Bilal Həsənli Nazilə Abdullazadə


♦ Sual cümlələrində  sual əvəzliklərinin yerində işlənən



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)


Sual cümlələrində 
sual əvəzliklərinin yerində işlənən 
cavab məzmunlu sözlər 
məntiqi vurğulu olur. 
-
Qızım, yavrum, adın nədir? 
-
Gülbahar. 
-
Söylə, atan, anan varmı? 
-
Var. 
-
Söylə, zənginmidir atan?
- Bəli, zəngin, bəyzadə.
H.Cavid 
Biz nəyik? 
İldırım! 
Torpaq! 
Su! 
Külək! 
Əsək yer üzünün nəsimi kim. 
Yaşayaq, yaradaq! 
Ölsək də ölək 
Bir ömrə sığmayan 
Nəsimi kimi! 
X.Rza 
 

Xüsusiləşmiş üzvlü cümlələrdə 
xüsusiləşmələr
məntiqi vur-
ğulu olur. 
Bu elə bir sirriydi ki, söz vermişdilər onu heç kimə, hətta eşikağasına da 
deməsinlər 
(F.Kərimzadə).
Necə ki mən o zaman Orxan öləndə hamı kimi, sənin 
kimi kənardan baxıb göz yaşı tökməkdən başqa bir şey eləyə bilmədim. Çünki 
buna mənim ixtiyarım yox idi və heç kəs, o cümlədən sən də əgər eləmiş olsay-
dım məni başa düşməzdin, qınayardın
 (Ə.Hacızadə).
Bölüşdürmə 
(ya-ya da, gah-gah da, istər-istərsə də), 
inkar 
(nə-nə də), 
iştirak 
(da, də, həm-həm də) bağlayıcılarının qoşulduq-
ları sözlər məntiqi vurğulu olur. 
Könlüm nə hicran duyur, nə ayrılıq hiss edir, Şəklin başım üstədir 
(B.Vahabzadə).
Məndə qəzəb də var, mehribanlıq da, Fəqət sındırmaram insan 
qəlbini
(N.Kəsəmənli). 
Ya çatdır kişitək bu ömrü sona, ya dalda bir yer ara, 
ayaqda yaşa! 
(Ə.Kərim).
♦ Cümlədə təkrar edilən və məntiqi fasilələrlə ayrılan xitab-
lar məntiqi vurğu qəbul edir. 
 
Oğul, oğul, ay oğul! 
Düşmən arasına girib baş kəsməyibsən. 


94 
Adam öldürüb qan tökməyibsən. 
Ala gözlü qırx igidi götür özünlə, 
Köksü gözəl dağ başına çıx, 
Mənim necə savaşaraq döyüşdüyümə, 
Həm, bax, öyrən, həm bizə göz olub, pusquda dur! 

Kitabi-Dədə Qorqud” 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam, doğma vətənimsən, 
Ayrılarmı könül candan, 
Azərbaycan, Azərbaycan! 
S.Vurğun 
 
Zümrüd gözlərini görsünlər deyə 
Şamlar boy atmışdır uzanmış göyə. 
Keçmişdir onlara qəzəbin niyə? 
Düşmüşlərdir səndən aralı, Göy göl. 
Ə.Cavad. 
 
Rüstəm bəy
- Mahmud, Mahmud... Axır sən Rəşid bəyin qardaşısan, niyə 
belə yassar olursan? Mahmud, niyə dinmirsən, qoca atan sənə qurban? 
(N.Vəzirov)

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin