Bİlal Dədəyev



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

V. Təminatlar haqqında
1.  Tərəflər  Dağlıq  Qarabağın,  onun  əhalisinin  və  əvvəlki  yaşayış 
yerlərinə qayıdan qaçqın və köçkünlərin təhlükəsizliyinin təminatı daxil 
olmaqla, yuxarıda göstərilən sazişlərə əməl olunmasını təmin etmək üçün 
öz üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.
2. BMT-nin Təhlükəsizlik Şurası hərtərəfli sazişin həyata keçirilməsini 
izləyəcəkdir.

 241
QARABAĞ 
   
99 SUALDA
3. Minsk konfransının həmsədrləri Dağlıq Qarabağın statusu haqqın-
da sazişi və silahlı münaqişənin dayandırılması haqqında sazişi şahid kimi 
imzalaya  bilərlər.  Rusiya,  ABŞ  və  Fransa  prezidentləri  sazişlərin  həyata 
keçirilməsinin gedişinə ciddi nəzarət etmək və bu sazişin yerinə yetirilməsi 
üçün  lazımi  tədbirlər  görmək  məqsədi  ilə  üç  ölkənin  birgə  fəaliyyət 
göstərmək  niyyətini  təsdiqləyirlər.  ATƏT  və  ya  BMT-nin  Təhlükəsizlik 
Şurası, lazım gələrsə, BMT-nin nizamnaməsinə uyğun olaraq diplomatik, 
iqtisadi, yaxud əlacsız qaldıqda, hərbi xarakterli tədbirlər görə bilər.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan, 
çoxsaylı insan tələfatına, Azərbaycan torpaqlarının işğalına səbəb olan si-
lahlı münaqişəni həll etmək üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu ya-
radılmışdır. Qrupun tərkibinə 11 ölkənin təmsilçiləri daxildir. Sonradan 
ümumi razılıq əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu 
təsis olunmuşdur.
---------------------
*
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçüncü, sonuncu təklifi 
1998-ci il noyabrın 7-də irəli sürülmüşdür və daha çox “ümumi dövlət” 
şərti adı ilə tanınır. Azərbaycan bu təklifi qəbul etməmiş, Ermənistan isə 
həmin təklif əsasında münaqişənin həllini məqbul saymışdır.
67. 1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan 
arasındakı keçirilmiş görüşlərin nəticəsi necə oldu?
1997-1998-ci  illərdə  münaqişə  tərəflərinin  ATƏT-in  Minsk  qrupu-
nun sülh təkliflərindən imtina etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağ-
lı sülh danışıqlarında pessimizmin yayılmasına səbəb oldu və bu məsələ 
1999-cu  ildə  prezidentlər  səviyyəsinə  qaldırıldı.  Aprel  ayından  hər  iki 
dövlətin  prezidenti  -  Heydər  Əliyev  və  Robert  Koçaryan  Dağlıq  Qara-
bağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşlər keçirdilər. Aprelin 
2-də Moskvada keçirilən MDB Sammitində ölkə rəhbərləri münaqişənin 
həll  edilməsi  ilə  bağlı  bir  sıra  görüşlər  keçirməyə  razılıq  verdilər.  Bu-
nunla  əlaqədar  prezident  Heydər  Əliyev  və  Robert  Koçaryan  aprelin 

 242
QARABAĞ 
   
99 SUALDA
24-də  Vaşinqtonda,  avqustun  16  və  22-də 
Cenevrədə,  sentyabrın  10-da  isə  Ukrayna-
nın  Yalta  şəhərində  görüşdülər.  Görüşlər 
zamanı, ölkə başçıları atəşkəs rejiminin sax-
lanması,  tərəflər  arasında  etimadın  qurul-
ması və sərhəd hadisələrinin qarşısının alın-
ması barədə həmfikir olduqlarını bildirərək 
ATƏT-in  Minsk  Qrupu  çərçivəsində  da-
nışıqların  bərpa  edilməsində  də  razılığa 
gəldilər.
599
 Heydər Əliyev və Robert Koçar-
yan arasında son görüş 1999-cu il oktyabrın 11-də Naxçıvan Muxtar Res-
publikası ilə  Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın 
Sədərək  şəhərində  baş  tutdu.
  Görüşün  mövzusunun  məxfi  saxlanılma-
sına  baxmayaraq,  ehtimal  edilir  ki,  tərəflər  münaqişənin  həlli  ilə  bağlı 
qarşılıqlı  kompromislərə  gələ  bilmişdilər.  Belə  ki,  tərəflər  “torpaqların 
dəyişdirilməsi” adlı təklif hazırlamışdılar.
 Təklifə əsasən, Jerard Libaridyan 
yazır  ki,  “R.Koçaryanın  Dağlıq-Qarabağın  Ermənistana  birləşdirilməsi 
tələbinə  cavab  olaraq  Heydər  Əliyev  Ermənistanın  cənubunda  yerləşən 
və Naxçıvanla Azərbaycanı ayıran Mehri rayonu üzərində nəzarəti ələ al-
maq tələbini qoydu”.
600
 Digər tərəfdən, “torpaqların dəyişdirilməsi” təklifi 
ilə  əlaqədar  Azərbaycanın  keçmiş  Xarici  İşlər  Naziri  Tofiq  Zülfüqarov 
2005-ci  ildə  yazırdı:  “Bu  təklifin  əhatə  etdiyi  parametrlər  gizli  saxlanı-
lırdı. Hətta bu gün təklifə nələrin daxil olduğunu və kim tərəfindən irəli 
sürüldüyünü dəqiqliklə demək çox çətindir”.
601
 Bununla belə, danışıqla-
rın parametrlərindən aydın olub, olmamasından asılı olmayaraq, güman 
edilirdi ki, bu iki ölkə liderləri arasında keçirilmiş məxfi görüş nəticəsində 
1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə Dağlıq Qarabağ məsələsi 
üzrə  razılığa  gəlinəcəkdir.  Dəqiq  məlumatın  olmamasına  baxmayaraq, 
599  “Negotiations chronology between Azerbaijan and Armenia”, Republic of Azerbaijan: Ministry 
of Foreign Affairs, 1999; (http://mfa.gov.az/?language=en&options=content&id=856). Accessed on 
December 15, 2013.
600  Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the 
Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37. 
601  Zulfuqarov, Tofik, “Obstacles to Resolution: An Azerbaijani Perspective”, Accord: An International 
Review of Peace Initiative, Issue 17, 2005, p. 41. 
Görüşün mövzusunun məxfi 
saxlanılmasına baxmayaraq, 
ehtimal edilir ki, tərəflər 
münaqişənin həlli ilə bağlı 
qarşılıqlı kompromislərə gələ 
bilmişdilər. Belə ki, tərəflər 
“torpaqların dəyişdirilməsi” 
adlı təklif hazırlamışdılar.

 243
QARABAĞ 
   
99 SUALDA
görüşdən üç gün sonra Heydər Əliyevin Türkiyənin Samanyolu TV kana-
lına verdiyi müsahibədən İstanbul Sammitinin münaqişənin sülh yolu ilə 
həlli üçün son dərəcə mühüm olduğu aydın olurdu.
602
 
Qeyd  edilməlidir  ki,  regionda  sülh  və  sabitlik  yaradılmasına  kömək 
etməklə Cənubi Qafqazda öz mövqeyini təmin etmək üçün ABŞ birmənalı 
olaraq tərəflər arasında mediatorluq edirdi. Bu baxımdan, ABŞ dövlət ka-
tibi  Madlen  Olbrayt  26-27  oktyabr  tarixində  Heydər  Əliyev  və  Robert 
Koçaryanla görüşmüş, dövlət katibinin müavini Strobe Talbott münaqişə 
tərəflərinin  paytaxt  şəhərlərinə  səfər  edərək  onları  danışıqların  yekun 
mərhələsinə təşviq etmişdi.
603
 Bununla belə, ABŞ hökuməti, Azərbaycan 
və Ermənistan prezidentlərinin bütün sülh səyləri və İstanbul Sammitinə 
olan ümidlər siyasi fiasko ilə üzləşdi. ABŞ dövlət katibinin müavini Strobe 
Talbottun bölgəyə səfəri zamanı Ermənistan parlamentində dəhşətli bir 
hadisə baş verdi. Silahlı şəxslərdən ibarət kiçik bir qrup Parlamentə girərək 
Ermənistanın  Baş  Naziri  Vazgen  Sarqsyan,  Parlamentin  spikeri  Karen 
Dəmirçyan  və  keçmiş  Kommunist  Partiyasının  lideri  də  daxil  olmaqla 
səkkiz görkəmli siyasətçini öldürdü.
604
 Ermənistan parlamentində baş ver-
miş hadisə ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsədə, ümumiyyətlə Rusi-
yanın bu terror hücumunda bu və ya digər vasitə ilə əli olduğu güman edi-
lirdi. Bununla bağlı Böyük Britaniyada siyasi mühacir kimi yaşayan Rusiya 
Federasiyasının  Təhlükəsizlik  Xidmətinin  keçmiş  polkovniki  Aleksandr 
Litvinenko 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki ter-
ror hadisəsinin Rusiyanın xüsusi xidmət orqanı tərəfindən təşkil olundu-
ğunu bildirmişdi. Onun sözlərinə görə, “Bu təxribat Rusiyanın siyasi eli-
tasına Qarabağ sazişinin imzalanmasına mane olmaq imkanı verdi… Sülh 
prosesi  Rusiyanın  nəzarətindən  kənarda  inkişaf  edirdi  və  bu  Rusiyanın 
xüsusi xidmət orqanlarına Ermənistan parlamentində xüsusi missiyasını 
həyata keçirmək imkanı yaratdı”.
605
Lakin  Ermənistan  rəsmiləri  polkovnik  Aleksandr  Litvinenkonun 
602  Aslanlı, Araz, Qarabağ Problemi: Tarixi, Mahiyyəti, Həll Prosesi (Bakı, 2009), s. 53. 
603  a.k.ə. Cornell, Svante E. (2011) p. 144. 
604  King, Charles, The Ghost of Freedom: A History of the Caucasus (Oxford University Press, 2008), p. 223. 
605  “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”, AZG DAILY 
#79, 3 May 2005; (http://www.azg.am/EN/2005050307). Accessed on December 15, 2013.

 244
QARABAĞ 
   
99 SUALDA
dediklərini  təkzib  etdilər.  Ermənistan  Milli  Təhlükəsizlik  Xidmətinin 
mətbuat katibi Artsvin Bağramyanın sözlərinə görə, “məhkəmə araşdır-
ması zamanı A.Litvinenkonun fərziyyəsinə dair heç bir fakt və ya işarə 
ortaya çıxmadı.” R.Koçaryanın milli təhlükəsizlik üzrə məsləhətçisi Qar-
nik  İsaqulyan  A.Litvinenkonu  “xəstə  adam”  adlandıraraq  bildirmişdi: 
“Biz kiminsə xəstə təxəyyülünün məhsullarını təkzib və ya təsdiq etmək 
məcburiyyətində  deyilik…  Erməni  məhkəməsi  bu  məsələ  ilə  əlaqədar 
qərarını rəsmi olaraq elan edərək məsələni bağlayıb”.
606
 Bu hadisədə Ru-
siyanın əlinin olub olmamasından asılı olmayaraq, bu hadisə ölkə başçı-
larının qarşıdan gələn İstanbul zirvə görüşündə imzalanması nəzərdə tu-
tulmuş yekun danışıqlar prosesini dayandırmaları üçün əsas səbəb oldu. 
Nəticədə,  sammitdə  iştirak  edən  dövlətlərin  yekun  bəyanatı  belə  oldu 
ki, onlar “Azərbaycan və Ermənistan prezidentləri arasında fəallaşan di-
aloqu  alqışlayır  və  ümid  edirlər  ki,  danışıqları  ATƏT-in  Minsk  qrupu 
çərçivəsində bərpa etmək mümkün olacaqdır”.
607
68. 2001-ci ilin aprel ayında Azərbaycan və Ermənistan 
prezidentləri arasında baş tutmuş Key Vest görüşünün 
nəticəsi nə oldu?
1999-cu ildə Azərbaycan və Ermənistan prezidentləri arasında “tor-
paqların dəyişdirilməsi” üzrə danışıqlar Ermənistan parlamentində silahlı 
qrup tərəfindən baş nazir və parlamentin spikeri də daxil olmaqla səkkiz 
tanınmış siyasətçinin ölümünə səbəb olan sarsıdıcı bir hadisə nəticəsində 
təxirə salındı.
608
 Deyilənlərə görə, Rusiyanın razılığı olmadan Azərbaycan 
və Ermənistan arasında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar müqavilənin 
imzalanmasının qarşısını almaq üçün törədilən bu hadisənin  arxasında 
606  Stepanian, Ruzanna, “Armenian Officials Deny Russian Role In 1999 Parliament Carnage”, 
Azatutyun, 4 May 2005; (http://www.azatutyun.am/content/article/1576814.html). Accessed on December 
15, 2013.
607  Ismailzade, Fariz, & Pellmar, Jason, “Making Time”, Transition Online, 14 January 2000; (http://
www.tol.org/client/article/4914-marking-time.html?print). Accessed on December 15, 2013.
608  a.k.ə. King, Charles (2008), p. 223. 

 245
QARABAĞ 
   
99 SUALDA
Rusiya Federasiyası dayanırdı.
609
 Lakin, 1999-cu ilin noyabrında ATƏT-
in  İstanbul  zirvə  görüşündə  münaqişə  tərəfləri  saziş  imzalamasalar  da, 
onlar Ermənistan və Azərbaycan arasında “torpaqların dəyişdirilməsi”nə 
əsaslanan həll yolundan dönmədilər. Bu baxımdan, ATƏT-in Minsk Qru-
pu, xüsusilə ABŞ, danışıqlar prosesini 2001-ci ilin aprelində Floridanın 
Key Vest şəhərində davam etdirdi. Əvvəlki görüşlərdən fərqli olaraq, bu 
görüşün əhəmiyyəti Minsk qrupunun həmsədrlərinin məsələni ilk dəfə 
olaraq hər iki ölkə prezidenti ilə eyni yerdə müzakirə etmələri idi.
610
 Apre-
lin 3-dən 6-a kimi davam edən danışıqlar prosesində hər iki ölkə preziden-
ti, Heydər Əliyev və Robert Koçaryan, ABŞ Dövlət katibi Kolin Povell, 
ATƏT-in həmsədrləri Keri Kavano, Jan Jak Qaydar, Nikolay Gribkov və 
Rusiyanın Xarici İşlər nazirinin birinci müavini V.Trubnikov iştirak edir-
di.
611
 Belə güman olunurdu ki, Key Vest görüşü 1999-cu ildən Azərbaycan 
və Ermənistan prezidentləri arasında keçirilən görüşləri yekunlaşdırmaq 
üçün Minsk Qrupu tərəfindən planlaşdırılıb. ATƏT-in Minsk Qrupunun 
həmsədrləri Floridanın Key Vest şəhərində keçirilən görüşə çox nikbin 
baxırdı. Görüşdən sonra ABŞ səfiri Keri Kavano bu görüşü “irəli atılan 
əhəmiyyətli və sağlam addım” adlandırmışdı. Onun sözlərinə görə, “bura-
da ən böyük nailiyyət sülhə nail olmanın mücərrəd anlayışlardan konkret 
detallara keçirilməsi oldu”.
612
 Öz növbəsində, Fransa səfiri Jan Jak Qaydar 
bildirmişdi ki, hər iki tərəf əvvəlki danışıqlarla müqayisədə Key Vest da-
nışıqlarında sülhə daha yaxın oldular. Rusiya XİN birinci müavini Vya-
çeslav Trubnikov bu görüşün “çox qənaətbəxş” olduğunu bildirmişdi.
613
 
Minsk  Qrupunun  növbəti  görüşünün  iyun  ayında  İsveçrənin  Cenevrə 
şəhərində  keçirilməsi  planlaşdırılmış  və  tərəflər  arasında  sülh  razılığı-
nın ilin sonunda imzalanacağı bildirilmişdi. Bununla belə, 5 gün davam 
edən  görüşdə  sülh  təklifinin  müvafiq  tərəflər  üçün  qəbuledilməz  oldu-
609  a.k.ə. “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”.
610  a.k.ə. Əhmədov, Elçin (2012), s. 211. 
611  a.k.ə. Abdullayev, Elshad, (2005), p. 90.
612  Peuch, Jean-Christophe, “Armenia/Azerbaijan: International Mediators Report Progress On 
Karabakh Dispute”, Radio Free Europe/Radio Liberty, 10 April 2001; (http://www.rferl.org/content/
article/1096184.html). Accessed on December 27, 2013.
613  a.k.ə. Peuch, Jean-Christophe.

 246
QARABAĞ 
   
99 SUALDA
ğu görünürdü.
614
 Nəticədə, Ermənistan prezidenti təklifdən geri çəkildi. 
Libaridyanın sözlərinə görə, Robert Koçaryan daha sonra “Azərbaycana 
bütün  mübahisəli  ərazilərin  tam  suverenliyi  müqabilində  sadəcə  Mehri 
üzərindən keçid hüququ verməyi təklif etmişdi. Heydər Əliyev ilkin tor-
paq dəyişikliyi mövzusu ilə bağlı narahat olduğu üçün artıq yenilənmiş 
təklifi  qəbul  edəcək  vəziyyətdə  deyildi”.
615
  Buna  görə  də,    münaqişə 
tərəflərinin 2001-ci ilin aprelində Key Vestdəki sonuncu sülh cəhdi də heç 
bir müsbət nəticə vermədi.
69. Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin 
tənzimlənməsi prosesində rolu nə idi?
Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi Dağlıq Qa-
rabağ münaqişəsinin tənzimlənməsi prosesində mühüm rol oynamışdır. 
Onun səyi nəticəsində münaqişə hələ 1990-cı illərdə müvafiq beynəlxalq 
təşkilatların  xitabət  kürsülərində  ən  çox  müzakirə  olunan  məsələlərdən 
birinə  çevrilmişdi.  Heydər  Əliyev  vasitəçiliyin  erkən  mərhələlərində 
münaqişəyə  dair  əsasən  erməni  versiyasını  dəstəkləyən  beynəlxalq 
ictimaiyyətin  mövqeyini  neytrallaşdıra  bildi.  Öz  hakimiyyəti  dövründə 
Heydər  Əliyev  münaqişənin  həllini  özünün  ən  əsas  vəzifələrindən  biri 
hesab  etdiyi  üçün  bütün  sülh  yaratmaq  təşəbbüslərini  -  istər  çoxtərəfli, 
istərsə də birtərəfli formatlarını alqışlayırdı. Münaqişənin həllində Heydər 
Əliyevin əsas mövqeyi dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır və 
o, Azərbaycanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyini vur-
ğulayırdı.
616
Heydər  Əliyev  1993-cü  ildə  Azərbaycanda  hakimiyyətə  gələndə, 
ölkə siyasi qarışıqlıqla üzləşmişdi və demək olar ki, vətəndaş müharibəsi 
614  Olcott, Martha Brill, “U.S. Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 1, Issue 3, 
September 2002, p. 66.
615  Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the 
Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37.
616  “Speech of the Azerbaijan President Haydar Aliyev in solemn ceremony devoted to the 28
th
 of May-
Day of Republic”, Heydar Aliyev Heritage/International Online Library, 26 May 2001; (http://lib.aliyev-
heritage.org/en/1587734.html). Accessed on December 27, 2013.

 247
QARABAĞ 
   
99 SUALDA
ərəfəsində idi.
617
 İqtisadiyyat tamamilə dağılmış, ictimai vəziyyət isə kəskin 
idi.  Bundan  əlavə,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  Ermənistanla 
müharibədə ölkə çətin vəziyyətdə idi ki, bu da sonralar torpaqların 20 
%-nin itirilməsi, Dağlıq Qarabağ və ətraf rayonlardan olan bir milyon 
əhalinin öz torpaqlarını tərk etmək məcburiyyətində qalaraq məcburi 
köçkünlərə çevrilməsi ilə nəticələnmişdi. Azərbaycan erməni diasporası 
tərəfindən təcavüzkar, Dağlıq Qarabağın erməni əhalisi isə bu təcavüzün 
qurbanları kimi təqdim edilmişdi.
618
 Erməni diasporasının yaratdığı in-
formasiya blokadasını yarmaq mümkün olmadığından Azərbaycanın o 
zamankı hökuməti münaqişə ilə bağlı beynəlxalq mediada öz mövqeyini 
ortaya qoya bilmədi.
619
 Münaqişə ilə bağlı real vəziyyətdən xəbərdar olan 
Heydər Əliyev mövcud siyasəti dəyişərək aşağıdakı strategiyanı həyata 
keçirməyə başlamışdır: ermənipərəst dövlətlərin mövqelərinin neytral-
laşdırılması; neytral dövlətlərin Azərbaycanın xeyrinə mövqe tutmasına 
nail olunması; mövqeyi Azərbaycana yaxın olan dövlətlər və beynəlxalq 
təşkilatlarla  münasibətlərin  gücləndirməsi  və  çoxşaxəli  diplomatiya-
dan istifadə edərək Azərbaycanın dostları vasitəsilə Ermənistana təzyiq 
edilməsi.
620
 İlkin mərhələ kimi o, regional dövlətlər arasında balanslaş-
dırılmış siyasət aparmağa, ABŞ və Avropa İttifaqı ölkələri ilə ikitərəfli 
münasibətlər yaratmağa çalışırdı.
621
Münaqişə  ilə  bağlı  Rusiyanın  mövqeyini  neytrallaşdırmağa  çalı-
şan Əliyev Moskvaya ilk rəsmi səfəri zamanı Azərbaycanın MDB üzv-
lüyünü  bərpa  etsədə  Rusiya  hərbi  bazalarının  Azərbaycanda  bərpa 
olunmasına  icazə  vermədi.
622
  Heydər  Əliyevin  bu  cəhdi  1994-cü  ildə 
617  Gadimova, Nazrin, “Azerbaijan honors Heydar Aliyev’s memory”, Azernews, 12 December 2013; 
(http://www.azernews.az/azerbaijan/62474.html). Accessed on December 27, 2013.
618  Heather, Gregg, ”Divided They Conquer: The Success of Armenian Ethnic Lobbies in the United 
States”, Paper presented at the annual meeting of the American Political Science Association, Boston 
Marriott Copley Place, Sheraton Boston & Hynes Convention Center, Boston, Massachusetts, 28 August 
2002, p. 36. Retrieved from; (http://intersci.ss.uci.edu/wiki/eBooks/Articles/). Accessed on December 28, 
2013.
619  Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International 
Organization, Vol. 57, No. 3, Summer 2003, p. 469.
620  Memmedova, Havva, “Haydar Aliyev’s Diplomacy in The Resolution of Nagorno Karabakh 
Conflict”, Journal of Central Asia and South Caucasian Studies, Vol. 4, Issue 7, 2009, p. 169.
621  a.k.ə. Cornell, Svante E. (1999), p. 56.
622  a.k.ə. Memmedova, Havva (2009), p. 183.

 248
QARABAĞ 
   
99 SUALDA
Bişkekdə  ermənilərlə  atəşkəs  barədə  sazi-
şin  imzalanması  ilə  nəticələndi.
623
  Heydər 
Əliyev  ABŞ  ilə  əlaqələri  möhkəmlətməyin 
həm  müstəqilliyin  qorunması,  həm  də 
Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  üçün 
əhəmiyyətli olduğunu başa düşürdü. 1992-
ci  ildə  ABŞ  Azərbaycanın  müstəqilliyini 
tanısa  da,  ABŞ-dakı  erməni  diasporası-
nın  anti-Azərbaycan  fəaliyyəti  nəticəsində 
bu  dövlətlə  qarşılıqlı  maraqlar  əsasında 
səmərəli ikitərəfli əlaqələr qurmaq mümkün 
olmamışdı.  Hələ  üstəlik,  Azadlığa  Dəstək 
Aktına  907-ci  düzəlişinin  qəbul  edilməsi 
nəticəsində  ABŞ  hökumət  Azərbaycana 
yardımı  məhdudlaşdırmışdı  ki,  bu  da  öz 
növbəsində  dövlətlərarası  münasibətlərə 
təsir etmişdi.
624
 Heydər Əliyevin ABŞ-ın xü-
susi maraqlarını ölkənin enerji ehtiyatlarına 
daha çox cəlb etmək siyasəti bu münasibəti 
dəyişdirməkdə təqdirəlayiq rol oynamışdır. 
Dövlətlər arasında müsbət münasibətin qu-
rulması nəticəsində, ABŞ-ın enerji şirkətləri 
1994-cü ildə imzalanmış “Əsrin müqavilə”si ilə Azərbaycan neftinin istis-
marından  səhmlərin  40%-ni  əldə  etmişdilər.
625
  Aydın  idi  ki,  regiondakı 
münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, sabitliyə əngəl yaradan 
mühüm amil, enerji layihələrinin həyata keçirilməsində isə əsas təhlükə 
idi. Buna görə də, ABŞ problemin həlli üçün vasitəçilik prosesində daha 
fəal iştirak etməyə başlamış və 1997-ci ildə Azərbaycanın tələbi ilə ATƏT-
in  Minsk  qrupunun  həmsədrlərindən  biri  olmuşdur.
626
  1997-ci  ildə 
623  a.k.ə. Memmedova, Havva (2009), p. 170.
624  a.k.ə. Heather, Gregg (2002), p. 36. 
625  a.k.ə. Human Rights Watch (1994), p. 136. 
626  McDougall, James, “A New Stage in US Caspian Sea Basin Relations”, Central Asia, No. 5 (11), 1997. 
Retrieved from; (http://www.ca-c.org/dataeng/st_04_dougall.shtml). Accessed on December 28, 2013.
Heydər Əliyev mövcud 
siyasəti dəyişərək 
aşağıdakı strategiyanı 
həyata keçirməyə 
başlamışdır: ermənipərəst 
dövlətlərin mövqelərinin 
neytrallaşdırılması; neytral 
dövlətlərin Azərbaycanın 
xeyrinə mövqe tutmasına 
nail olunması; mövqeyi 
Azərbaycana yaxın olan 
dövlətlər və beynəlxalq 
təşkilatlarla münasibətlərin 
gücləndirməsi və çoxşaxəli 
diplomatiyadan istifadə 
edərək Azərbaycanın dostları 
vasitəsilə Ermənistana təzyiq 
edilməsi.

 249
QARABAĞ 
   
99 SUALDA
ABŞ-a rəsmi səfəri zamanı Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla 
görüşərkən  ölkələr  arasında  əlaqələrin  möhkəmləndirilməsində  əngəl 
olan 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğuladı. Təəssüf ki, 
ABŞ  Konqresində  Amerikadakı  erməni  lobbisinin  güclü  müqaviməti 
2002-ci ilədək düzəlişin ləğv olunmasına imkan verməmişdir. Buna bax-
mayaraq, Bill Klinton da 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyini 
vurğulamışdı.  2002-ci  ildə  Azərbaycanın  anti-terror  koalisiyasına  cəlb 
edilməsi zərurəti meydana çıxanda prezident Corc Buşun qərarı ilə 907-
ci düzəlişin tətbiq olunması müvəqqəti olaraq dayandırıldı.
627
 Şübhəsiz 
ki, 907-ci düzəlişin ləğvi ilə bağlı Heydər Əliyevin əvvəlki cəhdləri onun 
dayandırılması üçün zəmin hazırlanmasında mühüm rol oynamışdı. 
Heydər Əliyev ATƏT-in vasitəçilik rolunu qəbul edərək bu təşkilatın 
zirvə toplantılarına fəal qatılır və bunu Azərbaycanın münaqişədə möv-
qeyini vurğulamaq üçün zəmin kimi qəbul etmişdi.
628
 Xüsusilə, ATƏT-in 
1996-cı  ildə  təşkil  olunmuş  Lissabon  sammiti  Heydər  Əliyevin  Dağlıq 
Qarabağla bağlı diplomatiyasında mühüm rol oynamışdır. Lakin erməni 
tərəfinin  etirazı  ilə  bağlı  münaqişənin  həlli  üçün  Azərbaycan  tərəfinin 
təklif etdiyi prinsiplər Zirvə görüşünün yekun sənədinə daxil edilməsədə, 
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli prinsipi iş-
tirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilmişdir.
629
Sonralar, ATƏT-in Minsk qrupu müxtəlif dövrlərdə “paket müqaviləsi”, 
“mərhələli həll” və “ümumi dövlət” kimi sülh layihələri təklif etmişdi. “Pa-
ket  müqaviləsi”  və  “mərhələli  həll”  təklifləri  Heydər  Əliyev  tərəfindən 
qəbul edilsə də “ümumi dövlət” layihəsi Azərbaycanın milli maraqlarına 
toxunduğu üçün ondan imtina edilmişdi.
630
 1999-2001-ci illərdə Vaşinq-
ton, Paris və Key Vest şəhərlərində Heydər Əliyevlə Robert Koçaryan ara-
627  “General historical background of Section 907 of  “Freedom Support Act” of the US Congress and 
the activity of the President of Azerbaijan Heydar Aliyev in connection with its repeal”, Heydar Aliyev 
Heritage/International Online Library; (http://lib.aliyev-heritage.org/en/3711428.html). Accessed on 
December 28, 2013.
628  a.k.ə. Memmedova, Havva (2009), p. 177.
629  Huseynov, Tabib, “Mountainous Karabakh: Conflict Resolution through Power-sharing and Regional 
Integration”, Peace Studies Journal, No. 6, January 2005. Retrieved from; (http://www.bradford.ac.uk/
ssis/peace-conflict-and-development/issue-6/). Accessed on December 28, 2013.
630  a.k.ə. Huseynov, Tabib (2005).

 250
QARABAĞ 
   
99 SUALDA
sında ikitərəfli görüşlər təşkil olunmuşdu. Lakin təəssüf ki, bu görüşlər də 
münaqişənin həllinə kömək edə bilmədi.
631
Prezidentliyi  dövründə  Heydər  Əliyev  Azərbaycanın  mövqeyini 
beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra və müharibə barədə həqiqətləri 
yaya bilmişdi. Əliyev, atəşkəsə nail olaraq zorakılığa son qoyulmasına nail 
olmuşdur.  Məhz  onun  hakimiyyəti  dövründə  beynəlxalq  təşkilatlar  bu 
məsələni öz gündəliklərinə salmış və münaqişənin həlli üçün çoxtərəfli və 
birtərəfli təşəbbüslər edilmişdir.  
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin