74
***
Vaqif Şişəyə gələndə 29-30 yaşlarında idi.
Təhsilini öz kəndində bitirmiş,
türk və farscanı mükəmməl bilir və zamanının elmlərinə vaqif idi. Gələr-gəlməz,
Saatlı məhəlləsində bir məktəb açıb dərs verməklə həyatını keçirməyə başlamışdı.
Dərs
mənən Vaqifi təmin etmirdi; bu sənət ona azlıq edirdi.
Onda qüvvətli bir
inam vardı,
həm də inad idi; onun iti gözləri
mühitinin hər üzünü görür, əyər-
əksiklərini seçirdi. O bu mühitə nüfuz etmək, onu öz rəyinə tabe etmək istəyirdi.
Lakin o zaman hələ Vaqif yalnız bir molla olaraq tanınır, bu tanınmaq da öz
məhəlləsi dairəsindən kənara çıxmayırdı. Yalnız arabir gözəlləri oxşayan şeirləri
şəhəri dolaşır, maraqlılar bu sözləri öz bəyazlarına yazırdılar. Buna baxmayaraq
o, heç kəsi tanımayır və tanımaq belə istəməyirdi. Öz yoxsul daxmasında oturub,
mətin bir iradə ilə irəliyə baxır, heç bir ənənə
ilə hesablaşmaq istəmirdi
(Y.V.Çəmənzəminli).
Dostları ilə paylaş: