Bilal Həsənli Nazilə Abdullazadə


Nitq texnikası üzərində iş



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Nitq texnikası üzərində iş. 
Bu mərhələdə mətnin səslənən 
sözdə ifadə edilməsi metodikasına xüsusi diqqət yetirilir. İfaçı əsə-
rin ideya-məzmununa öz münasibətini müəyyənləşdirməli, mətni 
dinləyicilərə təsirli şəkildə çatdırmaq, onların fikir, hiss, iradə və tə-
xəyyülünə təsir etmək üçün nitqin məntiqi və texnikasına yiyələn-
məlidir. 
Tənəffüs, səs, diksiya
nitq texnikasının mühüm element-
ləridir.
İfaçının nitq texnikasına mükəmməl yiyələnməsi tənəffüs, 
səs, diksiya vərdişlərinin tərbiyəsi üzrə iş aparılmasını tələb edir.
Nitqin təsirliliyi ifaçının tənəffüs qaydalarına, diksiya və orfo-
epik normalara bələdliyindən, öz səsini idarə etmək bacarığından, 
təxəyyülündən asılıdır.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün mətnin lent yazı-
sının bədii söz ustalarının ifasında dinlənilməsi, müzakirəsi aparılır. 
Əsərin ilkin oxusu zamanı ifaçılıq vəzifəsinin yerinə yetirilməsi ba-
xımından əhəmiyyətli olan mühüm sözlər müəyyənləşdirilir. Sonra 
mətn yenidən oxunur, həmin sözlərin necə tələffüz ediləcəyi, eləcə 
də əsərdən hissənin səslənən sözlə necə ifa ediləcəyi dəqiqləşdirilir. 
 
♦ Mətnləri ifadəli oxuyun. Əlavə söz və cümlələrin yaratdığı fasilə və 
vurğuya diqqət yetirin. Onların fikrin ifadəsində rolunu izah edin. 
O çətin gecələrin, dünyada başqa heç bir kimsəyə yox, yalnız tələbə Murad 
İldırımlıya məxsus olan o hisslər aləminin öz məxsusi kövrəkliyi, məxsusi 
təşkinliyi, məxsusi dəyanəti var idi və elə ki, iyirmi yeddi yaşa yaraşmayan o 
kövrəklik baş qaldırdı, əvvəlcə nənəsinin səsini eşidirdi və ümumiyyətlə, tələbə 
Murad İldırımlıya elə gəlirdi ki, ölsə – əlbəttə, haçansa öləcəkdi və o ölüm hissi 
kənddə kitabxanaçı işlədiyi vaxtlarda onun ürəyini çox qırmışdı – yenə nənəsinin 
səsini eşidər – o səsdə onun üçün o dərəcədə bir doğmalıq var və əslində o səs, 
xüsusən Bakıya gələndən sonra, həmişə bu cavan adamla birgə olurdu. O zaman 
ki darıxırdı, imtahanlara hazırlaşmaq, kitab oxumaq, kitabxanada məşğul olmaq 
istəmirdi, gözləri mətbəə şriftlərinin qara rəngindən, barmaqları qələm tutmaqdan 
bezirdi, kino – teatrlarda baxmağa layiq bir film olmurdu (dedektivlərdən, hind 


98 
filmlərindən zəhləsi gedirdi, sovet filmlərindən də ancaq elələrinə baxırdı ki, 
mətbuatda onları tənqid edirdilər – hərgah tənqid edirdilərsə, deməli, içində nəsə 
bir işıqlı şey var idi…), teatra gedib həmişə olduğu kimi, beletajda da oturmağa 
həvəsi olmurdu (kinoya, teatra, hərdənbir konsertə həmişə tək gedirdi) onda ax-
şamçağı dənizkənarı bulvara çıxırdı, hamının gözündən uzaq ağacların, dekorativ 
kolların arası ilə gedirdi... (
Elçin

*** 
Ağarəhim də müharibəyə getdi (təxminən mənim atamla eyni vaxtda, qırx 
üçün axırlarında) və bizim həyətimizdə cəmi üç nəfər qaldı: Xanım xala, anam və 
bir də ki, mən (bir də, bizdən başqa, Cəbrayılın o göyərçinləri) 
Anam gecədən az qala səhərə kimi növbəyə durub Amerikadan gəlmiş 
tısbağa yumurtasının sarımtıl-göyümtül tozunu alıb gətirirdi, o tısbağa yumurta-
sının tozunu məndən gizlətmək istədiyi bir ikrah hissi ilə (mən evdə olmayanda 
bir əli ilə bişirirdi, o biri əli ilə də burnu tuturdu) iyrənə-iyrənə bişirirdi və mənim 
üçün nuş olsun deyə, tərifləyə-tərifləyə gətirib qabağıma qoyurdu, sonra tələsik 
üzünü məndən gizlədirdi, amma mən bilirdim ki, bu günə düşdüyüm üçün, yəni 
mənim o iyrənc tısbağa yumurtasının tozundan bişmiş bir şeyi yeməyə məcbur 
olduğum üçün, anamın gözləri dolub və mən anamın xatirinə (həm də ac olduğum 
üçün) tısbağa yumurtasının tozundan su ilə bişirilmiş, yağsız horra kimi bir şeyi 
yeyirdim (
Elçin
). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin