89
O vaxtdan illər keçsə də, həyat həqiqətini unutmur. Qayanın sinəsinə bir
insan surəti həkk olunmuşdu.
♦
Mətndə fikrin davamlı izahı üçün təkrarlanan təsvir yaxud
təhkiyə xarakterli
əşya (obyekt), şəxs (subyekt) və hadisənin
adı
ilk dəfə məntiqi vurğu ilə fərqləndirilir, sonrakı cümlələrdə isə buna
ehtiyac olmur.
Daş var – bu torpaqda sərhədə dönüb,
Baisi olubdur qəm-kədərin də.
Daşlar Qobustanda şöhrətə dönüb,
Daşlar yetim qalıb Xudafərində.
Daş insan oğlunun evi, otağı,
Öləndə buz rəngli məzarı olub.
Daşlar dəyirmanda elin dayağı,
Heykəldə bir xalqın vüqarı olub.
Daşlar bünövrədə olaydı möhkəm,
Pıtılı, kövrəyi kaş olmayaydı.
İnsan sinəsində ancaq deyirəm:
Ürəyin yerində daş olmayaydı.
Ə.Kərim
Verilmiş nümunədə ilk bənddəki
daş
sözü daha yüksək tonla
ifadə olunduğundan məntiqi vurğu ilə fərqləndirilir:
♦ Qarşılaşdırılan əşya, şəxs və hadisələrin
Dostları ilə paylaş: