Bilal Həsənli Nazilə Abdullazadə


də və düzgün istifadə edilməsi ilə bağlıdır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

də və düzgün istifadə edilməsi ilə bağlıdır
.
Fikrin tamamlanması və cümlələrin məntiqi baxımdan bir-bi-
rindən ayrılmasına xidmət edən 
nöqtə 
səs tonunun aşağı düşməsini 
şərtləndirir. 
Hər qarış torpağın tarixi ümumən Vətən tarixidir. Əgər yurdun öyrənil-
məmiş sirri, açılmamış bir qarış torpağı varsa, sinəmizə döyə bilmərik ki, bütöv 
tarix kitabımız var. Barmaqlar qovuşub yumruq olan sayaq, hər qarış torpaq da 
qovuşub Vətən olur. Hirs və qəzəbi ilə yeri-göyü lərzəyə gətirən dərya damlaya 
minnətdardır və bu dəryanın dadını, tamını duymaq üçün oradan bir içim su 
kifayətdir. Bir içim su ümmandan xəbər verdiyi kimi hər qarış Azərbaycan tor-
pağı da insanlığın tarixi haqqında çox mətləblər deyir
(B.Vahabzadə). 
Fikrin davam edəcəyi, başa çatdırılacağı 
vergül 
vasitəsilə bildi-
rilir; bu zaman səs tonunun müəyyən dərəcədə yüksəldilməsi tələb 
olunur. 
Cəmi il yarım bundan əvvəl Azərbaycanı gəzməyə çıxmışdı. Şuşada, 
İstisuda, Kəlbəcərdə olmuş, bulaq başında, çay kənarında oturmuş, suların 
şırıltısından, dağ çiçəklərinin ətrindən, quşların cəhcəhindən məst olmuş, meşə-
lərin xəzəl qoxulu nəmli havasından ciyər dolusu nəfəs almışdı. Yorğun qartal 
kimi qaya üstündə oturub ənginliklərə baxmış, mavi səmada parça-parça, topa-
topa sıxlaşan ağ buludlardan, alp çəmənliklərindən gözünü çəkməmişdi. Kürün 
sahilinə səpələnmiş qara damların arası ilə ayaqyalın, başıaçıq qaçmış, atı yal-
manlayıb belinə atılmış, Kürü şığanıb Qarayazıya getmişdi. Son dərəcə qaranlıq 
bir gecə idi. Lakin bu qaranlıq içindən ulduzların şəfəqləri görünür, onların hər 
biri uzaqlıqda yanan bir şam kimi parlayırdı
 (İ.Şıxlı). 
O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdi ki, 
tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kiş-
nəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin 


96 
işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan 
doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb 
çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da 
qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa 
keçəndən sonra, səksəkəli yaşayırdı...
...Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, 
Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki 
kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaq-
lara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə meh əsirdi, yenə 
taxıl zəmiləri xışıldayır, yenə arxın suyn qırçınlanıb axır, yenə cırcıramalar zil 
səslə cırıldayırdılar
 (İ.Şıxlı).

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin