165
Bu isə 16 hecalı şeir nümunəsidir:
Sevgilimə yetirərsən, tərk elədim bu həyatı,
Ürəyimdə əziz vətən, dodağımda onun adı.
Heca vəznli lirik əsərlərin ifadəli oxusunda nəzərə alınmalı
məsələlərdən biri də
misradaxili
bölgü (təqti)
ilə bağlıdır.
Bölgü
şeirdə ahəng yaradan, onu tarazlaşdıran, qüvvətləndirən əsas şərt-
lərdən biri sayılır. Bölgü nitqdə, ifadəli oxudakı fəsilələrlə bağlıdır.
Fasilə nitqi nizamlayır,
nəzərdə tutulan fikri, mənanı çatdırmağa
imkan verir. Lazımi məqamda fasilə edilməməsi mənanın, fikrin
təhrif olunması ilə nəticələnir.
Misradakı bölümlər
fasilə
ilə bağlıdır. Şeirin ilk misrasında
neçə
hecadan sonra fasilə varsa, digər misralarda da həmin sayda
hecadan sonra fasilə edilir. Heca vəznli şeirlərdə misradaxili bölgü
bütöv söz prinsipi ilə aparılır. Misradaxili bölgüyə əsaslanan fasilə
sözün daxilində - hecalara parçalanması ilə yox, sözlərarası – söz
bitəndən sonra edilir.
Əsərdəki misradaxili bölgüdən asılı olaraq, 7 hecalı şeirdə əsas
bölgü iki yerdə (5-2 və ya 4-3 şəklində bölgü), 11 hecalı şeirdə əsas
bölgü iki və ya üç yerdə (6-5, 4-4-3 və s. şəklində bölgü), 16 hecalı
şeirdə əsas bölgü 4 yerdə (4-4-4-4) olur.
Şeirdə misradaxili bölgü
ifadəli oxuda öz əksini müvafiq məqamlarda edilən fasilələrdə tapır.
Məktəb təcrübəsində Ə.Cavadın “Azərbaycan! Azərbaycan!”şeirinin
ifadəli
oxusuna hazırlıq zamanı əsərin məzmununun mənimsənilməsinə və təhlilinə
xüsusi diqqət yetirilir
1
.
Məzmun üzrə iş zamanı aşağıdakı suallardan istifadə olunur:
1. Şeirdə doğma təbiətin mənzərələri necə təsvir olunmuşdur? Cavabınızda
şeirdən seçdiyiniz numunələrdən istifadə edin.
2. Şeirdə olkəmizin təbii sərvətləri barədə hansı fikirlər əksini tapmışdır?
3. Şeirdə bədii təsvir vasitələri işlənilmişdirmi?
Dostları ilə paylaş: