♦ Mətnin məzmununun anlaşılmasında mühüm olmayan sözləri atmaqla məntiqi vurğulu sözləri müəyyənləşdirin. Meşəni gümüş xəncər kimi iki yerə bölmüş Kür çayı sakit-sakit axırdı.
Arabir xəfif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. Ətrafın dərin sükutunu
pozan bu xışıltı birdən qüvvətləndi, çox keçmədi ki, güllə səsi gələn tərəfdən bir
maral çıxıb özünü sahilə verdi. Hündür palıd ağaclarının arasında yavaş-yavaş
gizlənən axşam günəşi də sarımtıl bir rəngə çalırdı. Maral sahilə endiyi zaman
artıq Kür suları da sapsarı olmuşdu. Maral yüyürdükcə tez-tez büdrəyir, şax
budaqlı buynuzları ağaclara toxunurdu... Maralın keçib gəldiyi yerdə sarı yar-
paqlar üzərinə qan damlaları çilənirdi. Bu qan maralın döşündən axırdı... Onun
yaşla dolmuş iri qumral gözlərində bütün ümidləri puça çıxmış yazıq bir insan
baxışının qəmgin ifadəsi vardı. Onun göz yaşları da günün ziyasını əks edib
sarıya çalırdı
(M.Hüseyn). Koroğlunun Ələmqulu xanla dostluq binası qoymağı bütün aləmə yayıldı.
Bu xəbər gəlib axırda Toqatda Hasan paşaya çatdı. Hasan paşa düşdü fikir-xəyala
ki, nə təhər eləsin. Əgər xanlar, paşalar bir-bir başlayıb Koroğlu ilə dostluq binası
qoysalar, day heç dünyada ona batmaq olmaz. Odu ki, başladı qoşun böyüklərini
tələsdirməyə. Əvvəl-əvvəl bir qasid Bolu bəyə, bir qasid də Ərəb Reyhana
göndərib ikisini də çağırtdırdı yanına. Elə ki ikisi də gəldi, Hasan paşa onlarla
aranı xəlvət elədi, başladılar tədbirə. De yazdılar, pozdular, götürdülər, qoydular,
axırda bu tədbirə gəldilər ki, Bolu bəy öz qoşunu ilə Ərzincandan, Ərəb Reyhan
öz qoşunu ilə Qarsdan, Hasan paşa özü də Toqatdan yeriş eləsinlər. Elə ki məclis
99
qurtardı, Hasan paşa Toqatda qaldı, Ərəb Reyhan qoşunu da götürüb Qarsa tərəf
yollandı. Bolu bəy də Ərzincana, öz qoşununun yanına qayıtdı.
( “
Koroğlu”dastanından)