Bilal Həsənli Nazilə Abdullazadə


♦ Oxuyun. Qoşasaitli sözləri düzgün tələffüz edin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Oxuyun. Qoşasaitli sözləri düzgün tələffüz edin. 
Aida, müavinət, dairə, müalicə, müayinə, müəllif, məişət, müavin, fəaliyyət, 
daimi, Səidə, sual, mütaliə, maneə, sauna, fauna, rübai, akvarium, sait, Səid, 
Rauf, bais, radius, diametr, meridian, radio, şüa, şüur, şair, Şaiq, faiz, real,okean, 
aeroport, auditoriya, nailiyyət, video, Naib, Nail, bəraət, qiraət, itaət, xaos, təbiət, 
ianə, dialekt, dialoq, faciə, Aişə, şüa, aerovağzal, diaqonal, xoreoqrafiya, diafilm, 
laureat, bioloq, kakao, sosioloq, əcaib, şücaət, fədai, vəsait, ailə, istiarə, kainat, 
müavin, şərait, şəriət, müasir, müddəa, rəis, ictimai, filial, olimpiada, çempion, 
ideologiya, fizioloq, paleolit, neolit, mezolit, miniatür, variant. 


69 
♦ 
Səsinizin məsafədən necə eşidildiyini (uçarlılıq) yoxlayın. Nəfəsalma 
qaydalarına əməl edərək, mətni ucadan, ağır-ağır, təmkinlə, aramla oxuyun. 
Fasilələrdə (/) nəfəs alın. Hər misranın başlanğıcında və fasilə işarəsində 
nəfəs alın. 
Mən işığam – qaranlığın qənimi. 
Mən insanam, 
daşıyıram qəlbimdə 
dünyaların sevincini, 
qəmini. 
...Mən insanam, ülfətsiz 
ölərəm. 
Məhəbbətsiz, nifrətsiz 
ölərəm. 
Mən torpağam, nemətimi, varımı 
Zəhmət sevən insanlarla bölərəm. 
Mən ürəyəm, döyünməsəm, 
Ölərəm. 
(R.Rza)
♦ 
Mətnin məzmununu cümlənin mənasına uyğun olaraq, səsin tempini 
(səsin uzunluğunu, tempin çevikliyini) dəyişməklə oxuyun
.
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. 
Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun 
yoxdu, qırıq bir lampaya neft güclə çatırdı. Qoca Sürəyyanın gecələr titrədiyini 
görür, səhərə qədər gözünə yuxu getmirdi. 
Bu gün o, Sürəyyanı karxana açılmamış, qaranlıq ikən gətirib qapı ağzında 
qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşına-
caqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə 
cür olursa olsun, bu gün, heç olmasa, bir şələ odunun pulunu qazanmalı idi. 
Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə 
salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli 
tay daşımışdı. 
Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və 
dik pilləri ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri 
qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara 
isə atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir 
yük tayını onun üzərinə aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb, yükü yerə at-
maq istədi, lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi 
anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq, bir-birinin dalınca 
aşağıya doğru itələdi, nəhayət, o, anbarın kərpic döşəməsi üzərinə sərildi, qışqır-
mağa, haraya çağırmağa da macal tapmadı. Lap aşağıda üzüqoylu, hərəkətsiz bir 
halda yıxılıb qaldı. Yolda açılıb düşmüş tay isə sanki ondan ayrılmaq istəmə-
yərək, ilişdiyi pillələrdən qopub onun üzərinə aşdı. 


70 
Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qal-
dırıb qocanı çıxartdılar. Lakin iş-işdən keçmişdi 
(Ə.Məmmədxanlı).
♦ 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin