Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Məntiqi vurğu 
cümlədəki müəyyən nitq situasiyasında hər 
hansı sözün və ya söz birləşməsinin tələffüzcə fərqləndirilməsidir.
 
Fikri müxtəlif məna çalarlarında ifadə etmək üçün cümlə daxi-
lindəki bu və ya digər sözün xüsusi vurğu ilə tələffüzündən istifadə 
olunur. Məntiqi vurğu müəyyən sözə onu cümlədəki digər sözlərdən 
fərqləndirmək üçün əlavə olunan tona deyilir. Məntiqi vurğulu söz 
əsasən cümlədə xəbərin yanında gəlsə də, ümumiyyətlə, cümlənin 
hər yerində - əvvəlində, ortasında, axırında gələ bilər. “
Mən bu il ali 
məktəbə daxil oldum” 
cümləsində bütün sözləri məntiqi vurğu ilə 
tələffüz etmək olar və hər dəfə cümlə yeni məna kəsb edəcəkdir. 
Odur ki, məntiqi vurğulu söz mətn daxilində, cümlədəki fikrin hansı 


88 
situasiyada, nə məqsədlə deyildiyi nəzərə alınmaqla müəyyənləşdi-
rilməlidir. 
Məntiqi vurğulu sözün tələffüzdə fərqləndirilməsi fikrin, mət-
nin ideya-məzmununun başa düşülməsini təmin edir. Bəzən məntiqi 
vurğu fanarla müqayisə olunur. Qeyd edilir ki, bu fanarın işığı bir 
nöqtəyə, bir əşyanın üzərinə yönəldilir və bununla da həmin obyekt 
qaranlıqdan ayrılır. K.S.Stanislavski məntiqi vurğunu cümlədəki 
əsas sözü göstərən “şəhadət barmağı” adlandıraraq qeyd edirdi ki, 
fərqləndirilən sözdə mətndəki mənanın mahiyyəti, məğzi gizlənmiş-
dir.
Səsin gücü, tonun yüksəlməsi, aşağı düşməsi, tələffüzdə uzan-
ma və ləngimə, fasilə də məntiqi vurğulu sözü fərqləndirməyə kö-
mək edir. Tonun yüksəlməsi və aşağı düşməsi məntiqi vurğulu sö-
zün fərqləndirilməsinin əsas vasitəsidir. Mətndə bir neçə məntiqi 
vurğulu söz ola bilər. Bu baxımdan tədqiqatlarda məntiqi vurğunun 
iki dərəcəsi - əhəmiyyətli (birinci dərəcəli vurğu) və az əhəmiyyətli 
(ikinci dərəcəli vurğu) növü qeyd edilir. ”Az ye, öz çörəyini ye” 
cümləsində” “az” və “öz” sözləri məntiqi vurğuludur. Lakin cümlə-
dəki məna “öz” sözünün daha əhəmiyyətli vurğulu söz olduğunu 
göstərir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin