104
İ.P.Pavlovun insanın ali sinir fəaliyyətini müəyyənləşdirən iki
siqnal sisteminin qarşılıqlı təsiri haqqında təlimində tapır.
İ.P.Pavlovun tədqiqatları göstərmişdir ki, xarici mühiti duymaq
üçün insanlarda və heyvanlarda birinci siqnal sistemi mövcuddur.
İnsanın psixi fəaliyyəti ətraf mühitdən aldığı müxtəlif qıcıqlandı-
rıcılarla şərtlənir. Lakin insan ətraf mühitdə olan xarici qıcıqları
qəbul etməklə, duymaqla yanaşı, ikinci siqnal sistemi olan sözün də
mənasını dərk edir. İnsan söz vasitəsilə düşündüklərini,
gördük-
lərini, duyduqlarını təsəvvür edir və başqasına çatdıra bilir. Məhz
buna görə də İ.P.Pavlov sözü “çoxəhatəli qıcıqlandırıcı” adlandı-
rırdı. Ali sinir fəaliyyətinin söz siqnalları səviyyəsi baş beyin qabığı
ilə əlaqəli olub yalnız insana xasdır. İnsan beyninin sol yarımkürəsi
nitqi, mücərrəd təfəkkürü, düşünməni, sağ yarımkürəsi isə ən çox
hiss orqanlarından informasiyaları qəbul edir və onları
konkret
obrazlar şəklində formalaşdırır.
Müasir fiziologiya və psixologiya bütün şagirdlərə şifahi
nitqin bir forması kimi ifadəli oxu bacarıqlarının aşılanmasını
mümkün hesab edir.
Şagirdin bacarıq, qabiliyyət, istedad kimi
fərdi-psixoloji xüsusiyyətləri
anadangəlmə deyil, fəaliyyət, təmrin-
lər vasitəsilə inkişaf etdirilir. Səsli oxu,
o cümlədən ifadəli oxu
monoloji nitq olduğu üçün şifahi nitqin bütün xüsusiyyətlərini
özündə ehtiva edir. Şifahi nitq zamanı danışan adamlar bilavasitə
bir-birlərini görür, eşidirlər. Danışan adamın üz və bədəninin ifadəli
hərəkətləri, səsinin ahəngi nitqin məzmununun,
buna bəslədiyi
mənfi və müsbət münasibətlərin anlaşılmasına yardım göstərir.
“Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlər sayəsində eyni söz
müxtəlif mənada işlədilib, fərqli şəkildə başa düşülə bilər. Məsələn,
adicə “Yenə gəldi” sözləri tələffüzdən asılı olaraq, həm sevinci,
həm nifrəti, həm də biganəliyi bildirə bilər.
İfadəli oxu monoloji nitq səciyyəli fəaliyyətdir. Bu nitqin rəvan
getməsi üçün danışan adamın verəcəyi məzmunu aydın dərk etməsi,
zəngin söz ehtiyatına malik olması, nitqin emosionallıq xüsusiyyət-
lərinə, dilin qayda qanunlarına mükəmməl yiyələnməsi əsas şərtdir.
Yəni monoloji nitqin məzmunluluğu ilə ifadəliliyi üzvi surətdə
birləşməlidir.
Əks təqdirdə, nitq monoton, cansıxıcı və cazibəsiz
105
olur.”
1
Bədii əsərin təxəyyüldə yaratdığı obrazlar oxucuya emosional
təsir
göstərir və o, oxu zamanı müəllifin fikirlərini çatdırmaqla
bərabər, təsvir olunanlara öz münasibətini də ifadə edir. Bu zaman
ifaçı əsərin məzmunu ilə yanaşı, müəllifin bədii sözdə əks olunan
hiss və düşüncələrini, təsvir olunanlara münasibətini də mənimsəyir
və dinləyicilərə ötürür. Buna nail olmaq üçün cümləni düzgün
səsləndirmək, dinləyicilərin
diqqətini detallardan əsas, başlıca
cəhətə yönəltmək lazım gəlir.
Lakin gündəlik həyatdakı nitqində insan öz düşüncələri, real
faktlar, şahidi olduqlarından söz açdığı halda, oxu zamanı müəllifin
sözlərini, fikirlərini çatdırır. Bu zaman o, müəllifin sözlərinin,
fikirlərinin mahiyyətinə varmadan, hisləri duymadan, “yaşamadan”,
onları doğuran hadisələr haqqında dolğun təsəvvürə malik olmadan
da səsləndirə bilər. Lakin belə oxu ifaçının fikir, hiss, iradəsinin
vəhdəti kimi meydana çıxmır, oxu nitqin əsas funksiyasını – ünsiy-
yəti yaratmır, bədii əsərin ideya-estetik mahiyyəti aşkara çıxmır.
İfadəli oxu gündəlik həyatda istifadə etdiyimiz adi
nitqdən fərq-
ləndiyi üçün, şagirdlərdə ifadəli oxuda zəruri olan emosional-iradi
keyfiyyətlərin, digər xüsusi bacarıqların formalaşdırılması zəruridir.
Dostları ilə paylaş: