Bilal Həsənli Nazilə Abdullazadə


♦ Şeirin məzmunundan və ifadə olunan mənadan asılı olaraq məntiqi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Şeirin məzmunundan və ifadə olunan mənadan asılı olaraq məntiqi 
vurğulu sözləri müəyyənləşdirin. 
 
Ah kim, aldı mənim əqlü kəmalım qocalıq, 
Eylədi misli-xəzan çöhreyi-alım qocalıq, 
Bidi-Məcnun tək əyib sərv nihalım qocalıq, 
Günbəgün etdi füzun dərdü məlalım qocalıq. 
(Q.Zakir)
Bülbül! Səhər-səhər qonaq budağa, 
Günəşin eşqinə bir dastan qoşaq! 
Ötək bağçamızda dodaq-dodağa, 
Yarpaq inciməsin, əyilməsin şax, 
Günəşin eşqinə bir dastan qoşaq. 
(S.Vurğun) 
♦ “Yeni anlayış” qaydasına müvafiq olaraq məntiqi vurğulu sözləri 
müəyyənləşdirin. 
Xalid ağ kağıza bükülmüş rentgen şəklini çıxarıb ona uzatdı. Çiçək şəkli 
pəncərənin işığına tutub diqqətlə nəzərdən keçirdi və on iki barmaq bağırsaqda 
xırdaca düymə boyda yaranı tapıb kədərlə başını tərpətdi 
(H.Seyidbəyli). 
 
♦ Oxuyun. Üzərinə məntiqi vurğu düşən söz və birləşmələri müəyyən-
ləşdirin. 
Məhsəti
 
xanımı istiqbal edən dəstələrin bir başı İsfahan kəndində, o bir başı 
isə Gəncənin yaxınlığındakı Xanəgah kəndində dayanmışdı. Gəncə şəhəri belə bir 
təntənəli istiqbal mərasimini ancaq hicrətin 511-ci illərində, Soltan Səncər birinci 
kərə Gəncəyə gəldiyi gün görmüşdü. 
İstiqbal edənlər bir neçə dəstələrə ayrılmışdı, bunların içərisində nəzəri-
diqqəti cəlb edə biləcək dəstə, yalnız şairlərin, yazıçıların, oxuyan və çalanların, 
ümumiyyətlə incəsənət xadimlərinin dəstəsi idi. 
İstiqbala gedən kişilərin hamısı atlı idi. Ən qabaqda atlı dəstələrinin önündə 
şair Nizami və onun uşaqlıq və gənclik yoldaşı Fəxrəddin gedirdi. Bayraq və tuğ 
yox idi, lakin silahlı dəstələr səfərə çıxmış bir ordunu andırırdı. 
Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedən hər kəsin 
nəzərini özünə cəlb edirdi. 
Xalqın nəzərini cəlb edən ən maraqlı dəstə Məhsəti xanımın şagirdləri 
tərəfindən düzəldilmiş dəstə idi. Bu dəstədə gedənlər öz musiqi alətlərini də 
yanlarınca götürmüşdülər. Ud, kamança, dəf və sairə götürənlərlə barabər 


100 
Məhsəti xanımın rübailərini əzbərləyib oxuyanlar da tez-tez gözə çarpırdı. At və 
kəcavə ilə istiqbala gedənlərdən başqa piyada gedənlər də var idi. Yolun iki 
tərəfində gedən gəlin və qızların dəstələri düzləri lalə zəmisi kimi qızartmışdı 
(M.S.Ordubadi). 
*** 
Dil açanda ilk dəfə ana söyləyərik biz, 
“Ana dili” adlanır bizim ilk dərsliyimiz. 
İlk mahnımız laylanı anamız öz südüylə 
İçirir ruhumuza bu dildə gilə-gilə. 
Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır, 
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır. 
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi. 
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi 
Ən qiymətli mirasdır, onu gözlərimiz tək 
Qoruyub, nəsillərə biz də hədiyyə verək. 
Bizim uca dağların sonsuz əzəmətindən, 
Yatağına sığmayan çayların hiddətindən, 
Bu torpaqdan, bu yerdən, 
Elin bağrından qopan yanıqlı nəğmələrdən, 
Güllərin rənglərindən, çiçəklərin iyindən, 
Mil düzünün, Muğanın sonsuz genişliyindən, 
Ağ saçlı babaların əqlindən, kamalından, 
Düşmən üstünə cuman o Qıratın nalından 
Qopan səsdən yarandın.
(B.Vahabzadə) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin