♦ İfadəli oxuyun. Xitablardan əvvəl və sonra fasiləyə diqqət yetirin.
Ey nəsimi – sübhdəm, billah, şu yarım xoşmudur?
Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur?
İ.Nəsimi
Dustum, aləm səninçin gər olur düşmən mana,
Qəm deyil, zira yetərsən dust ancaq sən manna.
M.Füzuli
Ey məni hicran əlində zarü giryan eyləyən,
Çesmimi giryan edib sinəmi büryan eyləyən.
Ş.İ.Xətayi
Çıx buludlardan, ey əfsanəli qız!
Gəl ovut ruhumu, ey şən yıldız!
Mənə dünyada təsəlli yalnız,
Gözəlim, həp sənsən.
H.Cavid
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
C.Cabbarlı
Vaxtsız əcəl, məndən uzaq dayan, dur,
Qürbət eldə can vermərəm ölümə!
S.Vurğun.
Gəl, ey boranlı qış, səpələn, ey qar
Geyin ağ kürkünü, sən ey ixtiyar!
Gəl, ey sevimli yaz – dəli gəncliyim,
Günəşin eşqiylə çağlasın sular!
Çin çinar başında yayla, ey günəş!
Dinlətdir sazını tarlada, rüzgar!
M.Müşfiq
Hardasan, ey qəlbimin
kimsənəsi, hardasan?
87
Hardasan, ey qəlbimin
bir dənəsi, hardasan?
Pərişan çağlarımın
görünməz həmdəmi sən,
Təlatüm dənizindən
nicatım – gəmi sən.
M.Araz
Eli tutub səsin yenə,
a bəxtəvər ana bülbül!
Bağçalardan kəsilməyir
Xoş cəh-cəhin, sona bülbül!
R.Rövşən
Hava yaman sazaqdı,
Günəş səndən uzaqdı,
Sənə boylandı, baxdı;
Yumul, bənövşəm, yumul!
N.Kəsəmənli
Boynubükük, ey öksüz bənövşələr!
Ah, nə çapuq saraldınız, soldunuz?
Nerde o dunkü sevdalı nəşələr?
Nədən böylə həp pərişan oldunuz?
H.Cavid
Bulaq gördüm – uşaq kimi ərköyün
Məni gəzər məndən qaçan ürkəyim.
Salamat qal, bu dağlarda, ürəyim!
Salamat qal,
Salamat!..
M.Araz
Dostları ilə paylaş: |