151
– Zalım İlan canımı
Alacaq indi!
Balalarım, ah, yetim
Qalacaq indi!
Haray, haray, ay haray!
Onun əlindən!
Gözləyin özünüzü
Pis əməlindən.
Qurbağanın yetim qalacaq
balalarının taleyi üçün
narahatlığının çatdırılması
Həyəcanla
Kəskin
Gülümsəyərək İlan
Dedi: – Ay axmaq,
Çığırmaqla əlimdən
Olmaz qurtarmaq!
Onsuz da yeyəcəyəm
Səni, ay yazıq,
Nə üçündür bu qədər
Haray, qışqırıq?
İlanın zalımlığını, öz
qurbanına qarşı
amansızlığını,
qəddarlığını çatdırmaq
Istehza
Kinayə
Soyuqqanlılıqla
Qurbağa da İlana
Dedi: – Ay cəllad,
Xilas olmaq üçün mən
Etmirəm fəryad,
Qoy məhv olsun
Qəlbimin arzusu, kamı.
İstəyim budur səni
Tanısın hamı.
Bilsinlər ki, alçaqsan,
Zalımsan yaman.
Heç zaman əl çəkmirsən
İlanlığından.
Əlində başqaları
Getməsin bada.
Heç kəs yaxın düşməsin
Sənə dünyada!
Qurbağanın hay-haray
salmasının əsl
səbəbini,
İlana nifrətini çatdırmaq
Həyəcanla
Kəskin
Nifrətlə
M.Ə.Sabirin “Qaz və Durna” təmsilinin ifadəli oxusuna hazır-
lıq zamanı əsərin məzmununun mənimsənilməsi və təhlili üzrə iş
aparılır. Mətni əvvəlcə müəllim oxuyur. Sonra şagirdlərlə əsərin
məzmunu üzrə söhbət aparılır. Əsərdə şagirdlərə tanış
olmayan
sözlərin (əcibə, şahənşah, nəqlin agahı, şəkk, diraz, göftguyi-bihudə,
vaqif ol, ol talib, zifən ol zifünunədir, naqis) mənası lüğətin köməyi
ilə aydınlaşdırılır.
152
Müəllimin “Durna Qazı tənbeh etməkdə haqlıdırmı?” sualı
şagirdləri təmsildəki konfliktin mahiyyətinə varmağa sövq edir.
Məktəblilər emosional
şəkildə bildirirlər ki, Durna lovğa Qazın
cavabını verməklə düz hərəkət edir. Müəllim söhbəti davam
etdirərək şagirdlərə deyir: “Axı Qazın dediklərində həqiqət var. O
həm quruda gəzir,
həm suda üzür, həm də havada uçur. Şagirdlər
təmsildən çıxan əxlaqi-tərbiyəvi nəticəni (ideya) təsdiqləyən fikirlər
söyləyir, təşxisin (alleqoriyanın) mahiyyətini başa düşdüklərini
nümayiş etdirirlər.
Təmsilin ifadəli oxusu zamanı qarşıya qoyulan ifaçılıq vəzifəsi
müəyyənləşdirilir: Dinləyicilərdə insanın seçdiyi peşəyə yarımçıq
yiyələnməsinə
mənfi münasibət yaratmaq;
Şagirdlər müəllimin tapşırığı ilə təmsili rollar üzrə oxuyurlar.
Onların ifası təhlil edilir, oxudakı müsbət və mənfi cəhətlər, rollar
üzrə oxunun xüsusiyyətləri aydınlaşdırılır. Qeyd edilir ki, hər ifaçı
bir alleqorik surətin nitqini səsləndirir.
Bu zaman alleqorik surətin
nə demək istədiyi, niyyəti üzə çıxarılır. Odur ki, ifaçı əsərdəki digər
obrazların nitqini diqqətlə dinləməli, onun dediklərinin mahiyyətini
üzə çıxaran intonasiyasına, mimikasına diqqət yetirməlidir.
Müəllimin tapşırığı ilə şagirdlər əsərdəki surətlərin öz nitqi ilə
hansı məqsədi güddüyünü aydınlaşdırırlar. Aydın olur ki, Qazın
özünü tərifləməkdə məqsədi başqalarından fərqli olduğunu nəzərə
çatdırmaq, quşların şahənşahı olduğunu bildirməkdir. Qaz lovğala-
naraq özünün bütün quşlardan üstün olduğunu söyləyir. O istəyir ki,
hamı onun quşların şahənşahı olduğunu etiraf etsin.
Müəllim şagirdlərin diqqətini Qazın nitqinə, özü haqqında
dediyi “əcibə”, “şahənşah” sözlərinə yönəldir. Qazın dedikləri ilə
razılaşmayan Durna
başa düşür kü, Qaz özünü belə öyməkdə haqlı
deyil. O, öz cavabı ilə həqiqəti söyləyir, Qazın lovğalıq etdiyini,
müştəbehliyini, mənasız danışdığını açıq şəkildə bildirir. Durnanın
sözləri Qazı utandırır, öz dediklərindən xəcalət çəkir.
Şagirdlərin nəzərinə çatdırılır ki, əsərin oxusu zamanı
lovğa
Qazın mənfi obrazının yaradılması əsərdəki əxlaqi-tərbiyəvi fikrin
daha aydın şəkildə çatdırılmasına imkan verir.
Sonra şagirdlərə ifadəli oxuya hazırlıqla tapşırıqlar verilir:
1.
Müəllifin və alleqorik obrazların sözlərinin səsləndirilməsi
153
zamanı qarşıya qoyulan məqsədi – ifaçılıq
vəzifəsini müəyyən-
ləşdirin.
2.
Məntiqi vurğulu sözləri, səsinizin aldığı çalarları, fasilələrin
yerini aydınlaşdırıb mətnin üzərində şərti işarələr qoyun.
Dostları ilə paylaş: