155
Deyə o, bir tərəfdən
Üzüaşağı endi.
- Qacma, yavaş! – söyləyib,
Dovşan, xeyli deyindi.
Amma sözə baxmayıb
Tısbağa yumalandı.
Dəyib daşa, kəsəyə
Bir anda parçalandı.
Dovşan vurdu dizinə:
«Sənə demədim yavaş!
Hər kəsin öz yerişi
Var, a Tısbağa qardaş!»
H.Ziya
♦ Yaradıcı tətbiqetmə.
Şərti işarələrdən istifadə etməklə, ifaçılıq vəzifəsini,
intonasiya çalarını müəyyənləşdirməklə “Balıqyeyən quş və Xərçəng”
əsərinin
ifadəli oxusuna hazırlaşın.
Balıqyeyən quş və Xərçəng
(“Kəlilə və Dimnə” əsərindən)
Bir balıq yeyən quş gölün qırağında özünə yuva salmışdı. Hər gün ehtiyacı
olduğu qədər balıq tutub yeyir və naz-ne’mət içərisində yaşayırdı.
Elə bir gün
gəlib çatdı ki, quş gücdən düşdü və artıq ova çıxa bilmədi. Balıqyeyən gölün
qırağında qəmli-qəmli oturmuşdu. Xərçəng uzaqdan onu götürüb yaxına gəldi və
soruşdu.
- Nə olub, səni qəmli görürəm?
Quş cavab verdi:
- Necə qəmli olmayım ki, hər gün bir-iki balıq
tutub yeyər və bununla
dolanardım. Həm mənim güzaranım yaxşı keçər, həm də balıqlar azalmazdı. Bu
gün buradan iki ovçu keçirdi. Onlar burada balığın
çox olduğunu görüb,
bütün
balıqları tutmaq üçün tor çəkmək qərarına gəldilər.
Xərçəng gedib əhvalatı balıqlara danışdı, balıqların hamısı balıqyeyənin
yanına gəlib xilas olmaq üçün ondan məsləhət istədilər.
Balıqyeyən dedi:
- Ovçulara müqavimət göstərmək fayda verməz. Lakin mən bu yaxınlarda
bir göl tanıyıram ki, dumduru suyu var. Əgər ora
köçə bilsəniz bolluq içində
yaşayacaqsınız.
Balıqlar dedilər:
- Gözəl məsləhətdir, lakin sənin köməyin olmadan biz ora necə köçə bilərik?
Balıqyeyən dedi:
- Mən sizə kömək edərəm. Ancaq tələsmək lazımdır. Ovçular hər saat gəlib
çata bilər və biz fürsəti əldən verə bilərik.
156
Balıqlar çox yalvarıb-yaxardılar sonra, nəhayət balıqyeyən belə qərara gəldi
ki, hər gün bir neçə balıq götürüb aparsın və yaxınlıqdakı təpənin üstündə yesin.
O belə də etdə. Balıqlar daha tez köçmək üçün
özlərini qabağa salmağa
çalışır, bir-birinə paxıllıq edirdilər.
Bir müddət keçəndən sonra xərçəng də kömək istədi. Balıqyeyən onu dalına
alıb həmin təpəyə tərəf üz tutdu. Xərçəng uzaqdan çoxlu balıq sümüyünü görüb
işin nə yerdə olduğunu anladı. O, tez özünü balıqyeyənin boynuna atdı onun
boğazından yapışdı və elə bərk sıxdı ki, quş huşunu itirib aşağı enməyə başladı.
Yerə çatdıqda o saat canı çıxdı.
Xərçəng göldə qalan balıqların yanına gəldi, əhvalatı onlara danışdı.
Balıqlar sağ qaldıqları üçün çox sevindilər.
Dostları ilə paylaş: