133
küləşdirməli, hadisələri, qəhrəmanların həyəcanlarını, hərəkət,
davranış motivlərini, düşdükləri vəziyyəti təxəyyülündə canlan-
dırmalı, duyaraq yaşamağı bacarmalıdır
.
Bu iş xüsusi təhlil
zamanı həyata keçirilir
.
Bu zaman ifaçı yazıçının düşüncə və hislərinə,
təsvir etdiyi
həyata nüfuz edir, həyat hadisələrini, qəhrəmanların
münasibət-
lərini, fakt və əhvalatları aydın şəkildə göz önündə canlandırır. O,
əsərdə təsvir edilən hadisələri həyatla, öz şəxsi təcrübəsi ilə əlaqə-
ləndirərək təsvir edilənlər barədə aydın, dəqiq təsəvvürə malik
olmalıdır. İfaçı özündə təsvir edilənlərə inam yaratmalı, özünü hadi-
sələrin iştirakçısı, şahidi kimi təsəvvür etməli, müəllifin, qəhrəman-
ların hiss və duyğularına nüfuz etməyi bacarmalıdır.
Əsərin hər hissəsi, hər epizodu müəllif niyyətinin açılmasına,
konkretləşməsinə xidmət etdiyi üçün xüsusi
təhlil prosesində ifa-
çılıq vəzifəsinin müəyyənləşdirilməsinə zəmin yaradır.
İfaçılıq vəzifələrinin müəyyənləşdirilməsi.
İfaçılıq vəzifələri-
nin müəyyənləşdirilməsi dedikdə ifadəli oxunun vəzifələrinin, əsas
məqsədinin, dinləyicilərlə ünsiyyət növlərinin müəyyən edilməsi
nəzərdə tutulur. Bu zaman ifaçı əsəri oxuyarkən dinləyicilərə nəyi,
hansı məqsədlə çatdıracağını dəqiqləşdirir.
Bədii əsəri dərk etmək – onun ideyasını, sənətkarın və ifaçının
əsas vəzifəsini anlamaq deməkdir. Sənətkarın və ifaçının əsas
vəzifəsi bir-biri ilə sıx əlaqəlidir. Əsərin ifadəli oxusunun əsasında
müəllifin əsas niyyətinin aşkara çıxarılması və reallaşdırılması, səs-
lənən sözdə ifadə edilməsi durur.
1
“Hər romanda, hər əsərdə oxucu və tamaşaçı
ilk növbədə
sənətkarın başlıca fikrini, nə demək istədiyini, nəyi ifadə etdiyini
axtarıb tapmaq istəyir”.
2
Əsərin ifadəli oxusuna hazırlıq zamanı mətn hissələrə ayrılmalı,
hər hissədə qarşıya qoyulan ifaçılıq vəzifəsi müəyyənləşdirilməlidir.
Bu hissələr adətən bir neçə abzasdan, bir-biri ilə ideya baxımından
əlaqəli olan parçalardan ibarət olur.
Dinləyiciyə sözlə fəal təsir
göstərmək üçün əsərin oxusu
1
С.Т.Никольская, А.В.Майоров, В.В.Осокин. Выразительное чтение. Ленин-
град, Просв., 1990, с.17.
2
Выготский Л.С. Психология искусства. М., 1968, с. 118.
134
zamanı qarşıya qoyulan ifaçılıq vəzifəsi əvvəlcədən müəyyənləş-
dirilməli və onun reallaşdırılması üçün konkret fəaliyyət istiqaməti,
görüləcək işlər dəqiqləşdirilməlidir.
İfaçı dəqiq bilməlidir ki, o, bu
əsərin ifadəli oxusu zamanı hansı məqsədə nail olacaq,
dinləyici-
lərdə hansı emosinal ovqat, hiss, həyəcan oyadacaqdır. İfaçılıq
vəzifəsinin müəyyənləşdirilməsi dinləyicilərə hansı hislərin – qəzəb,
nifrət, kədər, sevinc, qürur, vətənpərvərlik, qəhrəmanlıq, anaya
məhəbbət və s. aşılanacağının və bunun necə həyata keçiriləcəyinin
aydın dərk edilməsidir.
Dostları ilə paylaş: