129
edir. Əsərin ayrı-ayrı hissələri bir-biri ilə sıx
əlaqəli olub əsas
ideyanın, müəllif niyyətinin açılmasına xidmət edir.
İrihəcmli əsərləri dərsdə bütövlükdə oxumaq qeyri-mümkün
olduğu üçün əsərin ideya istiqamətini əks etdirən müəyyən hissə-
lərin seçilib oxunması və şərh edilməsi məqsədəuyğundur.
“Əsərin ideya, mövzu, məzmununun başa düşülməsi o halda
mümkündür ki, şagirdlər müəyyən keyfiyyətlərə: təxəyyülə, asso-
siativ təfəkkürə, emosional-mənəvi təcrübəyə malik olsun”.
1
Bədii əsərin məzmununun mənimsədilməsi məqsədilə aşa-
ğıdakı iş növlərindən istifadə olunur:
♦ Əsərin oxusu. Məzmunun mənimsənilməsində ədəbiyyat
dərslərində geniş tətbiq olunan müəllimin nümunəvi ifadəli oxusu,
bədii söz ustasının ifasının dinlənilməsi, səsli, səssiz oxu, fasilələrlə
oxu, proqnozlaşdırılmış oxu müsbət nəticə verir.
♦ Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərs-
liyin sonunda verilmiş lüğətdən, eləcə
də digər lüğət və sorğu
kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün
tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə
mənasının şagirdlər tərəfindən düzgün müəyyənləşdirilməsinə
zəruri hallarda istiqamət verə bilər.
♦ Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, he-
kayə, mənzum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmunu-
nun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar
əvvəlki
illərə nisbətən həcmcə böyük əsərlər üzərində həyata keçirilir.
♦ Əsərin məzmununun öyrənilməsi məqsədilə plan tərtibi əsər-
dəki hadisə və əhvalatların, qəhrəmanın hiss və düşüncələrinin
mənimsənilməsinə xidmət edir. Planı əsərin oxusu zamanı və oxu-
dan sonra tərtib etmək mümkündür. Fasilələrlə oxu,
proqnoz-
laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər
bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə başlıq vermək
daha məqsədəuyğundur. Bu zaman oxunmuş hissəyə başlıq seçil-
məsi onun məzmunu üzrə sual-cavabla birlikdə aparılır.
Müəllim
hər hissənin oxusundan sonra ona necə başlıq verməyin
1
З.Я.Рез. Об особенностях изучения лирики в школе. В сб. Современные
проблемы методики преподавания литературы. Куйбышев, 1974, с. 136.
130
məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl şagirdlər
diqqətli olması üçün plan tərtibi üzrə iş aparılacağı barədə xəbərdar
edilir. Əsərin bütünlüklə oxusundan sonra seçilmiş başlıqlar üzrə
plan tərtib edilir.
Süjetli əsərin məzmununun nağıl edilməsi şagirdlərin mətnin
məzmununu dərindən mənimsəmələri şifahi nitqin inkişafı baxımın-
dan mühüm əhəmiyyət kəsb edir. Əsərin məzmununun nağıl edil-
məsi üzrə iş üç formada aparılır:
♦ Məzmunun yığcam nağıl edilməsi;
♦ Məzmunun geniş nağıl edilməsi;
♦ Məzmunun yaradıcı nağıl edilməsi.
Yığcam nağıletmə üçün hazırlıq işi əsərin süjet xəttindəki, ide-
yanın açılmasında
mühüm rol oynayan səhnələr, epizodlara diqqət
yetirilməsini, təfərrüatlardan, ikinci dərəcəli məsələlərdən imtina
edlməsini nəzərdə tutur. Odur ki, yığcam nağıletməyə hazırlıq za-
manı əsərdəki əsas və ikinci dərəcəli yerlər əvvəlcədən müəyyənləş-
dirilməlidir. Nağıletmənin məzmununa yalnız
əsas hadisələrin, ob-
razların daxil edilməsi nəticəsində şagirdin nitqi yığcamlıq, ay-
dınlıq, fikri az sözlə çatdırmaq kimi keyfiyyətlər əxz edir,
Geniş nağıletmə
şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı
baxımından faydalıdır. Bu zaman məktəblilər mətndən kənara çıx-
mır, əlavələrini onun məzmununa uyğunlaşdırırlar.
Yaradıcı nağıletmə
Dostları ilə paylaş: