Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

müəllimin izahlı oxusuna
ehtiyac duyulur. Dərsdə 
lirik şeirin məzmunu janrından asılı olaraq, misra-misra, beyt-beyt, 
bənd-bənd şərh edilir. Məsələn, “Çırpınırdı Qara dəniz” şeirindən 
aşağıdakı misralarda Ə.Cavadın niyyətini, demək istədiyi fikri ay-
dınlaşdırmaq lazım gəlir: 
Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına! 
“Ah!..” deyərdim, heç ölməzdim, düşə bilsəm ayağına! 
1
Поэты Азербайджана. М.-Л.,1962, с. 5. 


160 
Şagirdlər bu misralarda sənətkarın qardaş Türkiyəyə məhəb-
bətinin ifadə olunduğunu söyləyirlər. Lakin sonrakı müzakirə nəti-
cəsində şagirdlərə aydın olur ki, şeirin yazılmasının özünəməxsus 
tarixçəsi vardır. İndi də Türkiyədə çox sevilən, milli marş kimi hər 
yerdə ifa edilən bu əsərdə bolşeviklərlə birləşib soyqırımı törədən 
“qarı düşmən”dən - ermənilərdən xalqımızı xilas etmək üçün qey-
rətli qardaşlarımızın dar ayaqda pənaha yetişməsindən, nicat yolu 
açmasından doğan sevinc, qürur, minnətdarlıq hissi öz əksini 
tapmışdır. 
Təhlil şagirdlərin əsəri ilkin qavraması nəzərə alınaraq aparılır. 
Lirik əsər həcmcə yığcam olduğu üçün təhlil zamanı sənətkarın hər 
sözü, ifadəsi, əsərin hər misrası, oradakı ovqat, təsvir olunan səhnə-
nin detalları, bədii təsvir və ifadə vasitələri üzrə iş əhəmiyyətlidir.
Lirik əsərin təhlili üçün sualların tərtibi zamanı aşağıdakı məsə-
lələrə diqqət yetirilir: 
1.
Əsərin mövzusu, problematikası;
2.
Lirik qəhrəmanın səciyyəsi;
3.
Əsərdəki emosional ovqat;
4.
Əsərin janr, kompozisiya, dil, üslub xüsusiyyətləri, şairin 
novatorluğu; 
5.
Lirik əsər üzrə ədəbi-nəzəri anlayışların mənimsənilməsi 
(janr, vəzn, misra, beyt, bənd, qafiyə, ölçü, misradaxili bölgü və s.); 
6.
Sənətkarın niyyəti (əsərin ideyası). 
7.
Əsərin şagirdlərdə doğurduğu təəssürat, düşüncələr; 
Lirikada hiss və həyəcanların daşıyıcısı olan lirik qəhrəman 
obrazının təhlili mühüm əhəmiyyət kəsb edir. Lirik qəhrəman bir 
sıra hallarda şəxsiyyəti, təbiəti baxımından müəllifə yaxın olsa da,
onların arasında fərqlər mövcuddur. Daxili aləmin, psixoloji ovqa-
tın, düşüncələrin, hiss və duyğuların dərindən, canlı ifadə olunduğu 
lirik əsərin qəhrəmanının heç də həmişə şairin özü olduğunu söy-
ləmək olmaz. Lirik əsərin qəhrəmanında sənətkarın şəxsiyyəti ilə 
səsləşən cəhətlər olsa da, digər ədəbi növlərdə olduğu kimi burada 
da müəyyən tipikləşdirmə, şərtilik, ümumiləşdirmənin olması nə-
zərdən qaçırılmamalıdır. Məsələn, S.Rüstəmin “Ana və poçtalyon” 
əsərinin qəhrəmanı şairin özü deyil, cəbhədəki oğlundan həsrətlə 
məktub gözləyən anadır.


161 
Lirik əsərdə sənətkarlığın mühüm elementləri olan peyzaj detal-
ları, portret təsvirləri, əşya obrazları, məcazlar da əsərdəki ovqatın, 
qəhrəmanın xarakterinin, yaşantılarının aydınlaşdırılması baxımın-
dan əhəmiyyətlidir. Məsələn, M.P.Vaqifin “Pəri” qoşmasında gözə-
lin bədii portretinin, daxili aləminin təsviri, etnoqrafik detallar, 
M.Müşfiqin “Yağış”, “Yenə o bağ olaydı” şeirlərindəki təbiət təs-
virləri ideyanın açılmasında mühüm rol oynadığına görə dərsdə təh-
lil obyektinə çevrilməlidir. 
Lirik əsərlərin ifadəli oxusu üzrə işlər bədii mətnin vəzn və janr 
xüsusiyyətləri, mövzusu nəzərə alınmaqla aparılmalıdır. Bu 
məqsədlə aşağıdakı məqamlar diqqət mərkəzində saxlanılmalıdır: 
1.Əsərin oxuzuna, öyrənilməsinə maraq oyadılması. 
2. Şagirdlərdə emosional ovqat yaratmaq üçün müəllimin 
nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının (səs 
yazısı, video) dinlənilməsi.
3. Əsərin məzmununun mənimsənilməsi üzrə iş (şagirdlərin 
oxusu). 
4. Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili. 
5. Əsərin ifadəli oxusu. 
Lirik əsərlərin ifadəli oxusu vəznin və janrın xüsusiyyətləri 
nəzərə alınmaqla aparılır. İfadəli oxu zamanı səslər, səs uyuşmaları, 
sözlər, cümlələr vasitəsilə yaranan obrazlılıqla bağlı aşağıdakı 
cəhətlərə diqqət yetirilməlidir: 
1. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin