112
nitqimizi çətin başa düşər. Məsələn, sadalama intonasiyası aydınlaş-
dırma intonasiyasından, qarşılaşdırma intonasiyası şərt və sual into-
nasiyasından köklü şəkildə fərqlənir
və biz çox zaman buna psi-
xoloji vəziyyətdən asılı sövqi-təbii əməl edirik. Məsələn, insan sual
cümləsini nəqli cümlənin intonasiyasında deyə bilməz,
yaxud
əksinə.
Xitabların, ara sözlərin intonasiyası da fərqlənir və bu, nitq
prosesində mütləq nəzərə alınmalıdır”.
1
İfadəli oxu texnikasında intonasiyanın müxtəlif funksiyaların-
dan istifadə olunur.
1. İntonasiyanın
estetik funksiyası
daha
çox bədii qiraətdə,
natiqlik sənətində özünü göstərir.
İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayım
idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim urəyimdən keçənləri balaca bir
işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər.
Çox qaranlıq gecələrdə, məndən qabaq yolda təhlükə olduğunu sən başa dü-
şübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki,
irəli
getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişan-
da geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utan-
dırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb,
«gözlərinə qurban, Qəmər, əlac sənə qalıb» demişəm. Sən quş kimi qanad açıb
məni güllənin altından çıxarmısan.
Mən səni özümə qardaş, sirdaş bilirdim,
Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü
( İ. Şıxlı).
2. İntonasiyanın
Dostları ilə paylaş: