115
sivlik
danışıq səslərinin, daha doğrusu
saitlərin tələffüzünə əsas-
lanır.
Tembr
vasitəsilə nitqin emosiyaları – sevinc, kədər, qəzəb,
nifrət, məhəbbət və digər çalarlar çatdırılır.
Sənətkar bədii sözlə oxucunun gözləri qarşısında həyat lövhə-
ləri, insan obrazları canlandırmaq niyyəti izləyir. Müəllifin mövqe-
yinin başa düşülməsi, təsvir edilənlərə emosional münasibət yaran-
ması üçün sənətkarın təsvir etdiyi hadisələri, faktları səslənən sözlə
dinləyicinin təxəyyülündə canlandırmaq, onların mahiyyətinin, mə-
nasının dərk edilməsinə nail olmaq lazımdır. İfadəli oxu dinlə-
yicilərin düşüncəsində, qəlbində əks-səda doğurmalı, mətnin ideya-
məzmununa uyğun emosional ovqat, fəal münasibət yaratmalıdır.
Əsərdə təsvir edilən səhnə və obrazların aydın
təsəvvür edil-
məsi, göz önündə canlandırılması dinləyiciyə müəllif mövqeyini də-
rindən dərk etməyə, əsərdəki hiss –həyəcanları “yaşamağa,” müəl-
lifin dünyagörüşünü, həyata baxışını əks etdirən fikirlərdən öz qə-
naətlərini yaratmağa, nəticə çıxarmağa imkan verir.
İfadəli oxu bacarıqlarının aşılanması zamanı
nəzərə almaq la-
zımdır ki, məktəblilər poeziya nümunələrini nəsr əsərlərinə nisbətən
çətinliklə qavrayırlar. Bu, ilk növbədə uşaqlarda poetik təxəyyülün
zəif inkişafı ilə əlaqədardır. Lirik əsərlərin ideya-bədii xüsusiy-
yətlərini, xüsusən assosiasiyaları, metaforaları başa düşmək, düzgün
qiymətləndirmək üçün şagirdin emosional-mənəvi təcrübəyə, sənət-
karın hiss və həyəcanlarını, oxucuya aşılamaq istədiyi əhvali-ruhiy-
yəni duymaq, daxilən yaşamaq, “özününküləşdirmək” bacarığına
malik olması zəruridir. Əks-təqdirdə o, mətndəki ovqatı duymaqda,
sözaltı mənanı başa düşməkdə, əsərin dərin qatlarına nüfuz etməkdə
çətinlik çəkəcəkdir.
“Şeirlərdə “yad”, şəxsən yaşanılmamış hislərlə qarşılaşdıqda
o, (şagird - B.H., N.A.) həmin hislərdən yan keçir, bu zaman poezi-
yanın heç bir estetik təsirindən danışmaq lazım gəlmir. Yeniyet-
mələrdə, bəzən isə hətta gənclərdə başqasının halına acımaq məziy-
yətinin olmaması,
emosional laqeydlik, özgənin daxili aləminə
diqqətsizlik poetik əsərlərlə iş zamanı maneəyə çevrilir”.
1
Şagirdlərə yüksək mənəvi-estetik hislər aşılanması, onların
1
Методика преподавания литературы. Под ред. З.Я. Заводской. M.: Просве-
щение, 1985, с. 245.
116
emosional təcrübələrinin zənginləşdirilməsi, poeziya nümunələrini
mütaliə etmək, qavramaq bacarığının
təkmilləşdirilməsi, poetik
ümumiləşdirmənin xarakteri haqqında dərin bilik verilməsi ədəbiy-
yat dərslərində, ifadəli oxu ilə bağlı məşğələlərdə diqqət mərkəzində
saxlanılmalıdır.
Bədii mətnin ifadəli oxusu əsər barədə
təsəvvürlərin yaranma-
sına səbəb olur. İfaçı çalışmalıdır ki, onun xəyalında canlandırdığı
həyat səhnələri, qəhrəmanın bədii portreti, məişəti, təbiət və əşya
surətləri müəllifin təsvirlərinə uyğun olsun. Məsələn, M.Ə.Sabirin
“Əkinçi” şeirində müəllif əkinçini istismar edən mülkədarı onun öz
dili ilə ifşa etmişdir:
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Lakin mənim insanlıq olub vəz’i-mədarim,
Bəyzadəyəm, asayişədir cümlə qərarim,
Meysiz, məzəsiz bitməz olur şamü nəharim;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!..
Havaların quraqlıq keçməsi ucbatından ağır
vəziyyətə düşən,
əkdiyi tarladan heç bir məhsul götürə bilməyən, ailəsi aclıq keçirən,
ev əşyalarını, paltar–palazını satan, yorğanını belə borc əvəzində
verən kəndlinin halı mülkədar-bəyzadənin dili ilə təsvir olunmuş-
dur. Bu əsərin ifadəli oxusu üçün“gah başına, gah döşünə vuran”,
“boynunu gəc buran” əkinçinin geyimini, duruşunu,
yoxsul koma-
sını, ac uşaqlarını göz önünə gətirmək, təxəyyüldə canlandırmaq
lazımdır. “Xoş güzəran keçirməyə, ət-yağ yeməyə alışmayan, çox
işləyib az yeyən, lakin ağasını hər şeylə təmin etməyə məcbur olan”
117
əkinçinin obrazı bütün detalları ilə qavranılmalıdır.
Eyni zamanda öz nitqindən çıxış edərək, “şamü nəharı” meysiz,
məzəsiz keçməyən harınlamış, qudurğan mülkədarın da sözlərini
ifadəli oxumaq üçün onun bədii portreti göz önünə gətirilməli, ifaçı
çatışmayan detalları öz təxəyyülünə əsaslanaraq əlavə etməlidir. Bu
məqsədlə “Molla Nəsrəddin” jurnalına Ə.Əzimzadə
tərəfindən
çəkilmiş karikaturalardan da istifadə etmək olar.
Dostları ilə paylaş: