88
situasiyada, nə məqsədlə deyildiyi nəzərə alınmaqla müəyyənləşdi-
rilməlidir.
Məntiqi vurğulu sözün tələffüzdə fərqləndirilməsi fikrin, mət-
nin ideya-məzmununun başa düşülməsini təmin edir. Bəzən məntiqi
vurğu fanarla müqayisə olunur. Qeyd edilir ki, bu fanarın işığı bir
nöqtəyə, bir əşyanın üzərinə yönəldilir və bununla da həmin obyekt
qaranlıqdan ayrılır. K.S.Stanislavski
məntiqi vurğunu cümlədəki
əsas sözü göstərən “şəhadət barmağı” adlandıraraq qeyd edirdi ki,
fərqləndirilən sözdə mətndəki mənanın mahiyyəti, məğzi gizlənmiş-
dir.
Səsin gücü,
tonun yüksəlməsi, aşağı düşməsi, tələffüzdə uzan-
ma
və ləngimə, fasilə də məntiqi vurğulu sözü fərqləndirməyə kö-
mək edir. Tonun yüksəlməsi və aşağı
düşməsi məntiqi vurğulu sö-
zün fərqləndirilməsinin əsas vasitəsidir. Mətndə bir neçə məntiqi
vurğulu söz ola bilər. Bu baxımdan tədqiqatlarda məntiqi vurğunun
iki dərəcəsi - əhəmiyyətli (birinci dərəcəli vurğu)
və az əhəmiyyətli
(ikinci dərəcəli vurğu) növü qeyd edilir. ”Az ye, öz çörəyini ye”
cümləsində” “az” və “öz” sözləri məntiqi vurğuludur. Lakin cümlə-
dəki məna “öz” sözünün daha əhəmiyyətli vurğulu söz olduğunu
göstərir.
Dostları ilə paylaş: