79
Bilirəm, zamanı
saxlamaq olmur,
Saatlar günləri doğrayır, biçir
Qızara-qızara gələn günəşin
Azalan odunun ağrıları da
Bəlkə dan üzünün içindən keçir?!
Dünyada əbədi nə qalır görən,
Biz ki, əbədiyyət yolçularıyıq,
Günlər durna kimi ötüşür gedir.
Zaman sürətinə çatmaq olmursa,
Deməli müqəvva ovçularıyıq!
O qədər borcum var ana torpağa,
Borcluyam dərdiyim çiçəyə, gülə.
Məhəbbət borcumu demirəm hələ,
Borcluyam dərdiyim çiçəyə, gülə.
Ağaca borcluyam,
Daşa borcluyam,
Bir könül nəğməsi eşitmək üçün
Qəfəsə saldığım quşa borcluyam!
Pisliyə nifrəti öyrədən dünya,
Zamanı şam kimi əridən dünya
Daha nə verəcək,
nə verəcəksən?
Borcundan çıxmağa möhlət ver mənə,
Doyunca baxmağa möhlət ver mənə!
Qarşımda bu qədər dağ yaradıbsan
Zirvəyə çıxmağa möhlət ver mənə!
N.Kəsəmənli
Dostları ilə paylaş: