81
məklə, emosional qiymətləndirmə aparılmaqla çatdırılmasıdır.
1
Müəllif münasibətini özündə ehtiva edən aktual informasiyanın çat-
dırılması üçün fikrin inkişaf məntiqini əks etdirməklə bərabər, danı-
şanın, müəllifin məsələyə münasibətinixarakterini ifadə edən daha
təsirli ( subyektiv) intonasiya seçimi vacibdir.
Mətnin müəllif fikirlərinin məntiqi ilə yanaşı
onun niyyətinin
intonasiya ilə, düzgün və fəal çatdırılması nitqin aktuallaşdırılması
(canlandırılması) adlanır. Aktuallaşdırma özündə 3 fəaliyyəti ehtiva
edir: 1. Aktual hissələrə ayrılma. 2. Ritm-intonasiya baxımından
hissələrə ayrılma. 3. Müəyyən sözlərin məntiqi vurğu vasitəsilə
məna, ritm, intonasiya baxımından fərqləndirilməsi.
Hələ XIV əsrdə İmadəddin Nəsimi diqqəti nitqin məntiqli
olmasının əhəmiyyətinə, nitqin məntiqini anlamaqla gizli mətləbləri
dərk etməyin mümkünlüyünə cəlb edərək yazırdı:
Elmi-hikmətdən bilirsən, bir bəri gəl, ey həkim,
Sən Nəsimi məntiqindən dinlə Fəzlullahı gör.
Mətndəki fikirləri dəqiq, aydın çatdıran oxuya
məntiqi oxu
deyilir. Oxunun daha aydın, dəqiqliyi isə məntiqi ifadəlilik
adlanır. Məntiqi oxunun əsas ifadəlilik vasitələri
məntiqi fasilə,
məntiqi vurğu, məntiqi melodiya və məntiqi perspektivdir.
Nitqin aydın olması onun hissələrə ayrılması ilə sıx bağlıdır.
Nitq prosesində fonetik axın bəzən qısa, bəzən uzun parçalara
bölünür və hər parça az və ya çox davam edən fasilələrlə və
müxtəlif dərəcəli zərbələrlə bir-birindən ayrılır.
Bu fasilələrin
bəzisi yazıdakı durğu işarələri ilə (nöqtə, vergül və s.) qismən
uyğun gəlirsə də, bir qismi durğu işarələri ilə uyğun gəlmir.
Fonetik əsasda formalaşan nitq zəncirinin müxtəlif dərəcəli
zərbə və fasilələrlə ayrılan həlqələri nitqin fonetik parçaları adlanır.
Nitq prosesində fonetik axın cümlələrə
müvafiq olaraq fasilələrlə
kəsilir. Nitqin ümumi fonetik axını davamlı fonetik birləşmələrə
parçalanır. Davamlı fonetik birləşmələrin ən mühüm əlaməti fasilə
edib nəfəsalma prosesi hesab olunur.
Lakin nəfəsalma hər zaman
1
Bu bölgü şərti səciyyə daşıyır. Çünki hər bir əşyavi məlumatda da müəyyən
dərəcədə müəllif münasibətini görmək mümkündür.
82
vacib deyil, vacib olan budur ki, təqribən
cümləyə bərabər olan
fonetik birləşmə xüsusi növlü vurğu ilə nitqin fonetik zəncirində bir
durğunluq nöqtəsi yaradır, təqribən bir nəfəsalma zamanı qədər
fasilədən sonra nitqin fonetik axını (əgər varsa)
yenə də davam
etdirilir.
Məlumdur ki, sözlər hecalardan, hecalar isə səslərdən ibarətdir.
Hər bir sözün daxilində səs qruplaşmaları olur. Saitlərin köməyi ilə
yaranan heca ən kiçik səs qruplaşmasıdır. Digər səslərə nisbətən
daha güclü, vurğu ilə tələffüz olunan səs hecanın əsasını təşkil edir.
Həmin heca isə sözdə mərkəz rolu oynayır. Hecalardan sözlər, söz-
lərin qruplaşmasından isə söz birləşməsi və cümlələr yaranır. Belə-
liklə, səs, heca, söz, söz birləşməsi, cümlə nitq axının fonetik parça-
larıdır.” Bizim nitqimiz bitmiş bir fikir ifadə edən söz və ya söz
birləşmələrindən ibarətdir. Nitqdə cümlələr
bir-birindən fasilə ilə
ayrılır.
Dostları ilə paylaş: