Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə152/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
Heyran xanım 
 
 
 
 


297 
Aristotel «Poetika» 
XIX fəsil 
 
…Sözlə ifadə və fikir sahəsi. Sonuncuya aid olan ritorikaya daxil edil-
məlidir, zira o, daha çox məhz həmin bilik sahəsinə aiddir. Sözlə əldə edilə bilən 
hər nə varsa, hamısı fikir sahəsinə aiddir. Bura daxildir: sübut, təkzib, daxili 
aləmdə, məsələn, mərhəmət, qorxu, qəzəb və bu kimi digər ruhi halların əmələ 
gəlməsi, həmçinin böyümə və kiçiltmə. Aydındır ki, fikrin sözlə şərhində olduğu 
kimi, hadisələrin şərhində də əgər həmin hadisələri cılız, yaxud dəhşətamiz, 
yaxud adi göstərmək lazımdırsa, istifadə olunan vasitələr də gərək eyni mən-
bələrdən götürülsün, fərq yalnız bundadır ki, hərəkətlər aktyor oyunundan asılı 
olmayaraq da aydın və canlı olmalıdır, nitqin məzmununda olanı isə danışan 
adam ifadə etməlidir və nitqin özündən asılı olmayaraq baş verən hərəkət kimi də 
təzahürünü tapmalıdır… 
 
XXII fəsil 
 
Sözlə ifadənin məziyyəti onun aydınlığında və alçaq olmamasındadır. Ən 
aydın ifadə, ədbəttə, ümumən işlənən sözlərdən ibarət olur, lakin belə ifadə 
alçaqdır. Nəcib və yıpranmamış ifadə isə qeyri-adi sözlərdən ibarət olandır. 
Qeyri-adi-metafora, uzadılan sözlər və ümumən işlənən sözlərdən xaric bütün ifa-
dələrdir… 
 
Bualo «Poeziya sənəti» 
I nəğmə 
 
…Qələmə aldığın əhvalatı həmişə incə və qəşəng bir sadəliklə nağıl etməyə 
çalış. Elə et ki, bəzək-düzəksiz xoşa gələsən. 
Bunun üçün şeirdə ahəngə diqqət yetir, vəzni pozma, misranı iki yerə 
bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mənaya xələl gətirməsin, onu 
daha da aydın nəzərə çatdırsın. Xüsusilə səy et və çalış ki, sözlərdəki saitlər 
dalbadal gəlib qarışmasın, ahəngi pozmasın.
Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat ki, şeir bütünlükdə gözəl 
səslənsin; unutma ki, samitlərin kobud səslənməsi və nahamar düzülüşü ikrah 
hissinə səbəb olur. Şeirdə ki fikir oldu, söz gözəlliyi olmadı, sözlər və səslər 
qulağı dəldi, belə şeiri heç kəs oxumaz və dinləmək istəməz. 
…Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəmcə bilin.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin