oymaq olaraq göstərilir.
111
 
Azərbaycan xanlıqlarının hamısında olduğu kimi, Qarabağda da kəndləri 
kəndxuda və ya kovxalar idarə edirdi. 
Xanlığın mərkəzi ilk əvvəl Bayat qalası (1748),
112
 daha sonra Tərnəküt 
deyilən yerdə Şahbulağı qalası (1749)
113
 və 1751-ci ildən sonra isə, Pa-
nahabad/Şuşa  qala-şəhəri  olmuşdur.  XVIII  əsrin  son  rübündə  Şuşa 
şəhəri  strateji  vəziyyəti  ilə  yanaşı,  həm  də  Azərbaycanın  sayılan  ticarət 
mərkəzlərindən  birinə  çevrilmişdi.  Azərbaycandan  geçən  məşhur  İpək 
Yolunun  Şuşa  şəhərindəki  ticarət  həyatının  canlanmasına  da  mühüm 
107  a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), ss. 107-109. Həmçinin bax; Qaradaği, Həsənəli
“Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları”, Axundov, Nazim, red., Qarabağnamələr, C. 
II (Bakı, Yazıcı, 1991), s. 352.
108  a.k.ə. Sami, Şəmsəttin (1996), s. 3621.
109  a.k.ə. Mirzə Camaloğlu, Rzaqulu bəy (1991), s. 206. 
110  a.k.ə. Xəlilov, Xaliyəddin (1992), s. 9. Həmçinin bax; a.k.ə. Mustafazadə, Tofiq (2010), s. 96.
111  a.k.ə. Qeybullayev, Qiyasəddin (1990), s. 151. Həmçinin bax; a.k.ə. Mustafazadə,Tofiq (2010), ss. 
97-98.
112  a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 15.
113  a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 35.

 45
QARABAĞ 
   
99 SUALDA
təsiri olmuşdur. İqdisadiyyatın inkişafı qala əhalisinin sayının artmasına 
ciddi təsir göstərmişdi. XVIII əsrin sonları və XIX əsrin əvvəllərində Şuşa 
şəhəri 17 məhəllədən ibarət idi.
114
 Qarabağ xanlığında Şuşa da daxil ol-
maqla qalalara cavabdeh olan vəzifəli şəxslərə Qalabəyi deyilirdi.
115
 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin