Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
Məntiqi melodiya 
fikrin çalarlarla, emosional zənginliklə çat-
dırılmasında mühüm rol oynayır. 
Səsin ucalığı və gücünün artıb 
azalması, tempin sürətlənməsi və yavaşıması vasitəsilə ifadənin
və ya onun bir hissəsinin məntiqi melodiyası yaradılır
. Məntiqi 
melodiya mətni hissələrə ayıran, müəyyən nitq parçasının bitkin-
liyini göstrən fasilələrlə əlaqəlidir. Səsin yüksəlməsi və alçalması 
məntiqi vurğunun çox və ya az əhəmiyyətli olmasından asılıdır.
 
Melodiyanın yaranması məntiqi fasilə zamanı yaranan ahənglə də 
əlaqədardır. Belə ki, nitqin müəyyən parçalara bölünməsində melo-
diya – ahəng xüsusi rol oynayır

Məntiqi perspektiv
– daha əhəmiyyətli sözün səslənmə baxı-
mından daha qabarıq planda, nisbətən az əhəmiyyətli sözlərin isə 
arxa planda qalmasını nəzərdə tutur. K.S.Stanislavski qeyd edirdi 
ki, ifaçının bacarığı daha əhəmiyyətli və az əhəmiyyətli vurğulu 
sözlərin tələffüzü perspektivini gözləməsində, nəzərə almasındadır. 
Bunun nəticəsində sözlərin məntiqi vurğusu öz gücünə, qabarıq-
lığına görə bir-birindən fərqlənir. 
M.Müşfiqin “Ana“ şeirində bütün misralar eyni sözlə başlayır, 


95 
lakin sonuncuda səsin hərəkət sxemi dəyişir, intonasiya fərqi 
meydana çıxır.
Ana dedim, ürəyimə yanar odlar saçıldı, 
Ana dedim, bir ürpəriş hasil oldu canımda. 
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, 
Ana dedim, fəqət onu görməz oldum yanımda.
M.Müşfiq 
 
Adam var çox işlər eylər iradə, 
Adam var ki, yetə bilməz murada. 
Adam var ki, çörək tapmaz dünyada, 
Adam var yağ yeyər, balı bəyənməz.
Qurbani 
 
Yazılı mətndə məntiqi melodiya durğu
işarələrindən yerin-

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin