Bilal Həsənli Nazilə Abdullazadə


Təmsillərin ifadəli oxusu üzrə dərs nümunəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Təmsillərin ifadəli oxusu üzrə dərs nümunəsi 
V sinifdə Ə.Əlibəylinin “İlan və Qurbağa” təmsili üzrə ifadəli 
oxu dərsində janrın xüsusiyyətləri diqqət mərkəzində saxlanılır.
1
Dərsdə təmsillə bağlı aşağıdakı məlumat şagirdlərin diqqətinə çat-
dırılır: Təmsildə insana aid olan xasiyyət və əməllər heyvanların, 
quşların, bitkilərin, cansız əşyaların üzərinə köçürülür. Onlar insan 
kimi danışır, mübahisə edir. Belə əsərlərdə tülkü hiyləgərliyi, cana-
var acgözlüyü, qoyun avamlığı təmsil edir.
Təmsillərdə paxıllıq, yalançılıq, tənbəllik, lovğalıq, hiyləgərlik 
kimi pis cəhətlər tənqid olunur. Xeyirxahlıq, əməksevərlik, düzlük, 
doğruçuluq, sadəlik, təvazökarlıq və s. təriflənir. Müxtəlif mövzu-
larda olan təmsillərdə bir əhvalat, hadisə barədə danışılır, onun 
nəticəsi göstərilir və çox vaxt bundan sonra müəllifin nəsihəti gəlir. 
Təmsillər həm şeirlə, həm də nəsrlə olur.
Öyrənəcəyiniz “İlan və Qurbağa” təmsilində hansı sifətlərin 
pisləndiyini müəyyənləşdirmək üçün diqqətli olmalısınız.
Şagirdlərə əsəri oxuyarkən tanış olmayan sözlərin mənasını 
lüğətin köməyi ilə aydınlaşdırmağın lazım olduğu xatırladılır.
Təmsilin məzmununun öyrənilməsinə izahlı oxunun tətbiqi ilə 
başlamaq məqsədəuyğundur. Əsərin oxusunun digər variantı ikihis-
səli gündəlikdən istifadə üzrə işin təşkili ola bilər. Əsərin kiçik 
həcmli olması təsvir olunan hadisə barədə ilkin təsəvvürün dolğun 
olmasına imkan verir. Məzmunun öyrənilməsi üzrə iş zamanı nəzərə 
almaq lazımdır ki, bu təmsilin şagirdlərin təlim-tərbiyəsi baxımın-
dan əhəmiyyəti böyükdür. Odur ki, müəllim şagirdlərdə təsvir 
1
Bax: Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. V sinif. 
Müəllim üçün metodik vəsait. Bakı: Bakınəşr, s. 138-140. 


149 
olunan hadisənin mahiyyəti, İlan və Qurbağa obrazlarının səciyyəsi 
barədə ilkin təsəvvürün yaranmasına nail olmalı, növbəti dərsdə 
aparılacaq təhlil üçün zəmin yaratmalıdır. Bu məqsədlə aşağıdakı 
suallar üzrə müsahibə aparılır: 
1. Ölümlə üzbəüz qalan Qurbağa fəryad edərək nə deyir? 
2. Onun fəryadı İlana necə təsir edir? O, Qurbağaya nə deyir?
3. Qurbağa fəryad etməsinin səbəbini necə izah edir? 
Əsərin təhlili zamanı aşağıdakı suallar üzrə müsahibə təşkil 
edirlir:
1. 
Qurbağanın ölümqabağı dedikləri və İlanın sualına cavabı 
onu necə səciyyələndirir

2. Qurbağa və İlan insanlara məxsus hansı xüsusiyyətləri təmsil 
edir? 
3. Təmsildən çıxan nəticə nədir? Onu faydalı sayırsınızmı? 
Fikrinizi əsaslandırın. 
Müzakirədə təmsilin tərbiyəvi məzmunda yazılması, haqsız-
lığın, ədalətsizliyin, qəddarlığın tənqid edilməsi barədə deyilənlərlə 
kifayətlənmək olmaz. Şagirdlərin diqqətinin təmsilin sonunda qur-
bağanın dediyi sözlərə cəlb edilməsi məqsədəuyğundur. Çünki 
təmsildəki başlıca fikir həmin misralarda ifadə olunub. Qurbağanın 
dili ilə oxucuya belə bir fikir aşılayır ki, ədalətsiz, qəddar insanları 
hamı tanımalı, cəmiyyətin hər bir üzvü haqsızlığa qarşı çıxmalı, 
laqeydlik, biganəlik göstərməməlidir.
Təmsilin ifadəli oxusu zamanı bu janrın özünəməxsus xüsusiy-
yətləri nəzərə alınmalıdır. Məlumdur ki, alleqorik janr olan təmsildə 
insana xas olan xüsusiyyətlər heyvanlar, quşlar, bitkilər, cansız 
əşyalar üzərinə köçürülür. Ayrı-ayrı heyvanlar cəmiyyətdəki bu və 
ya digər insanı təmsil edir. Quzu fağır, qurd acgöz, tülkü hiyləgər, 
şir qoluzorlu adamları təmsil edir. Bu cəhət özünü təmsilin ifadəli 
oxusu zamanı da qabarıq şəkildə biruzə verir.
Digər epik əsərlər kimi təmsildə də iki cəhət diqqəti cəlb edir. 
Müəllif təhkiyəsi, əhvalatın nağıl edildiyi hissə və obrazların nitqi, 
dialoqu. Şagirdlər əvvəlki dərslərdən təhkiyədə nağılvari çaların üs-
tünlük təşkil etməsi, fasilə, məntiqi vurğu, danışıq tərzi, intonasiya 
boyaları haqqında müəyyən bilik və bacarıqlara yiyələnmişlər. Odur 
ki, müəllimin geniş izahat vermədən şagirdlərə aşağıdakı nümunədə 


150 
ifaçılıq vəzifəsini, fasilələrin yerini, məntiqi vurğulu sözlərin müəy-
yənləşdiməyi tapşırması məqsədəuyğundur. 
Günlərin bir günündə / 
Bir zalım İlan, // 
Bir Qurbağa tutmuşdu / 
Göl qırağından. // 
Qışqırırdı Qurbağa, / 
Hey dad edirdi. // 
Dağa-daşa səs salıb, / 
Fəryad edirdi. // 
Şagirdlərə müzakirə nəticəsində aydın olur ki, bu parçada göl 
qırağında baş vermiş bir hadisə – İlanın Qurbağanı tutması haq-
qında dinləyiciyə məlumat vermək vəzifəsi qarşıya qoyulur. Həmin 
hissə məzmuna uyğun olaraq nağılvari, sakit, aramla oxunmalıdır. 
Digər sual şagirdləri obrazların dialoqunun necə çatdırılması, 
danışıq tərzinin müəyyənləşdirməyə sövq etməlidir. Bu məqsədlə 
bütün qruplara eyni tapşırıq verilməsi faydalıdır: 

Təmsildə Qurbağa və İlanın sözləri necə oxunmalıdır? On-
ların danışıq tərzi necədir?
Bu sualla əlaqədar İlan və Qurbağa obrazlarının xarakteri haq-
qında kiçik sorğu aparılmaqla, əsərin məzmunu və təhlili üzrə 
dərsdə qazanılmış biliklər bit daha hafizədə canlandırırlır. 
Şagirdlərə izah edilir ki, oxu prosesində İlan və Qurbağanın 
dediklərindən asılı olaraq onların nitqinin tonu, tembri müəyyənləş-
dirilməli, işarələnməli və buna müvafiq ifadəli oxusu həyata ke-
çirilməlidir. Sonra qruplar verilmiş mətn üzərində hər parçaya uy-
ğun ifaçılıq vəzifəsini, oxuda intonasiyanın aldığı çaları müəyyən-
ləşdirir, bəzi şərti işarələrdən istifadə edirlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin