Bilal Həsənli Nazilə Abdullazadə


Ədəbi əsərin ifadəli oxusu sözlə fəaliyyət göstərmək, təsir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Ədəbi əsərin ifadəli oxusu sözlə fəaliyyət göstərmək, təsir 
etmək deməkdir. Bunun üçün aşağıdakılar zəruri sayılır:
♦ Ədəbi əsərin mətnini məqsədyönlü şəkildə, qarşıya qoyulan 
vəzifələri müəyyənləşdirməklə və fəal şəkildə yerinə yetirməklə 
səsləndirmək; 
♦ Əsərdə təsvir edilənləri öz təsəvvüründə canlandırmaq və öz 
baxışını dinləyicilərə çatdırmaq; 
♦ Əsərdə təsvir olunanlara dinləyicilərdə emosional münasibət 
yaratmaq; 
♦ Mətnaltı mənanı aşkara çıxarmaq; 


103 
♦ Oxu prosesində auditoriya ilə əlaqə yaratmaq.
1
Oxu sənətinin nəzəri əsaslarını işləyib hazırlamış böyük rus 
aktyoru, rejissoru və pedaqoqu K.S.Stanislavski səhnədə nitqi “hə-
qiqi, yaradıcı və məqsədyönlü fəaliyyət” sayırdı. Onun fikrincə, 
dinləyiciyə sözlə təsir etmək üçün ifaçı əsərin ideya- məzmununu 
dərindən bilməli, orada öz əksini tapan hislərin, düşüncələrin, mü-
nasibətlərin mahiyyətinə varmalıdır. Mətndəki mənanı, müəllif niy-
yətini başa düşən, oradakı emosional ovqatı hiss edən ifaçı əsərdə 
təsvir olunan səhnələr, həyat hadisələri haqqında dinləyicilərdə səs-
lənən sözlə aydın təsəvvür yarada bilər.
K.S.Stanislavskinin sözlə təsir sistemində mətnin yaradıcı şə-
kildə qavranılması və canlı nitqin təbiətinə uyğun olaraq səslənən 
sözlə bərpa edilməsi yolları öz əksini tapmışdır. O qeyd edirdi ki, 
sözlər və onların əsasında meydana çıxan təsəvvürlər obrazların, 
obrazlar isə hislərin yaranmasına səbəb olur. Hislər isə öz növbə-
sində təsəvvürdə canlananları dinləyiciyə ötürmək ehtiyacı yaradır. 
Danışmaq göz önündə canlanan obrazlar yaratmaqdır. Bunun üçün 
isə nitq məqsədyönlü olmalı, ifaçı sözlə təsir göstərmək üçün 
müəyyən iradi keyfiyyətlərini səfərbər etməlidir. 
Beləliklə, sözlə təsir zamanı ifaçının fikri, hissi, iradəsi, bütün 
şüuru fəaliyyətdə olur. İnsan ünsiyyət zamanı şifahi nitqində haq-
qında danışılan məsələ, hadisəyə laqeyd qalmır, mühakimə yürüdür, 
qiymətləndirir, fikirlərini, hislərini, münasibətini ifadə edir. O, din-
ləyicini inandırmaq, sübut etmək, ifşa etmək, istədiyi ovqatı yarat-
maq (mərhəmət, nifrət və s.) məqsədi güdür. Bu zaman onun nit-
qində fonetik ifadəliliyin bütün vasitələri – fasilə, vurğu, intonasiya 
və temp müxtəlifliyi, səsin tembrinin dəyişməsi və s. özünü büruzə 
verir
2


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin