91
X.Rza Ulutürk
Çiy
kərpicdən tikilmiş, damına qom-qom qamış
döşənmiş alçaraq evin
qabağında, su quyusunun üstündə kimin əkdiyi və nə vaxt əkdiyi bəlli olmayan,
yoğun, hamar gövdəsində ərəb əlifbası ilə qat-qarışıq sözlər yazılmış
qədim və
nəhəng qovaq ağacı vardı
(İ.Hüseynov).
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları
seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy,
nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş.
M.Müşfiq
Hiss, həyəcan,
emosiya ifadə edən
nidalar
məntiqi vurğulu
olur. “Nitqdə nida cümlələrinin müxtəlif
tipləri böyük emosional
təsirlilik mənası daşıyır. Belə cümlələr auditoriyanın diqqətini güc-
ləndirir, xüsusi emosional siqnal rolunu oynayır. Nida cümlələrində
bəzi hallarda çağırış, digər hallarda isə məsləhət, xahiş, göstəriş, ya
da sadəcə olaraq hiss ifadə edilir”
1
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin acısı, şərbəti-
Alovlu sənəti!
M.Müşfiq
Ah! Sən daha mənimçün əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən.
B.Vahabzadə
♦
Dostları ilə paylaş: