II Saziş: status
Preambula
Dağlıq Qarabağın statusu və onun əsas etnik və mədəni xarakterinin
saxlanılması, Ermənistan Respublikası da daxil olmaqla, beynəlxalq bir-
218
QARABAĞ
99 SUALDA
lik üçün maraq doğurur. O istər Azərbaycan Respublikasının, istərsə də
Dağlıq Qarabağın hakimiyyət orqanlarının birtərəfli hərəkəti ilə müəyyən
edilə bilməz. Status aşağıdakı parametrlərlə müəyyən olunur:
I. Münaqişədə iştirak edən bütün tərəflərin Azərbaycanın və Ermənistanın
ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması.
II. Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur
və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağ-
lıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdirildikdən,
Minsk konfransı tərəfindən bəyənildikdən, Azərbaycanın və Dağlıq Qa-
rabağın konstitusiyalarında inkorporasiya olunduqdan sonra aşağıdakı
hüquqları və imtiyazları əhatə edəcəkdir.
III. Dağlıq Qarabağ və Naxçıvan Ermənistanla və Azərbaycanla sərbəst
və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik olacaq.
IV. Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Mux-
tar Vilayətinin sərhədləri üzrə müəyyən edilir.
V. Dağlıq Qarabağın referendumda “Dağlıq Qarabağ xalqı” tərəfindən
qəbul edilmiş öz konstitusiyası olacaqdır. Həmin konstitusiya bu sənəd
əsasında öz müqəddəratını təyin etmək forması haqqında Dağlıq Qaraba-
ğın hakimiyyət orqanları ilə Azərbaycan arasında rəsmi sazişi inkorporasi-
ya edəcəkdir. Azərbaycan bu sazişlərin inkorporasiyası üçün öz Konstitu-
siyasına müvafiq dəyişikliklər edəcəkdir.
Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.
VI. Dağlıq Qarabağın ərazisində Dağlıq Qarabağın konstitusiyası və
qanunları işləyir. Əgər Azərbaycanın qanunları, qaydaları və icra qərarları
Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyildirsə, onlar
sonuncunun ərazisində qüvvəyə malikdir.
VII. Dağlıq Qarabağ özünün qanunvericilik, icra və məhkəmə orqanla-
rını müstəqil surətdə formalaşdırır.
VIII. Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə nümayəndə se-
çir və Azərbaycan prezidentinin seçkilərində iştirak edir.
IX. Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iq-
tisadiyyat, elm, mədəniyyət, idman sahələrində və humanitar məsələlərdə
əcnəbi dövlətlərlə və beynəlxalq təşkilatlarla bilavasitə xarici əlaqələr sax-
219
QARABAĞ
99 SUALDA
lamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağın siyasi partiyalarının
digər ölkələrdəki siyasi partiyalarla əlaqə yaratmaq hüququ olacaqdır.
X. Dağlıq Qarabağ vətəndaşlarının üzərində xüsusi olaraq “Dağlıq Qara-
bağ” yazılmış Azərbaycan pasportu olacaqdır. Dağlıq Qarabağ vətəndaşları
Ermənistan qanunlarına uyğun olaraq əcnəbilər hesab edilməyəcəklər,
istədikləri vaxt Ermənistana mühacirət edə və Ermənistan Respublikasına
daimi mühacirət təqdirində Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.
XI. Dağlıq Qarabağ valyutaların sərbəst işləndiyi azad iqtisadi zona
olacaqdır.
XII. Dağlıq Qarabağın milli qvardiyası və polis qüvvələri olacaqdır.
Dağlıq Qarabağ vətəndaşlarının Dağlıq Qarabağ ərazisində xidmət etmək
hüququ olacaqdır.
XIII. Azərbaycan ordusu, təhlükəsizlik və polis qüvvələri Dağlıq Qara-
bağ ərazisində yalnız Dağlıq Qarabağ hakimiyyət orqanları icazəsi ilə daxil
olmaq hüququna malik olacaqdır.
XIV. Dağlıq Qarabağın büdcəsi onun öz ehtiyatları hesabına
əmələ gələn daxilolmalardan tərtib edilir. Dağlıq Qarabağ hökuməti
Azərbaycanın və xarici ölkələrin şəxslərini və şirkətlərini kapital qoyulu-
şuna həvəsləndirəcək və buna təminat verəcəkdir.
XV. Dağlıq Qarabağ çox etnik xarakterə malikdir; hər bir vətəndaş
bütün rəsmi və qeyri-rəsmi hallarda öz milli dilindən istifadə hüququna
malikdir.
XVI. BMT Təhlükəsizlik Şurası bu sazişin təminatçısı olacaqdır.
Dağlıq Qarabağ münaqişəsi üçün etimadın
möhkəmləndirilməsi tədbirləri
Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq niyyətini nü-
mayiş etdirmək üçün tərəflər hər hansı bir digər sazişi gözləmədən etima-
dın və təhlükəsizliyin möhkəmləndirilməsinə dair aşağıdakı tədbirlərdən
istənilənləri və ya hamısını həyata keçirə bilərlər:
- Azərbaycan və Ermənistan İcevan-Qazax sektorunda öz aralarındakı
sərhəd boyunca atəşkəs rejimini dərhal bərpa etmək barədə öhdəlik
220
QARABAĞ
99 SUALDA
götürə bilər. 1992-ci ildə tətbiq edilmiş bu rejim təcili telefon rabitəsi
xəttindən və sərhəddə birgə keşik çəkilməsindən ibarət idi;
- tərəflər Dağlıq Qarabağla əlaqədar, məsələn, İcevan-Qazax sekto-
runda, Ermənistan Azərbaycan sərhədi boyunca əlavə müşahidənin
həyata keçirilməsi üçün ATƏT-in fəaliyyətdə olan sədrinin müşahidə
üzrə missiyasının genişləndirilməsi haqqında sazişə gələ bilərlər;
- humanitar tələbatların (istər Azərbaycanın köçkün şəxsləri üçün, istərsə
də Dağlıq Qarabağın daxilində) müəyyənləşdirilməsi məqsədi ilə BMT-
nin Qaçqınların İşləri üzrə Ali Komissarının və Beynəlxalq Qızıl Xaç
Komitəsinin köməyi ilə dialoq. Bu, ya BMT Ali komissarının, ya da
Beynəlxalq Qızıl Xaç Komitəsinin razılığı ilə həyata keçirilə bilər;
- Dağlıq Qarabağ regionunda həm ermənilər üçün, həm də
azərbaycanlılar üçün açıq olan həftəlik və ya gündəlik bazarların təşkili.
Bu, sərhədi keçmək üçün məntəqələr yaradılmasını, bazar meydança-
larına gələn yolların açılmasını və minalardan təmizlənməsini, tranzit
rejimlərinin və ticarət qaydalarının modallığı haqqında sazişlər bağlan-
masını tələb edəcəkdir.
---------------------
*
ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin dinc yolla ara-
dan qaldırılması üçün indiyə qədər üç təklif irəli sürmüşlər. Bunlardan
birincisi 1997-ci il iyulun 18-də təqdim edilmiş və şərti olaraq daha çox
paket həll adı ilə tanınan təklifdir. Həmin təklif müəyyən qeyd-şərtlərlə
münaqişənin həllində əsas kimi Azərbaycan tərəfindən qəbul edilmişdir.
Lakin Ermənistan bu təkliflə razılaşmamışdır.
65. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı 1997-ci il 2 dekabr tarixli
“Mərhələli Həll Variantı” nəyi nəzərdə tutur?
ATƏT-in Minsk qrupunun “Mərhələli həll variantı” (rəsmi adı: Dağlıq
Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması Haqqında Saziş) 1997-
ci il dekabrın 2-də Minsk Qrupunun Həmsədrləri tərəfindən regionda
221
QARABAĞ
99 SUALDA
münaqişə tərəflərinə təqdim edilmişdir.
Sülh təklifi Ermənistan və Azərbaycan ara-
sında Dağlıq Qarabağ münaqişəsinin iki
mərhələdə həllini nəzərdə tuturdu. Təklifə
görə, birinci mərhələdə Ermənistan və Dağ-
lıq Qarabağ silahlı qüvvələri Ermənistan ilə
Dağlıq Qarabağı birləşdirən Azərbaycanın
Laçın rayonu istisna olmaqla, DQMV-
nin 1988-ci ilədək olan sərhədlərinə kimi
geri çəkiləcək və Azərbaycanın məcburi
köçkünləri təhlükəsiz və sərbəst şəkildə keç-
miş yurdlarına qayıdacaqlar. Eyni zaman-
da, münaqişə tərəfləri şose və dəmir yol-
ları, enerji xətləri, rabitə, ticarət və digər əlaqələrin açılması üçün dərhal
tədbirlər görəcəklər. İkinci mərhələdə, tərəflər münaqişənin hərbi aspek-
tinin başa çatmasından sonra Minsk qrupunun köməyi ilə Dağlıq Qara-
bağın statusunun həllinə nail olmaq, Laçın, Şuşa və Şaumyan kənd rayon-
larının məsələsi üçün danışıqlara davam etdirəcəklər. Təklifdə göstərilir:
“Bu Saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra qüvvəyə
minəcək və hərtərəfli həlldə təmin edilən şərtlər istisna olmaqla qüvvədə
qalacaqdır”.
585
Mərhələli həll variantı təklif edildikdə, onun qonşu xalqlar arasında
etnik nifrətin qarşısını alacağına, bir parça torpaq üstündə dava əvəzinə
sülhə nail olmaq üçün bu iki dövləti regional çərçivə və ərazi sərhədlərinə
gətirəcəyinə, uydurmalar və mənfi rəylərə son qoyacağına, Ermənistan və
Azərbaycan, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ara-
sında birgə yaşama və əməkdaşlığa gətirib çıxaracağına ümid edilirdi.
586
Buna görə də, Azərbaycan və Ermənistan bu təklifi prinsipcə qəbul etdi.
585 OSCE Minsk Group Co-chairmanship, “Agreement on the Cessation of the Nagorno-Karabakh
Armed Conflict”, (Step-by step), 19 September 1997; (http://www.ca-c.org/dataeng/books/book-1/12.
appendix-18.shtml). Accessed on November 24, 2013.
586 Shafiyev, Farid, “Ethnic Myths and Perceptions as Hurdle to Conflict Resolution: Armenian-
Azerbaijani Case”, The Caucasus & Globalization: Journal of Social, Political and Economic Studies,
Vol. 1(2), 2007, p. 70.
Prezident Ter-Petrosyanın
mərhələli həll variantını
dəstəkləməsi sayəsində
Ermənistan və Dağlıq
Qarabağ arasında yaranmış
siyasi böhran prezidentə qarşı
Ermənistanda konstitusiya
çevrilişi və 1998-ci il fevral
3-də Ter-Petrosyanın
prezident vəzifəsindən istefa
etməsi ilə nəticələndi
222
QARABAĞ
99 SUALDA
İlk dəfə idi ki, ATƏT-in Minsk qrupunun sülh təklifini münaqişənin hər iki
tərəfi dəstəkləyirdi. Bundan başqa, Ermənistan prezidenti Ter-Petrosyan
“Mərhələli həll variantı” ilə bağlı real qiymətləndirilmə aparmış və bildir-
mişdi: bu və ya digər yolla Ermənistan tezliklə varlı və güclü Azərbaycanla
üzləşəcəkdir. O, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəsinin iqtisadi
blokadada olmasının Ermənistanın iqtisadiyyatına uzunmüddətli zərər
yetirə biləcəyindən ehtiyat edirdi. Onun sözlərinə görə, bu müqavilə Qa-
rabağın təhlükəsizliyini və Ermənistanın siyasi və iqtisadi rifahını təmin
etmək üçün bir imkan idi.
587
Bundan əlavə, münaqişə tərəfləri arasında
mərhələli həll variantının ilkin mərhələsində razılığın əldə edilməsi Minsk
Qrupu üçün də sərfəli idi. Bu problemin həlli üçün ən yaxşı sülh təklifi
hesab edilirdi. Əgər tərəflər bir nəticəyə gəlsələr və təklifin ilk mərhələsini
imzalasalar, Dağlıq Qarabağın hüdudları xaricində işğal olunmuş torpaq-
lar Azərbaycana geri veriləcək; yekun status əldə edilənə qədər Dağlıq Qa-
rabağın statusu eyni qalacaq; Laçın və Şuşa olduğu kimi qalacaq və Dağlıq
Qarabağın yekun statusu əldə edilənə qədər heç bir məcburi köçkün bu
rayonlara qaytarılmayacaq; bundan əlavə, Dağlıq Qarabağ Azərbaycanın
əvvəl işğal edilmiş ərazilərinin demilitarizasiya edilməsi ilə əlavə
təhlükəsizlik əldə edəcəkdi. Bununla yanaşı, 1993-cü ildə Ermənistan si-
lahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalından sonra həyata
keçirilmiş bütün iqtisadi embarqo və blokada, habelə Türkiyə tərəfindən
qoyulmuş embarqo aradan qaldırılacaqdı.
588
Lakin, “Dağlıq Qarabağın
rəhbərliyi” və Ermənistanın Baş Naziri olan Dağlıq Qarabağın keçmiş pre-
zidenti Robert Koçaryan bu təklifi rədd etdilər. Onlar əvvəlki “Paket həlli
variantı”nın tətbiq edilməsini, Minsk qrupu planının eyni zamanda həyata
keçirilməsini və Dağlıq Qarabağın yekun statusunun işğalçı qüvvələrin
regiondan çıxarılmasından əvvəl müəyyən edilməsini tələb etdilər.
589
Dağlıq Qarabağın bu təklifi rədd etməsi ilə əlaqədar bir sıra fərziyyələr
587 Carley, Patricia, “Nagorno-Karabakh: Searching for a Solution”, United States Institute for Peace, 1
December 1998; (http://www.usip.org/publications/nagorno-karabakh-searching-solution-0). Accessed on
November 20, 2013.
588 a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 165.
589 Malysheva, Dina, “The Conflict in Nagorno-Karabakh: Its Impact on Security in the Caspian
Region”, in Chufrin, Gennady ed., The Security of the Caspian Sea Region (Oxford University Press,
2001), p. 274.
223
QARABAĞ
99 SUALDA
var. Dağlıq Qarabağ erməniləri bu təklifin qəbul ediləcəyi halda Dağlıq
Qarabağın Azərbaycan sərhədləri daxilində qalacağından narahat idilər.
Həmçinin, güman edilirdi ki, erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal edilmiş rayonlarından çıxarılması ilə Dağlıq Qarabağ öz sərfəli
ticarət tərəfdaşı olan İranla birbaşa əlaqələrini itirəcək və Ermənistan
hakimiyyətindən və xüsusilə də, Dağlıq Qarabağın gözündə şübhəli
görünən Ermənistan prezidenti Ter-Petrosyandan asılılıqları artacaqdır.
Bundan əlavə, sülh təklifinə qarşı çıxanlar işğal edilmiş ərazilərdən geri
çəkilməni Dağlıq Qarabağın statusu məsələsində aparıcı siyasi qüvvənin
itirilməsi kimi qiymətləndirirdilər.
590
Belə ki, prezident Ter-Petrosyanın mərhələli həll variantını
dəstəkləməsi sayəsində Ermənistan və Dağlıq Qarabağ arasında yaran-
mış siyasi böhran prezidentə qarşı Ermənistanda konstitusiya çevrilişi və
1998-ci il fevral 3-də Ter-Petrosyanın prezident vəzifəsindən istefa etməsi
ilə nəticələndi. Baş Nazir və Dağlıq Qarabağın sərt siyasət kursunun
tərəfdarı və Minsk Qrupunun mərhələli həll variantına qarşı çıxan Robert
Koçaryan Ermənistan prezidenti oldu.
591
ATƏT-in Minsk qrupunun sədarəti
Dağlıq Qarabağ münaqişəsinin dayandırılması haqqında
SAZİŞ
592
2 dekabr 1997-ci il
PREAMBULA
Tərəflər uzun sürən Dağlıq Qarabağ münaqişəsini dincliklə nizama sa-
lıb mövcud atəşkəsi möhkəm sülhə çevirmək əzmində olaraq;
regionda sülhün və əməkdaşlığın onların xalqlarının tərəqqisi və fira-
590 a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 165.
591 Miller, Nicholas W., “NagornoKarabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman,
W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus
Nijhoff Publishers, 2009), p. 69.
592 a.k.ə. Əhmədov, Elçin (2012), ss. 804-809.
224
QARABAĞ
99 SUALDA
vanlığı üçün əhəmiyyətini təsdiqləyərək;
Qafqaz xalqlarına demokratik təsisatlar, rifahın yüksəlməsi və gələcəyə
böyük ümid bəslənməsi şəraitində normal və səmərəli həyat sürmək imkanı
verməklə bu regionun birgə iqtisadi inkişafı üçün zəmin yaratmaq istəyərək;
bu sazişə uyğun olaraq əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat
və rabitə sahəsində normal münasibətlərə gətirib çıxaracağını, beynəlxalq
təşkilatların köməyi ilə insanlara öz şəhər və kəndlərini bərpa etməyə,
regionda xarici kapital qoyuluşlarının xeyli artması üçün lazımi sabitlik
yaradılmasına və müqəddəm şərtləri Qafqaz regionunun özündə olan
təbii tərəqqinin bütün insanlar üçün əldə edilməsinə doğru aparan qarşı-
lıqlı surətdə faydalı ticarətə yol açmasına və insanlar arasında barışığın və
əməkdaşlığın onların çox böyük potensialını qonşularının və dünya xalq-
larının firavanlığı üçün sərbəstləşdirməyə imkan verəcəyini dərk edərək;
BMT nizamnaməsinin müddəalarına, ATƏT-in əsas prinsiplərinə və
qərarlarına, beynəlxalq hüququn hamılıqla tanınmış normalarına və BMT
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin
tamamilə həyata keçirilməsinə sadiq qalaraq;
ATƏT-in üzvü olan dövlətlərin münaqişənin dincliklə nizama sa-
lınmasında səylərinin gücləndirmək və ATƏT-ə kömək etmək barədə
1994-cü ildə Budapeşt sammitində öhdəlik götürdüklərinin və onların
Minsk konfransının həmsədrlərinə operativ danışıqlar aparmağa dair
tapşırıq verdiklərini və silahlı münaqişənin dayandırılması haqqında
tərəflər arasında saziş əldə edildikdən sonra BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnaməsinin qəbul olunacağı təqdirdə sülhün qorunması üzrə
ATƏT-ə çoxmilli qüvvələr verməyə siyasi cəhətdən hazır olduqları barədə
bəyanatını xatırladaraq;
Dağlıq Qarabağın qəti statusunu müəyyənləşdirəcək hərtərəfli niza-
masalmaya təxirə salınmadan nail olmaq məqsədi ilə sülh prosesini vic-
danla davam etdirmək əzmində olaraq aşağıdakılar barədə öz üzərlərinə
öhdəliklər götürürlər:
I. Tərəflər öz aralarındakı mübahisələrin həlli üçün zor işlətməklə
hədələməkdən və ya zor işlətməkdən imtina edir və çəkinirlər. Onlar
bütün belə mübahisələri, o cümlədən bu sazişin həyata keçirilməsi ilə
225
QARABAĞ
99 SUALDA
əlaqədar yarana biləcək mübahisələri dinc vasitələrlə, ilk növbədə danı-
şıqlar yolu ilə, o cümlədən ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar
yolu ilə həll edirlər.
II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara uyğun olaraq və
1-ci əlavədə müfəssəl şərh edildiyi kimi çıxarırlar:
A) Birinci mərhələdə qüvvələr Dağlıq Qarabağdan şərqə və cənuba
doğru uzanan indiki təmas xətti boyunca 1-ci əlavədə göstərilmiş xətləri və
bu əlavədə olan cədvələ müvafiq surətdə, ATƏT-in çoxmilli qüvvələrinin
ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış müvəqqəti bufer zo-
nasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa
və qüvvələrin çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin
etməyə imkan yaradılması məqsədi ilə yüksək səviyyədə planlaşdırma
qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.
B) İkinci mərhələdə qüvvələr eyni vaxtda 1-ci əlavədə göstərilmiş
cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılır:
(1) Ermənistan Respublikasının sərhədləri xaricində yerləşdirilmiş
Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudlarə daxilinə aparılır.
(2) Dağlıq Qarabağın qüvvələri, Laçın rayonu istisna olmaqla, Dağlıq
Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci il hüdudları daxilinə aparılır.
(3) Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyələrinə əsasən, 1-ci
əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı
ərazisindən çıxarılır.
(4) Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən, ATƏT-in sülhü
müdafiə qüvvələrinin müşahidəsi altında, 1-ci əlavədə şərh edilmiş şəffaflıq
və hesabatvermə tələblərinə əməl edilməklə bu əlavədə göstərilmiş yerlərə
aparılır.
III. Qüvvələrin bu cür çıxarılması və yerdəyişməsinin aid olduğu ərazi,
ikinci əlavədə müfəssəl şərh olunduğu kimi, bufer zonasını və ayırıcı zo-
nanı əmələ gətirir:
A. Qüvvələrin çıxarılması başa çatdıqdan sonra buffer zonası DQMV-nin
1988-ci il hüdudları, Laçın rayonunun şimal və cənub hüdudları boyunca
yerləşir. Bufer zonasında əhali məskunlaşdırılmır və ATƏT-in sülhü müdafiə
əməliyyatının elementləri istisna olmaqla, tamamilə silahsızlaşdırılır.
226
QARABAĞ
99 SUALDA
B. 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, daimi qarışıq komissiya ilə
əməkdaşlıq şəraitində fəaliyyət üçün icazə verilmiş qüvvələr, o cümlədən
aşağıda göstərilən qüvvələr istisna olmaqla, ayırıcı zona silahsızlaşdırılır:
(1)-sülhü müdafiə əməliyyatının elementləri;
(2)-sərhəddə keşik çəkmək və minalaradan təmizləmə üçün bölmələr;
(3)-say tərkibi və icazə verilmiş silahı 2-ci əlavədə müəyyən edilmiş
mülki polis.
C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada
uçuşsuz zona yaradılır, ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti al-
tında tərəflər bu zonada hərbi uçuşlar keçirilməsinə yol vermirlər.
D. II maddəyə uyğun olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq
Qarabağn hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə
təhlükəsizlik Dağlıq Qarabağın mövcud hərbi strukturları və təhlükəsizlik
strukturları tərəfindən təmin olunur.
IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarlarına uyğun olaraq,
tərəflər ATƏT-in çoxmilli sülhü müdafiə əməliyyatını (“SMƏ”) dəvət edir
və onun yerləşdirilməsinə kömək göstərirlər. O, 7-ci maddədə müəyyən
olunduğu kimi, daimi qarışıq komissiya və Ermənistan-Azərbaycan
hökumətlərarası komissiyası ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir.
SMƏ qüvvələrin və ağır silahların çıxarılmasına, hərbi uçuşlara yol
verilməməsinə, silahsızlaşdırma rejiminin qoruyub saxlanmasına və 2-ci
əlavədə şərh olunduğu kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə
nəzarət edir. Tərəflər bu mövqelərdən ötrü BMT Təhlükəsizlik Şurası-
nı bir ildən az olmayaraq ilkin dövr üçün müvafiq qətnamə qəbul etməyə
və lazım gəldikdə ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə həmin
qətnamənin müddəalarını bərpa etməyə çağırırlar. Tərəflər razıdırlar ki, çox-
milli sülhü müdafiə əməliyyatının ümumi müddəti regiondakı vəziyyətdən
və münaqişənin hərtərəfli həllinin sürətində asılı olaraq minimum zərurət
həddində olacaqdır. Tərəflər bu sazişin həyata keçirilməsini təmin etmək və
sülhü müdafiə əməliyyatının hər hansı şəkildə pozulmasının və ya dayandı-
rılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşlıq edirlər.
V. Tərəflər, 2-ci əlavədə şərh olunduğu kimi, şəxslərin ayırıcı zonada-
kı öz əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmasına
227
QARABAĞ
99 SUALDA
kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunacağına bü-
tün tərəflərdə inam yaratmaq üçün daimi qarışıq komissiya ilə əməkdaşlıq
şəraitində SMƏ qayıdan əhalinin təhlükəsizliyinə göz qoyur. Tərəflər bu
sazişlə və ya hərtərəfli nizamasalma ilə əhatə olunmuş və Ermənistanla
Azərbycan arasında münaqişə və gərginlik nəticəsində 1987-ci ildən sonra
köçmüş şəxslərdən savayı, qalan digər bütün şəxslərin tezliklə təhlükəsiz
şəraitdə və könüllü şəkildə qayıtmasının həyata keçirilməsi haqqında da-
nışıqlar aparırlar.
VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər yolların, dəmir yolla-
rının, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin
bərpası məqsədi ilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə
nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh olunmuş cədvələ
və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər
etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə
təminat yaradacaq, onların regionun başqa yerlərindəki öz etnik icmaları
ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün blo-
kadaları aradan götürməyi və yüklərin, insanların bütün digər tərəflərə
maneəsiz olaraq çatdırılmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər
öz aralarında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsini təmin edəcəklər.
VII. Tərəflər münaqişə ilə bağlı tutulub saxlanılan bütün şəxslərin
tezliklə və təhlükəsiz qayıtmasını təmin etmək, itkin düşənlərin taleyini
araşdırmaq, bütün cənazələrin qaytarılmasını və humanitar yardımın,
bərpa məqsədli yardımın münaqişənin gedişində zərər çəkmiş rayonlara
özlərinin nəzarət etdikləri ərazi vasitəsilə ayrı-seçkilik qoyulmadan daşın-
masını təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaç-
qınların İşləri üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatlarla tam
əməkdaşlıq edirlər.
VIII. Tərəflər bu sazişin Azərbaycana və Dağlıq Qarabağa aid problemlər
barəsində müddəalarının həyata keçirilməsinə nəzarət etmək üçün dərhal
Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın əsas vəzifəsi sazişin
həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir; ATƏT-dən olan sədrin
vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və təbii fəlakətlər kimi
fövqəladə hallarda tədbirlər görülməsinə sanksiya verilməsi də daxildir.
228
QARABAĞ
99 SUALDA
DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yardımçı komissiyaları və
rabitə üzrə yardımçı komissiyası olur. DQK-nın strukturu, funksiyaları və
ona aid başqa təfərrüatlar 4-cü əlavədə şərh edilmişdir.
IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmaları-
nın qarşısının alınmasına kömək edilməsi, hər iki ölkənin sərhəd qoşunla-
rı və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqələr qurulması və
yolların, dəmir yollarının, rabitənin, boru kəmərlərinin açılmasına, ticarət
münasibətlərinin və başqa münasibətlərin bərpası tədbirlərinə nəzarət
olunması və bu tədbirlərə kömək göstərilməsi üçün dərhal Ermənistan-
Azərbaycan Hökumətlərarası Komissiyası (EAHK) yaradırlar. EAHK-ın
iki həmsədri olur: biri Ermənistandan, digəri Azərbaycandan. Komissi-
yaya ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdyi nümayəndə daxildir.
EAHK-ın strukturu, funksiyaların və ona aid digər təfərrüatlar 5-ci əlavədə
şərh olunmuşdur. Azərbaycan Respublikası və Ermənistan Respublikası
bir-birilərinin paytaxtlarında əlaqə büroları yaradırlar.
X. Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq
və Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə tam əməl edilməsi
də daxil olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədi
ilə müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danı-
şıqlara qoşulurlar.
XI. Bu müqavilədə üç tərəf; beləliklə, münaqişənin hərbi cəhətinə son
qoyaraq Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini və Laçın, Şuşa
və Şaumyan problemlərinin həllini əhatə edən siyasi cəhət də daxil olmaqla,
münaqişənin bütün başqa cəhətlərinin hərtərəfli həllinə təxirəsalınmadan
nail olmaq üçün Minsk konfransı həmsədrlərinin müvafiq surətdə ATƏT-in
fəaliyyətdə olan sədrinin dəvət etdyi digər tərəflərin köməyi ilə danışıqları
vicdanla davam etdirməyə razılaşırlar; bu danışıqlar yolu ilə nizamasalma-
ya nail olduqdan sonra belə nizamasalma mümkün qədər tezliklə çağırılan
Minsk konfransında beynəlxalq birlik tərəfindən tanınmalıdır.
XII. Tərəflərdən hər biri digər tərəflərin və onların əhalisinin
təhlükəsizliyinə tamamilə hörmət edir. Tərəflər öz xalqları arasında
ticarətə və normal qarşılıqlı fəaliyyətə kömək göstərərək onların arasın-
da mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və bu sazişi, ya-
229
QARABAĞ
99 SUALDA
xud xoş münasibətləri sarsıda biləcək bəyanatlardan və ya hərəkətlərdən
çəkinməyi öhdələrinə götürürlər.
XIII. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarət barədə
yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in mü-
vafiq prinsiplərini və öhdəliklərini, o cümlədən 1992-ci ilin Helsinki
sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri
və öhdəlikləri xatırladaraq ATƏT bu sazişin bütün cəhətlərinin tamamilə
həyata keçirilməsinə müvafiq mexanizimlər vasitəsilə nəzarət edir və
sazişin şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane
olmaq üçün həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq
tədbirlər görür. Bu sazişin şahidləri ATƏT-in Daimi Şurası və Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə fəaliyyət göstərərək
onun tam şəkildə həyata keçirilməsinə kömək edirlər. Bu saziş ciddi
şəkildə pozulduğu təqdirdə, onlar zəruri tədbirlər barəsində öz araların-
da məsləhətləşir, ATƏT-in fəaliyyətdə olan sədrinə, Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurası sədrinə və Birləşmiş Millətlər Təşkilatının
baş katibinə dərhal məlumat verir və ATƏT-in Daimi Şurasından, yaxud
BMT-nin Təhlükəsizlik Şurasından bununla əlaqədar müvafiq hərəkətləri
nəzərdən keçirməyi xahiş edirlər.
XIV. Tərəflər Dağlıq Qarabağın, onun əhalisinin və qayıdan köç-
kün şəxslərin təhlükəsizliyinə təminat da daxil olmaqla, bu sazişin
müddəalarına əməl olunmasını təmin etmək və bu sazişdən irəli gələn bü-
tün öhdəliklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək barədə öz
üzərlərinə qarşılıqlı öhdəliklər götürürlər.
XV. Bu saziş imzalandıqdan və ratifikasiya olunduqdan sonra qüvvəyə
minir və hərtərəfli nizamasalma barədə XI bənddə xatırladılan istisnalarla
birlikdə qüvvədə qalır. Bu saziş bütün tərəflərin razılığı ilə dəyişdirilə, ona
əlavələr edilə və dayandırıla bilər.
---------------------
*
ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci təklifi 1997-ci il dekab-
rın 2-də münaqişə tərəflərinə təqdim olunmuşdur. Bu variant daha çox
“mərhələli həll” kimi tanınır. Azərbaycan tərəfi həmin təklifə də razılıq
vermişdir. Lakin Ermənistan tərəfi bu təklifi də qəbul etməmişdir.
230
QARABAĞ
99 SUALDA
Dostları ilə paylaş: |