103
♦ Oxu prosesində auditoriya ilə əlaqə yaratmaq.
1
Oxu sənətinin nəzəri əsaslarını işləyib hazırlamış böyük rus
aktyoru, rejissoru və pedaqoqu K.S.Stanislavski səhnədə nitqi “hə-
qiqi, yaradıcı və məqsədyönlü fəaliyyət” sayırdı. Onun fikrincə,
dinləyiciyə sözlə təsir etmək üçün ifaçı
əsərin ideya- məzmununu
dərindən bilməli, orada öz əksini tapan hislərin, düşüncələrin, mü-
nasibətlərin mahiyyətinə varmalıdır. Mətndəki mənanı, müəllif niy-
yətini
başa düşən, oradakı emosional ovqatı hiss edən ifaçı əsərdə
təsvir olunan səhnələr, həyat hadisələri haqqında dinləyicilərdə səs-
lənən sözlə aydın təsəvvür yarada bilər.
K.S.Stanislavskinin sözlə təsir sistemində mətnin yaradıcı şə-
kildə qavranılması və canlı nitqin təbiətinə uyğun olaraq səslənən
sözlə bərpa edilməsi yolları öz əksini tapmışdır.
O qeyd edirdi ki,
sözlər və onların əsasında meydana çıxan təsəvvürlər obrazların,
obrazlar isə hislərin yaranmasına səbəb olur. Hislər isə öz növbə-
sində təsəvvürdə canlananları dinləyiciyə ötürmək ehtiyacı yaradır.
Danışmaq göz önündə canlanan obrazlar yaratmaqdır. Bunun üçün
isə nitq məqsədyönlü olmalı, ifaçı sözlə təsir göstərmək üçün
müəyyən iradi keyfiyyətlərini səfərbər etməlidir.
Beləliklə, sözlə təsir zamanı ifaçının fikri, hissi, iradəsi,
bütün
şüuru fəaliyyətdə olur. İnsan ünsiyyət zamanı şifahi nitqində haq-
qında danışılan məsələ, hadisəyə laqeyd qalmır, mühakimə yürüdür,
qiymətləndirir, fikirlərini, hislərini, münasibətini ifadə edir. O, din-
ləyicini inandırmaq, sübut etmək,
ifşa etmək, istədiyi ovqatı yarat-
maq (mərhəmət, nifrət və s.) məqsədi güdür. Bu zaman onun nit-
qində fonetik ifadəliliyin bütün vasitələri – fasilə, vurğu, intonasiya
və temp müxtəlifliyi, səsin tembrinin dəyişməsi və s. özünü büruzə
verir
2
.
Dostları ilə paylaş: