Bilal Həsənli Nazilə Abdullazadə


♦ Cümlələrdə a, ı, u səslərinin tələffüz çalarlarını müəyyənləşdirməyə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Cümlələrdə a, ı, u səslərinin tələffüz çalarlarını müəyyənləşdirməyə 
çalışın.
Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığırdaşdı, sərçələr qurul-
daşdı, xülasə, hər bir quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. 
(
S.S.Axundov).
Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları mək-
təbin həyətindəki kalafaya doldurdular 
(İ.Şıxlı). 
Hardansa topa-topa, əcaib-əcaib baxanda zəhm yarılırdı – buludlar axışıb 
gəlirdi, əjdaha karvanı kimi, əqrəb qatarı kimi. Ulduzların altından, çox-çox aşa-
ğıdan burula-burula günbatana doğru axırdılar 
(Y.Səmədoğlu). 
♦ Cümlələrdə ö, ü, ə səslərinin məna çalarını müəyyənləşdirin. 
O böyük binanın pəncərələri yavaş-yavaş qarla örtülürdü və tünd-göy rəngli 
pərdələr daha görünmürdü, qar şüşələri tamam örtülmüşdü 
(Elçin). 
Böyüklər, böyüklər hörür çəpəri,
Uşaqlar, uşaqlar yarır çəpəri 
(M.Araz). 
Göllərində ördəkləri üzərlər, 
Çöllərində maralları gəzərlər, 
Güllərindən gəlinlər tac bəzərlər, 
Ceyran gözlü qızları var ölkəmin 
(C.Cabbarlı). 
Mətndə k, ç, ş səslərinin tələffüz çalarlarını müəyyənləşdirin. 
Kənddə çox saz varmış, əlinə bir şey keçməyən evdən sazını götürüb 
çıxmışdı. Sazın çoxu elə köynəyindəydi, başlarının üstə qaldırıb yüyürdülər... 
Qarşı yaxada ayaq saxlamış ermənilər qaçıb dağıldılar; yəqin sazı avtomat silah 
hesab etmişdilər... Səhəri erməni qəzetləri elə bundan yazmışdı: “türklər silah-
lanıb!...” 
(M.Süleymanlı)
♦ Şeirdə q, g, b səslərinin tələffüz çalarlarını aydınlaşdırın. 
Şuşa qədim bir millətin 
Şuşasıdı, 
Pənah xanın, Xan əminin 
Şuşasıydı. 
“Xarı bülbül” 
gül dilində oxuyurmu? – 


67 
orda gülü gül duyurmu?! 
Fəsillər çaşır Şuşada, 
mən qışda bahar görmüşəm, 
qızılgülün yanağında 
qızılyanaq qar görmüşəm. 
Qızıl qamşı şaqqıldayıb 
göydə şimşəklər yerinə,
kəpənəklər qanad açıb 
yerdə çiçəklər yeinə.
(N.Həsənzadə)

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin