Bilal Həsənli Nazilə Abdullazadə


Bilvasitə (dolayısı ilə) dinləyicilərə müraciət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

3. Bilvasitə (dolayısı ilə) dinləyicilərə müraciət.
Bu ünsiyyət 
növü ifaçının daxili nitqini - fikrində öz-özü ilə danışdıqlarını uca-
dan səsləndirməsidir. Məsələn, M.Füzulinin “Məni candan usan-
dırdı,” İ.Həsənoğlunun “Apardı könlümü...” qəzəllərinin, M.P.Va-
qifin “Hayıf ki yoxdur” qoşmasının, N.Vəzirovun “Müsibəti-Fəx-
rəddin” faciəsində Rüstəm bəyin monoloqunun ifası zamanı yara-
dılan ünsiyyət bu qəbildəndir. 
Nitqin ifadəliliyi. 
Bədii əsərdə təsvir edilənlərin göz önündə 
canlandırılması, təxəyyül ifadəli oxuda mühüm əhəmiyyət kəsb 
edir.
 
İfaçı oxuya hazırlaşarkən əsərdə təsvir edilən səhnələri təxəy-
yülündə, göz önündə canlandırmaqla, oradakı “hiss və duyğuları” 
yaşamaqla, onları “özününküləşdirməklə” oxucuya daha güclü təsir 
göstərə bilər. Məlumdur ki, təxəyyül keçmiş qavrayış materialları-
nın yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından iba-
rət olan psixi prosesə deyilir.
1
Deməli, keçmiş həyat təcrübəsinin, 
1
Ə.Bayramov, Ə.Əlizadə. Psixologiya. Bakı: Maarif, 1989, s. 319
.


109 
həyati müşahidələrin zənginliyi təxəyyül üçün geniş imkanlar açır.
İfadəli oxuda təxəyyül obrazın, təsəvvürün yaradılmasını və 
onların səslənən sözdə öz əksini tapmasını nəzərdə tutur. Əsərin 
ifadəli oxusu zamanı da oxucunun əvvəlki təcrübəsi, assosiasiyalar 
mətndəki obrazın təxəyyüldə canlandırılmasına imkan yaradır.
Mətndə təsvir edilənlər dinləyicinin həyat təcrübəsi ilə səsləşmirsə, 
bu, obrazın yaradılmasına maneçilik törədir. 
Əsərin oxusu zamanı dinləyicinin təxəyyülündə canlı, parlaq 
obraz yaratmaq üçün ifaçı, təhkiyəçi özü təsvir edilənləri aydın, 
dəqiq təsəvvür etməlidir. Belə ifadəli oxu zamanı şagird passiv 
dinləyici olaraq qalmır, təsvir edilən canlı, parlaq səhnələri təxəy-
yülündə canlandırmaqla qəhrəmanları, obrazları, hadisələri daha 
dolğun qavrayır. Bu, obrazların səciyyəsini, əsərdə qaldırılan mü-
hüm problemi, oradakı mətnaltı mənanı, başlıca fikri – ideyanı dərk 
etməyə imkan yaradır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin