147
TƏMSİLLƏRİN İFADƏLİ OXUSU
Təmsil janrında əsərlər ifaçının inandırıcı, obrazlı-emosional
ifadəli oxu bacarığına yiyələnməsi üçün daha əlverişlidir.
Həcmcə
kiçik olan təmsilin ideya-məzmununu mənimsəmək, başlıca fikri
(əxlaqi-tərbiyəvi nəticəni) müəyyənləşdirmək daha asandır. Təmsil
dinləyici ilə birbaşa ünsiyyətə imkan verir. Bu zaman sözlə təsirin
məqsədini – ifaçılıq vəzifəsini müəyyənləşdirmək çətin olmur. Mə-
sələn, Ə.Əlibəylinin “İlan və Qurbağa” təmsilində Qurbağa haray
çəkib İlanın zalımlığını deyir. İlan onsuz da əlindən qaça bilməyə-
cək Qurbağanın bu hərəkətinin səbəbini soruşur. Qurbağa İlanın
cəllad təbiətli olmasını hamının bilməsini istəyir.
Bu janrda əsərin öyrənilməsi zamanı şagirdlər rollar üzrə oxu-
nun xüsusiyyətləri ilə tanış olurlar.
Təcrübə göstərir ki, şagirdlər
əsərin bir ifaçı tərəfindən oxunmasına nisbətən,
dialoq şəklində
yazılmış təmsilin rollar üzrə üzrə oxusunda daha həvəslə iştirak
edirlər.
Əsərin oxusundan əvvəl şagirdlərin təmsil janrı haqqında bilik-
ləri hafizədə canlandırılır. Məlumdur ki, təmsil həcmcə kiçik olsa
da, dərin məna ifadə edir. Təmsilin əsas
cəhəti tənqidi və satirik
məzmunda olmasıdır. Sənətkar cəmiyyətdə, insan xasiyyətində mü-
şahidə etdiyi nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvan
surətləri vasitəsilə əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar
şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna
alleqoriya və ya təşxis deyilir. Alleqorik obrazlar vasitəsilə sənətkar
insanın xasiyyətində, davranıında, əməllərində olan nöqsanları
tənqid edir və ya müsbət cəhətlərdən söz açır.
Təmsildəki alleqorik obrazların
səciyyəsinin dərk edilməsi,
satira və yumorun başa düşülməsi də ifaçılıq vəzifəsinin yerinə yeti-
rilməsi baxımından çox əhəmiyyətlidir. Təmsil əxlaqi-tərbiyəvi və
nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif niyyəti
əxlaqi-tərbiyəvi verilir. Əsərdəki aydın ideya, müəllif niyyəti ifaçı-
nın qarşısında duran vəzifəni - hansı əxlaqi-tərbiyəvi fikrin dinləyi-
ciyə çatdırılacağını aydınlaşdırır.
Təmsilin məzmununun nağıl edilməsi də bu janrın təbiətindən
irəli gələn mühüm cəhətdir. Bu zaman ifaçı sanki qarşısındakı
dinlə-
148
yicilərə obrazlı-emosional şəkildə maraqlı, ibrətamiz bir əhvalat
danışır. Rollar üzrə oxu zamanı şagirdlər bir-birini görməli, bir-
birinə müraciət etmək imkanına malik olmalıdır.
Dialoq olmayan əsərlərdə rollar üzrə
oxunun təşkilinə ehtiyac
yoxdur.
Müəllim dialoqsuz mətni oxuduqdan sonra müsahibə apar-
maqla şagirdlərin rollar üzrə oxusuna zəmin yaradır.
Dostları ilə paylaş: