98
filmlərindən zəhləsi gedirdi, sovet filmlərindən də ancaq elələrinə baxırdı ki,
mətbuatda onları tənqid edirdilər – hərgah tənqid edirdilərsə, deməli, içində nəsə
bir işıqlı şey var idi…), teatra gedib həmişə olduğu kimi, beletajda da oturmağa
həvəsi olmurdu (kinoya, teatra, hərdənbir konsertə həmişə tək gedirdi) onda ax-
şamçağı dənizkənarı bulvara çıxırdı, hamının gözündən uzaq ağacların, dekorativ
kolların arası ilə gedirdi... (
Elçin
)
***
Ağarəhim də müharibəyə getdi (təxminən mənim atamla eyni vaxtda, qırx
üçün axırlarında) və bizim həyətimizdə cəmi üç nəfər qaldı: Xanım xala, anam və
bir də ki, mən (bir də, bizdən başqa, Cəbrayılın o göyərçinləri)
Anam gecədən az qala səhərə kimi növbəyə
durub Amerikadan gəlmiş
tısbağa yumurtasının sarımtıl-göyümtül tozunu alıb gətirirdi, o tısbağa yumurta-
sının tozunu məndən gizlətmək istədiyi bir ikrah hissi ilə (mən evdə olmayanda
bir əli ilə bişirirdi, o biri əli ilə də burnu tuturdu) iyrənə-iyrənə bişirirdi və mənim
üçün nuş olsun deyə, tərifləyə-tərifləyə gətirib qabağıma qoyurdu,
sonra tələsik
üzünü məndən gizlədirdi, amma mən bilirdim ki, bu günə düşdüyüm üçün, yəni
mənim o iyrənc tısbağa yumurtasının tozundan bişmiş bir şeyi yeməyə məcbur
olduğum üçün, anamın gözləri dolub və mən anamın xatirinə (həm də ac olduğum
üçün) tısbağa yumurtasının tozundan su ilə bişirilmiş, yağsız horra kimi bir şeyi
yeyirdim (
Elçin
).
Dostları ilə paylaş: