Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə151/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 


289 
Dil, nitq və söz haqqında müdrik fikirlər
1
Bəndələrinə dе: «Dаnışdıqlаrı zаmаn gözəl sözlər söyləsinlər. Şеytаn 
оnlаrın аrаsınа fitnə-fəsаd sаlа bilər». 
Qurani-Kərim, əl-İsra surəsi, аyə 53. 
Başının salamat olmasını istəyən gərək dilini qorusun.
Məhəmməd Peyğəmbər.
İnsan öz dilinin altında gizlənmişdir. 
Hz. Əli 
Dil insanı dəyərləndirmək üçün vasitədir. 
Hz. Əli 
Söz gözəl olursa-olsun nə qədər, Pis əda o sözü tamam məhv edər. 
Nizami 
Dilin bəlasıdır uzunçu olmaq 
Ariflər işidir sükuta dalmaq. 
Nizami 
Gərək söz meydanı gen olsun, müdam, 
Atını dördnala səyirtsin ilham. 
Nizami 
Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. 
Mövlana 
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun 
dilidir.
Heydər Əliyev 
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf 
etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl 
adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. 
Heydər Əliyev 
1
Bölmədə “Aforizmlər: seçilmişlərdən seçilmişlər.” (Prof. Dr. Səlahəddin 
Xəlilovun təqdimatında, Bakı: Çaşıoğlu, 2012.) kitabındakı müdrik sözlərdən də 
istifadə olunmuşdur. 


290 
Öz ana dilini bilməyənlər şikəst adamlardır! 
Heydər Əliyev 
Danış ki, səni görüm. 
Sokrat 
Birinə elə bir söz söylə ki,ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma. 
Şəms Təbrizi 
İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq 
elmidir. 
L.N.Tolstoy 
Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə 
olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş 
tablo və ya sözlərlə ritmlənmiş musiqidir. 
Əbu Turxan 
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. 
Humboldt 
Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. 
Volter 
Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz 
dövrünün dilində. 
Əbu Turxan 
İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. 
Əbu Turxan 
Dil mədəniyyətlə birgə boy atır. 
А.N.Tolstoy 
Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. 
Cavid 
Yаlnız sözdə dеyil, həm də işdə hikmət sаhibi оl! 
Nəsirəddin Tusi 
Аbi-həyаt kimi sözüm həyаt vеrər insаnlаrа,
Аrif оlаn fеyz аpаrаr, nаdаn isə dоdаq büzər. 
Məsləksizə hikmət dərsi, nаdаnlаrа öyüd nеylər,
Ulаğın dа qаbаğınа Gövhər töksən, mаt-mаt süzər. 
Nəsimi 


291 
Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. 
Höte 
Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir. 
Əbu Turxan 
Şifahi nitq dönməzdir, – bu onun qismətidir. 
Rolan Bart 
Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. Dil 
fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. 
Əbu Turxan 
Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər.
Əbu Turxan 
Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. 
Aleksandr Pop 
Sözün formasına aludə olanda məna kölgədə qalır. 
Əbu Turxan 
Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir. 
Əbu Turxan 
Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır. 
Hüqo 
Fikrin aydınlığı ilə ifadənin aydınlığı adətən bir yerdə olur. 
T.Makoley 
Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir. 
Əbu Turxan 
Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. 
F.Bekon 
Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır. 
Qaliley 
Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında 
miskin bir qəlb gizlənə bilər. 
Ezop 


292 
Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. 
Volter 
Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. 
J.Renar 
Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir. 
Əbu Turxan 
Təzə bir söz demək artıq deyilmiş sözləri bir-biri ilə uzlaşdırmaqdan daha 
asandır. 
Vovenarq 
Dil təfəkkürün qəlibidir. 
Əbu Turxan 
Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir. 
Əbu Turxan 
Dil də torpaq kimidir;münbit olmasa, fikir cücərməz. 
Əbu Turxan 
Sözlər fikirlərimizin qiyafətləridir. 
El hikməti 
Müxtəlif dilləri ortaq məxrəcə gətirən məntiqdir.Böyük fəlsəfələr ancaq 
böyük dillərin çanağında yoğrulub yapıla bilər. 
Əbu Turxan 
Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz. 
Əbu Turxan 
Yaxşı yorumçu bəzən müəllifin demək istədiklərindən daha dərin mənalar 
üzə çıxara bilir. 
Əbu Turxan
Hər kəs yalnız başa düşdüyünü eşidir. 
Plavt 
Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. 
Mövlana 
Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. 
Mövlana 


293 
Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır. 
Höte 
Kar könlündəkini anlayar. 
Atalar sözü 
Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. 
Əbu Turxan
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. 
Vovenarq 
Tək özün danışsan həmişə haqlı olacaqsan. 
Balzak 
Elə danış ki, başa düşməyə bilməsinlər. 
Kvintilian 
Bəzən sükut – güclü haraydan daha təsirlidir. 
Siseron 
Çox danışana ancaq lal həsəd aparır. 
Cübran 
Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. 
Cübran 
Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. 
Kristian Bouvi 
Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, 
sənə qulaq assınlar. 
Pol Klodel 
Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. 
Napoleon 
Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. 
Sokrat 
Deməyə sözü olmayan hamıdan çox danışar. 
L.N.Tolstoy 


294 
Heç vaxt demə ki, bilirsən,amma nə danışdığını həmişə bil. 
Klavdiy 
Heç vaxt fikirləşmədən danışma. 
Protaqor 
Fani sözlərlə əbədi şeyləri ifadə et! 
Lukretsi 
Dil oddan da pis yandırır. 
Kont 
Hikmətin kökü qəlbdə, meyvəsi dildədir. 
Ptolemey 
Ən gözəl nitq ən qısa nitqdir. 
Əbu Turxan 
Susmaq dözülməsi çox ağır olan bir cavabdır. 
Çesterton 
Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə 
sözləri itirməkdir. 
Konfutsi 
Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da 
axmaqlıqdır. 
Sədi Şirazi 
Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır. 
Əbdülhaq Şinasi Hisar 
İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür. 
Mövlana 
Ağıl əmr edəni dil bəyan edər. 
Xaqani 
Ürək hislərlə dolu olanda söhbət də maraqlı olur. 
Vovenarq 
Söz gücsüz olduğu yerdə musiqi başlayır. 
Vaqner 


295 
Az danış, düz danış. 
Atalar sözü 
Söz vaxtına çəkər. 
Atalar sözü 
Söz danışıqdan keçər. 
Atalar sözü 
Söz vermək asandır, yerinə yetirmək çətin. 
Atalar sözü 
Dünyada ən acı və ən şirin şey dildir. 
Atalar sözü 
İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır. 
Danimarka atalar sözü
Söz götürənin, yer oturanındır. 
Atalar sözü 
Məftun olanların ürəyini şirin dillə əsir etmək olar.
Q.Təbrizi
Nitqin gücü az sözlə çox şey demək bacarığındadır.
Plutarx
Fəsadlı dillərdən gələn bəlalar,
Nizə zərbəsindən amansız olar.
Ə.Nəvai
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq 
Nizami
Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.
M.S.Ordubadi

Açılmamış dəfinədir hər bir canın xəzinəsi, 
İnci saçan dilindədir hər insanın xəzinəsi. 
M.Füzuli 
Bəzən dil sıyrılmış qılınca bənzər, 
Sərvaxt ol, başını bədəndən üzər
Ə.Xaqani.


296 
Dil gülünc etməsin deyə insanı,
İnsan ağzı olmuş dilin zindanı.
Ə.Xaqani
Nitq ilə sövtəm, əzəldən ta əbəd həm güvvətəm. 
Nəsimi 
Dəmi-İsa kimi nitqin dirildir cansız əşyanı. 
Nəsimi 
Kəmalı, nitqi, ləfzi xoş, üzü xəndan, 
Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür. 
Vidadi
Danışanda ölülər cana gəlir nitqindən, 
Sənin hər bir sözünə çeşmeyi-heyvan dedilər.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin